Ermənistana qaçan qadının bəstəkar atasına böyük görəv verildi – ŞOK

img1544222dsd

Bu ilin yanvar ayının 29-da Gürcüstan-Ermənistan sərhədindəki “Baqrataşen” sərhəd-keçid məntəqəsindən Ermənistana keçən 1976-cı il təvəllüdlü Cavid Orucov və həyat yoldaşı Röya Mirzəyeva ilə bağlı sensasiya yaradacaq məlumatlar əldə etmişik.
Daxil olan xəbərə görə, düşmən ölkəyə sığınan Röya Mirzəyevanın atası tanınmış bəstəkar, musiqi redaktoru və tərtibatçısı Rauf Əliyevə böyük görəv verilib.

Belə ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın Dövlət Himninin aranjimanını bəstəkar Rauf Əliyevə həvalə edib.

Məsələnin ən maraqlı tərəfi odur ki, Rauf Əliyevin həyat yoldaşının da erməni olduğu barədə informasiyalar var.

AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcovla əlaqə saxlayıb. Bəstəkar belə bir faktın olduğunu təsdiqləyib və bildirib ki, Azərbaycanın Dövlət Himnini aranjimanı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Rauf Əliyevə tapşırılıb. İttifaq katibinin dediyinə görə, məsələdən bir neçə gün əvvəl xəbərdar olub: “Bu işdən axırıncı xəbəri olanlardan biri mənəm. Himnin aranjimani Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsi tərəfindən bəstəkar Rauf Əliyevə həvalə olunub. Bildiyimə görə, artıq notlar köçürülüb. Təxminən on gün əvvəl şöbə müdiri Sevda Məlikova mənə zəng etdi ki, gəlin, filarmoniyada himnin yeni variantına qulaq asın. Mən filarmoniyaya çatanda gördüm ki, musiqiçilər bayıra çıxırlar. Səbəbini soruşanda bildirdilər ki, dinləmə prosesi yarım saat tez başlandı və tamamlandı”.

S.Fərəcov bildirib ki, himnin yeni variantını dinləmədən keyfiyyət barədə nəsə demək çətindir. Amma onun Azərbaycanı rüsvay edən ailənin başçısına həvalə edilməsi yolverilməzdir: “Düzdür, Azərbaycanda ailəsi erməni olan insanlar var və fakt budur ki, Raufun da həyat yoldaşı ermənidir. Amma Rafun qızı və kürəkəni 3 uşaqla Ermənistana keçib ölkəmizi rüsvay ediblər, sakit oturanlardan deyillər. Ona görə mənim üçün nazirliyin bu işi Rauf Əliyevə həvalə etməsi çox təəccüblü oldu. Çünki aranjiman edən özünü bir növ müəllif kimi hesab edir”.

Azərbaycanın Dövlət Himnini aranjimanı Rauf əliyevə verilməsi xəbərini Mədəniyyət və Turizm Nazirliyi də AzNews.az-a təsdiqləyib.

Qeyd edək ki, Rauf Əliyevin qızı bundan əvvəl Mirzəyev soyadlı Azərbaycan vətəndaşı ilə rəsmi nikahda olub və daşıdığı Cavid Orucovdan əvvəlki ərinin soyadıdır.

Xatırladaq ki, Orucovlar ailəsi Ermənistana keçmək qərarını Azərbaycanda təqiblərə məruz qalmaları ilə əsaslandırmışdılar. Həmin vaxt Orucov iddia etmişdi ki,1983-cü il təvəllüdlü, erməni mənşəli Röya Mirzəyeva ilə evləndikdən sonra xüsusi xidmət orqanları onu təqib etməyə başlayıb. Bundan başqa qeyd edilirdi ki, təzyiqlərə davam gətirməyən Orucov Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə məcbur olub, arvadının xaricdə yaşayan qohumları vasitəsilə Ermənistan və erməni diasporu barədə informasiya toplayaraq onlara ötürüb. Daha sonra ailəsinin başının üstünü alan təhlükəni görən Orucov Avropa ölkələrindən birində siyasi sığınacaq almağa cəhd edib, lakin onu geriyə, Bakıya deportasiya ediblər. Bakıya qayıdandan sonra xüsusi xidmət orqanları yenidən ona təzyiq etməyə başlayıb və Orucov ailə üzvləri ilə birgə Ermənistandan siyasi sığınacaq istəmək qərarına gəlib.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev