“Heydər Əliyev indiki AYB-ni görsəydi, peşman olardı”

Ekrem-Eylisli-2_11-300x199

“Azadlıq” radiosunun “Pen klub” proqramının qonağı olan yazıçı Əkrəm Əylisli söhbət zamanı Azərbaycan Yazıçılar Birliyinə qarşı ittihamlar səsləndirib: “İndi ədəbiyyatın mərkəzi qərargahı Yazıçılar Birliyidir. Dövlətin diqqəti onlardadır, vəsait verir, onları idarə edir. Onların 1600 üzvü var. Əgər bu 1600 adamın cəmi 5 faizi yazıçı olsaydı, indi 80 yazıçımız olmalıydı. Əgər o 1600 nəfərin heç 5 faizi məhsul vermirsə, onda nə üçün dövlət bura vəsait xərcləməlidir?!

Bunu həmişə demişəm ki, AYB sovet dövründə bundan qat-qat demokratik bir təşkilat idi. AYB-nin Rəyasət Heyəti vardı, bu, ildə bir neçə dəfə toplanır və məsələləri kollektiv şəkildə həll edirdi. Rəyasət Heyətinin icazəsi olmadan AYB-nin heç bir taleyüklü məsələsi həll oluna bilməzdi. İndi onun yerində yaranmış Ağsaqqallar Şurasına baxın, ordakı adamların heç on ildən bir də ayaqları ora dəymir və buna ədəbi ictimaiyyət dözür, əgər onlar buna dözürsə, deməli, buna da layiqdirlər”.

Əkrəm Əylisli qeyd edib ki, mərhum prezident Heydər Əliyev AYB-nin yaşamağını istəyirdi: “O, yazıçıları yaxşı tanıyırdı, bir qismi ilə dostluq etmişdi. O istəyirdi ki, bu təşkilat qalsın. Amma o, indiki AYB-ni görsəydi, buna peşman olardı. O burdakı bataqlığı görsəydi, burdakı 1600 adamın 30 ildə ortaya heç bir ciddi əsər qoya bilmədiyini görsəydi, bu onda peşmançılıq yaradardı.

O biri tərəfinə qalanda Yazıçılar Birliyinin dövlət vəsaiti ilə maliyyələşdirilməsi heç bir sivil dövlətdə yol verilən bir şey deyil. Amerikada, İngiltərədə, Almaniyada yazıçı cəmiyyəti tamam başqa cürdür. Yazıçı cəmiyyəti gözünü dövlət büdcəsinə dikib orda otura bilməz. Dövlət büdcəsi sənin, mənim verdiyim vergidir, bu xalqın, əsgərin, həkimin, müəllimin çörəkpulunun hesabına yığılır. Bu pul verilir ki, o yazıçı orda bir iş görsün, bir əsər yazsın. Hökumət verdiyi dəstəyin əvəzində AYB qarşısına tələb qoymalıdır.

Mən o adamlarla fəxr edirəm ki, o adamlar AYB-nin qapısını açmır. Mən özüm 25 ildə o qapını bircə dəfə də açmamışam. Hələ 25-30 yaşda gənc yazarlar da var ki, o qapını açmaq istəmirlər. Nəyə görə? Çünki orda başqa bir mühit görmək istəyirlər”.

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev