Mətanət İsgəndərlini AzTV-dən çıxartdılar

1398951006

Əməkdar artist Mətanət İsgəndərlinin Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində solist-vokalçı kimi fəaliyyətinə xitam verilib.

Xəbər verilir ki, bu sözləri müğənni özü bu gün Nərimanov rayon Məhkəməsində baş tutan məhkəmə prosesində bildirib.

O, işdən uzaqlaşdırılmasının səbəbini izah etməyib. Qeyd edək ki, bu gün Mətanət İsgəndərlinin “Aznews.az” saytının Baş redaktoru Elçin Zahiroğluna qarşı xüsusi ittiham qaydasında iddiası üzrə məhkəmə prosesi keçirilib. Müğənni özü haqda narkotik istifadəçisi olması ilə bağlı yayımlanan informasiyaya görə baş redaktorun həbsini istəyir.

M.İsgəndərli 16 sentyabr 2006-cı ildə Azərbaycanın Əməkdar artisti adına layiq görülüb.

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev