Sərxoş sürücülərə və avtoxuliqanlara qarşı ən sərt cəza tədbirlərinin həyata keçrilməsinə başlanıb

1399014792_usubov-ramil

Bu barədə Daxili İşlər Orqanlarındakı özəl mənbələrdən məlumat daxil olub.

Mənbənin sözlərinə görə, son kollegiya iclasında (Qeyd edək ki, bu gün də DİN-də kollegiya iclası keçirilir-red) nazir bu məsələlərdə qətiyyət göstərmədikləri üçün yol polisinin rəhbər şəxslərinə ciddi irad bildirib. Ramil Usubov qeyd edib ki, kimliyindən asıli olmayaraq avtomobilini sərxoş hada idarə edən şəxsə, həmçinin avtoxuliqanlara güzəşt olmamalı, qanunun yol verdiyi ən sərt cəza tətbiq edilməli və bu faktlar başqalarına ibrət olsun deyə ictimailəşdiriməlidir.
Mənbənin sözlərinə görə, Xəzər Dəniz Neft Donanması İdarəsinin rəisinin oğlunun atoxuliqanlığı nəticəsinədə xalq artisti Ağasəlim Abdullayevin və ailə üzvlərinin düşdüyü faciəvi yol qəzasından sonra nazir bu məsələylə yenidən qayıdıb. Ramil Usubovun budəfəki tapşırığı yol polislərinə aid olub. Belə ki, nazir sərxoş hada avtomobili idarə edən və avtoxuliqanlığa yol verən sürücüləri hər hansı bir şəkildə məsuliyyətdən azad edən yol polisi əməkdaşının dərhal işdən qovulmasinı əmr edi. Əgər bunu rüşvət müqabilində edibsə haqqında cinayət işinin açılmasına göstəriş verib.

Məlumata görə, hazırda bu tapşırığın icrasına ciddi nəzarət olunur. Elə buna görə də son vaxtlar yol polisi sərxoş halda tutduğu və ya avtoxuliqanlığa yol verən sürücülər barədə ən ağır cəza tədbirlərini həyata keçirir. Belələri 2-3 illik sürcülük hüqundan məhrum edilməklə, yüksək məbləğdə cərimə olunmaqla yanaşı, 20-30 sutklıq həbsə də gönərilir.
Yeri gəlmişkən, Zığ şossesində avtoxuliqanlıq edən Tural Həsənovun polis əməkdaşı olmasına baxmayaraq, orqadan xaric oluması və 20 sutka azadlıqdan məhrum edilməsi Usubovun bu tapşırığına nə qədər ciddi nəzarət edildiyini açıq göstərir.
Bunu eyni zamanda son dövrlər sərxoş halda saxlanan sürücülərdən daxil olan məlumatlar da təsdiqləyir. Onların məsələni “ənənəvi yolla həll etmək” istəyinə rədd cavabı verildiyi və yuxarıda qeyd etdiyimiz cəza tətbirlərinin tətbiq olunduğu bildirilir.

Əlbəttə, sərxoş sürücülərə və avtoxuliqanlara qarşı bu cür cəza tədbirlərinin görülməsi tədqirəlayiqdir. Ancaq bunun davamlı olacağına inamaq istərdik. Azərbaycanda bir cox hallarda bu cür tədbirlər kampaniya xarakteri daşıyır və bir müddətdən sonra “ənənəvi qaydalar” bərpa olunur. Təbii ki, rüşvətin məbləği bir qədər də qaldırımaqla… Ümid edək ki, bu dəfə belə olmayacaq!

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev