Şuşanın işğal günü toya getməyə kimlər razılaşdı – Adlar

4193

Rəsmi matəm günlərində və torpaqlarımızın işğal günündə müğənnilərimizin müxtəlif bayram və toy şənliklərində iştirak etməsi məsələsi dəfələrlə gündəmə gəlib.

 

Bu cür vəziyyətlərdə hər dəfə tənqid edilən incəsənət adamları görəsən bundan nəticə çıxarıbmı?

 Mənbələrdən əldə etdiyimiz məlumata görə, bununla bağlı layihə təklif edilib və:

 

Azərbaycanın tacı Şuşanın işğal günü – 8 may tarixində müğənnilərimizi “axşam saatları üçün xeyir işə” – guya toyda bir neçə mahnı oxumağa dəvət etdik.

 

 

Əməkdar artist, Aybəniz Haşımova

 

“Gələrdim, ancaq görürsünüz ki, səsim batıb. Güclə danışıram, belə halda necə mahnı oxuyum?”

 

 

 

Manaf Ağayev:

 

“Niyə oxumuram? Mənim işim elə gəlib oxumaqdır da! Hansı restoranda olacaq? 1000 manat verərsiniz, gəlib oxuyaram”.

 

 

 

Cavanşir Məmmədov:

 

“Bu gün Şuşanın işğal günüdür. Bu tarixdə heç yerə getmirəm və sizə də məsləhət görürəm ki, bu gün toy etməyəsiz”.

 

 

 

Ağadadaş Ağayevin köməkçisi

 

Telefon zəngimizə müğənninin özü deyil, köməkçisi cavab verdi və bildirdi ki, 3 min manat qarşılığında Ağadadaş Ağayev məclisimizdə yarım saatlıq iştirak edə bilər:

 

“Yarım saat üçün 3 min manat versəniz, mümkündür, özünə deyib, vaxt ala bilərəm”.

 

 

Vasif Məhərrəmli

 

“2.500 manat verərsiz, gəlib oxuyaram”.

 

 

 

 

Zəruri qeyd: Vasif Məhərrəmli jurnalist olduğumuzu biləndən sonra təkrar bizi aradı və…

 

Onun nə dediyi və səs yazısını bir azdan təqdim edəcəyik. 

- See more at: http://axar.az/news/17140#sthash.408JEIjJ.dpuf

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev