Təhsil Nazirliyindən müəllimin şikayətinə – Reaksiya

12001767_962785817118444_2129768989_o

Təhsil Nazirliyi Qobustan Təhsil Şöbəsində problemlərlə qarşılaşan Biologiya müəlliməsinin şikayətinə reaksiya verib.

Devrinnebzi.com Təzadlar-a istinadən xəbər verir ki, bu barədə sayta şikayətçi Şərqiyyə Ziyadqızı məlumat verib. Onun sözlərinə görə, üzləşdiyi problem ictimailəşdikdən sonra Təhsil Nazirliyi məsələni araşdırıb və onun şikayətinin əsaslı olduğu müəyyən edilib. Nəticədə, şikayətçi Şərqiyyə Ziyadqızı Qobustan rayonunun Cəyirli kənd ümumi orta məktəbində işlə təmin olunub.

Qeyd edək ki, Şərqiyyə Ziyadqızı  “Müəllimlərin işə qəbulu” imtahanlarından sonra Qobustan rayonu Təsi kəndinə müəllimə təyin olunsa da, Qobustan rayon Təhsil Şöbəsinin rəhbərliyi  və Təsi kənd məktəbinin direktoru tərəfindən təzyiqlərə məruz qaldığını bildirmişdi.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev