a175f108-16c3-4913-ae75-4abdef38300a_292

Qardaş bacısını başından güllələyərək qətlə yetirib

Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1982-ci il təvəllüdlü Süleymanova Əntiqə Abdulla qızı qısqanclıq zəminində qardaşı tərəfindən tüfənglə güllələnərək qətlə yetirilib.
Qadın göz və alın nahiyələrindən güllə yarası alıb.
Hadisəni törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

94bc6cfee37bb89e0e6860bd3d4fe576-225x300

5 yaşlı qızını zəhərləyib öldürən qadın: “Birdən başım qarışdı…”

Qusarda 5 yaşlı qızını zəhərləyərək qətlə yetirməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, ölən körpənin atası Bəxtiyar Ömərov zərərçəmiş şəxsin hüquqi varisi qismində tanınıb. Onun da anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Bəxtiyar Ömərov hazırda Hil kəndində fermada yaşayır. Daha sonra məhkəmə istintaqı başlanılıb. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən Gülnarə Saypullayeva özünü tam təqsirsiz bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Bəxtiyar Ömərov bildirib ki, Gülnarə ilə qeyri rəsmi şəkildə evləniblər: “Birgə yaşamışıq. Lakin nikahımız olmayıb. Uşağa soyadımı versəm də, o, mənim qızım deyildi. Onu balaca vaxtından mən böyütmüşəm. Çünki Gülnarənin valideynləri uşağa sahib çıxmamışdı”.

O ifadəsində göstərib ki, həmin gün malları otlağa aparıb: “Evə qayıdanda gördüm ki, uşağın halı pisləşib. Xəstəxanaya apardıq, orada öldü. Soruşdum ki, uşağa nə olub? Dedi ki, malları yumaq üçün olan dərmanı südə qatıb və uşağa verib”. Daha ətraflı oxu »

MTU5ZTcwMzdlYzNlZWU_1

Bu özəl məktəb ləğv edildi

“Bakı Modern Məktəbi” MMC ləğv olunduğunu elan edib.

“Qaynarinfo” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, N. Nərimanov, Əliyar Əliyev 218 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Bakı Modern Məktəbi” 2012-ci ildən fəaliyyət göstərir. Müəssisənin eyniadlı uşaq bağçası da var.

MTU5ZTcwMTIyODBmYjY_1 (1)

«Maşın» şouda efirə getməyən ən qalmaqallı kadr (VİDEO)

“Maşın” realiti şouda ulduzlar arasında ən qalmaqallı söz savaşının görüntüləri yayılıb.

Devrinnebzi.com baku.ws-ə istinadən xəbər verir ki, jurnalist Ülviyyə Alovlu ilə əməkdar aktrisa Mehriban Xanlarova arasında böyük qalmaqal baş verib.

Mehriban Xanlarova reklam vaxtı Ülviyyəyə “Talıbın otağına niyə getmişdin?” sualını verməsi mübahisənin daha da alovlanmasına səbəb olub. Ülviyyə isə cavabında reklam fasiləsində Talıbla danışa bilmədiyini və buna görə onunla sonradan söhbət etdiyini bildirib.

Bundan sonra iştirakçılar bir-birinin ünvanına kəskin sözlər ünvanlayıb. Sözügedən kadrlar reklam zamanı çəkilib və efirə getməyib.  Daha ətraflı oxu »

rtyy (1)

İraq zəfər qazandığını elan etdi

İraq ordusu Kürd Regional Hökumətinin əlində olan mübahisələri bölgələrdə aparılan hərbi əməliyyatlarda zəfər qazandığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, 2014-cü ildə Bərzani Kərkük, Sincar, mahmur, Celavla və Hanekin kimi mübahisəli əraziləri öz torpaqlarına qatmışdı.

Müstəqillik referendumu keçirdikdən sonra geri çəkilməyən Bərzani İraq ordusunun müdaxiləsindən sonra 48 saat içərisində bütün bu bölgələri də itirib.

 

 

 

er

Leyla Əliyeva Zülfiyyənin ad günündə – Fotolar

Xəbər verdiyimiz kimi, xalq artisti Zülfiyyə Xanbabayevanın 50 yaşı tamam olub. Müğənni həmkarlarını, yaxın dostları ilə birgə ad gününü keçirib.

Gecədə xalq artistləri Brilliant Dadaşova, Təranə Muradova, əməkdar artistlər Sevda Ələkbərzadə, Eyyub Yaqubov və başqalarını iştirak edib. 

Xalq artistini təbrik edənlər sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub. 

Əliyeva instaqram səhifəsində foto paylaşaraq xalq artistini bird aha təbrik edib: 

“Əzizim Zülfiyyəni ad günü münasibəti ilə təbrik edirəm!!! Xoşbəxtlik, cansağlığı və bütün arzularının yerinə yetməsini diləyirəm”. Daha ətraflı oxu »

MTU5ZTZlYjEyOTMzNjY_1

Oğru dünyasında yeni müharibə başladı

Rusiyanın Sankt-Peterburq şəhərindəki “Krestı” həbsxanasında cəza çəkən “Albert Rıjiy” ləqəbli avtoritet Əli  Heydərov Moskvaya etap olunub.

Rusiyanın primecrime.ru  saytının  məlumatına görə, “Albert Rıjiy”lə bərabər “Krestı” həbsxanasında “polejeniya”ya baxan “Qoçi”  ləqəbli “qanuni oğru”nun məktubu da Moskvadakı 4 saylı cəzaçəkmə müəssiəsinə daxil olub. Həmin məktubda Moskvadakı dustaqlara bildirilir ki, “Albert Rıjıy” “qanuni oğru”dur, onun adına hörmət edilməlidir. “Gəlin onu Oğru Evimizdə” salamlayaq, uzun ömür, cansağlığı, sevincli günlər arzulayaq”.

 ”Yeni Müsavat”ın yazdığına görə, Əli Heydərov kriminal aləmdə “Albert Rıjiy” və “Albert Gəncəli” kimi tanınır. O, 2017-ci ilin yanvarında  7 il müddətinə azadlıqdan məhrum edilib. 36 yaşlı azərbaycanlı kriminal avtoritetin məhkəməsi iki ilə yaxın Sankt-Peterbuq şəhər Frunze Rayon Məhkəməsində davam edib.  Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçməyə, saxta sənəddən istifadədə və qarətlərdə günahkar bilinirdi.

2014-cü ildən həbsdə olan “qanuni oğru” əsasən 2013-cü ildə baş vermiş bir soyğunçuluq hadisəsinə görə ittiham olunub. Belə ki, həmin vaxt internetdə “JEEP” avtomobilinin sərfəli qiymətə satıldığı haqda elan yerləşdirilib. Avtomobili almaq istəyən müştərilərdən biri görüş yerinə gələrkən cinayətkarlar onu soyub, pulunu alıblar. Cinayət işini Sankt-Peterburqun Fruzenski rayonunun prokurorluğu nəzarətə götürüb. İstintaq iddia edirdi ki, cinayət işinin təşkilatçısı azərbaycanlı avtoritetdir.  Daha ətraflı oxu »

00000

İcra hakimiyyətinin binasına cırıq bayraq asılıb – Video

Bakı Şəhər İcra Hakimiyyətinin İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati binasında asılan bayraq cırılıb.

Baku.ws yaydığı videoda dövlət bayrağının cırıldığı açıq-aydın görünür.  İcra Hakimiyyətinin Bakının mərkəzində yerləşən binası arxitektur dizaynı ilə turistlərin də marağını çəkir. Xarici qonaqların tez-tez bu binanın fotosunu çəkdiyinin şahidi oluruq. Bakı Şəhər İcra Hakimiyyətinin binasında cırıq bayrağın dalğalanması heç də yaxşı mənzərə deyil. Daha ətraflı oxu »

img_5168-450x250

Almaniya itlərə pensiya hüququ verdi – Ayda 1400 $

Almaniyada itlərə pensiya ayrılıb.

Almaniyada polis və mühafizə xidmətinə aid itlərə pensiya hüququ veriləcək.

Berlin Əyalət Məclisinin qərarına görə, pensiya hüququ xidməti yeddi ili keçmiş itlərə qida və müayinə məqsədi ilə veriləcək.

Qeyd edək ki, itlərə aylıq 1400 dollar pensiya nəzərdə tutulub.

ogurluq

Bakıda tanınmış həkimin evindən külli miqdarda oğurluq edən şəxslər həbs edilib

Tanınmış uroloq-alim, professor Kamal Abdullayevə qarşı quldurluq edən dəstə üzvləri saxlanılıb.

 

4 nəfərdən ibarət dəstə üzvləri haqqında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

Bildirilib ki, adları hələlik açıqlanmayan dəstə üzvləri həkimin evindən xeyli miqdarda pul və 20 min diollarlıq saatını oğurlayıblar.

 

Hazırda cinayət işi üzrə Binəqədi Rayon Polis İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, hadisə bu il iyulun 29-da axşam saatlarında, K. Abdullayevin yaşadığı Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki evdə baş verib.

 

Dörd naməlum şəxs Kamal Abdullayevin evinə girərək onun və həyat yoldaşının əl-qollarını bağlayaraq işgəncəyə məruz qoyublar. İlkin məlumata görə, həmin şəxslər evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.

bash-prokurorluq

İranlı tələbəni öldürən beş nəfər həbs olunub

Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb və onu törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər.

 

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, bu il oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub. Daha ətraflı oxu »

1508266214_1

25 ildə ABŞ Azərbaycana $1,3 mlrd yardım edib

“Azərbaycan hökuməti ilə iqtisadi əməkdaşlığımız çox möhkəmdir”, deyə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerika-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi naharda deyib.

Səfir deyib ki, son 25 ildə ABŞ Azərbaycana $1,3 mlrd yardım edib. Bunun 120 mln dolları məcburi köçkünlərə edilən humanitar yardımdır.

1508297577_1

Rusiyada daha bir erməni sahibkar öldürülüb

Rusiyanın Ujqorod şəhərində erməni sahibkar qətlə yetirilib. APA-nın “MK”ya istinadən verdiyi xəbərə görə, “Aparan” MMC-nin 54 yaşlı baş direktoru Andranik Nikoqosyan iş otağında tapançadan açılan atəş nəticəsində ölüb. Polisin məlumatına görə, atəş açılmazdan əvvəl sahibkar və cinayətkar arasında mübahisə olub. Atəş açan şəxs saxlanılıb. Cinayətin motivləri açıqlanmır.

huq3

Azərbaycanda 32 nəfər valideynlik hüququndan məhrum edilib

Bu ilin 6 ayı ərzində Azərbaycanda I instansiya məhkəməsində Azərbaycanda valideynlik hüququndan məhrum edilmə ilə bağlı 66 mülki işə baxılıb

Dövlət Statistika Komitəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 32-nin iddiası təmin edilib.

Həmçinin, I instansiya məhkəməsində valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 46 mülki işə baxılıb. Onlardan isə 41-nin iddiası təmin edilib.
Qeyd edək ki, ötən il Azərbaycanda valideynlik hüququndan məhrum edilmə ilə bağlı 123, valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı isə 86 mülki işə baxılıb.
baki_38457676

Bakıda torpaq bahalaşıb

Bakıda torpaq bazarında qiymətlər artıb.

Artıma ucuz torpaqların bazardan çıxması səbəb olub. Belə ki, yay aylarında ucuz torpaqlar satıldığından, bazarda yalnız bahalı torpaqlar qalıb. Bu amil də qiymət artımına səbəb olub ki, bu da sentyabr ayı üzrə ortalama olaraq 1,61 faiz qeydə alınıb.
Zonalar üzrə torpaq bazarındakı qiymətlərə nəzər yetirdikdə isə məlum olur ki, şəhərin mərkəzi hissələrində qiymətlər 1 sota görə 150-250 min manat arasında dəyişir.
Ən çox artım Şəhidlər Xiyabanı və Mətbuat prospekti ətrafında, həmçinin Qaradağ, Xəzər və Sabunçu rayonlarinda müşahidə olunub. Burada bahalaşma ortalama olaraq 7,6 faiz qeydə alınıb. Bahalaşan torpaqların qiymətləri isə ərazidən asılı olaraq 4100 – 107 min manat arasında dəyişir.
Torpaq bazarında ən çox azalma müşahidə olunan bölgələr isə Binəqədi, Əmircan və Bülbülə qəsəbələri ilə Yasamal rayonunun bir hissəsidir. Burada qiymətlər 7-32 min manat arasında dəyişir. Ucuzlaşma nisbəti isə 8,7 faiz qeydə alınıb.
Ekspertlər hesab edirlər ki, payız-qış aylarında qiymətlərdə bahalaşma müşahidə olunmayacaq. Yəni qiymətlər ya stabil qalacaq, ya da az da olsa azalacaq. Bu da həmin aylarda tikinti işlərinin azalması ilə əlaqədardır.

qoroskop_045 (2)

Günün qoroskopu: olayların bir çoxunu əvvəlcədən təxminləmək mümkündür

Qoç - Diqqətli olun. Yaxın ətrafınızdakı insanların istəklərini anlamağa cəhd göstərin. İşgüzar tərəfdaşınız və ya həmkarınızın əhvalı pis ola bilər. Ona görə də soyuqqanlı davranmağınız gərəkdir.
Günün ikinci yarısında münasibətləri gərməyin. Münaqişə səbəbkarı olmayın. Danışıqlar və ya söhbət əsnasında problemli mövzuların təhlilinə başlamayın. Əhəmiyyətli məsələlərdən birinin həllini ertələmək olar. 
Sevdiyiniz insanla ünsiyyətdə diqqətli, səbrli olun. Güzəştə meylli insan təsiri bağışlayın.

Buğa - Tərəfdaşlar və həmkarlarla münasibətləri daha da inkişaf etdirin. Yeni layihənin icrasına başlamaq, ideyanı gerçəkləşdirmək fikriniz varsa, aktiv olun. Süstlüyə qapılmayın. Qarşı tərəfi dinləyin, onun sözünü kəsməyin.
Günün ikinci yarısında ehtiyatsızlıqla söylənən kəlmə indiyədək çətinliklə yaradılan əlaqələri poza bilər. Yaxınlarınızla münasibətlərdə səmimi olun. Yalan danışmayın.
Yeni müttəfiq qazanmaq zamanıdır. Daha ətraflı oxu »

MTU5ZTY0N2E4ZTBjOTY_1

İnterpol daha bir azərbaycanlını axtarışa verdi

İnterpol xuliqanlıqda təqsirləndirilən azərbaycanlı barədə axtarış elan edib.

Trend-in məlumatına görə, 1987-ci il təvəllüdlü Xəyal Quliyev xuliqanlıqda təqsirləndirilir.

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən X.Quliyev barəsində cinayət işi başlanılıb. X.Quliyev istintaqdan yayınıb.

Məhkəmə istintaqdan yayınan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və axtarışa verilməsi barədə qərar çıxarıb. Məhkəmənin çıxardığı qərar əsasında X.Quliyev barəsində beynəlxalq axtarış elan olunub.

1494008699-0922

Qobustanda doğuş zamanı ana öldü

Qobustan rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.

“Report” xəbər verir ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində doğuş zamanı ana-1988-ci il təvəllüdlü Günəşova Zümrüd Nəzir qızı dünyasını dəyişib.

Bu, Z. Günəşovanın üçüncü hamiləliyi olub. Qadının iki oğul övladı var. Onun yeni doğulan qızı isə sağ qalıb.

Mərhumun yaxınları ananın ölümündə həkimləri ittiham edirlər.

Faktla bağlı araşdırma aparılır.

 

 

22551754_1499864293433589_769057279_n-720x506

Gənc qız Bakı metrosunda intihara cəhd etdi – Fotolar

Metronun “Nərimanov” stansiyasında təxminən 20-22 yaşlarında olan qız özünü qatarın altına atmaq istəyib.

Yeniçağ.az  xəbər verir ki, hadisə bu gün saat 19 radələrində baş verib.

Ətrafdakıların yardımı ilə qızı xilas etmək mümkün olub.

Gərgin vəziyyətdə olduğu müşahidə olunan qız xilas olduqdan sonra halsız halda yerə yıxılıb.

Metro bələdçisinin çağırışı ilə hadisə yerinə gələn həkim qıza ilk tibbi yardım göstərib.

Daha ətraflı oxu »

2377

Əfqanıstanda silsilə terror hücumları törədilib – 74 ölü, 125 yaralı

Əfqanıstanda “Taliban” terror təşkilatı üç ayrı yerdə eyni zamanda terakt törədib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qazni vilayətinin Andar bölgəsində bomba ilə yüklənmiş avtomobilin partladılması nəticəsində 30 nəfər ölüb, 15 nəfər yaralanıb.

Ölənlərdən 25-i, yaralılardan isə 10-u polis əməkdaşlarıdır. Ardınca baş verən atışmada 13 terrorçu öldürülüb.

Paktia əyalətində polis tədris mərkəzində eyni vaxtda iki partlayış baş verib. Terrorçular iki avtomobili partlatdıqdan sonra binaya girməyə çalışıblar. Hadisə nəticəsində 21-i polis olmaqla 41 nəfər ölüb, 48-i polis olmaqla 110 nəfər yaralanıb. Hücum zamanı vilayətin polis rəisi Toryalai Abdyani də dünyasını dəyişib.

Terrorçular Farah vilayətində isə hökumət binasına hücum ediblər. Hadisə zamanı 3 polis ölüb.

Beləliklə, Əfqanıstanda bir gündə baş verən terror hücumları nəticəsində 74 nəfər ölüb, 125 nəfər isə yaralanıb.

 


images (15)

Əlillərlə bağlı şok dəyişiklik – Bəzi şəxslərin müavinəti kəsiləcək

Azərbaycanda əlillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər ediləcək.

Milli Məclisdən   verilən məlumata görə, əlilik haqqında qanunlarda köklü dəyişikliklər və islahatlar aparılacaq.

Hazırda bununla bağlı qanun layihələrinin üzərində iş getdiyi vurğulanıb.

 

Qeyd edək ki, fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır.

 

Əlillərin maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər), dava-dərman, texniki və başqa vasitələrlə həyata keçirilir. O cümlədən onlara avtomobillər, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar verilir, habelə tibbi, sosial, əmək və peşə bərpası sahəsində xidmətlər göstərilir. Daha ətraflı oxu »
1477473183_fff

Qazax RİH-nin başçısı Rəcəb Babaşov hesabat verdi

Qazax rayonunun 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncaqda geniş məruzə ilə çıxış etmişdir.

Qeyd etmişdir ki, oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir. İclasda ölkə başçısı cari ilin doqquz ayı ərzində Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır.

Ölkə başçısı öz çıxışında doqquz ayda ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu bildirmişdir. Qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır. Daha ətraflı oxu »

22554611_10212346195262281_915903605_n

Türkiyədə polis avtobusu partladıldı – 12 yaralı + Yenilənir

Türkiyənin Mersin şəhərində polisləri daşıyan xidməti avtobus partladılıb.

Türkiyə mətbuatı xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis və təcili yardım maşınları cəlb edilib.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.

Hücum nəticəsində itkilərin olması barədə məlumat verilməyib.

***

İlkin məlumata görə, şəhərin mərkəzində baş verən hadisədə 12 nəfər yaralanıb.

Hadisə ilə bağlı Baş naziri müavini Bəkir Bozdağ açıqlama verərək bildirib ki, Türkiyənin terrorizmə qarşı mübarizəsi davam etdiriləcək. Daha ətraflı oxu »

149984203039703454871000x669jpg

İpoteka ilə bağlı qanunda dəyişiklik edildi – Sərəncam

Prezident İlham Əliyev “İpoteka haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 794-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir:

“1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

 


 

21787

İş yerində damarlarını doğrayıb… – 56 yaşlı müəllimənin intiharının təfərrüatı

Bu gün intihar edən müəllimənin özünü qəsdinin təfərrüatları məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Enlaytment” tədris mərkəzinin rəhbəri olan İradə Əliyevə ofisdə özünü öldürüb.

O, mərkəzin ofisinin sanitar qovşağında lezva ilə sağ qolunu dirsək nahiyəsinin iç hissəsindən kəsərək damarlarını doğrayıb.

56 yaşlı İ.Əliyeva qan itirmədən dünyasını dəyişib.

Qeyd edək ki, ilkin məlumatda onun özünü asaraq intihar etdiyi bildirilirdi.

İradə Əliyeva Azərbaycan Dövlət Pedaqoji Universitetində Tarix və coğrafiya fakültəsinin Fəlsəfə və sosial fənlər kafedrasının baş müəllimi işləyib.

f

Kirkorovun konsertini partlatmaq istəyən – İŞİD-çilər saxlanılıb

Rusiyanın Federal Təhlükəsizlik Xidməti pop-ulduz Filip Kirkorovun konsertində partlayış törətməyi planlaşdıran İŞİD terrorçularını saxlayıb.

Devrinnebzi.com Rusiya KİV-nə istinadən xəbər verir ki, saxlanılan 4 nəfər Dağıstan vətəndaşlarıdır. Onların üzərlərində üç bomba olub. 

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, əsas hədəf Filipp Kirkorovun iyunun 6-da keçirilən konserti olub. Lakin plan baş tutmayıb. Belə ki, görülən təhlükəsizlik tədbirlərindən qorxan terorçular daha əsaslı şəkildə hazırlaşmaq qərarına gəliblər. 

Qeyd edək ki, bu, İŞİD-in pop-musiqiyə qarşı ilk neqativ reaksiyası deyil. Ötən ilin fevralında onlar Mosulda bir gənci bu tip musiqiyə qulaq asdığı üçün edam etmişdilər. 

 

 

omllo

Diasporamız Saakaşviliyə dəstək üçün mitinqə qatıldı – Foto

Ukraynada Azərbaycan diasporasının bir qrup üzvü paytaxt Kiyevdə keçirilən etiraz mitinqinə qatılıb.

Mitinqdən çəkilən fotoları Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov özünün feysbuk hesabında paylaşıb. Minlərlə paytaxt sakini ilə birgə Ali Radanın qarşısına toplaşan diaspora üzvləri “Birlikdə qələbəyə” şüarı ilə mitinqə və bu mitinqin təşkilatçılarından olan “Yeni güclərin hərəkatı” partiyasının lideri Mixail Saakaşviliyə dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, etirazçılar deputat toxunulmazlığının ləğvini, seçki qanunvericiliyinin dəyişdirilməsini, həmçinin anti-korrupsiya məhkəməsinin yaradılmasını tələb edirlər.

Daha ətraflı oxu »

a

Arif Qaraşovdan qəza açıqlaması – “Cəzasını alacaq…”

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov ailəyə məxsus avtomobilin piyadanı vurmasından danışıb.

O, “Qafqazinfo” ilə əlaqə saxlayaraq hadisəyə aydınlıq gətirib. Bildirib ki, qəza zamanı sükan arxasında oğlu deyil, sürücüsü olub:

“Hadisə baş verən səhər  saatlarında mən oğlumla Azərbaycan-Belarus  biznes forumunda iştirak etmişik. Sözügedən seriyalı maşın həmişə sürücüdə olub. Qəza anı müşahidə kameralarında əks olunub. Və hazırda həmin görüntülər hüquq-mühafizə orqanlarındadır. İşlə bağlı Yasamal RPİ-də tədqiqqat aparılır, araşdırma davam edir”.

Qaraşov deyib ki, qəzanı törədən sürücü qanunla cəzasını alacaq:

“Xoşbəxtlikdən ölüm hadisəsi baş verməyib. Piyada gənc xanımdır. O, tibbi yardım alıb, evlərindədir. Allaha şükür heç bir problemi yoxdur. Qəzadan heç kəs sığortalanmayıb. Baş verən hadisəyə görə çox təəssüf edirəm. Sürücünün səhvi üzündən bizə məxsus olan avtomobilin belə qəza törətməsi xoş deyil”.

ferhadd

Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur

Bu gün Bakıda yolu keçən piyadanı vuran “Jeep” markalı, 90 AA 707 dövlət nömrə nişanlı avtomobilin sahibi məlum olub.

Məlumata görə, “AA 707″ seriyası Qaraşovlar ailəsinə məxsusdur.

Söhbət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun özünün və ailə üzvlərinin avtomobillərindən gedir. Konkret qəzanı törədən nömrə A. Qaraşovun oğlu Fərhad Qaraşova məxsus olub. Hazırda bu nömrə rəsmi olaraq Mars-FK LTD şirkətinin adınadır. Şirkətin sahibi isə Fərhad Qaraşovdur.

Qəza zamanı sükan arxasında olan sürücünün kimliyi isə hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, Qaraşovun oğlu bir müddət əvvəl “Kapital Bank”ın Nəsimi filialının rəhbəri vəzifəsindən azad olunub, hətta onun ardınca filialın bütün əməkdaşları işdən çıxarılmışdı.

Keçmiş məmurun oğlu hazırda öz şəxsi bizneslərini idarə edir. Yeni fəaliyyət növü kimi nar satışı ilə də məşğul olurlar.

Adı dəfələrlə mətbuatda hallanan F.Qaraşov avtomobil həvəskarı kimi tanınır. Onun avtomobil kolleksiyasında xeyli bahalı maşınlar, o cümlədən “Bentley”  “Rolls-Royce” və digər markalar yer tutur.

 

18557288_10203785385670899_3105758461949691831_n

Fikrət Hüseynli haqda həbs qərarı verildi

Ukraynada saxlanılan azərbaycanlı jurnalist Fikrət Hüseynli barədə qərar verilib.

Məlumata görə, Borispol Məhkəməsinin qərarı ilə F.Hüseynli 18 gün müddətinə azadlıqdan məhrum edilib.

Jurnalistin hüquqlarını Ukrayna Helsinki İnsan Haqları Birliyindən vəkil Dmitry Mazurok müdafiə edir. Vəkil qərarla razılaşmadıqları üçün apellyasiya şikayəti veriləcəyini bildirib.

F.Hüseynlinin Hollandiyadan siyasi sığınacaq alması barədə məlumatlar də apellyasiya məhkəməsi zamanı təqdim ediləcək.

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2017 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev