havatozjpg

Sabah yağış yağmayacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 9-12, gündüz 16-20, Bakıda gecə 10-12, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, dağlarda gecə 0-4, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.  

ramil

Nazir bölgələrə mətbuat xidməti təyin etdi

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qurumlarının əməkdaşları fəaliyyətə başlayıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkənin  6 bölgəsində – Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə şəhər və rayonlarında Mətbuat Xidmətinə bilavasitə tabe olan regional qruplar yaradıb.

Bununla əlaqədar, Daxili İşlər Nazirliyi kütləvi informasiya vasitələrində xidmətə qəbulla əlaqədar müsabiqənin keçirilməsi barədə elanlar verib. Şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşən qəbul zamanı dövlət ali təhsil müəssisələrini jurnalist ixtisası üzrə bitirmiş, media qurumlarında işləmək təcrübəsi olan, yaşı 30-dan yuxarı olmayan və həqiqi hərbi xidmət müddətini başa vurmuş şəxslərə üstünlük verilib.

Seçimin sonunda  iştirakçılar arasından daha hazırlıqlı olan 6 nəfər “polis leytenantı” xüsusi rütbələri verilməklə həmin vəzifələrə təyin olunub.

Polis leytenantları Eşqin Qasımov Gəncə, Toğrul Nəsirli Şirvan, Nizam Həmidov Quba, Məhəmməd Rzayev Lənkəran, Mahir Məsimov Şəki, Aslan Qiyaslı isə Bərdə şəhər, rayonları daxil olmaqla adları çəkilən bölgələrdə artıq xidmətə başlayıblar.

96231be76f34a9183d5cb2f7a75a103a-300x200

Təhsil Nazirliyinin dələduzluğa görə tutulan əməkdaşı: “Pulu qaytaracam”

Dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Aytəkin Bağırovaya son sözlə çıxış etmək üçün söz verilsə də, o məhkəmədən vaxt istəyib: “Zərərçəkənlərin pulunu qaytarmaq niyyətim var. Ona görə vaxt verin”

Hakim təqsirləndirilən şəxsə vaxt verib. Bildirib ki, bir də körpə uşağı məhkəməyə gətirməsin: “Elə bildim bu gün hökm oxunacaq. Zaldan həbs ediləcəm. Ona görə gətirdim ki, uşağı özümlə həbsxanaya aparım”.

Məhkəmə prosesi oktyabrın 24-ə təyin edilib.

Xatırladaq ki, prokuror hər iki qadına 9 il azadlıqdan məhrum edilmə cəzası tələb edib.

Qeyd edək ki, hər iki şəxs əlbir olaraq iş düzəltmək adı ilə vətəndaşlara qarşı ümumilkdə 60 min manatdan çox dələduzluq ediblər. Zərərçəkmişlərinşikayəti əsasında hər iki qadın saxlanılıb. Onlardan Samirə Mansurova barəsində həbs qətimkan tədbiri seçilib. Aytəkin Bağırova barəsində isə polis nəzarətində qətimkan tədbiri seçilib.

S.Mansurova istintaq zamanı ifadəsində deyib ki, Xəzər rayonunda yerləşən xəstəxanada həkim işləyib, YAP-ın seçki komissiyasının üzvü olub.

Aytəkin Bağırova ona yaxınlaşaraq vəzifəli şəxslərin qohumu olduğunu deyib. Hətta o ifadəsində vəzifəli şəxslərin adını çəkib. İşə ehtiyacı olan şəxsləri müxtəlif orqanlarda işə düzəltməklə məşğuldur. Mənə deyirdi ki, onun əmisi oğlu yüksək vəzifədə işləyir. Həmçinin, Aytəkin Bağırova özünün Təhsil Nazirliyində işlədiyini və atasının da Ədliyyə Nazirliyində xidmət göstərdiyini bildirib: “Mənə vəd edirdi ki, xarici ölkələrdə səni oxudub, sonra Bakıda diaqnoztikaya həkim düzəldəcək. Bunların müqabilində Aytəkin Bağırova məndən işə düzəltmək üçün adamlar tapmağımı istəyirdi. Əlbəttə ki, bunu müəyyən pul və rüşvət qarşılığında əlbir olduğu adamlarla birgə həyata keçirirdi”.

S.Mansurova bildirib ki, sonradan A.Bağırovanın adamları aldatmasını görüb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

MTU5ZTVjZjhhN2Q4YTU_1

Prezidentin köməkçisi: Sarkisyan sözünün üstündə durmadı

“Təəssüflər olsun ki, S. Sarkisyan yenə öz ampluasındadır. Adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa, həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir”.

Bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistan prezidenti bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq.

“Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi, Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın”, – deyə N. Məmmədov qeyd edib.

0001

Azərbaycanda partiya sədri oğlunu özünə müavin təyin etdi

Oktyabrın 15-də Azərbaycan Sosial Demokrat Partiyasının XIII qurultayı keçirilib.

Partiyadan verilən məlumata görə, qurultayda deputat Araz Əlizadə yenidən sədr seçilib.

Oğlu Səməd Əlizadə isə beynəlxalq məsələlər üzrə müavin olub.

Təhməz Məmmədov, Günel Babayeva və Cavanşir Əsədov isə digər sahələr üzrə müavin seçiliblər.

ASDP Mərkəzi Komitəsinə 11 nəfər üzv seçilib. Daha ətraflı oxu »

yu

Kiyevdə etiraz aksiyası başladı – Minlərlə insan küçələrdə+Fotolar

Kiyevdə minlərlə insanın iştirakı ilə mitinq başlayıb. Mitinqlə əlaqədar olaraq paytaxtda mərkəzi küçələr bağlanıb. Aksiyada Mixail Saakaşvilinin də tərəfdarları iştirak edir.

Ali Rada və Prezident Administrasiyasının ətrafını isə gücləndirilmiş polis dəstələri mühasirəyə alıblar. Şəhərin mərkəzindəki Oktyabr sarayının qarşısında isə Milli Qvardiyanın döyüşçüləri düzülüblər. Jurnalistlərin sözlərinə görə, hətta parad zamanı paytaxtda bu qədər döyüşçü olmayıb.

Paytaxt administrasiyası məlumat yayaraq bildirib ki, mərkəzi küçələrə ictimai nəqliyyat, avtobusların girişi qadağan ediləcək.

Artıq minlərlə insan “Yeni güclərin hərəkatı”, “Batkivşina”, “İctimai mövqe” siyasi partiyalarının bayraqları ilə Ali Rada qarşısına toplanıb. Onlar deputat toxunulmazlığının ləğvini, seçki qanunvericiliyinin dəyişdirilməsini, həmçinin anti-korrupsiya məhkəməsinin yaradılmasını tələb edirlər.

Ümumilikdə ictimai asayişi təmin etmək üçün paytaxta 3500 polis və Milli Qvardiya dəstələri cəlb edilib. Daha ətraflı oxu »

MTU5ZTUwZTQ2ZjM1OWQ_1

Bakıda universitetdə oğlan qıza evlənmə təklifi etdi (VİDEO)

Bakı Dövlət Universitetində maraqlı anlar yaşanıb.

Milli.Az bildirir ki, Bakı Dövlət Universitetinin əsas korpusunun bufetində oğlan sevdiyi qıza tələbələrin gözü qarşısında evlilik təklifi edib. Təklifin qarşılığında qız oğlana “hə” cavabını verib.

Video sosial şəbəkədə yayılıb. Görüntülər qısa zamanda minlərlə dəfə bəyənilib. Videonu şərh edən qızlar oğlanın centlmenliyinə həsəd apardıqlarını bildirib. Daha ətraflı oxu »

1490870291-9712

Bakıda şirkətin xanım rəhbəri özünü öldürdü

Bakıda intihar hadisəsi baş verib.  Lent.az xəbər verir ki, Səbail rayon Neftçi Qurban küçəsində yerləşən “Enlightment” dil kursları mərkəzinin rəhbəri, 1961-ci il təvəllüdlü Əliyeva İradə Yusif qızı özünü iş yerində asaraq intihar edib.

Bildirilir ki, İ.Əliyeva həm də Bakıdakı universitetlərdən birində çalışırmış.

Onun hansı səbəbdən həyatına son qoyması məlum deyil.

Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

 

pic-b9e883bda193ff56d6be760d0a6bff92

Putin Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb.

BMT Təhlükəsizlik Şurasının 31 noyabr 2016-cı il tarixli qətnaməsi ilə əlaqədar imzalanan fərmana əsasən, Şimali Koreyanı təmsil edən şəxslərlə elmi-texniki əməkdaşlıq dayandırılacaq.

 

Qeyd olunur ki, əməkdaşlıq yalnız Pxenyanın nüvə və raket proqramlarının inkişafına yardım etmədiyi hallarda mümkündür.

 

Putinin tapşırığına əsasən, Şimali Koreyanın nüvə proqramının icrası ilə əlaqəli olan gəmilərin Rusiyada qeydiyyatı ləğv olunacaq, habelə belə gəmilərin Rusiyanın limanlarına girişi yasaqlanacaq.

1504842642

London metrosunda naməlum şəxs bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var

London metrosunun “Parsons Green” stansiyası yaxınlığında naməlum şəxsin bıçaqla insanlara hücumu etməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri barədə məlumat verilmir.

 

Hadisə yerinə polis qüvvələri cəlb edilib, ərazidə istintaq tədbirləri aparılır. “Parsons Green” metro stansiyası sərnişinlər üçün bağlanıb. Skotland-Yard hücumun terrorla əlaqəli olmadığını vurğulayıb. Bununla belə, hadisə ilə əlaqədar saxlanılan yoxdur.

 

Xatırladaq ki, sentyabrın 15-də “Parsons Green” metro stansiyasında törədilən partlayış nəticəsində 30 nəfər yaralanmışdı. Polis hadisəni terror aktı kimi qiymətləndirmişdi.

3ca50df1a54413f49a3461c85c3a0f1d

İŞİD silahlıları Kərkükdə iki kəndi ələ keçirib Böyüt

İŞİD terror qruplaşmasının silahlıları Kərkük şəhərindən şimal-qərbdə yerləşən iki kəndi ələ keçiriblər.

Bu barədə İraqın “Əs-Sumariyə” telekanalı xəbər verib.

 

Məlumata əsasən, yerli əhali yaşayış məntəqələrini tərk etməli olub. Ələ keçirilən kəndlər Kərkük şəhərini kürd muxtariyyətinin paytaxtı Ərbillə birləşdirən yolda yerləşir.

 

Qeyd edək ki, ötən gecə kürd peşmərgə dəstələrinin nəzarəti altında olan ərazilərə daxil olan İraq ordusu Kərkük vilayətində strateji mövqelərə nəzarəti ələ keçirib.

37410084-303

ABŞ prezidenti Yaponiyaya səfər edəcək

ABŞ prezidenti Donald Tramp Yaponiyaya səfər edəcək.

 

Bu barədə Yaponiya nazirlər kabinetinin nümayəndəsi Kota Noqami bildirib.

 

Onun sözlərinə görə, səfərin noyabrın 5-7-də baş tutacağı gözlənilir. “ABŞ prezidentinin ilk Asiya turu Yaponiyadan başlayacaq”, deyə K.Noqami bildirib.

 

Qeyd edək ki, Donald Tramp Aziya turu çərçivəsində həmçinin Çin və Cənubi Koreyaya səfər edəcək.

fgbfbf9

Dubay polisi uçan motosikletdə gəzəcək

Dubay polisi bir gün onun patrul donanmasının bir hissəsi olacaq gələcəyin uçan motosikletinin sınaqlarını keçirib

Texniki tərəfdən “Ferrari” və “Lamborghini” superkarları ilə təchiz olunmuş Dubayın hüquq-mühafizə orqanları yeni texnologiyalara da investisiya yatırmağa çalışır. Bu isə cinayətkarlıqla daha effektiv mübarizə aparmağa və ictimaiyyəti mühafizə etməyə imkan verəcək.

Ötən həftə Dubayda baş tutan “GITEX Technology Week 2017” texnologiya sərgisində Rusiyanın “Hoversurf” şirkəti xüsusi olaraq yerli polis üçün tərtib edilmiş uçan elektrikli motosikletin prototipini nümayiş etdirib. İstehsalçıların sözlərinə görə, uçan motosiklet küləyin və tozun təsiri ilə ekstremal şəraitdə aparılan sınaqları uğurla keçib.
Belə ki, motosiklet havada 64 km/saat sürət yığa bilir və 25 dəqiqə uçmaq qabiliyyətinə malikdir. Həmçinin motosiklet 300 kiloqram yükü də daşıya bilir.
Dubay polisi ümid edir ki, gələcəkdə uçan motosikletlərdən zabitlərin hadisə yerinə operativ gəlməsi üçün istifadə etmək mümkün olacaq.
qoroskop

Günün qoroskopu: ideyalarınızı reallaşdırmaq üçün münasib zamandır

Qoç -səhər saatları yetərincə maraqlı olacaq. Fəaliyyət sahəsini və ya istiqamətini özünüz seçə bilərsiniz. Maraqlı olaylar gözlənilir.
İdeyalarınızı reallaşdırmaq üçün münasib zamandır.
Günün ikinci yarısında sərbəst hərəkət edin. Yaxınlarınız və dəyər verdiyiniz insanların maraqlarının təminatı üçün bəzi planları təxirə salmaq olar. 
Tərəfdaşlarla, şəriklərlə münasibətlərin daha səmimi olmasına can atın.

Buğa - diqqətli, sayıq olun. Rəqiblər sizi üstələməyə çalışacaqlar. Fəaliyyət müstəvisindəki situasiyanı diqqətlə izləyin. Yeni tapşırıqlar və sifarişlər ala bilərsiniz. Səfər, səyahət, ezamiyyət istisna deyil.
Günün ikinci yarısında iş tempini aşağı salmayın. Belədə zəhmətiniz bəhrəsini verəcək. Qarşı tərəfin maraq və mənafelərini nəzərə alsanız, kollektiv fəaliyyət uğurlu olacaq.
Axşam saatlarında normal istirahət edin. Daha ətraflı oxu »

MTU5ZTRjNWIyNjEwOWI_1

“Maşın” şoudan MTRŞ-yə CAVAB

“Maşın” şou ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşovun iradlarına qarşı tərəf cavab verib.

Publika.az xəbər verir ki, realiti şounun baş redaktoru Tural Sevdimalı məsələyə münasibət bildirərək bunları deyib:

“Haqlı iradlar var, onlarla biz özümüz də məşğul oluruq. Rəhbərlik səviyyəsində bütün problemlər həll olunacaq. Hər şey düzəlməyə doğru gedəcək. Danışılacaq, mümkün qədər iştirakçıların da söhbətlərinə nəzarət ediləcək. Ancaq başa düşmək lazımıdr ki, canlı efirdir, qəfil kiminsə ağzını bağlamaq olmur”.

MTU5ZTUwMzMyNzk1MWM_1

Bakıda polisə növbəti hücum: bu dəfə xəsarət alanların sayı çoxdur

Davalarla məşhur olan “Oazis” restoranında yenə polisi yaraladılar

Paytaxtda yerləşən “Oazis” restoranında sərxoşların davasının növbəti qurbanı Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşı olub.

Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bazar günü axşam 8-ci mikrorayon ərazisində yerləşən restoranı ziyarət edən Bakı sakinləri — 1988-ci il təvəllüdlü Rüstəm Cəfərov, 1992-ci il təvəllüdlü Ramiz Babazadə və 1989-cu il təvəllüdlü Sumqayıt sakini sərxoş vəziyyətdə dalaşıblar. Hadisə yerinə gələn AR DİN Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Həsənzadə Turalbəy Mehman oğlu xuliqanları asayişi bərpa etməyə çağırıb. Lakin davanın gedişində dalaşanlardan biri polisin gözünə yumruq vurub və hadisə yerindən qaçaraq gizlənib. Araşdırma zamanı məlum olub ki, polisə hücum edən şəxs Cəfərovdur. 5-ci polis bölməsinin əməkdaşları onu saxlayaraq AR Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət məsuliyyətinə cəlb ediblər.

Qeyd edək ki, “Oazis”in adı mütəmadi olaraq cinayət hesabatlarına daxil olmaqla xüsusi populyarlıq qazanıb. Hələ 2014-cü ilin sentyabrında burada restoranın işçiləri ilə müştəriləri arasında baş verən davanı xatırlatmaq kifayətdir. O zaman Bakı sakini Zaur Əsgərov 3 yaşlı oğlunun ad gününü qeyd etmək üçün restorana 20 nəfərlik qonaq çağırıb. Dava restoranın mühafizəçisinin ona arvadının dekoltesini bağlamağı məsləhət görməsi ilə başlayıb. Mühafizəçinin belə yersiz davranışı Əskərov və qonaqlarını özündən çıxarıb. Elə bununla da mühafizəçilərlə müştərilər arasında dava başlayıb. Restoranın 3 işçisi bıçaq yarası alıb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Dava nəticəsində 7 nəfər xəsarət alıb.  Daha ətraflı oxu »

1474126941

Sarkisyan İlham Əliyevlə Cenevrə görüşündən danışdı

“Biz cəbhə xəttində ölüm hallarının baş verməməsi üçün gərginliyin daha da azaldılması yönündə razılığa gəlmişik. Azərbaycan prezidenti və mən bu məsələ ilə dərindən maraqlanırıq. İlham Əliyev həmçinin, mənim kimi problemin çətinliyini anlayır”.

 “Ria Novosti”nin verdiyi məlumata görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra erməni diasporunun nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.

Qeyd edək ki, bu gün Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanprezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri (İqor Popov Rusiya, Stefan Viskonti Fransa, Andrü Şofer ABŞ) Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak edibklər.

Zirvə görüşündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıb. 

Bəyanatda görüşün konstruktiv keçdiyi qeyd olunub. Bildirilib ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar.

 

2161936

Şimali İraqda atışma – Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusu İraqın şimalındakı Zap bölgəsində PKK terror təşkilatına qarşı əməliyyatlarını davam etdirir.

Türkiyə mətbuatı xəbər verir ki, bu gün keçirilən əməliyyat zamanı terrorçular əsgərlərə qumbara atıblar.

Nəticədə 2 əsgər şəhid olub, 3-ü isə yaralanıb.

Daha sonra şiddətli atışma baş verib və 8 terrorçu zərərsizləşdirilib.

 

 

nazirlik

Nazirlikdə yeni şöbə müdiri təyinatı

Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyinatı gerçəkləşib.

 “Report” xəbər verir ki, bu vəzifə Namiq Novruzova həvalə olunub.

N.Novruzov bu yaxınlarda Azərbaycan Turizm və Menecment Universitetinə rektor təyin olunmuş İlham Mədətovu əvəzləyib. 

Faktı Nazirliyin mətbuat katibi Səmayə Məmmədova da təsdiqləyib. 

Qeyd edək ki, Novruzov Namiq Samur oğlu 1978-ci ildə Bakı şəhərində anadan olub. O, Bakı şəhər 6 nömrəli məktəbdə təhsil alıb. Təhsilinin son, 10-cu sinfini Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində “Timwater high school” da davam etdirib. 1995-1996-cı illərdə ABŞ-ın “Centralia Community College”in siyasi elmlər fakültəsində, 1997-1998-ci illərdə İngiltərənin paytaxtı Londonda hazırlıq kursunda təhsil alıb. 1999-cu ildə İngiltərənin Liverpul Con Mörs Universitetinə qəbul olunub, daha sonra təhsilini Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində davam etdirib.

2003 – 2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. 2007 – 2011-ci illərdə Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının menecment fakültəsində təhsil alıb.

2000-ci ildə BM hüquq şirkətində hüquqşünas köməkçisi vəzifəsində fəaliyyətə başlayıb və 2006-cı ildə həmin şirkətdə vitse prezident vəzifəsinə qədər yüksəlib. 2007 – 2010-cu illərdə müxtəlif şirkətlərdə hüquq şöbəsinin müdiri və direktor vəzifələrində çalışıb.

2012-ci ildən Gənclər və İdman Nazirliyində Regionlarla iş və kadrlar şöbəsinin Regionlarla iş sektorunda aparıcı məsləhətçi, 2013-cü ildən isə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və beynəlxalq qurumlarla iş sektorunun müdiri səlahiyyətlərini icra edib.

 

b_550_325_16777215_00_images_xeber_sekilleri_16oktyabr2017_dcfdfdfdgg

İlham Əliyev və Serj Sarkisyan arasında təkbətək görüşün VİDEOsu

Prezident İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən təkbətək görüş başa çatıb. 

Missiya.Az xəbər verir ki, görüş İsveçrənin BMT-nin Cenevrədəki ofisi və digər təşkilatlardakı daimi nümayəndəsinin iqamətgahında baş tutub.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün görüşüblər.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

ed672d1382c9430186e4ccc5b807479b_XL

“Binə“də 23 yaşlı oğlan özünü asdı

“Binə” ticarət mərkəzində intihar hadisəsi baş verib.
 Ticarət mərkəzində satıcı işləyən Buzovna sakini, 1994-cü il təvəllüdlü Xalid Sadıq oğlu Hüseynov özünü asaraq intihar edib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə haddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

1508166615_1508165866_sdgfsg

Direktorun əri məktəb psixoloqunu döydü

İmişli rayonunda orta məktəbin psixoloqu döyülüb. Xeberdar.net “Report”a istinadən məlumatına görə, hadisə rayonun Boşçalar kənd orta məktəbində baş verib. Bələ ki, həmin məktəbdə psixoloq işləyən Şəhla Abbasova direktorun əri tərəfindən döyülüb. Yaralı qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

1508169280_1

Prezidentlərin görüşü ümidvericidir – YAP-dan ilk reaksiya

Bu gün Ermənistanın prezidenti Serj Sarkisyan və Azərbaycanın prezidenti İlham Əliyev Cenevrədə, İsveçrə zirvə görüşü keçiriblər. Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri (İqor Popov Rusiya, Stefan Viskonti Fransa, Andrü Şofer ABŞ) Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak edib.

Zirvə görüşündən sonra artıq Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat da yayıb. Bəyanatada deyilir:

“Görüş konstruktiv mühitdə keçdi. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər”.  Daha ətraflı oxu »

1508170777_1

Serj Sarkisyan: “Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun.”

Azərbaycan prezidenti İlham Əliyevlə Cenevrədəki görüşündən dərhal sonra Ermənistan prezidenti Serj Sarkisyan İsveçrə Konfederasiyasındakı Ermənistan səfirliyində erməni diasporunun nümayəndələri ilə etdiyi söhbətlərin nəticələri barədə danışıb. Hurriyyet.org virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti bildirib.

“Bir neçə dəqiqə bundan əvvəl Azərbaycan prezidenti ilə görüş başa çatıb: problemin həlli variantları ilə bağlı, belə desək, hər hansı konkret razılaşma yoxdur. Lakin biz qərara aldıq ki, gərginliyin azaldılması üçün tədbirlər görək ki, ön cəbhədə qurbanlar olmasın. Deməliyəm ki, həm Azərbaycan prezidenti, həm də mən bunda çox maraqlıyıq”, – Ermənistan prezidenti deyib.

“Təbii ki, İlham Əliyev də mənim kimi problemin mürəkkəbliyini anlayır, lakin bu elə bir məsələdir ki, sadə həlli heç zaman olmayacaq. İstəyirəm ki, bir şeydən hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz və bu məqsədlə hər şey edəcəyik, eyni zamanda Ermənistanı inkişaf etdirəcək və onu iqtisadi cəhətdən möhkəmləndirəcəyik”, – erməni lider qeyd edib.

MTU5ZTQ4NDRkYmFmOGI_1

Vəkil Aslan İsmayılova cinayət işi açıldı

Tanınmış vəkil Aslan İsmayılova qarşı cinayət işi qaldırılıb.

Bu barədə vəkil özü məlumat verib:

“Bu dəqiqələrdə Binəqədi rayonu Polis İdarəsinin müstəntiqi İlqar Həmidov mənə zəng edib bildirdi ki, Binəqədi rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb. Bu gün saat 15.00-da Polis İdarəsində dindirmədə olacam”.

1507962992_maral__13__f8d11285f930d0725d6da2f7cec90121

Müğənni Maral Tahirqızı həbsxanadan çıxıb

Müğənni Maral Tahirqızı həbsdən çıxıb. Lent.az xəbər verir ki, 2015-ci ildə Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə həbs edilən və barəsində məhkəmə tərəfindən 3 il müddətinə həbs-qətimkan tədbiri seçilən müğənni azadlığa buraxılıb.
O, cəza müddətinin üçdə iki hissəsini çəkdiyinə görə qanunun verdiyi imkandan yararlanaraq vaxtından əvvəl azadlığa çıxıb.
gfgg

İmadəddin Nəsiminin Azərbaycan dilində “Divan”ının iki nüsxəsinin surəti əldə edilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli “Divan”ının iki nüsxəsinin surətini əldə edib.

83 vərəqdən ibarət birinci divan aydın nəsx xətti ilə köçürülüb: “308 vərəqdən ibarət olan ikinci divan da səliqəli xətlə yazılıb. Bu divan Nəsiminin əlyazma divanları içərisində ən irihəcmlilərdəndir. “Divan”ın əvvəlində “Divani-həzrəti-Seyyid Nəsimi qəddəsə sirülhül-əziz” (“Həzrət Seyid Nəsiminin (qəbri pak olsun)divanı”) sözləri yazılıb. Bura 711 qəzəl, 6 tərcibənd, 3 məsnəvi, 9 müstəzad, 5 müxəmməs, 603 rübai, 3 qitə daxildir. Diqqəti cəlb edən cəhət odur ki, bu nüsxədə Nəsiminin əlyazma və mətbu divanlarında rast gəlmədiyimiz bir sıra şeirlər vardır. Mənbələrdə şairin heç bir müxəmməsinə rast gəlmədiyimiz halda,  burada onun 5 müxəmməsi verilib”.

 

İnstitutdan əlavə ediblər ki, Nəsimi “Divan”ının yeni tapılmış əlyazma nüsxələri böyük şairin irsini araşdıranlar üçün dəyərli töhfədir.

 

qandal_555

Bakıda gömrükçülər həbs edildi – Aralarında deputatın qohumu da var

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıqda şübhəli bilinən şəxslər saxlanılıb

  Saxlanılan şəxslər arasında deputat Elmira Axundovanın yaxın qohumu Azad Abdullayev, Peyman adlı İran vətəndaşı və bir neçə gömrükçü də var.

Deputatın yaxın qohumu Masallı rayonun Mollaoba kəndindəndir. Sovetlər dönəmində Masallının Mollaoba kəndində zəliyetişdirmə kombinatı olub. Azərbaycan müstəqillik qazanandan sonra bu kombinat dağılıb. İndi ölkədə zəli tədarükü lisenziyalaşdırılmış fəaliyyət növlərindədəndir. Deputatın qohumunun zəli qaçaqçılığına göə saxlanılması rayonda da b irmənalı qarşılanmayıb. Belə xəbərlər var ki, A.Abdullayev rəsmi sənədləşmədə göstəriləndən qat-qat artıq zəli tədarükü ilə məşğul olub və buna görə də istintaqçıların diqqət mərkəzinə düşüb. A.Abdullayevin sosial şəbəkədəki profilində onun zəli işinə yaxınlığına dəlalət edən fotolar, uyğun şərhlər də var. Belə anlaşılır ki, A.Abdullayev bu sahənin bilicilərindədndir.
Həmin fotoların da bir neçəsini təqdim edirik.
575b3bdbad3cb3a4646f47bf93e525519

Prezident İlham Əliyevlə Sarkisyanın təkbətək görüşü keçirilib – Fotolar

Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü keçirilib

 

 
Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb.
APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan “Tvitter” səhifəsində yazıb.
Görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri, ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün görüşüblər.
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. Daha ətraflı oxu »
11

MTRŞ “Maşın”ı tənqid etdi – “Tamaşaçılara hörmətsizlikdir…”

“Çox təəssüf ki, “Maşın şou” verilişində iştirakçılar arasında bir-birinə qarşı qeyri-mədəni davranışlar, aqressivlik halları müşahidə olunur. Efirdə ədəbi dillə bağlı problemin aktual olduğu bir şəraitdə şouda vulqar ifadələrdən, küçə danışıq tərzindən istifadənin baş alıb getməsi narahatlıq yaradır”.
 
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, iştirakçılar bir çox hallarda qarşılıqlı yersiz ittihamlara yol verməklə efir etikasına zidd situasiya yaranmasına səbəb olurlar: “Təəssüf ki, aparıcı bu cür halların qarşısının alınmasına çalışmır. Bütün bunlar isə tamaşaçılara qarşı hörmətsizlikdir. Adətən qalmaqallı davranışları ilə tanınan şou-biznes nümayəndələrinin, bəzi jurnalistlərin, aktyor və aktrisaların məqsədyönlü şəkildə şouda iştirakı neqativ hallara səbəb olur”.
 
Şöbə müdiri qeyd edib ki, şounun iştirakçılarının düzgün seçilməsinə və ümumilikdə şounun teleradio yayımı haqqında qanunvericiliyin tələbləri çərçivəsinə salınmasına ciddi ehtiyac var: “Hiss olunur ki, şounu hazırlayan prodakşn yayımçıya öz şərtlərini diktə etməkdədir. “Maşın şou”da sponsor reklamlarının həddən artıq olması da diqqəti cəlb edir. Şouda bəzən sponsor reklamı qanunvericilikdə müəyyənləşdirilmiş normadan 7-8 dəfə çox verilir. Bütün bunlar monitorinq qrupunun diqqətindədir və müvafiq şəkildə arayışlar tərtib olunur”.  Daha ətraflı oxu »

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev