MTU5ZTQ1MWZjN2UzYzk_1

Dəniz Baykal xəstəxanaya yerləşdirildi

Türkiyəli siyasətçi, Cümhuriyyət Xalq Partiyasının Antalya millətvəkili Dəniz Baykal gecə saatlarında xəstəxanaya yerləşdirilib.

Türkiyə mediası xəbər verir ki, Fransanın Strasburq şəhərindən Türkiyəyə yeni qayıdan siyasətçinin gecə saatlarında temperaturu yüksəlib və xəstəxanaya aparılıb.

79 yaşlı Baykal “FOX TV” kanalında canlı yayıma bağlanıb və vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Dəniz Baykala sətəlcəm başlanğıcı diaqnozu qoyulub və müalicəsinə start verilib.

MTU5ZTQ4MDFiZDNmYzI_1

Dərsliklə bağlı yeni qalmaqal (FOTOFAKT)

Son günlər mətbuatda Azərbaycanda dərsliklərlə bağlı ciddi problemlər ortaya çıxır və müzakirə olunmaqdadır. Analoji problem 4-ci sinif “Azərbaycan dili” dərsliyində də mövcuddur.

Devrinnebzi.com unikal.org-a istinadən xəbər verir ki, 4-ci sinif “Azərbaycan dili” dərsliyinin 41-ci səhifəsinin “düşün və cavab ver” bölümündə ciddi yanlışlığa yol verilib.

Belə ki, dərslikdə tapşırıq mətni əks istiqamətdə yazılıb və təbii ki, bu da məktəblilərin çaşqınlığına səbəb olur. Məktəblilər kitabı baş-ayaq oxumağa məcburdurlar. Daha ətraflı oxu »

MTU5ZTQ4ZTcyNDU2NzM_1

Cəlilabadda kuryoz təyinat: İmtahandan kəsildi, lakin yenə direktor oldu

Cəlilabadın Alar kəndində kuryoz hadisə baş verir. Burada Lətif Süleymanov adlı şəxs məktəbə qeyri-qanuni rəhbərlik edir.

Bu barədə ölkə.az-a kənd sakinləri məlumat verib.

Məlumata görə, L.Süleymanov 4 il əvvəl Alar kənd 2 saylı orta məktəbə direktor müavini təyin olunub. Həmin vaxta qədər isə o, heç vaxt bu və ya digər məktəbdə müəllim işləməyib:

“Lətif Süleymanovun adı 2 saylı məktəbdə Fars dili müəllimi kimi getsə də, şagirdlər onun üzünü heç vaxt görməmişdi”.

Sonradan L.Süleymanov müqavilə ilə məktəbə direktorluq edib. Bu il isə o, ümumtəhsil məktəblərinə direktorların işə qəbulu ilə bağlı imtahanda iştirak edib, lakin birinci mərhələdə kəsilib. Digər tərəfdən, L.Süleymanovla məktəb direktoru kimi bağlanmış müqavilə bu ilin iyun ayında başa çatıb. Lakin o, hazırda məktəbə rəhbərliyi qeyri-qanuni şəkildə davam etdirir.

toy

Hamı bu toydan danışır… – Qazaxda olub

Qazaxın Daşsalahlı kəndində baş tutan toyların birində çəkilmiş kadrlar sosial şəbəkələrdə maraqla qarşılanıb.

Videoda toy ərəfəsində kənd cavanlarının el adətinə uyğun olaraq müxtəlif oyunları izləyicilərin təəccübünə səbəb olub.

Toyun nə vaxt keçirildiyi qeyd olunmayıb. Daha ətraflı oxu »

dfegdf

Yeddi rayonun rəisi dəyişdirildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 7 rayon şöbəsinin rəisi işdən çıxarılıb.

Devrinnebzi.com APA-ya istinadən xəbər verir ki, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, xidmətin Ağdaş rayon şöbəsinin rəisi Sadiq İsmayılov tutduğu vəzifədən azad edilərək, Balakən rayon şöbəsinin rəisi, Balakən rayon şöbəsinin rəisi Fuad Cəniyev tutduğu vəzifədən azad edilərək, Lerik rayon şöbəsinin rəisi, Lerik rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəliyev tutduğu vəzifədən azad edilərək, Masallı rayon şöbəsinin rəisi, Masallı rayon şöbəsinin rəisi Rəsul Quliyevtutduğu vəzifədən azad edilərək, Qazax rayon şöbəsinin rəisi, Qazax rayon şöbəsinin rəisi Vüqar Mirzəyev tutduğu vəzifədən azad edilərək, Kəpəz rayon şöbəsinin rəisi, Kəpəz rayon şöbəsinin rəisi İlqar Əliyev tutduğu vəzifədən azad edilərək, Qəbələ rayon şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Bundan başqa, xidmətin Qəbələ rayon şöbəsinin rəisi olmuş Niyaz Məmmədov tutduğu vəzifədən azad edilərək, xidmətin baş idarəsində vəzifəyə gətirilib.

Xidmətin Ağdaş rayon şöbəsinin rəisi vəzifəsinə isə Ağaverdi Fəttahov təyinat alıb.

xx

“Satılıb eləməmişəm ki…” – Hafiz Məmmədov

Azərbaycanlı iş adamı Hafiz Məmmədov qol.az saytına müsahibə verib.Həmin müsahibəni təqdim edirik:

- Necədi işləriniz?

- Problemlər qalmaqdadır, amma düzələcək, bu istiqamətdə işlər gedir.

- Çoxdandı mediada da görünmürsünüz.

- Hə, bu aralar bir az kənara çəkilmişəm. “Atletiko”ya görə danışmaq isə xoşdu. Həqiqətən sevindirici haldı. Belə bir nəhəng klub Azərbaycanda bu dəfə rəsmi matça, özü də “Qarabağ”la oyuna gəlir.

- Sizin təşəbbüsünüz və birbaşa maliyyə dəstəyinizlə “Atletiko” 3 ilə yaxın Azərbaycanla əməkdaşlıq etdi, üzərində ölkəmizin adının yazıldığı formaları geyindi.

- Bu əməkdaşlığın kökü 2012-ci ilə gedib çıxır.  Xarici klublarla maraqlanırdım. İlk olaraq Fransadan “Lans” variantı vardı. Həmin ilin yay aylarında bununla bağlı müzakirə aparılırdı. Elə o ərəfədə “Atletiko” “Çelsi” ilə Avropa superkubokunun oyunu üçün Monako şəhərinə gəldi. Mən də ordaydım. “Atletiko” klubunun daxilində ümumi dostlarımız var. Hansı ki, onlar bizneslə də məşğul olurlar. Həmin vaxt madridlilər sponsor, tərəfdaş axtarırdılar. Danışdıq, razılaşdıq. O vaxtlar maliyyə imkanlarımız da geniş idi. Onlarla bu gün də dostluğumuz davam edir. Bir-iki günə (söhbət şənbə günü olub – A.B.) rəsmi oyun üçün Bakiya gələcəklər. Ancaq onların Azərbaycanda bir ünvanları var: “Bakı” futbol klubu. Yəni, mənim ünvanım həm də “Atletiko”nun Bakıdakı ünvanıdı. Daha ətraflı oxu »

asa

“Polisləri Müşfiqin adamları bildik…” – Silahlı insidentin təfərrüatı

Dünən mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov və əməliyyat üzrə rəis müavini, polis zabiti Orxan Axundzadənin yaralanması ilə nəticələnən insidentin təfərrüatı məlum olub.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, insidentə səbəb söyüş olub. Belə ki, iki-üç gün əvvəl cinayətdə adı hallanan  şəxslər Müşfiq Mədətovla bir məclisdə olublar. Həmin məclisdə onlarla Mədətov arasında münaqişə baş verib. Daha sonra tərəflər görüşmək qərarına gəliblər. Görüş zamanı qarşı tərəf bıçağın tiyəsi ilə Müşfiqin başına 3-4 dəfə zərbə vurub.

Rəis müavininə atəş açanlar - Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənov ifadələrində bildiriblər ki, polisləri Müşfiqin adamları zənn ediblər:

“Əgər polis olduqlarını bilsəydik atəş açmazdıq. O zaman ancaq xuliqanlıq maddəsi ilə dindiriləcəkdik, uzağı 1000 manatla buraxıla bilərdik”.

Əldə etdiyimiz digər məlumata görə, saxlanılanlar iş adamı Hafkanın mühafizəçiləri olublar, lakin hazırda onunla çalışmırlar.

Qeyd edək ki, Orxan Axundzadəni güllələyən şəxslərin olduğu  90-LT-997 dövlət nömrə nişanlı “Lexus” markalı maşın Hafiz Məmmədovun ortağı Azad Abdullayevin oğlu Rüfətə məxsusdur. Maşını etibarnamə ilə idarə edən Emin Həsənov isə “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşıdır.

 

 

1508125323_1 (1)

Misir ordusu Sinay yarımadasında 24 terrorçunu məhv edib

Misir hərbçiləri Sinay yarımadasının şimalında nəzarət-buraxılış məntəqələrinə hücumun qarşını alan zaman 24 terrorçunu məhv ediblər.

Bundan əlavə 6 Misir hərbçisi həlak olub.

Təhlükəsizlik qüvvələri terrorçuların axtarış əməliyyatını davam etdirilər.

Qeyd edək ki, ötən cümə günü Misirin əl-Ariş şəhərində terrorçuların hücumu nəticəsində 6 hərbçi həlak olub, bir neçəsi isə yaralanıb.

1508125167_1

ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başlayır

ABŞ və Cənubi Koreya Hərbi Dəniz Qüvvələri geniş birgə miqyaslı təlimlərə başlayırlar.

Trend-in “İnterfax”a istinadən verdiyi məlumata görə, təlimlər oktyabrın 16-dan 26-na qədər davam edəcək.

Məlumata əsasən, təlimlər Koreya yarımadasının sahillərində Yapon və Sarı danizdə keçiriləcək.

1508125361_1

Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq

Oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olacaq.   Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə baş tutacaq.
Prezidentlər İlham Əliyev və Serj Sarqsyan həmsdrlərin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edəcəklər.

13646_photo_w980

9 yaşlı qız BLİNÇİKDƏN ZƏHƏRLƏNİB ÖLDÜ – FOTOLAR

9 yaşlı Naynik Tika anafilaktik şok keçirərək ölüb.

 Atası qızını sevindirmək üçün ona böyrəkli blinçik bişirib. Blinçiki yeyəndən sonra halı pisləşən uşaq xəstəxanaya yerləşdirilib. Həkimlər ona sürətli və ölümcül daxili allergiya diaqnozu qoyub. 5 gün xəstəxanada aparata qoşulu vəziyyətdən qaldıqdan sonra valideynləri qızlarının aparatdan ayrılmasına razılıq veriblər.

Həkimlər 9 yaşlı Naynikin beyninin ciddi xəsarət aldığını müəyyənləşdirib.

Meyit tibbi ekspertizadan keçdikdən sonra həkimlər müəyyən edib ki, qız böyrəkdən zəhərlənib.

putin-platov

Putin alimləri Rusiyaya qaytarır

Rusiyadan getmiş alimləri qaytarmaqla bağlı bir sıra ideyalarımız var.   Bu barədə Rusiya Prezidenti Vladimir Putin Sankt Peterburqda keçirilən Parlamentlərarası İttifaqın Assambleyasında çıxışı zamanı danışıb. “Alimləri qaytarmaq barədə düşünəcəyik. Bu barədə müəyyən fikirlərimiz var. Bütün vətəndaşlarımızın qayıtması bizim üçün vacibdir. Rusiyada elmin inkişafı baxımından isə bizə onu irəli apara biləcək şəxslər lazımdır”, – Putin deyib.

platform-standing1-0

ABŞ-da neft platformasında partlayış olub, xəsarət alanlar var

ABŞ-ın Luiziana ştatında neft platformasında partlayış baş verib.

 

Hadisə Ponçartreyn gölündə qeydə alınıb.

 

İnsident nəticəsində azı 6 nəfər xəsarət alıb. İlkin məlumata əsasən, ölən yoxdur. Hadisə yerinə xilasedicilər cəlb edilib. Partlayışın səbəbləri hələ ki, məlum deyil.

 

Qeyd edək ki, Luiziana ştatının ən iri gölü olan Ponçartreynin sahəsi 1600 kvadrat metr təşkil edir.

1508107819_1

Məşhur iş adamı həbsxanada milyonlar qazanır

“Samsung” şirkətinin vitse-prezidenti və prezident Lee Kun-Heenin böyük oğlu Jay Y. Lee şirkətin rekord gəlir açıqlaması sayəsində fevral ayından həbsdə olmasına rəğmən varlanmağa davam edir.

Cənubi Koreyanın sabiq prezidenti Park Geun-Hyeyə rüşvət verdiyi üçün həbs edilən və 5 il azadlıqdan məhrum edilən biznesmen sahib olduğu “Samsung” səhmlərinin 1 faizini itirsə də, hazırda ona məxsus səhmlərin dəyəri 2 milyard dollardan artıqdır.

Lee həmçinin həbsdə olduğu müddətdə 10.5 milyon dollar dəyərində dividendi və “Samsung”un tərkibindəki digər hissələrinə görə 743 min dollar mükafatı almağa davam edir.

“Forbes”in hesablamalarına görə, Leenin sərvəti həbs olunana qədər 7.7 milyard dollar idisə, artıq 8 milyardı keçib.

ankara_278476576

SİYASƏT Bunu səndən gözləmirdik, Ankara

Azərbaycanın erməni işğalında olan ərazilərinə qanunsuz səfər edərək Bakını heçə sayan, Xankəndidə və Xocalıda ermənilərin maraqlarına cavab verən bəyanatlar verən, sonra da mətbuat konfransı keçirərək Dağlıq Qarabağı “Artsax” adlandıran, qondarma “erməni soyqırımı”nın Ankara tərəfindən rəsmən tanınmasının “labüd” olduğunu vurğulayan Türkiyə vətəndaşlarını Ankara sanki görməzdən gəlir.

Halbuki həmin adamlar beynəlxalq hüququn prinsiplərini və normalarını kobud şəkildə pozublar, Azərbaycan qanunvericiliyinə görə cinayətkar sayılırlar və ən başlıcası – Azərbaycanla Türkiyə, bu iki qardaş ölkə arasındakı münasibətlərə kölgə salmağa yönəlmiş addım atıblar.

Bu azmış kimi, Qarabağa səfər edən Türkiyə vətəndaşları Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlu hal-hazırda Türkiyə qəzet və saytlarına qanunsuz səfərləri və səfər təəssüratları haqqında geniş müsahibələr verir, televiziya proqramlarında nümayişkaranə şəkildə Qarabağ ermənilərinin qonaqpərvərliyindən, mövcud durumlarından pozitiv danışırlar.

Çünki özlərini rahat hiss edirlər, Azərbaycanın tələblərinə, iki ölkə arasındakı əlaqələrin önəmini vurğulayan Bakının çağırışlarına biganə qalan Türkiyə hökumətinin davranışından faydalanırlar. Daha ətraflı oxu »

457t74857868484

Qırğızıstanın yeni prezidenti bəlli oldu – YENİLƏNİB

Qırğızıstanda keçirilən prezident seçkilərində iqtidaryönlü Sosial Demokrat Partiyasından namizəd Sooronbay Jeenbekov qalib gəlib.

Bu barədə respublikanın Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən “İnterfax” məlumat yayıb.

MSK-nın məlumtına görə, seçki məntəqələrində səslərin 97 faizinin hesablanmasından sonra Jeenbekov 54,23% səslə qalib gəlir. Onun müxalifətdən olan əsas rəqibi Omurbek Babanov səslərin 33,47%-ni toplayıb. Seçicilərin seçkilərdə iştirakı 55,93% təşkil edib. İlkin məlumata görə, Qırğızıstanda seçkilərin ikinci turu olmayacaq.

Ölkə üzrə prezident postuna 11 nəfər namizədliyini irəli sürüb. Səsvermənin nəticələrinə təsir göstərə biləcək ciddi qanun pozuntusu qeydə alınmayıb.

 

qoroskop_045 (2)

Günün qoroskopu: danışmaqla bahəm, qulaq asmağı da bacarsanız, yaxşıdır

Qoç - Səhər saatlarından etibarən əhvalınız pisləşməsin. Bədbinliyə qapılmayın. Ötən günlərdə yaşanan hadisələr indiki proseslərə bilavasitə təsir edir.
Günün ikinci yarısında hansısa işə həddən artıq vaxt və qüvvə sərf etsəniz, yaşam tonusu səviyyəsinin aşağı düşməsi qaçılmazdır. Pozitiv olun, kiçik problemləri böyütməyin. Yaxınlarınızla ünsiyyətdə səmimi olun. Aqressiv davranmayın.

Buğa - Fəaliyyətinizdə harmoniyaya nail olun. Təfərrüatlarına bələd olmadığınız, detallarını dəqiqləşdirmədiyiniz işə başlamayın. Belədə, yarıyolda zəiflədiyinizi, imkanlarınızın tükəndiyini hiss edə bilərsiniz.
Başladığınız işi bitirin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə sərinləşməyə imkan verməyin. Emosional olmayın. 
Yaxın ətrafınızdakı insanların dediklərinə aqressiv münasibət bəsləməyin.

Əkizlər - Adi, yeknəsəq günlərdən biridir. Hisslərə yox, məntiqə əsaslanaraq hərəkət edin. Belədə, fəaliyyətinizdə və dəyər verdiyiniz insanlarla münasibətlərdə xoşagəlməz sürprizlərlə qarşılaşmayacaqsınız.
Günün ikinci yarısında qəfil istəklər, çılğın ideyalar istisna deyil. Yeni layihəni və ya istəyi reallaşdırmaq fikrinə düşməzdən əvvəl motivləri ayırd etməyə can atın. 
Axşam saatlarında ailə üzvləri və qohumlarla münasibətləri intensivləşdirin. Xoş emosiyalı anlar olacaq.

Xərçəng - Ətrafınızda baş verən hadisələrə təkan verən səbəbləri aydınlaşdırın. Şəxsi münasibətlər, istəklər və arzularla yanaşı, tərəfdaşlarla şəriklərin planları da önəmlidir. Çalışdığınız kollektivdə mübahisə etməsəniz, hər şey yaxşı olacaq.
Günün ikinci yarısında əhvalınızda ciddi dəyişikliklər olacaq. Ani çətinliklər sizdə durğunluq yaratmasın. Şübhələr planların gerçəkləşdirilməsinə mane ola bilər.
Axşam saatlarında normal istirahət edin.

Şir - Mühüm qərarlar üçün yaxşı gündür. Tələsməyin, yaxşıca düşünüb qərar verin. Yaşamınızın sahibi ola bilərsiniz. Peşəkar mövqelərinizi səbatlaşdırın.
İşlə bağlı yeni münasibətlərin başlanması, sərfəli əməkdaşlıq istisna deyil.
Günün ikinci yarısında sizi xoş sürpriz gözləyir. Qəfil hədiyyə, dəvət və ya romantik görüş ola bilər.
Səfər və ya səyahəti planlaşdıra bilərsiniz. Yaşam arealının dəyişdirilməsi faydalıdır, əhval-ruhiyyənizi yaxşılaşdıra bilər.
Yaşam potensialı səviyyəsi yüksəkdir.

Qız - Kiçik problemlərin çözülməsi, cari məsələlərin həlli üçün uğurlu gündür. Ciddi və ağır işlərə başlamayın. Səhv etmədən onları başa vurmaq asan deyil. Təmaslarda diqqətli, sərrast olun. Yeni tanışlıq, nüfuzlu insanın dəstəyi və ya yardımı istisna deyil.
İşdə rəhbərliklə problemləri müzakirə etmək, yeni layihəni nəzərdən keçirmək olar.
Günün ikinci yarısı bilik, informasiya bazasını genişləndirmək, yeni təcrübə əldə etmək üçün əlverişlidir. Alınmış məlumatların mübadiləsində xeyir var. Mühüm qərarlar qəbul etməyə tələsməyin.
Şəxsi münasibətlərdə diqqətli və həssas olun. İndi emosiyaların təsiri altında yanlış addım ata bilərsiniz.

Tərəzi -  Şəraitin formalaşdırdığı məqamlardan yararlanın. Hər olaydan xeyir tapmaq olar. Yeni tərəfdaşlarla işgüzar əməkdaşlığa başlamağın zamanıdır.
İşinizdə faydalı ola biləcək praktik məlumat və bilgilər əldə edin.
Sənədləşdirmə, icazə və rüsxətlərin alınması, məmurlarla görüş, sizin üçün mühüm məsələlərin həllinin asılı olduğu adamlarla danışıqlar üçün yaxşı zamandır. Dostlar sizi xoş xəbərlərlə sevindirəcəklər.
Yaxınlarınızda sizin üçün maraqlı xəbərlər var.

 

Əqrəb -  Maraqlı tanışlıqlar vəd edən gündür. Diqqətə layiq olan insanlar sizinlə maraqlanacaqlar. İstənilən görüş yaxşı keçəcək. İşgüzar fəaliyyət və maliyyə ilə bağlı məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. Kommersiya fəaliyyəti gəlir verəcək.
Köhnə dostları yada salın. Onlardan birində faydalı məlumat və ya maraqlı təklif ola bilər.
Günün ikinci yarısında alış-veriş etmək olar.
İdmanla məşğul olmağı unutmayın.
Aktiv və gümrah olmağa çalışın.

Oxatan - Səhər saatlarında alacağınız məlumat və gələcək informasiyanı dəqiqləşdirin. İlkin təəssüratlar hansısa olay və ya konkret şəxs barədə fikir yürütmək üçün yetərli deyil.
Təmkinli olun, soyuqqanlı davranın.
Günün ikinci yarısında cari problemlərin çözülməsi ilə məşğul olun. İllüziyalara qapılmayın, boş vədlərə aldanmayın. Mümkün uğursuzluq qorxusu əlinizi işdən soyutmamalıdır.
Yaxınlarınızı anlamağa meylli olun.

Oğlaq - Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi gərginləşdirməyin. Səmimi, anlayışlı insan təsiri bağışlayın. Həmkarlar, tərəfdaşlar, müştərilər və iş yoldaşları ilə təmaslarda praqmat olun.
Rəqiblərin sizi üstələməsinə imkan verməyin.
Günün ikinci yarısında qəfil hücuma məruz qala bilərsiniz. Aqressiyanın qarşısını dərhal alın. Amma bunu düşünülmüş şəkildə edin. Sevdiyiniz insanla ünsiyyətdə köhnə umu-küsünü xatırlamayın, müzakirə etməyin.

Dolça - Çətin, qarışıq, xaosu xatırladan gündür. Əsla gözləmədiyiniz hadisələr baş verəcək. Hadisələrin məcrası nəzərdə tutmadığınız istiqamətə yönələ bilər. Nəzərdə tutduğunuz planları reallaşdırmaq üçün var qüvvənizlə çalışın.
Gününi ikinci yarısında əvvəlki səhvlərin fəsadlarını, yanlışlıqların nəticələrini aradan qaldırın. Texniki nasazlıq əlavə zəhmət tələb edir.
Həmkarlarla anlaşılmazlıqları çözün. 
Dəyər verdiyiniz insanla münasibətlərdə qarşılıqlı etimad xüsusi əhəmiyyət kəsb edir.

Balıqlar - Tənbəl, astagəl, ətalətli olmayın. Diqqətiniz dağınıq olmasın. İlk baxışdan əhəmiyyətsiz təsir bağışlayan məsələlərin əslində ciddi əhəmiyyəti var.
Boş müzakirələr, mənasız söhbətlərdən uzaq olun.
Günün ikinci yarısında ən mühüm problemlərin həllinə başlayın. İkinci dərəcəli məsələləri müvəqqəti olaraq təxirə salın.
Danışmaqla bahəm, qulaq asmağı da bacarsanız, yaxşıdır.

hafka_358787878

Silahlı insidentlərə görə “Hafka”nın da həbs xəbəri yayıldı

Xəbər verdiyimiz kimi, dünən mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov bir qrup şəxs tərəfindən bıçaqlanıb. Silahlı şəxslər onları təqib edən Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni güllələyiblər.

“Moderator.az”ın verdiyi məlumata görə, M. Mədətova silahlı basqın edən şəxslərin biznes aləmində tanınmış bir şəxsin mühafizə dəstəsinin üzvləri olduğu bildirilir.

Bu şəxs “Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədovdur və o, hüquq-mühafizə orqanlarının gördüyü tədbirlər nəticəsində həbs edilib.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsi paytaxtda törədilən silahlı insidentlə bağlı birgə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edib ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vuraraq ona xəsarət yetiriblər.

Oktyabrın 15-də saat 04.00 radələrində həmin cinayət  işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində “Leksus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb, nəticədə  Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb.

Hadisəni törədən şəxslər həmin avtomobillə hadisə yerindən qaçıblar.

Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlər – 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuşlar – 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlu olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

 

 

inti (1)

Şamaxıda 10-cu sinif şagirdi özünü asdı

Şamaxı rayonunda intihar hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Polad Məhəmməd oğlu özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən kəndirlə asaraq intihar edib.

Mədrəsə qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi olan P. Məmmədovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

1508050576_1

ABŞ-da universitetdə atışma olub

Ötən şənbə ABŞ-ın Virciniya ştatında Pitersberq şəhərində universitet kampusunda atışma olub.

Bu barədə CBS telekanalı məlumat yayıb.

Atışma zamanı ən azı bir nəfər ağır yaralanıb. Atəş açan qaradərili şəxs olub. Onun saxlanılıb-saxlanılmaması barədə məlumat verilmir.

file_1507382565_BPİ.düz (1)

Bakıdakı atışma ilə bağlı 3 nəfər tutuldu – Rəsmi

Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsi paytaxtda törədilən silahlı insidentlə bağlı birgə məlumat yayıb.
 
Şəhər Prokurorluğundan daxil olan birgə məlumatda qeyd olunur ki, oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edib ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vuraraq ona xəsarət yetiriblər.

Həmin fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Oktyabrın 15-də saat 04.00 radələrində həmin cinayət  işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində “Leksus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb, nəticədə  Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb.

Hadisəni törədən şəxslər həmin avtomobillə hadisə yerindən qaçıblar.

Həmin fakt üzrə Nizami rayon Prokurorluğunda Cinayət Məcəllsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və hadisə yerinə baxış keçirilib. Hadisə yerindən 1 ədəd 12 mm və 6 ədəd 9 mm kalibrli gilizlər götürülüb və müvafiq ekspertizalar təyin edilib.

Cinayət işləri istintaqın davam etdirilməsi üçün Bakı şəhər Prokurorluğunun icraatına verilib.

Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlər – 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuşlar – 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlu olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
             
Hazırda qeyd edilən cinayət işi üzrə hadisənin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.

somali_de_bilanco_gittikce_agirlasti_189_olu_200_den_fazla_yarali_h245346_74c63

Somalidə matəm elan edildi – 189 ölü, 200-dən çox yaralı

Dünən Somalinin paytaxtı Moqadişuda “Safari” hotelin qarşısında bomba ilə yüklənmiş avtomobilin partladılması nəticəsində ölən və yaralananların sayı artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin sayı 189-a çatıb. 200-dən çox yaralının olduğu bildirilir.

Ölkədə 3 günlük matəm elan edilib.

Qeyd edək ki, Türkiyə, teraktda yaralananlara tibbi ləvazimat çatdırmaq və vəziyyəti ağır olanları gətirmək üçün bu gün Moqadişuya hərbi helikopter göndərəcək. Daha ətraflı oxu »

vin-760x506

Polisi güllələyən şəxs iş adamının qardaşıdır

Mərhum prezident Heydər Əliyevin mühafizəçisi olmuş Müşfiq Mədətovun bıçaqlanması və ardınca keçirilən əməliyyatda polis zabiti Orxan Axundzadənin güllələnməsi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.

Virtualaz.org xəbər verir ki, silahlı hücumu edən şəxs “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənov olub.

Qeyd edək ki, “Transgeyt” Açıq Səhmdar Cəmiyyəti Bakıda onlarla avtobus marşrutuna nəzarət edirdi. 2015-ci ildə şirkət faktiki olaraq müflis olub.

Bildirək ki, artıq cinayətkar dəstə üzvləri yaxalanıb. Daha ətraflı oxu »

MTU5ZTMzMWNhMjIyODE_1

“Rusiya Ermənistanı silahlandırmaqla gərginliyin artmasını stimullaşdırır” (ŞƏRH)

Rusiyanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyi təhdid edir və gərginliyin daha da artmasını stimullaşdırır.

Bunu Trend-ə politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, Rusiya Ermənistanı silahlandırmaqla onu özünə güclü forposta çevirmək niyyətində olduğunu ortaya qoyur.

Politoloq hesab edir ki, Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir.

F.Sadıqov qeyd edib ki, hazırda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri üçün əsas məsələ Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsi olmalıdır.

O, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın belə məsələlərə ehtiyatla yanaşmasını da vacib sayıb:

“Ermənistan uzun illərdir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır və Rusiya da bunu çox yaxşı bilir. Belə olan halda, qonşu ölkə vasitəçi olaraq məhz bu istiqamətdə olan addımlarını artırmalıdır. Ermənistan bir sıra dövlətlərə öz ərazi iddialarını dəfələrlə nümayiş etdirib. Düşmən ölkə indi də Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına iddialıdır. Təcavüzkar dövlət silahlandırılmamalıdır”.

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib.

Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

siaphoto_514712

Rəis müavinini güllələyib Mədətovu bıçaqlayanların kimliyi bəlli oldu – DİN-dən açıqlama

Bu gecədən başlayaraq Bakıda bir neçə ağır cinayətlər törədən dəstə üzvlərinin kimliyi məlum olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, dünən axşam Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova hücum edənlərin tutulması üçün bu gün əməliyyat keçirilib:

“Əməliyyat zamanı silahlı şəxslər Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni yaralayıblar. Yaralı zabit hospitala yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır”.

E.Zahidov bildirib ki, cinayətkar dəstənin kimliyi müəyyənləşdirilib:

“Cinayətkarların idarə etdiyi avtomobilin dövlət nömrə nişanı və kimlikləri müəyyənləşdirilib. Hazırda onları tutulması istiqamətində tədbirlər davam etdirilir”.

müşfiq mədətov

Rəis müavinini güllələyənlər Müşfiq Mədətovu bıçaqlayan şəxslərdir – Polis ayaqda

Xəbər verdiyimiz kimi, dünən naməlum şəxslər mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlayıb.

 Virtualaz.org xəbər verir ki, cinayətkarların tutulması əməliyyat keçirilən zaman, silahlı şəxslər polislərlə atışıb.

Atışma zamanı Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə yaralanıb.

Məlumata görə,Səbail Rayon Polis İdarəsinin əməkdaşları Mədətovu gücləndirilmiş mühafizə altına götürüblər. M.Mədətov ötən gecəni polis bölməsində keçirib. Hazırda isə o, polis idarəsinin binasındadır. Hüquq-mühafizə orqanları M.Mədətovun həyatına yeni sui-qəsddən ehtiyat edir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayətkarların tutulması üçün Daxili İşlər Nairliyində xüsusi əməliyyat qrupu yaradılıb. Hazırda Bakının bütün ərazilərində onların tutulması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Qeyd edək ki, dünən mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov bir qrup şəxs tərəfindən bıçaqlanıb. Silahlı şəxslər onları təqib edən Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni güllələyiblər.

5800b2854eae3.

Şimşək çaxacaq, dolu və qar yağacaq – Hava proqnozu

Oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, hava əsasən yağmursuz keçəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, günün ikinci yarısında arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-21° isti,

Bakıda gecə 14-16°, gündüz 18-20° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Nairlikdən xəbərdarlıq edilib ki, oktyabrın 16-sı günün ikinci yarısından 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 7-11° isti olacağı gözlənilir.

2015-11-06-12-13-50silah

Bakıda atışma – Rəis müavini güllələndi

Bakının Nizami rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib.

 Report xəbər verir ki, insident naməlum şəxslərlə polis əməkdaşları arasında qeydə alınıb.

Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis bölməsinin rəisi polis polkovnik-leytenantı Qədirov Elsəvər Maksim oğlu və Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə şübhəli şəxslərin olduğu “Toyota Prado” markalı avtomobili izləyib.

Qara Qarayev prospekti, “Ruslan 93” idman kompleksinin qarşısında polis zabiti Orxan Axundzadə “Toyota”ya yaxınlaşıb. Avtomobildə olan şübhəli 3 şəxsdən biri “Vinçestr” markalı odlu silahdan polislərə atəş açıb. Rəis müavini O.Axundzadə isə yaralanıb.

Şübhəli şəxslər polislərlə atışmadan sonra ərazidən qaça biliblər.

O.Axundzadə sağ ayağından aldığı güllə yarası ilə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə (Eksperimental Xəstəxana) yerləşdirilib.

İnsident yerinə Səbail Rayon Polis İdarəsinin rəisi də gəlib. Hazırda araşdırma aparılır.

 

 

MTU5ZTJmY2M1ODZjMTk_1

Prezidentin mühafizəçisi olmuş keçmiş polis rəisi bıçaqlandı (FOTO)

Dünən axşam saatlarında metronun “İçərişəhər” stansiyasının yaxınlığında Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlayıb.

Devrinnebzi.com virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Müşfiq Mədətov çayxanadan çıxarkən baş verib. M.Mədətov ərizə ilə Bakı Şəhər Polis İdarəsinin 9-cu bölməsinə müraciət edib.

Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, Müşviq Mədətov “Qarabağ”ın futbolçusu Mahir Mədətovun əmisidir. Mahirin Azərbaycan şou-biznesinin tanınmış prodüserlərindən olan atası Anar Mədətovun qardaşı olan Müşviq Mədətov vaxtı ilə “Bakı”nın prezidenti Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədovun yanında çalışıb. Elə Mahir də vaxtı ilə yetirməsi olduğu “Bakı” klubuna məhz həmin vaxt yazılıb.

Qeyd edək ki, Müşviq Mədətov 1991-ci ildən 1995-ci ilədək Azərbaycanın eks-prezidenti Heydər Əliyevin mühafizəçisi olub. O, daha sonra Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin rəisi vəzifəsində çalışıb. Daha ətraflı oxu »

cebhe-senger-foto-elxan_qniyev

Cəbhədə düşmən təxribatı davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub.

Müdafiə Nazirliyi xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan başqa, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Kəngərli, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev