dsdsjpg3jpeg

Mikroavtobus yük maşını ilə toqquşub – 7 ölü, 2 yaralı

Slovakiada ağır yol qəza hadisəsi baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident ölkənin qərbində Previdzada qeydə alınıb.

Məlumata görə, mikroavtobusun yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olanlardan 7-si ölüb, daha 2-si isə yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilib.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

 

 

horoscope_4785665

Günün qoroskopu: şəxsi münasibətlərdə dəyişikliklərə hazır olun

Qoç -bu gün köhnə dostlar və tanışlar sizə problemlərin öhdəsindən gəlməyə kömək edəcəklər. Səmimi olun, təlaş və hisslərinizi gizlətməyin. 
Yardımını gözlədiyiniz adamlarla nə qədər səmimi olsanız, alacağınız dəstək vaxtında və effektiv olacaq.
Əks cinsin mənsubu sizə yardım üçün üz tutacaq.
Bu gün problemlər yaransa, onların səbəbi izafi nikbinliyiniz və imkanlarınızı olduğundan artıq dəyərləndirməyiniz olacaq.
Yaşanan hadisələri, ətrafdakı şəraiti real dəyərləndirin. Belə olarsa, pərişan qalmaz, təəssüflənməzsiniz.

Buğa -  tərəfdaşlarınız, şərikləriniz, iş yoldaşlarınız və ya tanışlarınızın maliyyə, habelə daşınmaz əmlak sahəsindəki işləri sizin maliyyə durumunuza təsir edəcək. 
Ehtiyatı iki dəfə artırın, qənaətcil olun. Dəyişikliklər labüd və qanunidir, sizin nüfuzunuza zərbə vurmur. Üstəlik, dəyişiliklərin bəziləri arzuolunandır. 
Baş verənlərin nəticələrini axşam saatlarında görəcəksiniz. Uğur sizin olacaq. Bunu görməsəniz, ailə üzvləri deyəcəklər.

Əkizlər - tələsmək məsləhət deyil, güc toplayın. Rəhbərliklə fikir ayrılığınız olacaq, sizdən çox şey tələb edirlər. Şəxsi münasibətləriniz isə ürəkaçandır. Yeni dostlar qazanacaqsınız. Romantik meylləriniz ciddi olmayacaq, əvəzinə bu gün dostlaşdığınız insanlar sizi heç vaxt məyus etməyəcəklər.

Xərçəng - sizin soyuqqanlı ağlınız emosiyalarınızın üzə çıxmasına əngəl olacaq. Əlbəttə, başqa vaxt bu, əla olardı. Amma indi heç yerinə düşmür, çünki xeyli əyləncə və xoş təəssüratdan qala bilərsiniz. Azca sərbəst olun, peşman olmazsız. Bu gün xəsislik eləməyin, yoxsa yaxşı fürsətləri əldən qaçıra bilərsiniz. Yeri gəlmişkən, bu gün işgüzarlığınız döyüş hazırlığı vəziyyətindədir, istifadə edin. 

Şir - hamı bu gün sizdən kömək gözləyir. Amma sizin bir probleminiz ortaya çıxanda onların hamısı gözdən itir. Kefinizi pozmayın. Heç kimin sizə kömək etməyəcəyini nə qədər tez anlasanız, bir o qədər yaxşıdır. Təklikdə hər şeyin öhdəsindən daha yaxşı gəlirsiniz. Dünyagörüşünüzü genişləndirəcək məşğuliyyətlərdən yapışın – teatra, kinoya, konsertə gedin. Uzaqdan gələn qohum və ya dostlarınız sizi sevindirəcəklər.

Qız - xeyli təlaş və narahatlıq olacaq – bəzən boş şeylər, bəzən isə tam ciddi səbəblər üzündən. Dərd orasındadır ki, nəyin, həqiqətən, vacib, nəyin vacib olmadığını heç cür təyin edə bilməyəcəksiniz. Məsləhət üçün yaşlı qohumlarınıza müraciət etməyə dəyər. Onlar vəziyyətdən baş çıxarmaqda sizə yardım edəcəklər.

Tərəzi - görüşlər keçirmək, toplantılara qatlımaq olar. Maraqlarınızın reallaşması prosesinə kimisə cəlb etmək istəyirsinizsə, çevik və sürətli hərəkət edin. 
İşlərinizin alınması üçün inandırıcı danışın, yalana əl atmayın, bacarıqlarınızdan bəhs edin.
Uzaqdan xəbər alınması istisna deyil.
Yaxın perspektivlə bağlı plan və məqsədləri təhlil edin, cari situasiya ilə məhdudlaşmayın.
Gözlənilməz, xoş alqılar ola bilər. Daha ətraflı oxu »

merkel_170317-300x170

“Türkiyə ilə danışıqları dayandırmayacağıq” – Angela Merkel

Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması barədə danışıqların dayandırılmasına dair qərar Aİ-nin Brüsseldə keçiriləcək sammitində qəbul olunmayacaq.
RİA “Novosti” xəbər verir ki, bu barədə Merkel Almaniya hökumətinin saytında yerləşdirilən həftəlik müraciətində bildirib.

“Mən demişdim ki, biz Türkiyə ilə vəziyyəti müzakirə etmək istəyirik və buna görə də Avropa komissiyasından hesabat hazırlanmasını istəmişdik. Təbii ki, biz indi hər hansı bir qərar qəbul etməyəcəyik. Lakin mövcud vəziyyətlə bağlı hansı nəticələrə gələcəyimizə dair həmkarlarımın fikirlərini öyrənmək istəyərdim”.

403101179_1507975974

Con Kerridən Trampa ağır ittiham

ABŞ prezidenti Donald Tramp İranla nüvə sövdələşməsinə dair qərarı ilə beynəlxalq böhran yaradır.

Belə bir ittihamı ABŞ-ın sabiq dövlət katibi Con Kerri özünün “Twitter” səhifəsində yazıb.

Prezident Donald Trampın qərarı təhlükəlidir və beynəlxalq böhran yaradır. Qərar ABŞ-ın təhlükəsizlik sahəsindəki maraqlarını və yaxın müttəfiqlərinin maraqlarını təhlükə altında qoyur. Səbəb nə olur-olsun, reallıq budur ki, prezident sazişin sabitliyini pozaraq mövqeyimizi zəiflədir, müttəfiqlərimizi bizdən uzaqlaşdırır, İran mühafizəkarlarının mövqeyini gücləndirir, KXDR böhranının həllini qəlizləşdirir və bizi hərbi münaqişəyə yaxınlaşdırır”, – Kerri yazıb.

Xatırladaq ki, Donald Tramp oktyabrın 13-də xalqa müraciətində İran tərəfinin nüvə proqramına dair sazişi yerinə yetirməsini təsdiqləməkdən imtina etdiyini bildirib.

ggg5

“Qalatasaray” Türkiyə futbol tarixində ilkə imza atdı

Türkiyə Super Liqasının 8-ci turunun oyunları davam edir.

“Atiker Konyaspor” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Qonaqlar matça 11 əcnəbi futbolçuyla çıxaraq, Türk futbol tarixində bir ilkə imza atıb.

Beləliklə 1959-ci ildə başlayan Türkiyə 1-ci Liqasında ilk dəfə bir komanda, matça 11 əcnəbi futbolçu ilə çıxıb.

“Atiker Konyaspor” 0-2 “Qalatasaray”

Qollar: Gomis 54, 77 (0-2)

 

 

1506845036

Somalidə güclü partlayış nəticəsində 40 nəfər ölüb

Somalinin paytaxtı Moqadişoda güclü partlayış nəticəsində 40 nəfər ölüb, yaralananlar var. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, minalanmış yük maşını bu gün şəhərin izdihamlı küçələrindən birində partladılıb.

 

Məlumata görə, partlayış “Safari” otelinin qarşısında törədilib. Ölənlərin əksəriyyəti mülki şəxsdir.

 

Hadisə yerinin yaxınlığında törədilən ikinci partlayış nəticəsində ölən olmayıb.

pencerejpeg

Yağışlar yenidən başlayır – Leysan olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 758  mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 75-85, gündüz  45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  8-13, gündüz  19-24, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.

Xəbərdarlıq

Oktyabrın 16-sı gündüzdən 17-si axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı , bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

ilham (1)

İlham Əliyev məhkəmələrə sədrlər təyin etdi – Siyahı

Prezident İlham Əliyev Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq məhkəmələrə yeni sədrlər təyin edib.

AzərTAc xəbər verir ki, aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin sədrləri təyin ediliblər:

Ağır cinayətlər məhkəmələri üzrə:

Süleymanov Elxan Xasay oğlu – Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri

Əliyev Natiq Mürsəl oğlu – Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri

İnzibati-iqtisadi məhkəmələr üzrə:

Qasımov Vidadi Kamal oğlu – Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri Daha ətraflı oxu »

8EC62967-8D50-4845-B414-2AA92FF722A3_w1023_r1_s

Kot-Divuarda təyyarə qəzaya uğradı – Ölən və yaralananlar var + Video

Kot-Divuarın Abidcan şəhərindən Fransa ordusuna yük daşıyan karqo təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, hadisə zamanı təyyarədə olan 10 nəfərdən 4-ü ölüb, 6 nəfər isə yaralanıb.

Ölənlərin Moldova vətəndaşı oduğu açıqlanıb. Yaralılardan 4-ü isə Fransa əsgəridir.

İlkin ehtimallara görə, qəza fırtına səbəbindən baş verib. Daha ətraflı oxu »

ilham

Prezidentdən yeni hakim təyinatları – Siyahı

Azərbaycan Prezidenti İlham Əliyev bir sıra məhkəmələrə hakimlərin təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:

Ağır cinayətlər məhkəmələri üzrə:

-Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi

Nağıyev İsfəndiyar Səfər oğlu

Novruzov Əsgər Novruz oğlu

Bakı Ağır Cinayətlər Məhkəməsi

Əkbərov Məhəmməd Hüseyn oğlu

Həsənzadə İradə Xəlil qızı

Quliyev Əhməd Qəhrəman oğlu

Sadıxov Rasim Əkrəm oğlu

-Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Süleymanov Elxan Xasay oğlu

-Şəki Ağır Cinayətlər Məhkəməsi

Əliyev Natiq Mürsəl oğlu

Ramazanov Camal Cumar oğlu

İnzibati-iqtisadi məhkəmələr üzrə:

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

 

Abdullayeva Aygün Abdulla qızı

Hacıbəyova Miminat Tacib qızı

-Şəki İnzibati-İqtisadi Məhkəməsi

Qasımov Vidadi Kamal oğlu Daha ətraflı oxu »

4579b8eeb0030bad2ccf44b2c8ea5e40-300x200

“Türkiyə Prezidenti oktyabrın 30-da Azərbaycana səfər edəcək” – Səfir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il oktyabrın 30-da Azərbaycana səfər edəcək.Bu barədə Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Səfir qeyd edib ki, R.T.Ərdoğan Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak edəcək.
Diplomatın sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu sadəcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, eyni zamanda bütün Avrasiya üçün önəmlidir: “Bu dəmir yolunun əhəmiyyəti ondan ibarətdir ki, Çin və Avropa məhz Bakı-Tbilisi-Qars vasitəsilə birləşəcək”.
E.Özoral vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu ölkələrimiz arasında olan mədəni və iqtisadi ələqələri daha da dərinləşdirəcək.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasiminin oktyabrın 30-da Bakıda keçiriləcəyini bildirib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu ilə sərnişin daşımalarına 2018-ci ildən başlanacaq.

8472728

“Qarşılaşdığım ən sərsəm tələbə idi” – Trampın müəllimi

ABŞ prezidenti Donald Trampın Pensilvaniya Universitetində müəllimi olmuş Uilyam Kelli gözlənilməz açıqlamalar verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp və dövlət kativi Reks Tillerson arasındakı IQ testi mübahisəsinə Kelli də qoşulub.

O, Tramp haqqında “Qarşılaşdığım ən sərsəm tələbə idi” ifadəsini işlədib:

“Tramp dərsə gələndə sanki hər şeyi bilirmiş kimi hərəkət edirdi. Həmin Trampla indi “Ağ Ev”də oturan Tramp arasında fərq yoxdur”.

Xatırladaq ki, ötən həftə Tillersonun Tramp haqqında “axmaq” ifadəsi işlətdiyi iddia edilmişdi. Tramp iddialara münasibət bildirərək bunun həqiqi olduğunu inanmadığını, lakin “Əgər Tillerson belə söz deyibsə, onu IQ testinə dəvət edirəm” deyə sözlərinə əlavə etmişdi.

 

 

1506796044

YUNESKO-nun yeni baş direktoru məlum oldu

Fransanın keçmiş mədəniyyət naziri Odri Azule YUNESKO-nun baş direktoru təyin olunub.

“ “Ria Novosti”nin verdiyi məlumata görə, o, təşkilatın İdarə Heyətinin üzvlərinin 58-dən 30-nun səsini qazanıb.

Qeyd olunur ki, Azule bu posta təyinat üçün azı 30 səs toplamalı imiş.

Səsvermənin sonuncu turunda vəzifəyə həmçinin Qətərdən olan diplomat Həmad bin Əbdüləziz Əl-Kəvari də namizədliyini irəli sürsə də, o, 28 səs toplayıb.

Xatırladaq ki, YUNESKO-nun yeni rəhbəri postuna 6 ölkənin nümayəndəsi- Vyetnamın YUNESKO üzrə Milli Komissiyasının rəhbəri Suan Şon Fam, Misirin ailə və məişət məsələləri üzrə keçmiş naziri Muşir Həttab, Qətərdən olan diplomat Həmad bin Əbdüləziz Əl-Kavari, YUNESKO-nun Çin üzrə təmsilçisi Tsyan Tan, Livanın mədəniyyət nazirinin müşaviri Vera Əl-Huri Lakey və Fransanın keçmiş mədəniyyət naziri Odri Azule namizəd idi.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürmüşdü.
P. Bülbüloğlu ilə birlikdə Qvatemala (Xuan Alfonso Fuentes soria) və İraqdan (Saleh Əl Hasnavi) olan namizədlər də geri çəkilmişdilər.

Daha ətraflı oxu »

binajlc

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair tapşırıqlarının icrası üzrə görülmüş işlər, köklü dəyişikliklərə səbəb olan mühüm addımlar qeyd edilmişdir.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəmələrinin 70-dək hakiminin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar onların fəaliyyəti müzakirə edilməklə qiymətləndirilmişdir.

Aparılan prinsipial təhlil və müzakirələr nəticəsində vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq apellyasiya və birinci instansiya məhkəmələrinin ümumilikdə 20 hakiminin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilmiş, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakiminin aşağı işə keçirilməsi məqsədəuyğun bilinmişdir. Həmçinin, bir sıra birinci instansiya məhkəmələrinin sədri və hakimlərinin təyinatı, habelə hakim kadrlarından daha səmərəli istifadə edilməsi məqsədilə bəzi hakimlərin iş yerinin dəyişdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinə müvafiq təkliflər verilmişdir.

Tədbirdə məhkəmə hakimiyyətində yalnız mənəvi saflığı, peşəkarlığı, yüksək hazırlığı və qərəzsizliyi ilə fərqlənən hakimlərin təmsil olunmasının zəruriliyi bildirilmiş, hakimliyə namizədlərin mütərəqqi beynəlxalq standatlar səviyyəsində, ən şəffaf üsullarla seçimi prosesi haqqında məlumat verilmiş, hazırda 126 nəfər hakimliyə namizədin çoxmərhələli imtahanlarda müvəffəqiyyət qazanaraq, 1 illik ilkin tədris kursuna cəlb edildiyi vurğulanmışdır.

İclasda həmçinin, qanunvericiliyin tələblərinin və icra intizamının pozulması hallarına, habelə süründürməçiliyə yol verdiklərinə görə 2 hakimin tutduğu vəzifədən azad olunaraq aşağı işə keçirilməsi qərara alınmış, 2 hakim barədə intizam icraatı başlanılmışdır.

MTU5ZTBkNTg2MmI1ZmE_1

“YouTube” daha bir yeniliyi işə salacaq

“Google” şirkəti “YouTube” proqramında tez-tez yeni funksiyaları sınaqdan keçirir.

Devrinnebzi.com ICTnews-a istinadən xəbər verir ki, bu dəfə internet nəhəngi çarxların avtomatik işə salınmasını yoxlayıb.

İndi “Əsas” meyudakı videolar avtomatik olaraq səssiz şəkildə, amma subtitrlərlə birgə işə salınacaq. Videoçarx lap əvvəldən başlayacaq və istifadəçi onu izləyənədək davam edəcək.

İstifadəçinin icazəsi olmadan avtomatik işə salınan videolar adətən narahatçılıq yaradır, amma “YouTube”da bu funksiya yaxşı realizə olunub. Səsin əvəzinə subtitrlərdən istifadə edilməsinə görə, by funksiya istifadəçləri narahat etməyəcək. Bundan başqa, istəkdən asılı olaraq, bu funksiyanı istənilən an deaktiv etmək olar.

468109332-1024x595

ABŞ nüvə sazişi ilə bağlı qərarını açıqladı

Bir müddətdir ABŞ-ın İranla əldə etdiyi nüvə sazişindən imtina edəcəyi barədə xəbərlər gündəmi zəbt etmişdi.

Devrinnebzi.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın sazişdən imtina etməyəcəyi, lakin prezident Donald Trampın rəsmi Tehranın müqavilədən irəli gələn öhdəliklərə riayət etmədiyi barədə çıxış edəcəyi elan edilib.

Buna görə də, sazişə yenidən baxılması məsələsinin müzakirəyə çıxarılacağı gözlənilir.

Xatırladaq ki, İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan tarixi saziş 2015-ci ildə əldə edilib. Görüşdə İranlala birlikdə ABŞ, Fransa, Çin, Böyük Britaniya, Rusiya və Almaniyadan ibarət P5+1 qrupu iştirak edib.

Sövdələşmə, 2025-ci ildən sonra uranın zəngilləşdirilməsinə dair məhdudiyyətlərin ləğvini nəzərdə tutur.

gnfsdabf

İstanbulda məktəbə silahlı hücum – Ölən və yaralananlar var

İstanbulun Pendik rayonundakı Peşə və Texniki Anadolu Liseyinə silahlı hücum olub.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, Mustafa adlı şəxs sevdiyi qız Pelini başqa oğlanlarla görüb.

Buna görə də məktəbin yaxınlığında onların qarşısını kəsib. O, əlindəki tüfənglə şagirdlərə tərəf bir neçə atəş açıb. Pelin hadisə yerində ölüb. Yanındakı Cəmil və Dəniz adlı şagirdlər isə yaralanıb.

Mustafa daha sonra məktəbin içinə qaçaraq biləklərini kəsib və intihar etmək istəyib. Hadisə yerinə çağırılan polis və təcili yardım həkimlərinin cəhdlərindən sonra onu xəstəxanaya aparmaq üçün razı salmaq mümkün olub.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır. Daha ətraflı oxu »

prezident2_1507885337

İlham Əliyev sərəncam verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Məlumata görə, bu sərəncamla “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 7-ci hissəsi aşağıdakı redaksiyada verilir:

7. Hasilat sənayesində şəffaflığın artırılması
7.1. Beynəlxalq prinsiplərə uyğun olaraq, hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə tədbirlər görülməsi, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlərlə əməkdaşlığın davam etdirilməsi Həyata keçirilmiş fəaliyyətlə bağlı hesabat İcraçı: Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya 2017-2018

 

tenzile

Tənzilə Rüstəmxanlı Mikayıl Cabbarovu istefaya dəvət etdi

Tənzilə Rüstəmxanlı: “Dəhlizlərində rusca danışılan nazirlikdən bundan artıq nə gözləmək olardı?”

“Xəritənin dərsliklərə salınmasının təxribat olduğunu dəqiq demək mümkün deyil, amma ortada çox ciddi xəta var”.

Yenicag.az xəbər verir ki, bunu “Sherg.az”a Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.

O bildirib ki, bu hadisə Ermənistanın nail olmaq istədiyi, ermənilərin uydurmalarla bütün dünyanı inandırma siyasətinə dəstək durmaqdır:

“Biz mübarizə aparırıq ki, ermənilər saxtakardır, tariximizi təhrif edir, torpaqlarımızı işğal edir, Qarabağ ermənilərin torpağı deyil, indiki Ermənistan ərazisi Azərbaycanın tarixi torpaqlarıdır. Belə məqamda Təhsil Nazirliyində qalmaqallı xəritə dərsliyə salınır. Kitabın müəllifi isə bəsit şəkildə əsaslandırır ki, xəritəni vikipediadan götürüb. Bu azmış kimi üzr də istəyirlər. Xətanın üzürü günahından betərdi, üzrlə həll ediləsi məsələ deyil. Bu, çox ciddi problemdir. Qonşu ölkələrin mətbuatı nə yazacaq, sonrakı işdir. Yazılacaq ittihamları, faktları onların əlinə biz vermişik, Təhsil Nazirliyi, onun işçiləri, müəlliflər günahkardır. İllərdir deyirik, bir milləti məhv etməyin yolu onun təhsilini pis vəziyyətə qoymaqdır. Aydın görünür ki, təhsilimiz çox pis vəziyyətdədir. Yüzlərlə verilişlərdə, televiziyada, mətbuatda dəfələrlə demişik. Uzun müddət davam edən təhsilin korlanması sanki final nöqtəsinə çatıb.

Dərslikdəki qalmaqala görə məktəblər tarix dərsliksiz qalıb. Bunun məsuliyyətini daşıyır? Tarix dərsliyi çap olunanda ekspertlər harada idilər?”

T.Rüstəmxanlı əlavə edib ki, ən böyük düşmənimiz belə Azərbaycan xalqına qarşı bu cür addım atmazdı:

“Amma burada ciddi düşmən əli var. Bu düşmən də Azərbaycan xaqlının milli təfəkkürünü daşımır. Dəhlizlərində rusca danışılan nazirlikdən bundan artıq nə gözləmək olardı?

Məsələdə kimin günahlandırılmasından, hansı dövlətin təxribatı olmasından asılı olmayaraq, nəticə dəyişmir. Fakt budur ki, problem həll olunmayıb.

Bu cür ciddi məsələdə özünə hörmət edən nazir insanlardan üzr istəyib, istefa verməli idi. Lakin hazırkı vəziyyət cəzasızlıqdır”.

Qeyd edək ki, ötən həftə ölkə gündəmini zəbt edən “Azərbaycan tarixi” dərsliyindəki səhv Türkiyə mediasında da işıqlandırılıb. Bu barədə yazan “Sözcü” qəzeti qalmaqallı iddia irəli sürüb. Nəşr sözügedən məsələnin arxasında Rusiyanın dayandığını yazır.

1507871994_1

İŞİD-dən xilas edilən azərbaycanlı uşaqlar İraqdan Bakıya gətirildilər

Valideynləri İŞİD-ə qoşulan azərbaycanlı uşaqlar Abdulla və Xədicə İraqdan Bakıya gətirilib.

Bu haqda məlumatı virtualaz.org yayıb.

Sayt bildirib ki, məsələni diqqətdənkənarda qoymayan Azərbaycanın İraqdakı diplomatik korpusu uşaqların ölkəmizə gətirilməsini təmin edib.
Uşağın uçuş xərcini Azərbaycanın Xarici İşlər Nazirliyi ödəyib.

168709_src_1507898228

Əli Kərimli Müsavata sataşdı, qalmaqal düşdü

Özünü AXCP sədri kimi təqdim edən bloqqer Əli Kərimli müsahibəsində Müsavat partiyasını tənqid edib. O, Arif Hacılının rəhbəri olduğu Müsavatı müxalifəti yarıyolda qoymaqda ittiham edib.

Kərimlinin tikanlı sözlərinə əks düşərgədə qıcıq yaradıb. Nəticədə yeni AXCP-Müsavat qalmaqalının təməli qoyulub.

Müsavat başqanın müavini Yadigar Sadıqov ”Facebook” hesabında Milli Şuranın 2013-cü ildə prezident seçkiləri ilə əlaqədar yaradıldığını vurğulayaraq, Əli Kərimlinin ittihamlarının əsassız olduğunu deyib:

“Əli Kərimli jurnalist Sevinc Osmanqızına verdiyi müsahibə zamanı birlik barədə suala ad çəkməsə də, çox güman ki, Müsavat Partiyasını “həlledici məqamda” birlikləri pozmaqda, xalqı məyus etməkdə qınayıb. Müsavatın MŞ-nı tərk etmə səbəbləri barədə çox deyilib, çox yazılıb. Haqlı sayanların da, haqlı saymayanların da fikri artıq formalaşıb. Buna toxunmadan “həlledici məqam” iddiasına münasibət bildirmək istəyirəm.

Milli Şura 2013-cü ildə prezident seçkiləri ilə əlaqədar yaradılıb. Həlledici məqam da bu seçkilər olub. Müsavat Partiyası MŞ-nın seçkidə iştirak etməsi üçün əlindən gələni edib. Müsavatın qəti mövqeyi olmasaydı, boykot tərədarları qalib gələcəkdilər. Partiya bunun üçün əvvəlcə İsa Qəmbərin, daha sonra da vahid namizəd kimi görmək istədiyi Mehman Əliyevin namizədliyindən imtina edib. AXCP-nin ultimativ formada “ya Cəmil Həsənli, ya heç kəs” şərti ilə razılaşıb. Daha ətraflı oxu »

ab1_1493312546_1507891985

Avropa İttifaqı (Aİ) Şurasının qərargahında təhlükəli vəziyyət

Avropa İttifaqı (Aİ) Şurasının Brüsseldəki binasında tüstülənmə olub.

TASS xəbər verir ki, bu barədə qurum bəyanat yayıb. Bildirilib ki, ötən gün baş verən insident nəticəsində işçilər binadan təxliyə edilib. 10-dan çox insan tüstüdən zəhərlənib.

Bəyanatda vurğulanıb ki, tüstülənməyə səbəb mətbəxdə ventilyasiya sistemində yaranan problem olub.

Aİ Şurası əmin edir ki, insident 19-20 oktyabr tarixlərində ölkə və hökumət başçılarının sammitinin keçirilməsinə mane olmayacaq.

ggg5

Avropaya 29 avroya gedə bilərsiz – Prezidentlər razılığa gəldi

Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Rumen Radev arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə razılıq əldə edilib.

Uçuşlar 2018-ci il yanvarın 16-dan etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçiriləcək.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bildirilib ki, Bolqarıstanın paytaxtı Azərbaycanın aşağıbüdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhər olacaq.

Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu kimi, 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə olmaqla, həftənin ikinci günləri həyata keçiriləcək.

 

 

prezident2_1507885337

“Əminəm ki, danışıqlar uğurla nəticələnəcək” – İlham Əliyev

Mən çox şadam ki, Siz mənim dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəlmisiniz. Səfərin çox böyük əhəmiyyəti var və əminəm ki, çox gözəl nəticələri də olacaq.

Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan prezidenti Rumen Radevlə görüşdən sonra mətbuata bəyanatında deyib.

“Bu gün həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşlərdə biz Bolqarıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiqlədik ki, Bolqarıstan və Azərbaycan dost, tərəfdaş ölkələrdir və bizim tərəfdaşlığımızın çox böyük əhəmiyyəti var. İki il bundan əvvəl biz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladıq və əslində, bu Bəyannamənin adı özlüyündə bir göstəricidir. Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Siyasi əlaqələrimiz ən yüksək səviyyədədir və bu gün əsas müzakirə mövzusu iqtisadi, nəqliyyat, energetika, turizm sahələrində və digər sahələrdə əməkdaşlığa əsaslanırdı. Bu sahədə böyük perspektivlər ola bilər. Təbii ki, qarşılıqlı ticarət dövriyyəsinin həcmi bizi qane edə bilməz. Bugünkü görüşdə müvafiq göstərişlər verilib ki, aidiyyəti orqanlar ticarət dövriyyəsinin artması ilə bağlı konkret təkliflər təqdim etsinlər”, – deyə o vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, “Azərbaycan Hava Yolları” şirkəti Bakıdan Sofiyaya birbaşa təyyarə uçuşlarını təşkil edəcək: “İndi hazırlıq işləri gedir. Əminəm ki, bütün danışıqlar uğurla nəticələnəcək və tezliklə Bakıdan Sofiyaya, Sofiyadan Bakıya təyyarə reysləri açılacaq. Mən bunu da səfərin gözəl nəticəsi kimi qiymətləndirirəm. Əlbəttə, bu gün biz energetika sahəsindəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu sahədə də strateji tərəfdaşıq. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Bolqarıstan Bakıda bir neçə dəfə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında həmişə yüksək səviyyədə təmsil olunub və Cənub Qaz Dəhlizinin icrası ölkələrimizi bir-birinə daha da yaxın edəcək. Bu, nəhəng transmilli layihədir. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. Azərbaycanın nəhəng “Şahdəniz” yatağından qaz Avropa ölkələrinə, region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılacaq. Əminəm ki, Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq”.
Daha ətraflı oxu »

1468233_940x531_1507888498

Dəniz Baykal Azərbaycana qarşı səs verib? – CHP-dən eksklüziv AÇIQLAMA

Türkiyəni Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil edən deputat, Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykalın Azərbaycana qarşı səs verməsi ilə bağlı məlumatlar təmsil etdiyi partiyada çaşqınlıq yaradıb.

CHP-nin ictimaiyyətlə əlaqələr bölməsindən verilən eksklüziv açıqlamada bildirilib ki, bu məsələ hazırda araşdırılır, Dəniz Baykalın və digər deputatların hansı səbəbdən Azərbaycana qarşı səs verməsi onlara məlum deyil.

“İnanırıq ki, burada texniki səhvə yol verilib. Biz bu məlumatların doğru olub-olmadığı araşdırırıq. Ola bilsin ki, yanlışlıq olub. CHP sədri Kamal Kılıçdaroğlu və Dəniz Baykal daim Azərbaycanı dəstəkləyib. Onun və digər deputatların belə addım atması bizdə şübhə doğurur. Məsələ ilə bağlı rəhbərliyə məlumat verəcəyik və yaxın vaxtlarda rəsmi açıqlama yayılacaq”. Daha ətraflı oxu »

C4mvB2kWcAAW3Kd_1488788881_1488864645_1506757369_1506921534_1507883158

Bələdiyyələrə yeni səlahiyyət verilir

Azərbaycanda yaşıllıqların salınması və bərpası üçün əkin materialları yerləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılacaq.

Bununla bağlı “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 21-ci (Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə) maddəsinə yeni-21.4 bəndi əlavə edilir.

Əlavəyə əsasən, Yaşıllıq salınması məqsədilə bələdiyyələr, qeyri-hökumət təşkilatları və əhali müvafiq icra hakimiyyəti orqanı tərəfindən əkin materialları, avadanlıq, inventor və digər vasitələrlə əvəzsiz təmin olunurlar. yaşıllıqların salınması və bərpası üçün əkin materialları yerləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılır.

Maddənin 12.3-cü (Yaşıllıqların uçotu, kadastrı və monitorinqi) bəndinə əsasən, yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatlar ətraf mühitə dair informasiya almaq haqqında qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanında toplanır və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir.

Təklif edilən dəyişikliyə əsasən, bələdiyyələrin səlahiyyətləri artırılır. Belə ki, yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatları bələdiyyələr və müvafiq icra hakimiyyəti orqanları toplayacaq.

Maddənin 14.7-ci (Yaşıllıqların bərpası) bəndinə də dəyişiklik edilir. Dəyişikliklə yaşıllıq salınması üçün faydalı bitki cinsi və növləri yerli iqlim şəraiti və torpaqların xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

lll90

Yanğında ölü sayı 31-ə çatdı, 900 nəfər itkindir

Kaliforniyada meşə yanğınları zamanı ölənlərlərin sayı 31-i keçib.

Devrinnebzi.com rus KİV-nə istinadən xəbər verir ki, ştatın şimalında başlayan yanğınlar nəticəsində azı 31 nəfər ölüb, 900 nəfər itkin düşüb.  Polisin məlumatına görə, elə cəsədlər var ki, yalnız sümükləri qalıb. Ehtimal edilir ki, yanğın elektrik naqillərindən başlayıb və külək onu gücləndirib. Hazırda istintaq yanğının dəqiq səbəblərini araşdırır.

Qeyd edək ki, ölənlərin sayı ölkə tarixində ilkdir. Belə ki, ən çox itki 1933-cü ildə Los-Ancelesdə Qriffit parkında yanğın zamanı olub.

Daha ətraflı oxu »

01201021

Bu da Ağalarovun dəbdəbəli malikanəsi – Video

Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov evinin qapılarını “Muz TV “ üçün açıb.

“Напросились” verilişi nin komandası Ağalarovun Rusiyadakı malikanəsinin görüntülərini lentə alıb. Fransa qəsrlərinin tərzində tikilən villanın ümumi sahəsi 4, 5 min kvadrat metrdir.

Evin 13 yataq, bir neçə qonaq otağı, kino və sport zalları, səsyazma studiyası, çaya baxan geniş terrası mövcuddur.

Həmin görüntüləri təqdim edirik:

 

 

uy

Bolqarıstan lideri Bakıda – Prezident və birinci xanımla görüşüb

Azərbaycana rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin oktyabrın 13-də rəsmi qarşılanma mərasimi olub.

AzerTac xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verib.

Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlar ilə görüşüblər.

Prezidentlər və birinci xanımlar rəsmi foto çəkdiriblər.

***

Oktyabrın 13-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.

 

denizy

Dəniz Baykal da AŞPA-da Azərbaycana qarşı səs verib

Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı iki hesabat müzakirəyə çıxarılmış və əlavə və dəyişikliklər edildikdən sonra hər iki hesabat üzrə qətnamələr qəbul edilmişdi.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə Qətnamənin lehinə səs verənlər arasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları-  Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici də olub.

Qeyd edək ki, həmin qətnamə 117 lehinə, 18 əleyhinə olmaqla qəbul edilmişdi.

Xatırladaq ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov həmin qətnamələri sərt tənqid etmişdi: “Burada yalan, böhtan, Azərbaycana qarşı ağlasığmaz faktları gündəmə gətirib səsləndirirlər. Azərbaycanda gedən hüquqi islahatlar, hakimlərin təyin olunması, qanunvericiliyin inkişaf etdirilməsi kimi məsələlər bütün dövlətlər tərəfindən qəbul olunub və bu, danılmaz faktdır. Ancaq məruzəyə “Azərbaycanda hüquqi islahatlara başlamaq lazımdır” sözlərini əlavə etmək o deməkdir ki, ya onlar Azərbaycanda gedən prosesləri ümumiyyətlə bilmirlər, ya da Azərbaycana qarşı qəsdən əsassız iddialar irəli sürürlər”.  Daha ətraflı oxu »

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev