1494567753-9884

Cəbhədə atəşkəs bu gecə də pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan, Şavarşavan kəndlərində, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Məzəm, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Nəmirli, Şuraabad, Baş Qərvənd, Cəvahirli, Abdinli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

dava

Valideynlər arasında kütləvi dava – Video

Çində atalar uşaqlarının bölüşə bilmədiyi oyuncaq üstündə dava ediblər.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata əsasən, insident Quandun vilayətinin Şençjen şəhərində baş verib. Kadrlardan valideynlərin oyun ərazinsində dalaşdıqları görünür. Davay səbəb isə uşaq oyuncağının kimə aid olub-olmamasıdır.

Bir qədər sonra mühafizəçilərin araya girərək valideynləri sakitləşdirməsi mümkün olub.

Daha ətraflı oxu »

bichaq

Qazax sakini bıçaqlanıb

Qazaxda bıçaqlanma olub.  Rayonun Quşçu Ayrım kənd sakini, 1978-ci il təvəllüdlü Şahmurad Qaracayev bıçaq xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Ş. Qaracayevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

 

Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.

1494868745

Tramp bu gün İranla bağlı strategiyasını elan edəcək

ABŞ prezidenti Donald Tramp oktyabrın 13-də Vaşinqtonun İranla bağlı strategiyasına dair nitq söyləyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bildirib.

 

Trampın İranla bağlanmış nüvə sazişinə dair qərarını elan edəcəyi gözlənilir.

 

“Prezident cümə günü saat 12.45-də (Bakı vaxtı ilə 20.45-də) strategiya ilə bağlı nitq söyləyəcək.

 

Sanders məsələ ilə bağlı təfərrüatların sonra elan ediləcəyini bildirib

x511

Xalq artisti Arif Quliyevin səhhəti qəfil pisləşdi –“Maşın“ şoudan uzaqlaşdırıldı

Xalq artisti Arif Quliyev “Maşın” şoudan uzaqlaşdırılıb Musavat.com xəbər verir ki, buna səbəb onun səhhətində yaranan problem olub. Qəfil halı pisləşən aktyor evinə yola salınıb. Həkim nəzarətində olan A.Quliyev xəstəxanaya yerləşdirilmək istəməyib. Proqramın aparıcısı Murad Dadaşov aktyorun artıq “Maşın”dan uzaqlaşdırıldığını deyib və ona sağlamlıq arzulayıb. Qeyd edək ki, hazırda müğənni Günel Ələkbərova səsverməyə çıxıb.

xz08

ABŞ-dan daha bir sərt addım –Rusiya nümayəndə heyətinə viza verilmədi

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti üzvlərinə BMT-də hərbçilərin Rusiya-Çin birgə konfransında iştirak etməsi üçün Amerika vizası verilməyib

Bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Yemelyanov deyib.

Onun sözlərinə görə, cümə axşamı baş tutan brifinqdə general-leytenant Andrey Tretyakın başçılıq etdiyi nümayəndə heyətinin iştirakı planlaşdırılırdı.
Oktyabrın 12-də BMT-də Rusiya və Çin hərbçilərinin ABŞ-ın qlobal RƏM sistemlərinin yerləşdirilməsi problematikası üzrə brifinq keçirilib
qoroskop_045

Bu gün bürcünüz nələr vəd edir?

Qoç – çətin, qarışıq gündür. Tapşırıqlarla sifarişlərin sayı artacaq. Tərəfdaş və ya şəriklərdən biri dəyişəcək. İşdə rəhbərliklə kəskin mübahisələr etməyin. Bilik və bacarıqlarınızı artırın. Təcrübənizdən yararlanın.

Günün ikinci yarısında peşəkar məziyyətlərinizi zənginləşdirin. Həddən artıq təşəbbüskar olmayın. Situasiyanı adekvat dəyərləndirin. İdeyalarınızın dərhal anlaşılacağına, dəstəklənəcəyinə ümid etməyin.
Axşam saatları mühüm görüş üçün əlverişli deyil.
Buğa – əvvəlcədən hazırladığınız plana riayət edin. Qəfil təkliflərə aldanmayın. Avantüralar deyilənlərin tam tərsinə olaraq, gəlir vəd etmir. Nizamsız fəaliyyət uğurlarınızı heçə endirə bilər.
Günün ikinci yarısında yeni sifarişin icrasına və ya layihənin reallaşdırılmasına başlamaq olar. Gərəkli nəticəni əldə etmək üçün aktiv olun. Cədlərinizin effektiv alınması üçün proseslərlə bağlı mümkün qədər çox məlumat toplayın.
Yaxşı tanımadığınız insanlara etibar etməyin. Yaxın ətrafınızdakı insanlardan biri sizə yardım edəcək.
Hisslərin etirafına tələsməyin. Daha ətraflı oxu »
4c7f5ccfc54a81e3bd3c84dca3dc553d-300x200

ABŞ-da gölün üzərindən əjdaha uçdu – ŞOK VİDEO

ABŞ səmasında uçan əjdaha lentə alınıb.”Ölkə.Az” xəbər verir ki, hadisə Montana ştatında baş verib. Video görüntü sosial şəbəkə izləyicilərinin heyrətinə səbəb olub.
Video çarxı paranormal hadisələrin tədqiqatı ilə məşğul olan şəxs göndərib. Tədqiqatçı dron aparatı ilə göldə çəkiliş aparanda təsadüfən səmada uçan canlını görüb. Adını gizli saxlayan tədqiqatçı iddia edir ki, bu hər hansı bir quş yox, nəhəng canlı idi. Səmada uçan iri qanadları və tikanlı quyruğu olan əjdahaya daha çox oxşayır.
Videonu izləyənlərin bəzisi bunun əjdaha olduğunu, digərləri isə nəsli çoxdan kəsilmiş dinozavr növü olan pterodaktild olduğunu qeyd edib. Daha ətraflı oxu »

MTU5ZGY5YjA4NWI1ZGY_1

Gürcüstan prezidenti azərbaycanlı məhbusları əfv etdi

Gürcüstan prezidenti Georgi Marqvelaşvili oktyabrın 12-də 226 məhbusun əfv edilməsi barədə fərman imzalayıb.

Məlumata görə, fərman barədə danışan Gürcüstan Əfv Komissiyasının sədri Zviad Koridze bildirib ki, əfv olunanlardan 141-i bu gün həbsxanaları tərk edəcək, 85 nəfərin isə cəzası yüngülləşdirilib.

Onun sözlərinə görə, əfv olunanlar arasında Gürcüstan vətəndaşı olan azərbaycanlılar da var.

unee-640x360

ABŞ-dan sonra daha bir ölkə YUNESKO-dan çıxır

Xəbər verdiyimiz kimi, ABŞ bu il dekabrın 31-də YUNESKO-dan çıxacağını açıqlayıb.

Bu açıqlamadan sonra İsrailin baş naziri Benyamin Netanyahu da qurumdan ayrılmaq üçün hazırlıqların başlanması barədə göstəriş verib.

Qeyd edək ki, ABŞ YUNESKO-dan ayrılmasına səbəb kimi təşkilatda İsrailə qarşı mövqe sərgilənməsini göstərib. Belə ki, ötən ilin noyabrında Fələstinin quruma üzv qəbul edilməsindən sonra ABŞ təşkilata edəcəyi 60 milyon dollarlıq yardımı təxirə salmışdı.

 

 

_98284494_alyosa

Rusiyadan Ermənistana 100 milyonluq kredit – Silah alınacaq

Ermənistan hökuməti Rusiyadan müdafiə məqsədləri üçün 100 milyon dollar məbləğində yeni kredit sazişini imzalamaq haqqında qərar qəbul edib.

Devrinnebzi.com BBC-yə istinadən xəbər verir ki, sənədə əsasən, Rusiyada istehsal olunmuş hərbi təyinatlı məhsul təchizatının maliyyələşdirilməsi məqsədilə Rusiya Ermənistana ekspert krediti təqdim edəcək.

Kredit Ermənistan tərəfindən, 2023-cü ildən başlayaraq, 15 il müddətində ödənilməlidir. Onlardan 5 ili üçün 3 faizlik güzəştli ödəniş dərəcəsi nəzərdə tutulur.

Sazişə əsasən, Ermənistan sözügedən kredit vəsaitlərini 2018-2022-ci illər müddətində istifadə etməlidir.

Bundan əvvəl, 2015-ci ildə, Ermənistan və Rusiya hökumətləri arasında Ermənistana Rusiyada istehsal olunmuş hərbi təyinatlı məhsul əldə etmək üçün, ödəniş müddətinin 2018-ci ilədək təxirə salınması şərtilə, 10 il müddətinə 200 milyon dollar məbləğində dövlət ixracat kreditini təqdim etmək haqqında saziş imzalanmışdı.

Həmin kredit əsasında nəzərdə tutulan hərbi texnika 2017-ci ilin sonunadək Ermənistana çatdırılmalı idi. Lakin Ermənistanda fəaliyyət göstərən “Məlumatlı vətəndaşlar birliyi” qeyri-hökumət təşkilatının müraciətinə cavab olaraq, Ermənistan Maliyyə Nazirliyi bildirmişdi ki, 2017-ci il 1 sentyabra olan məlumata görə, Ermənistan tərəfi nəzərdə tutulan ümumi məbləğin təxminən 20 faizi (40,7 milyon dollar) həcminə uyğun silah və başqa hərbi məhsul alıb.

Kredit vəsaitlərindən başqa, Ermənistan həmçinin büdcə vəsaitləri ilə silah əldə etməyi planlaşdırır. Bu məqsədlə, Ermənistanın 2018-ci il hərbi büdcəsi 17 faiz artırılıb.

kere-yag

Gömrük Komitəsindən kərə yağı ilə bağlı ittihamlara – Münasibət

Dövlət Gömrük Komitəsi (DGK) bu gün bir sıra kütləvi informasiya vasitələrində ölkəyə keyfiyyət göstəriciləri aşağı olan kərə yağlarının ixrac olunması və bu keyfiyyətsiz məhsulların idxalında qurumun məsuliyyət daşıdığına dair yayılan məlumatlara münasibət bildirib.

DGK-nın mətbuat xidmətindən verilən xəbərə görə, ölkə ərazisinə idxal edilən bütün növ mal və nəqliyyat vasitələri qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlər yoxlanıldıqdan və lazım olduğu təqdirdə müvafiq ekspertiza və laborator müayinələr aparıldıqdan sonra gömrük rəsmiləşdirilməsindən keçirilir.

“Ölkəyə idxal edilən bütün növ kərə yağları da ilk növbədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən gigiyenik sertifikat və qanunvericilikdə nəzərdə tutulan digər sənədlər yoxlanıldıqdan sonra gömrük rəsmiləşdirilməsi həyata keçirilir. Yalnız şübhə yarandığı təqdirdə maldan nümunə götürülərək müvafiq ekspertiza və laborator müayinələr aparılır. Qanunvericilikdə nəzərdə tutulan sənədləri qaydasında olmayan və ya daşınma, saxlanma və digər proseslər zamanı keyfiyyət göstəricilərində dəyişikliklər meydana gələn məhsulların idxalına qətiyyətlə icazə verilmir. Bu barədə dəfələrlə Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsi, müxtəlif media orqanları vasitəsilə, sahibkarlarla  və media nümayəndələri ilə görüşlər zamanı ətraflı məlumat verilsə də bəzi kütləvi informasiya vasitələrində hələ də ölkəmizin gömrük orqanlarının fəaliyyətini şübhə altına alan və həqiqəti əks etdirməyən məlumatlar yayılır”, – deyə məlumatda vurğulanıb.  
 
Dövlət Gömrük Komitəsi bir daha bəyan edib ki, ölkə ərazisinə idxal edilən bütün mal və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinə yalnız qanunvericiliyin tələblərinə əməl olunduğu təqdirdə icazə verilir.

vvv-1-520x369

Tarix İnstitutu xəritə qalmaqalı ilə bağlı bəyanat verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı bəyanatla çıxış edib.

İnstitutdan APA-ya verilən məlumata görə, bəyanatda deyilir ki, dərslikdəki uydurma “Böyük Ermənistan”ın ərazisini əks etdirən xəritə qədim Roma imperiyasını dirçəltmək xəyalına düşmüş olan faşist diktatoru Benito Mussolininin göstərişi ilə 1934-cü ildə Roma şəhərinin mərkəzi küçələrindən birinin (Via dei Fori İmperiali) divarına bərkidilmiş mərmər xəritələrdən biridir: “Həmin dövrdə tarixin müxtəlif hərbi-siyasi keçid zamanında öz çirkin niyyətlərinə nail olmağa çalışan erməni lobbisinin təsirilə məhz həmin xəritənin divara bərkidilmək üçün seçilməsi şübhəsizdir. Həqiqətən də saxta “Böyük Ermənistan” xəritəsinin dünyanın müxtəlif KİV-lərində və informasiya resurslarında, o cümlədən Vikipediyada yayılmasını məhz ABŞ-da fəaliyyət göstərən Erməni Araşdırmaları və Tədqiqatları üzrə Milli Assosiasiya təmin edir. Daha ətraflı oxu »

sfsfddsf-Kopie-577x369

İlham Əliyevin təyin etdiyi yeni nazir kimdir? – DOSYE

Yeni təyin olunan Energetika naziri Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.
1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.
1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri təyin edilib. Ailəlidir, iki övladı var. İngilis, alman və rus dillərini bilir.
Pərviz Şahbazov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdirinin birinci müavini Oqtay Şahbazovun oğludur.
 

prezident1_1507816508

Prezident dəmiryolçuları təltif etdi – Siyahı

Prezident İlham Əliyev “Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Ağayev Akif Ağaşəfi oğlu
Bədəlbəyli İmran Çingiz oğlu
Əliyev Rövşən Seyfiəli oğlu
Xanəhmədov Nazim Həsən oğlu
İsmayılov Məmməd İsmayıl oğlu
İsmayılov Ramin Hacı oğlu
Kovalyova Valentina Nikolayevna
Mahmudov Ədalət Təvəkkül oğlu
Məmmədəliyev Niyar Knyaz oğlu
Məmmədov İlham Nadir oğlu
Orucov Elxan Əli oğlu Daha ətraflı oxu »

90010101

“O xəritə Rusiyanın sifarişidir” – Türk mediasından şok iddia

Ötən həftə ölkə gündəmini zəbt edən “Azərbaycan tarixi” dərsliyindəki səhv Türkiyə mediasında da işıqlandırılıb.

Bu barədə yazan “Sözcü” qəzeti qalmaqallı iddia irəli sürüb. Nəşr sözügedən məsələnin arxasında Rusiyanın dayandığını yazır. Xəbərdə qeyd edilir ki, bu haqda Azərbycandakı mənbələr danışıblar. Onlar iddia edib ki, dərslik və oradakı xəritə Rusiya tərəfindən sifarişlə hazırlanıb.

Xatırladaq ki, rus bölməsinin 10-cu sinifləri üçün hazırlanan “Azərbaycan tarixi” dərsliyində yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub. Uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib. Həmin kitablar toplanaraq yenisi nəşr edilib və məktəblərə verilib.

ui (1)

“Sizə möhtac deyilik” – Ərdoğandan sərt ABŞ çıxışı

Prezident Rəcəb Tayyip Ərdoğan Türkiyə ilə ABŞ arasında yaşanan viza böhranı ilə bağlı çıxış edib.

 Ərdoğan bildirib ki, ortada şəxsən ona, hökumətə və dövlətə qarşı təşkil edilən etibar sui-qəsdi var: “Diplomatik ənənələr də  ayaq altına alınıb. Amerika ilə viza gərginliyi bunun ifadəsidir. Bu olayı ortaya çıxaran İstanbuldakı səfirdir. Amerikanın strateji ortağını məsuliyyətsiz səfirə fəda etməsi qəbuledilməzdir. Biz qəbilə dövləti deyilik Biz sizə möhtac deyilik. ABŞ-ı bir səfir idarə edirsə əfsuslar olsun”. 

Ərdoğan ABŞ-ın cagündənləri üçün aldığı silahın satışını dayandırmasına da münasibət bildirib: “Burdan nazirimizə də söyləyirəm. Sig Sauer adlı silah bundan sonra təhlükəsizlik orqanlarımızda istifadə edilməyəcək.

Biz sizdən silah istədikdə “konqres” deyirsiniz, lakin terror təşkilatına pulsuz silah verirsiniz. Niyə? Türkiyəni cənubdan mühasirəyə alasınız deyə. 
Bunlar bizi yəqin, kor, kar hesab edirlər. Elə alışıblar, lakin belə bir Türkiyə yoxdur. Biz beynəlxalq rəqbəttə öz yerini tutacaq Türkiyəyik”. 

 

fggrt

ABŞ UNESCO-dan çıxdığını elan etdi

ABŞ UNESCO-dan çıxır.

Bu barədə Dövlət Departamenti məlumat yayıb. 

Qeyd edək ki, 2011-ci ildə Vaşinqton təşkilatı maliyyələşdirməkdən imtina etmişdi. Buna səbəb onun sıralarına Fələstinin də qoşulması idi. ABŞ-dan sonra İsrail də eyni addımı atmışdı. Bununla da təşkilat maliyyələşməsindən 22 faiz itirmişdi. 

 

nlt

Bakıda məşhur mağazada biabırçılıq – Müştərini belə aldatdılar

“CBS Sport”un şərhçisi Pərviz Musayev “NLT Telekom” tərəfindən aldadıldığını bildirib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, P.Musayevin aldığı “iPhone” markalı telefonun bundan öncə kreditlə başqasına satıldığı məlum olub.

Bu barədə P.Musayev feysbuk hesabında məlumat paylaşıb. O qeyd edib ki, bu ilin yanvar ayında “NLT Telekom” dükanlar şəbəkəsinin Fəvvarələr Meydanı, 6 ünvanında yerləşən 2 saylı satış mağazasından 1299 AZN-ə 64 GB tutuma malik “iPhone 6S” smartfonu alıb: “Oktyabrın 10-da telefonun şəbəkəsində yaranan problemlərlə görə Azercell Müştəri Xidmətlərinə müraciət etdim və onlar bunun səbəbinin sırf telefondan qaynaqlandığını bildirdilər.

Telefonu aldığım “NLT Telekom 2” dükanına yollandım. Telefonun İMEİ kodu yoxladıqdan sonra dükanın meneceri olan Elçin adlı şəxsdən aldığım cavab məni şoka saldı: “Sizin telefon kredit borcuna görə bloklanıb”.

Ona telefonu nağd pulla məhz bu dükandan aldığımı dedikdə isə məsələni bu cür izah etdi – mənim onlardan aldığım smartfon Azercell şirkətinin “kampaniya” telefonu olub. Yəni hər hansı bir fiziki şəxs “Azercell”dən kredit xətti ilə yeni telefon alıb, sonra isə həmin telefonu qutusunu açmadan satıb və “zəncirvari” proseslə bu telefon “NLT Telekom”a gəlib çıxıb və ordan da mənə satılıb. Öz növbəsində Azercell şirkəti də həmin telefonun aylıq kreditinin ödənməməsi səbəbindən smartfonu bloklayıb. Azercell Müştəri Xidmətlərinə bu məsələ ilə bağlı müraciətimə cavab olaraq bildirildi ki, telefon yalnız kredit borcunun bağlanacağı təqdirdə blokdan çıxarıla bilər. Daha ətraflı oxu »

149984203039703454871000x669jpg

Prezidentdən sərəncam – Yeni nazir təyin edildi

Pərviz Oqtay oğlu Şahbazov Azərbaycan Respublikasının energetika naziri təyin edilib.

Azertac xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, keçmiş energetika naziri Natiq Əliyev bu ilin iyunun 9-da müalicə aldığı İstanbuldakı klinikada dünyasını dəyişmişdi.

tyyttr

Suriyada İŞİD-ə qoşulan “Ağ dul” ləqəbli rok-ulduz öldürülüb

Suriyada keçmiş rok-ulduz, ən çox axtarışda olan britaniyalı terrorçu qadın Salli Cons öldürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Sallinin 12 yaşlı oğlunun da öldürüldüyü qeyd edilir.

Times-in xəbərinə görə, “Ağ dul” ləqəbli qadın amerikaya aid pilotsuz  təyyarədən endirilən hava zərbələri nəticəsində mühasirəyə alınan şəhərdən qaçmaq istərkən öldürülüb.

Qeyd edək ki, 45 yaşlı rok –ulduz Salli özündən iki dəfə kiçik Cunaid Hüseynlə tanış olduqdan sonra İŞİD-ə qoşulub. Salli 2013-cü ildə kiçik oğlunu da götürərək əri ilə birgə Suriyaya gedib. 2015-ci ildə əri öldürüldükdən sonra “Ağ dul” ləqəbini alıb.

 

 

001

Yağ qutusundan papiros tapıldı

Yağ qutularında papiroslar aşkar edilib.

 Xaçmaz Gömrük İdarəsinin “Şirvanovka” gömrük postundan keçməklə Rusiyadan Azərbaycana gələn Azərbaycan vətandaşının əl yüklərinə gömrük baxışı keçirilib. Bu zaman vətəndaşa məxsus yağ qutularındakı yağların altından ümumi sayı 126 qutu olan “Belomorkanal” markalı papiroslar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır. Daha ətraflı oxu »

raminn

Ramin Hacılıya hökm oxundu – Saxta sənəd düzəldib…

Nəsimi Rayon Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Devrinnebzi.com APA-ya istinadən xəbər verir ki, məhkəmədə hökm elan edilib.
 
Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Ramin Hacılıya 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
 
Digər təqsirləndirilən şəxslər – Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov barəsində 2 il müddətinə icbari iş təyin olunub.
 
Cinayət işinin başlanmasına səbəb kimi Hacılı Ramin Rasim oğlunun ABŞ-a getməyə viza almaq istəyənlər üçün ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinə saxta sənədlər təqdim etməsi göstərilib.
 
İttihama görə, ABŞ-a getməyə viza almaq üçün ona müraciət etmiş şəxslərin adlarına iş yerləri və yüksək əmək haqqı almaları barədə hüquq verən rəsmi arayışlar saxtalaşdırılmaqla hazırlanıb.
 
Daha sonra cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov cəlb olunublar.
 
Məlum olub ki, R. Hacılı tamah niyyəti ilə hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla, qanunsuz hazırlama və satma barədə Qismət Məmmədovla qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. R. Hacılı “Azərbaycan Avropa Hərəkatı” adlı qeyri-hökumət təşkilatının sədri olduğu halda, ABŞ-a viza almaq istəyən Q. Məmmədova özünü vətəndaşların viza alınması məsələlərinə xidmət göstərən “Elend Educational And Travel Agency” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi təqdim edib və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib. Daha ətraflı oxu »

00001010

İbrahimovların qohumu qəzada həlak oldu – Yenilənib

3 gün əvvəl İmişli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, Hacıqabul-Horadiz yolunun İmişlinin Gövhərli kəndi ərazisindən keçən hissəsində  ekskavatora çırpılan pikapda vəfat edən Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun tanınmış iş adamı Hacı İbrahim Nehrəmli və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun bacısı oğlu olduğu ortaya çıxıb.

Vüsal İbrahimov xeyli vaxt imiş ki, İ. Nehrəmlinin İmişli rayonu ərazisindəki qum-çınqıl obyektlərinə nəzarət edirmiş və tez-tez bu rayona gedib-gəlirmiş.

Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.

***

Qəzada həlak olan şəxs İbrahimovların bacısı oğlu deyil, Hacı İbrahim Nehrəmlinin bacanağının oğludur.  Bu barədə Modern.az-a Hacı İbrahim özü məlumat verib. O qeyd edib ki, dünyasını dəyişən 41 yaşlı Vüsal İbrahimov Bakıda yaşayırmış: “Evi, ailəsi Bakıdadır, bir oğlu, bir qızı var. İşlə bağlı İmişlidə idi. Qismət, nə etmək olar”.

 

 

MTU5ZGYxMTMwY2NiMWU_1

Məşhur futbolçu ölkə prezidenti oldu

1995-ci ildə “Ballon d’Or” (Qızıl Top) mükafatına sahib çıxan “Milan”ın sabiq üzvü Corc Vea ölkə prezidenti seçilib. Devrinnebzi.com xəbər verir ki, 51 yaşlı veteran futbolçu Liberiyaya başçılıq edəcək.

Karyerasını bitirdikdən sonra futboldan uzaqlaşan Vea siyasətə qoşulub. 2005-ci ildə keçirilən prezident seçkilərində Ellen Yohnson Sirleafa uduzsa da, bu dəfə qalib gəlib. Demokratik İnkişaf Konqresinin namizədi olan veteran futbolçu 2014-cü ildən Liberiyanın Montserrado bölgəsinin senatoru idi.

Qeyd edək ki, Corc Vea futbolçu karyerası ərzində Liberiyanın “Miqt Barrolle”, “İnvinsible Eleven”, Fil Dişi Sahilinin “Afrika Sports”, Kamerunun “Tonnerre Yaounde”, Fransanın “Monako”, PSJ, “Marsel”, İtaliyanın “Milan”, İngiltərənin “Çelsi”, “Mançester Siti” klublarında oynayıb və karyerasını 2003-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin “Əl Cəzirə” klubunda bitirib. O, 1987-2003-cü illərdə oynadığı Liberiya millisində 60 oyun keçirib və 22 qol vurub.

O, “Miqt Barrolle” ilə Liberiya çempionluğunu və kubokunu, “İnvinsible Eleven”lə ölkə kubokunu, “Monako” ilə Fransa kubokunu, PSJ ilə Liqa 1-i, Fransa kubokunu (2) və Liqa Kubokunu, “Milan”la A Seriyasını (2), “Çelsi” ilə İngiltərə Federasiya Kubokunu qazanıb. 

1989, 1994, 1995-ci illərdə Afrikanın ən yaxşı futbolçusu seçilib, 1994/95 mövsümündə Çempionlar Liqasının bombardiri olub, 1995-ci ildə “Ballon d’Or”a sahib çıxıb. O, bu mükafatı qazanan ilk afrikalı futbolçu olub.

turkucu-doganay-dha-487

Türkiyəli müğənniyə hücum – 12 güllə atdılar

Türkiyəli müğənni Gökhan Doğanay silahlı hücuma məruz qalıb. Devrinnebzi.com xəbər verir ki, 39 yaşlı ifaçı dostları ilə bardan çıxaraq “34 YN 9027” markalı avtomobilinə minib. Kadıköy istiqamətində hərəkət edən Doğanaya bir qrup şəxs silah çəkib.

Öndə oturan sənətçi yaralanıb və təcili olaraq xəstəxanaya aparılıb.

G. Doğanayın avtomobilinə 12, ayağına isə 3 güllə atıldığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı oxu »

tramp3

Tramp Ağ Evə nifrət etdiyini bildirib

ABŞ prezidenti Donald Tramp özünün təhlükəsizlik xidmətinin rəisinə Ağ Evdə demək olar, hamıya nifrət etdiyini bildirib.

“Report”un məlumatına görə, bu barədə “Vanity Fair” mənbəyə istinadən xəbər verib.

“Mən Ağ Evdə nifrət edirəm. Bir sıra istisnalar var, amma onları görməyə gözüm yoxdur”, – deyə ABŞ prezidenti qəzəb içində bildirib.

Ağ Ev belə bir bəyanatı rəsmən təsdiqləməyib.

Nəşr həmçinin ABŞ administrasiyasında gərgin vəziyyət barədə də məlumat verib. “Vanity Fair”in məlumatına görə, Ağ Ev Aparatının rəhbəri Con Kelli və Pentaqon rəhbəri Ceyms Mettis Trampın nüvə zərbəsi ilə bağlı qərar qəbul edəcəyi təqdirdə nə etmək lazım olduğunu müzakirə ediblər.

Bundan başqa, KİV əlavə edib ki, Kelli prezidentin tvittinə və hərəkətlərinə nəzarət etməyə bütünlükdə zəifdir.

 

 
 
sads

700 qramlıq körpəyə sənəd ala bilmirlər – Foto

Türkiyədə yaşayan azərbaycanlı ailə Azərbaycan səfirliyindən yardım istəyir.

Devrinnebzi.com Türkiyə mediasına istinadən xəbər verir ki, Marmarisdə yaşayan Rauf-Nərmin Həsənli cütlüyü 6 aylıq dünayaya gələn 700 qramlıq körpələrinə pasport ala bilmir.

Ailə iddia edir ki, Dənizli dövlət xəstəxanasına yerləşdirilən körpənin müalicəsinə onlardan 800 türk lirəsi tələb edilib. Rauf Həsənlinin sözlərinə görə, o, sosial sığortalı işləsə də, körpənin pasportu olmadığına görə, pulsuz müalicə ala bilmir.

Həsənli ailəsin daha bir iddası isə Türkiyədəki Azərbaycan səfirliyi ilə bağlıdır. Onlar bildirir ki, səfirlik uşağa pasport vermək üçün onun Ankaraya gətirilməsini tələb edib.  Hazırda çətin vəziyyətdə qalan Həsənlilər səfirlik nümayəndələrindən kömək istəyirlər. Daha ətraflı oxu »

11

Murad Dadaşova “Maşın”la bağlı – Şok ittiham

Ötən gün “Maşın” realiti şousunun növbəti buraxılışı söz-söhbətsiz ötüşməyib. “Qafqazinfo” xəbər verir ki, yarışmada səsverməyə çıxan meyxanaçı Samirə Yusifqızı müsabiqə barədə ittiham irəli sürüb.

Reklamarası ifaçı Mehriban Xanlarova, Vüsalə Kərimova, Günel Ələkbərova və Xatun Əliyeva ilə gizli söhbəti zamanı bir iddia ortaya atıb.

Yusifqızı SMS-lərin aparıcı Murad Dadaşov tərəfindən tənzimləndiyini deyib:

“Səsvermənin çevrilişini Murad Dadaşov edir, özü tənzimləyir. İstəmirlər ki, şouda qalım”.

Efirin canlı yayımında xanım meyxanaçının bu qalmaqallı ifadələri müzakirələrə səbəb olub.  Layihənin aparıcısı M. Dadaşov ifaçının fikirlərinə öz etirazını bildirib:

“Təbii ki, bu fikirlərinizə görə sizi yarışmadan uzaqlaşdıra bilmərəm, şəxsi fikrinizdir. Ancaq diqqətli olaq, burada böyük insanlar yarışıb, şou 12 ildir ki, davam edir. Yanlışlıq olsaydı proqram bu qədər davam etməz, sevilməzdi”.

Qeyd edək ki, S. Yusifqızı 12,36 faiz qalsına səs yığaraq yarışmasını tərk edib. Daha ətraflı oxu »

1507779130_1

Gəncədə 47 yaşlı qadın qətlə yetirilib

Gəncədə qətl hadisəsi törədilib.
Hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən 23 saylı binada qeydə alınıb.

Həmin binada olan mənzillərin birində şəhər sakini 1970-ci il təvəllüdlü Gülmira Səfixanovanın meyiti aşkarlanıb. Məlumata görə, qadının bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev