retery

Gənc istedadların təqaüdü 400 manata çatdırıldı

Azərbaycan prezidenti İlham Əliyev gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və “Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında” 1997-ci il 13 sentyabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Məlumata görə, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən 300 manatdan 400 manatadək artırılıb.

tytry

Moskvada biznesmen Anar Əliyev başından vuruldu – Sifarişli qətl

Moskvada azərbaycanlı biznesmen killər tərəfindən güllələnib.

Dövrünnəbzi.az Rusiya KİV-nə istinadən xəbər verir ki, naməlum şəxs biznesmenə avtomobilində olarkən atəş açıb.

Ölən “Leksus”un sürücüsü Azərbaycandan olan Anar Əliyev adlı iş adamı olub. Rusiya KİV-i güllələnmədən bir neçə saniyə öncə Əliyevin avtomobildəki görüntüsünü yayıb.

A.Əliyev Rusiyada fast food mağazalarının sahibi olub.

il

Prezidentdən vəkillərlə bağlı sərəncam – Bina və yeni maşınlar ayrılacaq

Prezident İlham Əliyev Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakıda müvafiq bina ilə təmin olunması üçün əlavə tədbirlərin görülməsi barədə tapşırıq verilib.

Həmçinin Azərbaycanın regionlarında apellyasiya, ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün tədbirlərin görülməsi tapşırılıb.

Bundan başqa, Nazirlər Kabinetinə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq, müəyyən edilmiş məbləğin üç dəfə artırılmasının nəzərdə tutulması, habelə Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər görmək, o cümlədən Kollegiyanın istifadəsində olan binaların təmiri, zəruri kompüter və digər avadanlığın, habelə nəqliyyat vasitələrinin alınması məqsədilə vəsaitin ayrılmasını təmin etmək barədə də tapşırıq verilib.

Vəkillər Kollegiyasına tövsiyə edilib ki, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaratsın, göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlər görsün.

Kollegiyaya, həmçinin hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsini təşkil etmək, Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı, eləcə də Kollegiyanın və vəkillərin fəaliyyətində müasir İKT-nin tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görmək tapşırılıb.

cavusoglu-afrin-den-tehdit-gelirse-girer-10296373_1506_o

“Afrinə girməyə qoymayacağıq” – Türkiyədən Əsədə xəbərdarlıq

“PKK və YPG-ni qorumaq üçün Afrinə gələnlərə fürsət verməyəcəyik. Bizim üçün hansı ölkə olması fərq etməz”.

Bu sözləri Türkiyə XİN rəhbəri Mevlüd Çavuşoğlu keçirdiyi mətbuat konfransında deyib:

“YPG/PKK Suriya torpaqlarını bölmək üçün mövcuddur və özündən olmayan hər kəsi sürgünə göndəriblər. Bizim mövqeyimiz qətidir. Bəşər Əsəd rejiminə yaxın güclərin Afrinə daxil olacaqlarına dair xəbərlər gəlir. PKK-ya qarşı mübarizə aparan heç kimə qarşı deyilik, lakin onlara yardım etmək üçün buraya gəlmək istəyənlərə izn verməyəcəyik”.

1497440475-4572

Nazir baş direktoru işdən çıxardı

Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr dəyişikliyi baş verib.

Dövrünnəbzi.az “AzeriDefence” saytına istinadən xəbər verir ki, nazirliyin aparıcı müəssisələrindən olan “Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev təyin olunub.

Bununla yanaşı, “Üfiq” İstehsalat Birliyinin strukturlarında da kadr dəyişiklikləri olub.

Qeyd edək ki, son illərdə R. Məmmədovun rəhbərlik etdiyi “Üfiq” İstehsalat Birliyinin müəssisələrində bir neçə hadisə olub. İki il öncə – 2016-cı ildə Birliyin Şirvan şəhərindəki “Araz” zavodunda ölümlə nəticələnən partlayış, fevralın 6-da isə “Radioquraşdırma” zavodunun anbarında yanğın baş verib.

Nazirlikdən bildirilib ki, bu günlərdə aparılan kadr dəyişikliyi nəticəsində “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev “Üfiq” İstehsalat Birliyinə, “Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov isə “Optika-Mexanika” İstehsalat Birliyinə rəhbər təyin edilib.

instagram-trolls

İnstaqramdan növbəti yenilik

İnstaqram mesaj ilə göndərilən şəkil və videoların yaddaşda saxlanılması funksiyasını əlavə edib.

“Qafqazinfo” “Teach.az”a istinadən xəbər verir ki, yeniləmədən sonra İnstagram istifadəçiləri göndərdikləri fotoşəkil və videoların qalıcılığını təyin edərək, saxlanılmasını və ya izlədikdən sonra dərhal silinməsini seçə biləcəklər.

1492073174-9738

Bağça müdirəsinə 8 il həbs verildi, amma azadlıqda qaldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən bağça müdiri İlahə Ziyadovaya hökm oxunub.

Dövrünnəbzi.az-ın verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə İ.Ziyadova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Lakin onun himayəsində 4 yaşında azyaşlı övladı olduğundan hökmün icrası uşağın 14 yaşı tamam olanadək təxirə salınıb.

Onun həmin müddətə qədər azadlıqda qalmasına qərar verilib.

İttihama görə, İ.Ziyadova bir neçə nəfəri bağçaya müəllimə kimi işə düzəltməyə söz verib. Bunun qarşılığında onlardan müəyyən məbləğlərdə pul da alıb. Amma bir neçə ay sonra işə götürülən şəxslər vəd edilən əmək haqlarını ala bilməyiblər. İşə düzəlmək üçün verdikləri pulu tələb edərkən isə müdirə ilə fikir ayrılığı yaşayıblar. İ.Ziyadova aldığı pulları qaytarmadığından işçiləri ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Şikayətlər əsasında İ.Ziyadova barəsində cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 162-1.1-ci maddəsi ilə ittiham edilir.

04

SOCAR reaktiv metanol istehsalına başladı

SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC yeni istehlak məhsulunun – analitik metanolun istehsalına başlayıb.

Bu məhsul Azərbaycanın qaz kimya sənayesində ilk dəfədir ki, istehsal olunur. Analitik metanoldan laboratoriyalarda kimyəvi reaktiv kimi istifadə edilir. Hazırda “SOCAR Methanol” MMC analitik metanolu alıcılara müxtəlif həcmli taralarda təqdim edir. Artıq bir neçə yerli şirkətlə müqavilələr bağlanıb və ilkin satış həyata keçirilib.

Məhsul SOCAR brendi altında “Made in Azerbaijan” markası ilə buraxılır. SOCAR daxili bazarla yanaşı Türkiyə, MDB və Qərbi Avropa ölkələrində fəaliyyət göstərən laboratoriyaları da analitik metanolla təmin etmək iqtidarındadır.

Beynəlxalq standartlara əsasən, təmizlik dərəcəsi 99,90 %-dan çox olan metanol, analitik metanol kimi istifadə edilə bilər. SOCAR-ın istehsal etdiyi məhsulun təmizlik dərəcəsi 99,98% təşkil edir. Məhsulun keyfiyyəti həm daxili kimyəvi laboratoriya və həm də beynəlxalq nüfuza malik olan təftiş şirkətləri tərəfindən mütəmadi yoxlamadan keçirilir.

“SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev bildirib: “Bu gün analitik metanol istehsalının başlanması ilə ölkəmizin emal sənayesində yeni bir səhifə açılır. Bu günə qədər SOCAR qaz-kimya sənayesində aralıq məhsullarını istehsal edirdisə, artıq bu sahədə son istehlak məhsulunun istehsalına da başlanılıb. Bununla da SOCAR inteqrə olunmuş beynəlxalq şirkətə çevrilmək yolunda daha bir mühüm addım atıb”.

Qeyd edək ki, Metanol zavodu 2013-cü ildən fəaliyyət göstərir. İllik maksimal istehsal gücü 650-700 min ton olan Metanol zavodunun tikintisi ilə Azərbaycanda qaz-kimya sahəsində ilk istehsal obyektinin əsası qoyulub. Zavodun qurulmasında İngiltərənin ICI firmasının aşağı təzyiqli metanol istehsalı texnologiyası tətbiq olunub. İstehsal prosesində xammal kimi əsasən təbii qaz və su buxarından istifadə edilir.

01

Gürcüstandan gələn maşınlar haqda şok faktlar – Müsahibə

“VİP Escort” şirkətinin rəhbəri, avtomobil bazarı üzrə ekspert Rəşad Quliyevin Fins.az-a verdiyi müsahibəni təqdim edir:

-Azərbaycan ikinci əl avtomobil bazarı əsasən Gürcüstanla əlaqəlidir. Tez-tez xarici bazarlarda olursuz. Azərbaycana bu ölkədən əsasən hansı avtomobillər gətirilir?

-Gürcüstanda satılan avtomobillər əsasən Amerikadan gətirilir. Bunlar əsasən vurulmuş, əzilmiş, hava yastıqları açılan avtomobillərdir. Bu avtomobillər Gürcüstan təmir edilir və Azərbaycan, Ukrayna, Rusiya və digər MDB ölkələrində satışa çıxarılır. Gürcüstan bazarında demək olar ki, təmiz maşın yoxdur. Olsa da, bu çox bahadır. Vuruq avtomobillərin Azərbaycana gətirilməsinin əsas səbəbi isə ucuz başa gəlməsidir. Bu avtomobillər Amerikada hərracda 2000-4000 dollara alınır. Gürcülər təmirə bir qədər pul xərcləyir və yerli avtomobil alverçilərilərə satır. Yerli alverçilər də üstünə 1000-2000 manat qoymaqla avtomobili Azərbaycanda satışa çıxarır. Məsələn, avtomobilin vuruğundan aslı olaraq 2011-ci il model KİA Optima Amerikadan 3-4 min dollara gətirilir. Gürcülər onu 1000-1500 dollara təmir edib Azərbaycanlı alverçilərə satırlar. Azərbaycan bazarında isə bu avtomobil 24 min manata təklif edilir.

Azərbaycana gətirilən belə avtomobillər arasında hətta qəzada yük maşının altında əzilən, dayaqları sıradan çıxan avtomobillər var. Yarısı olmayan iki avtomobili Gürcüstanda elə calaq edirlər ki, bunu ancaq bu işin peşəkarları müəyyən edə bilir. Bəzi avtomobillərdə isə kiçik vuruqlar olur. Məsələn, avtomobilin buferi əzilibsə onu təmir edirlər. Alverçilər isə yerli bazarda ucuz satmaq üçün tamamilə əzilən avtomobilləri Azərbaycana gətirirlər.

- ABŞ-dan gətirilən avtomobillər arasında qəzaya düşməyən modellər varmı?

- Bəli, ABŞ-dan gətirilən qəza keçirməyən avtomobillər də var. Amma bu avtomobillərin başqa bir problemi var. Bu suda batmış maşınlardır. Suda batan avtomobillərin elektrik sistemi təbii ki, sıradan çıxır. Bu avtomobilləri də Gürcüstanda düzəldirlər. Amma avtomobilin ömrü qısa olur. Bütün naqillər və datçiklər suyun altında qaldığı üçün bir ay sürüldükdən sonra avtomobilin elektrik sistemi tam sıradan çıxır və təmir böyük xərc tələb edir. Yəni, avtomobil Gürcüstandan alınıbsa, hər hansı vuruğu yoxdursa, əmin olun ki o suda batıb.

- Azərbaycana gətirilən belə avtomobillər əsasən hansı modellərdir?

- Bazarın trendini alıcılar müəyyən edir. Azərbaycanda da belədir ki, bir neçə nəfər eyni maşını alırsa, hamı bu avtomobili almağa başlayır. Bununla belə bazarın trendi hər ay dəyişir. Hazırda isə Gürcüstandan Azərbaycana kütləvi daşınan KİA Optima və Hyundai Elantra modelləridir. Bundan əlavə, Almaniyadan gətirilib Gürcüstanda hissələri calaq edilən bəzi “Vito” modelləri satılır.

- Bəs Dubaydan Azərbaycana hansı avtomobillər gətirilir?

- Dubaydan əsasən ikinci əl “Mercedes Vito” modelləri gətirilir. 2013-cü il model qara rəng, “Vito” Dubayda neçəyə olsa yaxşıdı? 26-28 min dirhəm. Bu da 5-6 min dollar edir. Yol xərcini 1000 dollar və gömrük xərcini də 6000 dollar hesablasaq avtomobil Bakıya gətirilmə xərci 12 min dollar edir. Bakıda isə alverçilər onu 20 min dollara təklif edirlər. Halbuki, bu avtomobilin az yürüşlü versiyasını Almaniyadan gətirmək 26-27 min dollara başa gəlir. Satışa isə 28 min dollara çıxarılır. Hesab edirəm ki, avtomobil alıcılar bu məqama diqqət yetirməlidirlər. Məsələ ondan ibarətdir ki, bunlar səhrada 60 dərəcə temperaturda sürülən avtomobillərdir. Ona görə də Dubayda hətta bir-iki il sürülən avtomobilləri belə almırlar. 750 min kilomert sürülən “Mercedes Vito” Bakıya gətiriləndən sonra yürüş məsafəsi 150-170 min kilometrə qədər geri çəkilir. Bəzi “Vito”lar isə Dubay versiyası olsa da, avtomobildə ərəb yazıları olan şüşələr yenilənir, etiket qoparıldıqdan sonra Almaniya adı ilə satılır. Yəni, maya dəyəri 6 min dollar olan Dubaydan gətirilən “Vito” almaqdansa, maya dəyəri 26 min dollar olan təzə “Vito” almaq daha məqsədəuyğundur. Dubaydan gətirilən bu modellər vətəndaşların aldadılması ilə sadəcə alverçilərin böyük gəlir mənbəyinə çevrilib.

- Avtomobil almaq istəyən vətəndaş sadaladığınız neqativ hallarla qarşılaşmamaq üçün nə etməlidir?

- Avtomobil kompyuterdən keçirilən zaman bütün “oşıbka”lar üzə çıxır. Bundan əlavə, avtomobilin vuruğunun olub-olmadığını, rəng məsələsini, təhlükəsizlik yastıqlarını tanış ustaya mütləq yoxlatdırmaq lazımdır. Hətta bəzi hallarda xəsislik edib, avtomobilə hava yastıqlarını qoymurlar. Bu isə insan həyatı üçün böyük risk deməkdir. Sürücülərin böyük hissəsinin təhlükəsizlik kəmərini taxmadığını nəzərə alsaq, təsəvvür edin, kiçik qəza zamanı belə hava yastığı açılmaması ölümlə nəticələnə bilər. Ölüm hallarının artması isə eyni zamanda sığorta şirkətlərinin zərərlərini artırır.

Problem ondan ibarətdir ki, hava yastıqlarının olub-olmadığını müəyyən etmək bəzən çox çətin olur. Çünki avtomobilin elektronika sisteminə müdaxilə edilir. Elektrik avtomobilin beyninə aldadıcı yerləşdirir. Bu datçik isə təhlükəsizlik yastıqlarının olduğunu göstərir. Halbuki, avtomobildə hava yastığı yoxdur. Bunu müəyyən etmək üçünsə mütləq təhlükəsizlik yastıqları açılıb baxılmalıdır. Əslində, bu təhlükəsizlik yastıqları elə də bahalı deyil. 200-300 dollar xərc aparır. Amma alverçilər bunu da qənaət etməyə çalışırlar.

nat

Generallara cəza istəniləcək

Bu gün Sabunçu rayon məhkəməsinin inzibati binasında ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi keçiriləcək.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatında olan prosesdə dövlət ittihamçısının çıxış edərək adıçəkilən şəxslərə cəza istəməsi gözlənilir.

Ötən iclasda məhkəmə istintaqının tamamlandığı elan edilib. Həmin gün dövlət ittihamçısı çıxış etmək üçün vaxt istəmişdi.

1519275275_1

“Bank of Baku”nun özbaşınalıqları davam edir

Qaradağ rayonu Müşfiqabad qəsəbə sakini Səidə Hüseyn qızı Mirzəyeva Bizim Yol-a müraciət edərək “Bank of Baku” ASC-dən şikayətini bildirib.

Məlumat üçün bildirək ki, kreditor “Bank of Baku” ASC-nin Bakı şəhəri Nəsimi rayonu Puşkin küçəsi 12.14 ünvanında yerləşən “Səməd Vurğun” filialı Dövlət Dillər Universitetində hind dili müəlliməsi işləyən Səidə Mirzəyevaya 25 dekabr 2014-cü il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən 36 ay müddətinə illik 25 faizlə 3800 ABŞ dolları məbləğində kredit ayırıb. Səidə Mirzəyevanın dediyinə görə, hər ay 125 manat omaqla ödəniş həyata keçirilməsi üçün ona cədvəl verilib. Borcalan hər ay vaxtlı-vaxtında borcunu Banka ödəyərək bitirib. Ancaq “Bank of Baku” ASC müəllimənin əsas borcdan 1610,40 ABŞ dolları, faiz borcu olaraq isə 1171,66 ABŞ dolları məbləğində “ödənməmiş borcu” olduğunu əsas gətirərək Səidə xanımdan Qaradağ rayon Məhkəməsinə şikayət verib.

Səidə Mirzəyeva Bizim Yol-a deyib ki, ona qarşı Bankın məhkəmə iddia qaldırdığından və məhkəmənin keçirilmısindən xəbəri olmayıb: “Mənə məhkəmədən bildiriş gəlməyib. Mənim xəbərim və təbii ki, iştirakım olmadan Qaradağ rayon Məhkəməsi 02 fevral 2018-ci il tarixdə mənə qarşı kredirin və ona hesablanmış faizlərin qaytarılması barədə məhkəmə əmri çıxarıb. Əmrdə göstərilir ki, 2782,06 ABŞ dolları məbləğində pul və 20 manat rüsum məndən tutularaq Banka ödənilsin. Mənim isə belə bir imkanım yoxdur. Bankın borcunu vaxtında ödəmişəm, ödəniş çeklərim əlimdədir. Krediti bağlamışam. Mən tənha anayam, müəllimə maaşımla övladımı tək böyüdürəm, Parkinson xəstəsi olan anama tək baxıram. Mən kredit alanda 1 dollar 0,78 AZN idi. 2015-ci ilin fevralında və 2016-cı ilin dekabrdında olmaqla iki dəfə devalvasiya olub və buna görə Bank məndən krediti dolların yeni kursu ilə qaytarmağı tələb edir. Axı dolların qalxmasına və manatın düşməsinə görə mən günahkar deyiləm. Çixilmaz durumda qalmışam. Bank mənə göz verir, işıq vermir”.

Səidə Mirzəyeva deyir ki, məhkəmənin əmri ona fevralın 12-də çatıb, ancaq cəmi bir həftə sonra – fevralın 20-da mənə “Bank of Baku” ASC-dən qəribə bir bildiriş mesajı gəlib. Mesajda belə yazılır: “Banka olan kredit borcunuzu gecikdirdiyiniz üçün sizə qarşı borc tələbinə dair Məhkəməyə müraciət olunma prosesinə başlanılır”.

Məsələyə aydınlıq gətirmək üçün banklar üzrə ekspert, vəkil Əkrəm Həsənovun məsləylə bağlı verdiyi açıqlamanı təqdim edirik: “Vətəndaşın banka olan borcunu ödəmək iqtidarı yoxdursa, o bu borcu ödəməli deyil. Səndən heç kim bu borcu tələb edə bilməz. Lakin əmlakı və gəliri olub, borcun yeni dollar məzənnəsi ilə hesablanmasını ədalətsiz hesab edərək borcu ödəmək istəməyənlər də var. Vətəndaş təbii olaraq bildiri ki, dolların devalvasiyaya uğramasında o günahkar deyil və dolların məzənnəsində yaranmış 92 qəpiklik fərqi ödəmək istəmir. Ədalət naminə bəzi banklar ciddi güzəştlər edib, dollara olan borcu 1,40 məzənnə ilə qəbul edirlər. Doğrudur, bu da tam qaneedici deyil, amma yenə bank tərəfindən atılmış müəyyən addım hesab edilə bilər. Bank bunu etməsə, vətəndaşlarımız Mülki Məcəllənin 422-ci maddəsinə istinad edərək məhkəmədən tələb edə bilərlər ki, dollar krediti onlara sərf edən məzənnə ilə milli valyutaya çevrilsin. Necə?

Deməli həmin o 422-ci maddədə deyilir ki. şərait əhəmiyyətli dərəcədə dəyişibsə, tərəflərdən biri müqaviləyə dəyişikliyin edilməsini tələb edə bilər. Qanun şəraitin əhəmiyyətli dəyişməsi barəsində də açıqlama verir. Bildirilir ki, şərait o halda əhəmiyyətli dərəcədə dəyişmiş hesab oluna bilər ki, o dəyişməni tərəflərdən biri qabaqcadan bilsəydi müqavilə bağlamazdı. Əlbəttə heç kim dolların dəyərinin 3 dəfə artacağını bilə-bilə dollarla kredit göürmək istəməzdi. Bu maddəyə istinad edərək vətədaşlar haqlarını tələb edə bilərlər.Hamı bilməlidir ki, qanun ona görə qanun deyil ki, onu Milli Məclis qəbul edib, preziudent də ona qol çəkib. Qanun o zaman qanundur ki, o vətəndaşların hüququnu müdafiə edir və sən onun əsasında haqqını tələb edə bilirsən. Borca görə bank azadlıqdan məhrum edə bilməz. Bankların bütün borclularla uzunmüddətli məhkəmə prosesləri aparmağa gücü yetməz. Banklara qarşı məhkəmələrin sayı artarsa babnklar güzəşt tətbiq etməyə məcbur olacaq. Bankı məhkəməyə vermək lazımdır. Dollarla borcu olanlara tövsiyəm odur ki, mütləq çalışın dollarla olan borcunuzu orta məzənnəylə milli valyutaya çevirin. Çünki növbəti dövrlərdə də dolların artması təhlükəsi yenə də var. Qanuna əsasən, icra məmuru borclu şəxsin borcu qaytarmaq imkanı olmadığını müəyəyn etdiyi andan icra prosesini dayandırmalıdır”

mehkeme

Tanınmış reper HƏBS OLUNDU

İspaniyada tanınmış reper terrora aid mahnı bəstələdiyi üçün həbs olunub.

Bu barədə “The Washington Post” məlumat yayıb.

“Valtonyc” ləqəbi ilə tanınan Xose Miqel Arenas Beltran ifalarının birində terroru dəstəklədiyi üçün 3,5 il müddətinə həbs olunub.

Vətəndaş məhkəməsinin hökmünü Ali məhkəmə də dəstəkləyib.

Beltran iddia edir ki, mahnının mətni ifadə azadlığı haqda qanunu pozmur və repdə belə sətiraltı və ya təxribatçı sözlər olur. O, öz kompozisiyasını internetdə yayımlayıb.

 âèðóñîëîãè÷åñêîé ëàáîðàòîðèè Öåíòðà ïî ïðîôèëàêòèêå è áîðüáå ñî ÑÏÈÄîì è èíôåêöèîííûìè çàáîëåâàíèÿìè

Qrip infarkt riskini 6 dəfə artırır

Qripp infeksiyası, xüsusilə B tipi qripp virusu yaşlı insanlarda infarkt riskini 6 dəfə artırır.

Saglamolun.az xəbər verir ki, bunu Kanada alimləri araşdırma zamanı aşkar ediblər. Onların müşahidələrinə görə, qrippin ilk 1-ci həftəsi bu mənada xüsusilə təhlükəlidir. Ürək-damar sistemi xəstəlikləri, yüksək təzyiqdən əziyyət çəkən insanlar risk qrupundadır.

Araşdırma zamanı alimlər 20 000 insanın sağlamlıq haqqında məlumatlarını təhlil ediblər.

Bütün bunları nəzərə alaraq alimlər yaşlı insanlara qripp mövsümündən əvvəl qrippə qarşı peyvənd etməyi, qrippə şübhə yarandıqda dərhal həkimə müraciət etməyi tövsiyə edirlər.

Nəzərinizə çatdıraq ki, qripp infeksiyası kiçik yaşlı uşaqlar və yaşlı insanlar arasında daha tez-tez fəsadların inkişafına və ölüm hallarına səbəb olur.

raket-1

ABŞ Türkiyədən qorxdu, hərbi sazişə mane oldu – Şok

Türkiyə ilə Ukrayna arasında hərbi və texniki əməkdaşlıq haqqında danışıqlar 2016-ci ildə ABŞ tərəfindən əngəllənib.

Bu barədə məlumat Ukrayna tərəfindən verilib.

Adının açıqlanmasını istəməyən bir mənbə ABŞ-ın Türkiyənin nəzarətsiz güclənməsindən qorxduğunu bildirib:

“ABŞ 2016-ci ildə Ukrayna və Türkiyənin birgə layihəsinə mane oldu. Tərəflər ortaq raket, təyyarə və həssas silahlara qarşı müdafiə sistemlərinin istehsalı məsələsində anlaşmaya yaxın olsa da, ABŞ bu müqaviləyə qarşı çıxdı”.

enrikedelamadrid-0

Meksikada bərədə baş verən partlayışın səbəbi açıqlanıb

Meksikanın Playa-del-Karmen limanında turistləri daşıyan bərədə baş verən partlayışın səbəbi açıqlanıb.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Turizm naziri Enrike de la Madrid özünün “Twitter” səhifəsində yazıb.

“Ehtimala görə, insidentə sızma nəticəsində yığılan qazın alışması səbəb olub. Hadisə nəticəsində 19 nəfər xəsarət alıb, onlardan yalnız 1-i ağır yaralanıb”, Enrike de la Madrid yazıb.

Nazir digər detalları açıqlamayıb.

1b5ed0f86043b6dc8870cf554ad88ca0

Tramp ABŞ-da müəllimlərə silah verilməsini təklif edib

ABŞ prezidenti Donald Tramp məktəb müəllimlərinə silah verilməsini təklif edib.

RT-yə istinadən verilən xəbərə görə, ABŞ lideri bu barədə Florida ştatından olan müəllim və şagirdlərlə görüşdə deyib.

Onun sözlərinə görə, bununla bağlı təhsil işçiləri xüsusi təlim keçməli, təhlükəsizliyin təmin edilməsi üçün keçmiş hərbçilər məktəblərdə işə cəlb olunmalıdır.

Qeyd edək ki, fevralın 14-də ABŞ-ın Parkland şəhərində (Florida ştatı) “Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfər ölüb. Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb.

Sosial səhif

İdrak Ədalətoğlu

1519238033_1

Türkiyədən möhtəşəm yenilik: içində tankçı olmayan tank buraxılacaq

Ərdoğan bildirib ki, bu cür tankların istehsalı zəruri hal alıb

“İçərisində tankçı olmayan yeni nəsil tank istehsalına başlayacağıq”. Sputnik Azərbaycan “Timeturk”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Gələcək İnkişaf Planı”nın tanıtım mərasimindəki çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, bu cür tankların istehsalı zəruri hal alıb.

“Hərbi və müdafiə sənayemiz sürətlə inkişaf edir. Qürurla danışa və öyünə biləcəyimiz sahələrdən biri də məhz budur. Əvvəllər bir ədəd pilotsuz uçan aparatımız düşəndə narahat olurduq. İndi bu cür hadisə olanda narahat olmuruq. Çünki ikincisi, üçüncüsü və s. var. Bu yaxınlarda bir hərbi helikopterimiz qəzaya uğradı. Biz helikopterə görə deyil, orada şəhid olan pilotlarımıza görə narahat olduq” – prezident qeyd edib.

dfvdg6

Bayram ərəfəsində 500-dək məhkum əfv edilə bilər

Hər il bayramqabağı həyata keçirilən əfvin bu il Novruz bayramına təsadüf edəcəyi gözlənilir

Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, indiyədək əfvlə bağlı keçirilən iclaslarda yüzlərlə müraciətə baxılıb.

Müraciətlərə baxılan zaman əsas 4 amilə xüsusi diqqət edilir. Ə. Nuriyev qeyd edib ki, əfv olunmaq üçün hər bir məhkum müraciət edə bilər. Ancaq meryarlara uyğun olan məhkumların müraciətinə baxılır.

Ötən il əfv fərmanı 423 nəfərə şamil olunub. Bu il də təxminən bu rəqəmə yaxın şəxsin əfv ediləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycanın müstəqillik tarixində 63 əfv fərmanı imzalanıb və indiyədək 7000-ə yaxın şəxs azadlığa çıxıb.

qrip

Səhiyyə Nazirliyi hərəkətə keçdi

Rusiyada yayılan qrip epidemiyasının Azərbaycana keçməsinin qarşısını almaq üçün bütün zəruri tədbirlər görülür.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mütəxəssisi Səfayə Əhmədova deyib.

S.Əhmədovanın sözlərinə görə, xəstə insanların ölkəmizə keçməsinin qarşısını almaq üçün sərhəd-keçid məntəqələrində yoxlama tədbirləri həyata keçirilir, müvafiq təşkilatlara şübhəli xəstələrin dərhal təcrid olunması barədə məlumat verilib, tibb müəssisələrində əks-epidemik və dezinfeksiya tədbirləri üzərində nəzarət gücləndirilib.

S.Əhmədova qeyd edib ki, ümumilikdə hazırda Azərbaycanda epidemioloji vəziyyət sabitdir. Ölkədə kəskin respirator virus infeksiylarına yoluxma qeydə alınsa da, bu halların sayı ötən illə müqayisədə təqribən 10 faiz azalıb. İndiyədək Taun Əleyhinə Stansiyada aparılan müayinələr zamanı da qrip virusları aşkarlanmayıb:

“Hələlik ölkəmizdə Rusiyadan və digər ölkələrdən gətirilmə qrip aşkarlanmayıb. Ancaq yaxşı olar ki, insanlar mövsüm ərzində xəstəliklərin yayıldığı ərazilərə səfər edərkən ehtiyatlı davransınlar. Özlərində şübhəli əlamətlər gördükdə vaxtında müvafiq tibb müəssisələrinə müraciət etsinlər”.

Qeyd edək ki, Rusiyanın Kuzbas bölgəsində 26 orta məktəb, Ural bölgəsinin Ozersk şəhərində isə bütün məktəblər bağlanılıb. Uşaq bağçalarında isə valideynlərə öz uşaqlarını mümkün qədər bağçaya gətirməməsi tapşırılıb.

Səhiyyə Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev də bildirmişdi ki, kütləvi peyvəndləmə, həyata keçirilən tədbirlər hesabına qonşu ölkələrdə qeydə alınan yoluxucu xəstəliklər, epidemiyalar Azərbaycandan yan keçir.

ramil (1)

Azərbaycan avtoritetləri qəbul etmədi

Ötən gün Rusiyanın Kaluqa həbsxanasında cəza çəkən azərbaycanlı kriminal avtoritetlər Ruslan Nəzərli (Bərdəli Ruslan) və onun qardaşı Dadaş Nəzərli (Bərdəli Dadaş) hakim önünə çıxarılıb.

Dövrünnəbzi.az “Axar.az”a istinadən xəbər verir ki, təşkil olunan məkhəmədə avtoritet qardaşların Rusiya Federasiyası məhkəməsindən Azərbaycan məhkəməsinə ekstradisiyası müzakirə olunub.

Məlumata görə, göndərilən sorğuya Azərbaycan tərəfi mənfi cavab verib. Belə ki, Daxili İşlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralov məsələ ilə bağlı məhkəməyə ünvanlanan məktubda adıçəkilən şəxslərin oğru dünyası ilə sıx əlaqədə olduqları və buna görə də onların Azərbaycana ekstradisiyasının yolverilməz olduğunu bildiriblər.

Qeyd edək ki, Ruslan Nəzərli Kaluqa şəhər Məhkəməsinin qərarı ilə Rusiya Cinayət Məcəlləsinin 318-ci (dövlət məmuruna qarşı zorakılıq), 209-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma) və 163-cü yəni (quldurluq) maddəsi ilə təqsirli bilinərək, 10,5 il azadlıqdan məhrum edilib. Dadaş Nəzərliyə isə eyni maddələrlə 11,5 il cəza verilib.

Ruslan və Dadaş qardaşları azərbaycanlı kriminal aləm nümayəndələri tərəfindən qəbul edilən avtoritetlərdir. Onlar mərhum qanuni oğru Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilib.

1519230119_1

Nazir oğlu Vitali Kliçkoya Bakıda 5 otaqlı mənzil hədiyyə edib

Ukraynanın paytaxtı Kiyevin meri, tanınmış siyasətçi və boksçu Vitali Kliçkoya Bakıda 5 otaqlı mənzil hədiyyə olunub

Özəl məlumatda deyilir ki, V.Kliçkoya mənzil Bakıya sonuncu gəlişi zamanı verilib.

Belə ki, ötən ilin oktyabr ayında Dünya Boks Şurasının (WBC) Bakıda işinə başlayan 55-ci Konvensiyasında iştirak etmək üçün Vitali Kliçko Azərbaycana gəlib. Həmin tədbirdə Dünya Boks Şurasının (WBC) prezidenti Maurusio Süleyman, məşhur boksçular – Vitali Kliçko və Evander Holifild Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova çempion kəməri hədiyyə ediblər.
Nazir oğlu Vitali Kliçkoya Bakıda 5 otaqlı mənzil hədiyyə edib
Həmin tədbirdən sonra nazir Azad Rəhimov və oğlu Arif Rəhimov qonaqlar – Vitali Kliçko, Maurusio Süleyman və Evander Holifild Bakıdakı Teleqüllə restoranında axşam yeməyində bir araya gəliblər. Ziyafət zamanı Azad Rəhimov Evander Holifild və Maurusio Süleymana bahalı İsveçrə saatı hədiyyə edib. Nazir oğlunun Vitali Kliçkoya hədiyyəsi isə, gözlənilməz olub. Belə ki, Arif Rəhimov Bakıda sahibi olduğu “Renessans Palace” yaşayış kompleksindən 5 otaqlı mənzilin açarını Vitali Kliçkoya uzadaraq həddiyyəsini təqdim edib.

Nazir oğlunun Kievin tikinti bazarında girişi …

Şam yeməyi zamanı Arif Rəhimov təsisçisi olduğu “AS Group” şirkəti tərəfindən Bakıda həyata keçirilən meqa layihələr haqqında məlumat verib. Nazir oğlu Vitali Kliçokdan Ukrayna tikinti bazarına girmək üçün kömək istəyib. Sonunçu Arif Rəhimovun bu istəyinin mümkün olduğunu bildirərək işi danışmaq üçün onu dekabr ayında Kievə dəvət edib.

Məlumat üçün üçün qeyd edək ki, Arif Rəhimov bir çox məşhur şirkətin təsisçiliyini edən gənc iş adamlarından sayılır. O, “AS Group” şirkətlər qrupunu 2003-cü ildə qurub. Şirkətlər qrupu dövlət və özəl sektorda kompleks layihələr həyata keçirir. Buna infrastruktur layihələrinin həyata keçirilməsi, mülki, inzibatı və sənaye obyektlərinin tikintisi daxildir. Şirkət eyni zamanda çınqıl, qum, armokarkas, beton və beton məhsullarının, dəmir-beton məmulatlarının iri istehsalçısıdır. “AS Group”-a “AS İnşaat”, “AS Tikinti”, “AS Georgia”, “AZBesix”, “Alkoholl”, “AS AGRO KO” törəmə şirkətlər daxildir.

Şahin Mövsumov adlı şəxsin rəhbərlik etdiyi şirkət Bakıda 4 böyük yaşayış kompleksi tikib. Onlar “Renessans Palace”, “Dirsi”, “Park Residence”, “Villa Siena”-dır. Vitali Klçikonun mənzil hədiyyə aldığı “Renessans Palace” Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşdir. 18 mərtəbəli binada orta təmirli mənzilin qiyməti 500 -700 min manat arasındadır.

Kimdir Arif Rəhimov?

Arif Rəhimov 12 ildir Azəbryacanın gənclər və idman naziri olan Azad Rəhimovun yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Arif Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Azərbaycan, rus və ingilis dillərini bilən Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib.

2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş Arif Rəhimov sonradan “DDLAR GROUP” adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir. Arif Rəhimov yuxarda da qeyd etdiyimiz kimi bir çox məşhur şirkətlərin sahibidir. Hazırda həmin şirkətlərə özünün təyin etdiyi adamlar rəhbərlik edir.

Bununla paralel Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, “Baku Grand Prix” şirkəti 2016-cı ildən Bakıda keçirilən dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – “Formula 1” in “Qran Pri” yarışının təşkilatçısıdır.

Arif Rəhimov evlidir və hazırda Londonda yaşayır.(AzEuroNews.com)

teyyub_gurban1519231281

Teyyub Qurban dünyasını dəyişdi

Tanınmış şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Teyyub Qurban vəfat edib.

Dovrunnabzi.az Modern.az-a istinadən xəbər verir ki, yaxınlarının məlumatına görə, Teyyub Qurban bu gün dünyasını dəyişib. Mərhum sabah saat 2-də Bülbülə kəndində dəfn olunacaq.

Qeyd edək ki, Teyyub Qurban 1934-cü ilin dekabr ayının 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olub. T.Qurban Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Azərbaycan Xalq Cühmuriyyəti və Repressiya dövrünün araşdırıcısı kimi tanınırdı.

Allah rəhmət eləsin!

Roskomnadzor-nachal-blokirovat-sayty-s-kosmicheskoy-skorostyu-2

Rusiyada 13 min 500 sayt bağlanılıb – İŞİD təbliğatına görə

Rusiyadan 2017-ci il ərzində İŞİD terror təşkilatının təbliğatını aparan 13 min 500 saytın fəaliyyəti dayandırılıb.

“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, bu barədə Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinin Nəzarət üzrə Federal Xidmətinin (Roskomnadzor) rəhbəri Aleksandr Jarov məlumat verib.

Onun sözlərinə görə, digər saytlar isə təbliğat xarakterli materialları saytlarından siliblər. Ona görə həmin saytlar bağlanmayıb.

Hazırda mediada radikalizmə qarşı mübarizə davam etdirilir.

384773019878a44a07cb4299cdd85996

Ermənistana məxsus kvadrokopter ələ keçirildi – Foto

Fevralın 21-də cəbhənin Füzuli istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq ələ keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir.

ghjghjguh

Riyad Əliyevə 30 sutka verildi – Polisə yumruq vurub

Bir neçə gün öncə Bakıxanov qəsəbəsində Yol Patrul Xidməti əməkdaşları tərəfindən içərisində Riyad Əliyevin olduğu “Mercedes S-65 AMGL” avtomobili saxlanılıb.

Bu barədə Haqqin.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Avtomobilin şüşələrinin qanunla qadağan olunmuş “plyonkalı” olması polislərin diqqətindən qaçmayıb. Hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri sürücüdən sənədlərini təqdim etməyi tələb etdiyi halda, maşından düşən sərnişin polislə mübahisə etməyə və qanuni tələblərə müqavimət göstərməyə başlayıb. Həmin şəxs yol polisi zabitinə yumruq zərbəsi də vurub.

Daha sonra sərnişinin R. Əliyev olduğu məlum olub.

R.Əliyevin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Yasamal Rayon Məhkəməsinə göndərilib. Bu gün məhkəmə qərarına əsasən ona 30 sutka inzibati həbs verilib.

Qeyd edək ki, həbs olunan R.Əliyev Azərbaycan prezidenti İlham Əliyevin əmisi nəvəsidir.

“Qafqazinfo” xatırladır ki, R.Əliyevin atası İlqar Əliyevə məxsus və həbs olunan sözügedən oğlunun adını daşıyan “Riyad” təhlükəsizlik xidmətinin ötən ilin ortalarında şəhərdə fəaliyyət göstərən marketlərin birinə qanunsuz basqın etdiyi üçün 20 əməkdaşı barəsində həbs qərarı verilmiş, həmin şirkət isə ləğv edilmişdi.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev dəfələrlə vəzifəli şəxslərin övladlarının nizam-intizama riayət etməsinin vacib olduğunu vurğulayıb. Prezident xüsusilə avtomobillərin “plyonkalı” idarə edilməsinə qarşı barışmaz mövqe göstərir.

Google-Pay-Launched-2018

“Google Pay” istifadəyə verildi

“Google” şirkəti “Android Pay” xidməti və “Google Wallet” pul kisəsini özündə birləşdirən “Google Pay” ödəmə xidmətini istifadəyə verib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, yeni mobil proqram istifadəçilərə smartfonun köməyi ilə adi mağazalarda, “Chrome” brauzeri və kənar proqramlarda, həmçinin “Google Assistant” səsli köməkçisi vasitəsilə alış-veriş etməyə imkan verəcək.

Bundan başqa, sözügedən mobil proqramdan Kiyev, London və Portlenddə gediş haqqının ödənişində istifadə etmək mümkün olacaq.

“Google”un məlumatında “Google Pay” xidməti üzərindən edilən ödənişlərin təhlükəsizliyi diqqətə çatdırılır. Məsələn, xidmət satıcılara istifadəçinin kart məlumatlarını deyil, yalnız onun üçün yaradılmış virtual hesab nömrəsini təqdim edir.

15156047322389747884_1000x669

Azərbaycanda yol tikintisində fərqlənən şəxslər təltif edildi – Siyahı

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Məlumata görə, Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilib:

“Şöhrət” ordeni ilə

Məmmədov Saleh Ərşad oğlu

“Tərəqqi” medalı ilə

Ağayev Asif Hüseyn oğlu
Astanov Şükür İsmayıl oğlu
Atakişiyev Rəşid Məmi oğlu
Babaşov Əliqulu Məmmədqulu oğlu
Əhmədov Ərrəhman Mustafa oğlu
Əzimov İlham Əli оğlu
Hacıyev Mədəd Əlif оğlu
Həsənov Elman Qurbanəli оğlu
İbrahimov Yaşar Abbas oğlu
Qurbanov Cabir Ələsgər oğlu
Mehdiyev Natiq Mürşüd oğlu
Mehtiyev Gündüz Həşim oğlu
Pənahov Əlikrəm Adil oğlu
Salmanov Hüseyn Yusif oğlu
Savzixanov Əsədulla Savzixanoviç
Süleymanov Şahin Şahbaz oğlu
Şamxalov Şahin İbrahimxəlil oğlu
Şıxəliyev İkram Əli oğlu
Şirinov Əliheybət Balakişi oğlu

ilham (1)

Prezidentdən məcburi köçkünlərlə bağlı – Sərəncam

Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.

Məlumata görə, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

mu5

“Onu məhkəmədə süründürəcəm” – Xoşqədəm hədələdi

“Bu günə kimi yazılan heç bir tənqidi şərhlərə fikir verməmişəm. Amma bundan sonra belə olmayacaq”

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişində deyib.

Aparıcı bildirib ki, ona təhqir yazan izləyicilərini məhkəməyə verəcək:

“Bir kəlmə təhqir yazan adamı belə bağışlamayacam. Onu məhkəmədə diz çökdürəcəm. Üç oğul böyüdürəm. Məni, üzümü, ayağımı, apardığım verilişi sevməyə bilərsən. Amma ixtiyarınız yoxdur ki, oğlumun başını aşağı edəcək sözlər yazasınız”.

Bu gün isə X.Hidayətqızı sosial şəbəkədə bir transeksualla dava edib. O, Nura Paşayeva adlı şəxsin profilini paylaşaraq, onu axtardığını deyib:

“İndi bunun yeni fotolarını da paylaşacam. Onun sponsorunun şəklini də tapıb, arvadına-uşağına deyəcəm”.

04

35 kiloqram narkotik yaxalandı

Bakıda keçirilən əməliyyatlar nəticəsində ümumi çəkisi 35 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb.

Dövrünnəbzi.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində Xəzər rayon sakini, əvvəllər məhkum olunmuş Əliyusif Məmmədov 99,865 qram marixuananı satan zaman cinayət başında saxlanılıb. İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlavə olaraq 6,523 qram marixuana aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Məmmədovun yaşadığı mənzilə də polis əməkdaşları tərəfindən baxış keçirilib. Bu zaman həmin evdən hazır qablaşdırılmış formada olan külli miqdarda – 31 kiloqram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Daxil olan digər məlumat əsasında Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Binə qəsəbəsi, Atçılıq massivində yaşayan Bəhmən Nağıyev saxlanılıb.

Onun həyatindəki istixanaya baxış keçirilən zaman 3 kiloqram 545 qram narkotik vasitə olan qurudulmuş marixuana, 86 ədəd yaş kütlə halında olan çətənə kolu, 39 ədəd çətənə bitkisinin şitili və 6,425 qram çətənə bitkisinin toxumları aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Dovrunnabzi.az İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev