1490800480-1068

23 yaşlı gənc özünü asdı

Bakıda intihar hadisəsi baş verib. Məlumata görə, hadisə fevralın 20-də Şıx yaşayış sahəsində qeydə alınıb.

Masallı rayon sakini, 1994-cü il təvəllüdlü Cabbarov Elxan Qasıməli oğlu yaşadığı mənzilin yataq otağında özünü çarpayının yuxarı hissəsindən asaraq intihar edib.

Məlumata görə, E.Cabbarov iki qardaşı ilə birgə Salyan yolu 32 ünvanında yerləşən həmin evdə kirayə qalıblar. Qardaşlar Bakıda ev təmiri ilə məşğul olublar. Hadisə zamanı Elxanın bir qardaşı Masallı rayonunda olub. Digər qardaşı isə həyətdə imiş. O, evə qayıdanda Elxanın cansız vəziyyətdə tapıb.

1492408607-9793

Türkiyə insansız tank istehsal edəcək – Ərdoğan açıqladı

Prezident Rəcəb Tayyip Ərdoğan ilk dəfə olaraq Türkiyənin insansız tank istehsal edəcəyini elan edib.

Dövrünnəbzi.az xəbər verir ki, Ərdoğan hazırda Afrində zirehli texnikanın hamısının Türkiyə istehsalı olduğunu vurğulayıb:

“İndi elə bir vəziyyətə gəlməliyik ki, insansız tanklar da istehsal edə bilək və bunu edəcəyik”.

retery

Milli Qəhrəmanlara verilən Prezident təqaüdü – 1500 manata çatdırıldı

Azərbaycan prezidenti İlham Əliyev Milli Qəhrəman adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən artırılaraq 1500 manat müəyyən edilib.

İndiyədək bu təqaüdün məbləği 1300 manat olub.

http://photo.unian.net

Poroşenko Donbasın reinteqrasiyası haqqında qanunu imzaladı

Ukrayna prezidenti Pyotr Poroşenko hərbi kabinetin iclası zamanı Donbasın reinteqrasiyası haqqında qanun imzalayıb.

“İnterfaks”ın xəbərinə görə, Poroşenko bildirib ki, müvafiq qanun bundan sonra Donbasın siyasi-diplomatik yolla Kiyevin nəzarətinə qaytarılması üçün hüquqi mexanizmi təmin edəcək.

Ukrayna lideri müdafiə naziri və Baş Qərargah rəisinə ölkənin şərqində hərbi əməliyyatın formatının dəyişdirilməsi dair təklifi aprelin 1-dək hazırlayıb təqdim etməyi tapşırıb.

Qeyd olunur ki, sənəd rəsmi nəşr “Qolos Ukrainı” qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.

5a8bf66221a6e

Polis məntəqəsinə hücum – 8 polis öldü

Əfqanıstanın qərbində “Taliban” silahlıların polis məntəqəsinə hücumu nəticəsində 8 polis işçisi həyatını itirib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bəzi mənbələrə görə, hücum nəticəsində 20, “Taliban”a görə isə 26 polis ölüb.

Farah qubernatorunun sözçüsü Məhəmməd Nasir Mehrinin məlumatına görə, hücumdan sonra Balabulaq qəsəbəsinə cəlb olunan təhlükəsizlik qüvvələriylə taliban silahlılar arasında qarşıdurma baş varib. Nəticədə 13 terrorist zərərsizləşdirilib.

Qeyd edək ki, son zamanlar “Taliban” terror təşkilatı Əfqanıstanda ardıcıl teraktlarla çoxsaylı insan ölümünə səbəb olub.

ilham

Vəzifəli şəxslərin cəriməsi müəyyənləşdi – Prezident dəyişiklikləri təsdiqlədi

Azərbaycan prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Dövrünnəbzi.com-un məlumatına görə, İnzibati Xətalar Məcəlləsində aşağıdakı məzmunda 395.1-1-ci maddə əlavə edilib:

“Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan ölçülərindən asılı olmayaraq açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə görə

- fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.”.

428.7-ci maddə isə aşağıdakı redaksiyada verilib:

“428.7. Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni:

428.7.1. müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə;

428.7.2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə;

428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə -

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir”.

1494086884-2613

“Mənim heç nəyim yanmayıb” – Ziya Məmmədov

Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədov İsmayıllı rayonunda ona məxsus olduğu iddia edilən evin yanması barədə yayılan xəbərlərə münasibət bildirib.

Z. Məmmədov Sfera.az-a açıqlamasında deyib ki, onun evinin yanması barədə yazılan xəbərlər yalandır:

“Birincisi, yanğın gözlənilməz hadisədir. Yəni, bu, hər kəsin başına gələ bilər. Digər tərəfdən isə mənim nə evim, nə də həyətim yanmayıb. Mənim heç nəyim yanmayıb. Kimin evi yanıbsa, bunun mənimlə heç bir əlaqəsi yoxdur. Bu, tam yalan və uydurma xəbərlərdir. Evim yanıbsa, gedib yoxlaya bilərlər. Bunu rayon İcra Hakimiyyətindən də çox asan öyrənə bilərlər. O zaman bilərlər ki, yanan ev mənə məxsus deyil”.

Ziya Məmmədov evinin yanması barədə xəbərlər haqda deyib: “Bu, jurnalist dələduzluğudur. Buna başqa ad vermək mümkün deyil”.

1514989254

Mərkəzi Bankın sədri rüşvətə görə həbsə düşdü – İstefa verməyəcək

Rüşvət almaqda ittiham olunaraq Korrupsiya ilə Mübarizə Bürosu tərəfindən saxlanılan Latviya Mərkəzi Bankının sədri istefa vermək istəmir.

Dövrünnəbzi.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin baş bankiri İlmar Rimşeviç bu gün keçirilən mətbuat konfransında bildirib ki, Mərkəzi Bankın sədri olaraq vəzifəsinin icrasına davam etməklə bağlı qərar alıb.

Rimşeviç, eyni zamanda bildirib ki, onu öldürməklə təhdid edirlər: “Aydındır, mən Latviyada kimlərisə narahat etməyə başlamışam. Məni öldürməklə təhdid edirlər. Bu haqda hüquq mühafizə orqanlarını məlumatlandırmışam”.

Qeyd edək ki, baş bankir 48 saatlıq həbsdən sonra ötən gün 100 min avro girov qoyaraq azadlığa çıxıb.

Rimşeviç küllü-miqdarda rüşvət almaqda ittiham olunur. Rüşvətin həcmi 100 min avro civarında olub.

ispaniya etiraz

İspaniya futbolunda şok – 24 nəfər saxlanıldı

İspaniyanın üçüncü və dördüncü liqalarında danışılmış oyunlarda şübhəli bilinən 24 nəfər saxlanılıb.

Dövrünnəbzi.az xəbər verir ki, söhbət Sequnda B və Tersera Liqadan gedir. Yerli polis və Avropolun birgə həyata keçirdiyi əməliyyat Barselona, Albasete və Badaxoz şəhərlərində baş tutub.

İspaniya mətbuatının məlumatına görə, sözügedən şəbəkəyə iki keçmiş futbolçu rəhbərlik edir. Onlar Çinin bukmeker kontorlarından birinə işləməkdə ittiham olunur. Hələlik adlar açıqlanmayan həmin futbolçular sözügedən liqalarda mübarizə aparan bəzi oyunçuları öz istəklərinə uyğun şirnikləndirməyə və məcbur etməyə çalışıblar.

1490934937-5626

İlham Əliyevin təklifi 155 milyon borca şamil olunacaq

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borcların, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.

Qanun layihəsinin mahiyyəti barədə deputat Zahid Oruc “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, Azərbaycanda pensiya sisteminin qurulması, yəni sığortaolunananlar üzərindən həyata keçirilməsi 2006-cı ildən başlayaraq reallaşdırılır: “Sığorta edilənlərə fərdi uçot sisteminin həyata keçirilməsi də o dövrə düşür. Həmin ildən başlayaraq müxtəlif təşkilatların, müəssisələrin Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta ödənişləri ilə bağlı mühüm borcları yaranıb. Bu 12 il ərzində həmin məbləğin 100 milyon manatdan artıq hissəsi ödənməyib. Nəticə olaraq bütün bu işlər üçün açılmış məhkəmə davalarına baxılması belə problemi həll etməyə imkan verməyib. Tətbiq olunmuş maliyyə sanksiyalarına görə qərarların yerinə yetirilməməsi nəticəsində həmin sanksiyaların üzərinə əlavə cərimələr gəlib. Bunun nəticəsində 55 milyondan artıq əlavə borc yaranıb. Hazırkı qərar pensiya sisteminini dayanıqlı etməkdən ötrüdür. Qəti bir şəkildə pensiyaçının maraqlarına toxunmur”.

O qeyd edib ki, bu sistemi borc yükündən xilas etmək naminə dövlət tərəfindən bu yöndə mühüm bir addım atılıb: “Məqsəd gələcəkdə sığortaedənlərin öz öhdəliklərini daha yaxşı yetinə yetirməsidir. Nəticə etibarilə bu qərar 373 min sığortaedənə tətbiq olunacaq. O cümlədən 217 min sahibkarklıq fəaliyyəti ilə məşğul olanlara da bu qərar şamil olunacaq. Beləliklə, layihədə məqsəd 155 milyon manatın tamamilə silinməsi, 26 milyon manat vəsaitin isə tənzimlənməsidir”.

ilham (1)

Prezident borcların silinməsini təklif edib – Layihə

Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə (MM) əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.

Dövrünnəbzi.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev tərəfindən MM-ə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi təqdim edilib.

Qəbul olunacağı təqdirdə 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsində bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Sənədə əsasən sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Qanun layihəsində o da bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir;

Qeyd edək ki, məcburi dövlət sosial sığorta amnistiyası ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların da qalığına şamil ediləcək.

1

Stalonnedən ölümü ilə bağlı xəbərə – Reaksiya

“Rocky”və “Rambo” filmləri ilə ulduzu parlayan Silvestr Stalonnenin ölümü barədə xəbər yayılıb. “Qafqazinfo” xəbər verir ki, 71 yaşlı aktyortun Los-Angelesdəki evində ölü tapıldığı iddia olunub.

Lakin yayılan xəbərlərdən bir neçə saat sonra məşhur aktyor instaqram hesabından paylaşım edib.

O, “Xahiş edirəm, bu cür sərsəmliyi görməzlikdən gəlin. Yaşayıram, yaxşıyam, xoşbəxtəm və sağlamam” şərhini yazıb.

ilham

Prezident borcların silinməsini təklif edib – Layihə

Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə (MM) əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.

Dövrünnəbzi.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev tərəfindən MM-ə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi təqdim edilib.

Qəbul olunacağı təqdirdə 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsində bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Sənədə əsasən sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Qanun layihəsində o da bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir;

Qeyd edək ki, məcburi dövlət sosial sığorta amnistiyası ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların da qalığına şamil ediləcək.

1519101995_1 (1)

Rusiyadan açıqlama: Türkiyəyə icazə verilməməlidir ki…

Suriyada yaradılan təhlükəsiz bölgələr 3-cü ölkələrin təsir zonalarına çevrilməməlidir.

Bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov “Rossiya 24”ə açıqlamasında deyib.

“Qarant ölkələr və müşahidəçi statusina malik İordaniya, ABŞ və BMT-nin iştirakı ilə yaradılan təhlükəsiz bölgələr keçici xarakter daşıyır. Bu zonaların 3-cü ölkələrin təsir dairəsinə çevrilməsinə icazə verməməliyik. ABŞ-ı, Türkiyəni və digər ölkələri nəzərdə tuturam”, – diplomat bildirib.

Boqdanov əlavə edib ki, Suriya sadəcə suriyalılara aid olmalıdır.

e8265748921b7fd35ef0283bd1f6909a

Fransada təyyarə qəzaya uğrayıb, ölənlər var

Fransanın Yura departamentində yüngülmotorlu təyyarənin qəzaya uğrayıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində olan bir ailənin üç üzvü – ana, ata və övladı həyatını itirib.

Təyyarənin pilotun səhvi və yaxud texniki nasazlıq üzündən qəzaya uğradığı güman olunur.

408831561

Nazirlər Kabineti “Sovetski”dən köçürülmənin ikinci mərhələsi barədə qərar verib

Yasamal Rayon İcra Hakimiyyəti 2010 yaşayış və qeyri-yaşayış obyektini dövlət ehtiyacı üçün alacaq
Nazirlər Kabinet “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərar verib.
Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.
Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.
Qeyd edək ki, həmin küçə və prospektlər Yasamal rayonunun “Sovetski” adlanan ərazisinə daxildir və “Sovetski”dən köçürülmə ilə bağlı ikinci mərhələni əhatə edir.

1519102513_1

Dağıstandan uzanan İŞİD-in qara əli – Şimaldan Azərbaycana təriqət təhlükəsi…

Elxan Şahinoğlu: “Bu terror şəbəkəsi taktikasını dəyişib”; Kənan Rövşənoğlu: “Rusiya Şimali Qafqazda hər hansı bir hadisənin baş verməsini istəmir”
Hadisə baş verdikdən bir neçə saat sonra İŞİD terror qruplaşması Dağıstanın Kizlər şəhərində törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə “Reuters” agentliyi xəbər yayıb. Lakin bildirilib ki, bununla belə, faktı təsdiqləyən heç bir dəlil təqdim edilməyib.
Son zamanlar müxtəlif ekspertlər tərəfindən İŞİD terror qruplaşmasının artıq tamamilə zəifləməsinə dair fikirlər söylənilir. Bildirilir ki, artıq İŞİD əvvəlki gücündə deyil və ömrünün sonlarını yaşayır. Lakin bütün bunlarla yanaşı, o da proqnozlaşdırılırdı ki, Suriya və İraqda sıxışdırılan İŞİD terrorçuları öz fəaliyyətlərinə fərqli formada, Avropa və Mərkəzi Asiya ölkələrində davam edəcəklər. Ötən günlərdə İranın keçmiş müdafiə naziri Əhməd Vahidi də söyləmişdi ki, Qərb İŞİD döyüşçülərini İraq və Suriyadan çıxararaq Əfqanıstan və Mərkəzi Asiyaya göndərir. O iddia etmişdi ki, Qərb İŞİD-in məğlub olmamasına çalışıb. Ancaq terrorçuların İraq və Suriyada məğlub olduqlarını görəndən sonra onları Əfqanıstan və Mərkəzi Asiyaya atmağa başlayıb.

Azərbaycanda uzun müddətdir ki, sabitlik qorunub saxlanılır. Lakin buna baxmayaraq, bəllidir ki, heç bir ölkə terrordan sığortalanmayıb. Dağıstanda baş verən bu terror hadisəsi Azərbaycana da yansıya bilərmi?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, təhlükə hər zaman var:

“Dağıstan bizimlə sərhəddə olan bölgədir. Ona görə də bu prosesləri diqqətdə saxlamalıyıq. Xüsusilə də nəzərə almaq lazımdır ki, şimal bölgələrimizdə yaşayan gənclər Dağıstanda əmək fəaliyyəti ilə məşğuldurlar. O da proseslərə müəyyən qədər təsir edir. Lakin ümumilikdə elə bir ciddi problemin olduğunu da düşünmürəm. Çünki Dağıstanda daha öncələr bundan da təhlükəli vəziyyətlər olub. Orada partlayışlar baş verib, yüzlərlə adamın qətliamı olub. İndi də belə bir hadisə yəqin ki, nəzarətdən kənarda baş verib. Putin ora yeni bir rəhbər təyin edib. Bu rəhbər də Daxili İşlər Nazirliyinin işçisidir və əraziyə nəzarət etməyə çalışır. Düşünürəm ki, müvafiq tədbirlər görüləndən sonra Dağıstan Çeçenistana oxşamağa başlaya bilər. Çeçenistanda iki müharibə, böyük terror hadisələri olsa da ora Dağıstandan daha sabit ölkəyə çevrilib”.

Seçkilər öncəsi Azərbaycana şimal qonşumuzdan gələn hər hansı bir təhlükəyə gəlincə isə politoloq bildirib ki, hazırkı siyasi proseslərə görə bu cür hadisənin baş verməsi gözlənilmir:

“Rusiyadan hansısa təhlükənin gəlməsini gözləmirəm. Çünki Azərbaycan Rusiya üçün elə bir problem də yaratmır. Biz nə Gürcüstan, nə də Ukrayna deyilik ki, Rusiya bizə qarşı təxribatlara başlasın. Sadəcə olaraq, təhlükə odur ki, əgər şimal bölgələrimizdə terrorçu qruplaşma varsa, əlaqələr yenidən bərpa oluna bilər. Təhlükə də bundadır. İŞİD da artıq taktikasını dəyişib. Bıçaqla da adamları öldürməyə çalışırlar. Adicə bir yük maşınını ələ keçirən İŞİD üzvü Fransada 100-dən çox adamı öldürmüşdü. Bu taktikadan yəqin ki, yenə də istifadə etməyə çalışacaqlar”.

“Yeni Müsavat”ın eksperti Kənan Rövşənoğlu hesab edir ki, Rusiya icazə verməsə, Azərbaycanın şimal bölgələrində hər hansı bir iğtişaş, terror hadisəsi baş verməz:

“Ruslar bunun qarşısını alarlar. Hazırda Rusiya da öz daxilində hər hansı bir münaqişənin baş verməsinə imkan verməz. Belə hal olsa, bunun qarşısını tez bir zamanda alar. Çünki hazırda Rusiyanın başı Ukrayna və xüsusilə də Suriyada qarışıb. Ona görə də Şimali Qafqazda hər hansı bir hadisənin baş verməsini Rusiya istəmir. Əksinə, bu hadisələr göstərir ki, ruslar ora kifayət qədər həssas yanaşırlar və istəyirlər ki, orada hansısa çalxalanma olmasın. Çünki Rusiyada da gələn aydan seçkilər keçiriləcək. Ona görə də Rusiya qəti şəkildə bilir ki, hansısa provokasiya olacaq. Əslində bu hadisələr bir növ provokasiya ocaqlarının qarşısını almaq məqsədi güdür. Dağıstan da radikal qruplar var. Yüz illərdir ki, orada həssas nöqtələr var və onlar da zaman-zaman baş qaldırırlar. İndi söyləmək olmaz ki, baş verən bu hadisə də provokasiyadır və Rusiyanın özündən, yaxud da xaricdən qaynaqlanır. Ancaq ehtimal var ki, Rusiyanı seçki öncəsi içəridən silkələməyə çalışacaqlar. Bu, bir növ qabaqlayıcı addım və ya əksi də ola bilər. İstənilən halda bu cür cəhdlər olacaq. Ancaq belə hadisələrin daha da böyüməsinə Rusiya imkan verməz. Çünki hazırda həssas məqamdır”.

1519102089_1

Avropa Birliyindən çağırış: Bu əzab-əziyyətə son qoyun!

Avropa Birliyi beynəlxalq cəmiyyətə Suriya xalqının çəkdiyi əzab-əziyyətə son vermək üçün hərəkətə keçmək çağırışı edib.

Bu barədə danışan Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali nümayəndəsi Federika Moqerini İdlib və Şərqi Qutada humanitar vəziyyətin son həftələrdə ciddi mənada pisləşdiyini bildirib.

Moqerini son həftələrdə xüsusilə sözügedən şəhərlərdə əksəriyyəti qadın və uşaqlardan ibarət olan yüzlərlə dinc sakinin əlil olduğu söyləyib.

imza

Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

quli

“Lotu Quli”ni təhqir etdiyinə görə öldürüldüyü deyilirdi – Xəbər təsdiqlənmədi

Rusiyada Avropa “obşyakı”nın nəzarətçisi Şeyx Həmzət kimi tanınan Həmzət Qastamirovun cinayətkar klanının Timur adlı çeçen üzvünün öldürülməsi xəbəri təsdiqlənməyib.

“Qafqazinfo”nun “Baku.ws”ə istinadən məlumatına görə, Həmzət Qastamirova yaxın mənbələr məlumatın yalan olduğunu bildiriblər.

Onların sözlərinə görə, Timur sağdır, internetdə yayılan video və fotodakı şəxs o deyil.

Qeyd edək ki, bir nəfər Rusiyada “Mercedes” markalı avtomobilin sükanı arxasında, naməlum şəxslər tərəfindən güllələnib. Həmin şəxsin, bir müddət əvvəl Lotu Qulini təhqir edən Həmzət Qastamirovun cinayətkar klanının Timur adlı üzvü olduğu iddia edilirdi.

Timur yaydığı video müraciətdə “Lotu Quli”ni təhqir edir və açıq şəkildə onun cəzalandırılacağını deyib. Ehtimal edilir ki, məhz bu təhdid dolu ismarıca görə Timur qətlə yetirilib.

Qeyd edək ki, Qastamirov hal-hazırda Almaniyada yaşayır. O, 2016-cı ilin avqust ayında öldürülmüş qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşlığı sayılır. Qastamirov Lənkəranskinin qisasını alacağına and içib.

ilham

Şəhid ailələri, müharibə əlilləri və 20 yanvar əlillərinin – Prezident təqaüdü artırıldı

Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.

Məlumata görə, şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

Dövlət başçısının digər sərəncamlarına əsasən, müharibə əlillərinə və 1990-cı ilin 20 Yanvarhadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

ramil

Yol polisi DTX-nın anti-terror əməliyyatına mane oldu, işdən qovuldu

Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşı Anar Mansurov daxili işlər orqanlarından xaric edilib. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Devrinnebzi.az xəbər verir ki, DİN-dən Sfera.az-a verilən məlumata görə, buna səbəb Anar Mansurovun xidmətdə yol verdiyi ciddi qüsur olub.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Qazax rayonunda terrorçuluğa qarşı mübarizə tədbiri çərçivəsində əməliyyat keçirən zaman A.Mansurov xidmətə yaraşmayan hərəkətlərlə əməliyyata maneçilik törədib.

Əməliyyatdan sonra onunla bağlı DİN rəhbərliyinə müraciət edilib. Müraciət araşdırıldıqdan sonra DYP zabiti işdən qovulub.

1519044095_13

Əliyevin ağ inqilabı: “broker Əbülfəz” və “karqo Şamil” erası bitir – Detallar

“Broker” MMC rəhbəri Əbülfəz Məlikova qahmar çıxan qüvvələr onu arxayın ediblər ki, heç bir təhlükə yoxdur, işini davam etdir

FİA.Az-ın yaydığı xəbərə görə, bəzi KİV-lərdə Ə.Məlikovun heç bir tənqidə fikir vermədən əməllərini yerinə yetirdiyi vurğulanıb.

Gömrükdə “karqo Şamil” adlanan Şamil Heydərovla paralel inhisarçılığı davam etdirən “Broker Əbülfəz” media emissarları hesabına bir müddət gözdən itməyə nail olmuşdu.

Lakin yenidən diqqət mərkəzinə gələn Ə.Məlikov barəsindəki faktlara əhəmiyyət vermədən fəaliyyətini davam etdirir. Çünki onu qoruyan güclər arxayın ediblər.

Dövlət başçısı hər dəfə azad rəqabət mühitinin yaradılmasının, monopoliyanın ləğv edilməsinin vacibliyini vurğuladıqca Əbülfəz Məlikov və brokerçilər gömrükdə yağmalamanı, talançılığı daha da şiddətləndirirlər.

Monopolistlərin maraqlarının müdafiəçisi kimi fəaliyyət göstərən Ə.Məlikov sahibkarlara qan uddurur, onları müflis olma həddinə çatdırır.

“Trans Broker” MMC əməkdaşları onların ölkəyə gətirdikləri məhsullardan əldə edə biləcəkləri ehtimal olunan gəlirin 60-70 faizini əvvəlcədən rüşvət olaraq tələb edirlər. Belə bir vəziyyət dünyanın heç bir gömrük sistemində müşahidə olunmur.

Üstəlik, bu qədər rüşvətdən sonra iş adamları gətirdikləri malın qiymətlərini rəsmi bəyənnamələrdə bir neçə dəfə aşağı qiymətə rəsmiləşdirməyə təhrik edilirlər.

Beləliklə növbəti dəfə cinayətə imza atılaraq dövlət büdcəsindən milyonlarla vəsait yayındırılır. Bütün baş verən qanunsuzluqlarda isə “Broker” MMC-nin kilid isimlərindən biri də Anar Allahverdiyevdir.

Əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur. Onun “Broker” MMC-nin “kassiri” və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir.

Əldə etdiymiz məlumata görə Anar Allahverdiyev Əbülfəz Məlikovun xalası oğlu olmaqla yanaşı, həmçinin sirli “Broker” MMC-nin rəhbərinin gizli “kassası”dır.

Anar Allahverdiyevin xarici banklarda, xüsusən də ABŞ-ın kiçik və orta səviyyəli banklarında çoxlu sayda hesabları var və bu hesablarda Əbülfəz Məlikova aid olan pullar saxlanılır.

FİA.Az-ın yaydığı xəbərə görə, apreldən sonra ölkədə ciddi struktur islahatları gedə bilər. Son zamanlar gömrüklə vergilərin birləşdirilməsi müzakirə olunur.

Əgər bu islahat gerçəkləşərsə, vergilər naziri Mikayıl Cabbarov gömrük sahəsini ələ keçirmiş olacaq. Bu halda Ə.Məlikov üçün qara günlər başlanacaq.

Apreldən sonra bu dəyişikliklər gözləniləndir. Çünki dövlət başçısı vergi, maliyyə, gömrük sahələrində şəffaflığı təmin etmək, inkişaf etdirmək niyyətindədir.

Ən maraqlısı isə rüşvətin alınma mexanizmi və bu mexanizmi həyata keçirən böyük bir qurumun olmasıdır. Söhbət mətbuatda adı «Broker» MMC kimi hallanan, rəsmi sənədlərdə isə adı “Trans Broker” MMC kimi keçən nəhəng şirkətdən gedir.

Bu şirkətin işçilərinin sayı Azərbaycan Gömrüyündə çalışanların sayından 2 dəfə çox olduğu bildirilir. Qeyri-rəsmi məlumatlara görə, gömrüyün 2700 nəfər əməkdaşı varsa, “Trans Broker” MMC-nin 5 min əməkdaşı var.

2006-cı ildə yaradılan və o vaxtdan da iş adamlarının kabusuna çevrilən bu qurum bir tərəfdən sahibkarları soymaqla, digər tərəfdən isə büdcəyə çatası pulları müxtəlif fırıldaqlarla talamaqla hər il milyardlarla manatın şəxsi hesablara axmasını təmin edir.

Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə «haqq» ödəməlidir.

Bu şəbəkəyə Əbülfəz Məlikov başçılıq etsə də, onun işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir. Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir və rüşvəti də onlar alıb mərkəzə ötürür.

Onlar oliqarxların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər. Yığılan rüşvət isə “Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır.

Buna görə, brokerlərin hər birinə Əbülfəz Məlikov 1000-4000 dollar arası «paket» sistemi ilə maaş verir. Oliqarxların təmsilçiləri əlavə olaraq öz sahiblərindən də aylıq «paket» alırlar.

1519058142_13

Flora Kərimova: “Mən Zeynəb Xanlarovanı nə müğənni, nə də millət vəkili sayıram”

Xalq artisti qadağa ləğv olunan kimi efirlərə geri qayıtdığını bildirib:

“Öz ənənəsinə sadiq olaraq məni ilk dəfə televiziyaya ATV telekanalı çağırdı. İlk qonağı olduğum veriliş “Onlar” oldu. “Ondan sonra” verilişinə də qonaq oldum. Bəli, mənə efir qadağasının qoyulmasına səbəb Zeynəb Xanlarova olub. Mən onu nə müğənni sayıram, nə də milləti təmsil edən millət vəkili sayıram. Mən yenə soruşuram o savadsızlığı ilə necə olur ki, gündə bir rəy söyləyir və hələ də öz işinə davam edir? Savadı olmayan, siyasətdən başı çıxmayan bir adam indiyə kimi millət vəkilidir. O, özündən başqa heç kimi düşünmür. Mən həmişə həqiqəti deyirəm və bundan çəkinmirəm. Onun milli məclisdə heç bir işi yoxdur, savadsızdır. Mən düşünürəm ki, millətim savadsız siyasətçiləri siyasətdən uzaqlaşdıracaq. Mən istəmirəm ki, mənim millətim savadsız millət vəkilləri ilə biabır olsun. Mən artıq bu savadsızlardan yorulmuşam. Demək istəyirəm ki, ayağını yorğanına görə uzatsın, yoxsa ayağı yorğandan bayırda qalar”.

1519027677_1

Sahibkar keçmiş Qazax rayonunun icra başçısı Ayaz Əsgərovdan prezidentə şikayət etdi:” Cənab Prezident!…..”

Teref.info-nun poçtuna keçmiş Qazax rayonunun icra başçısı Ayaz Əsgətovdan şikayət daxil olub.Prezidentə ünvanlanan şikayətin nir üzünü Teref.info -ya göndərən Qazaxlı sahibkar yazır:
Qazaxlı sahibkar icra başçısı Ayaz Əsgərovdan
Prezidentə müraciət etdi

Azərbaycan Respublikaaının Prezidenti cənab
İlham Əliyevə
Qazax rayon Xanlıqlar kənd sakini sahibkar Məmmədov
Qalib Binnət oğlu tərəfindən

Ə R İ Z Ə .

Cənab Prezident!
Mən Qazaxda yaşayıram, uzun müddətdir ki, sahibkarlıqla məşğulam. “Qazax Tikinti – Quraşdırma” ASC-nin sədriyəm. Rayonda əsas etibarı ilə üzlük daşların və istənilən çeşiddə Avropa standartlarına uyğun mebel istehsalı ilə məşğulam. Rəhbərliyim altında 20 nəfərdən çox rayon sakini işləyir. Dövrün tələbinə uyğun olaraq əməkhaqqı ilə təmin olunublar. Çalışırıq ki, istehsal müəssisəmizi daha da genişləndirək, yeni-yeni iş yerləri açaraq xeyli sayda vətəndaşları işlə təmin edək.
Onu da bildirirəm ki, Sizin sahibkarlığa, iş adamlarına yaratdığınız hərtərəfli şərait daim bizi ruhlandırır, iş birliyimizə geniş meydan açır. Adicə, (əslində adi deyil, böyük işdir) sahibkarlarda vergi və digər yoxlamaların müvəqqəti dayandırılması heç bir xarici ölkədə olmayan bir göstərişdir. Bu da bizə tərəfinizdən hərtərəfli şəraitin yaradılması deməkdir. Bundan əlavə, istər nazirlər kabinetinin , istərsə də digər adda keçirilən ən mötəbər iclaslarda icra başçılarına dönə-dönə tapşırırsınız ki, “sahibkarları incitməyin. Onlara hörmətlə yanaşmaq, məhz elə mənə yanaşmaq kimi başa düşülür. Sahibkara hər bir şəraiti yaradın və köməklik göstərin!”.
Biz sahibkarlar da heç vaxt Sizin bizə olan diqqətini unudan deyilik, qarşıdan gələn seçkinizə də uğurla hazırlaşırıq, hamımız Sizin kimi ali bir şəxsiyyəti dəstəkləyir və yüksək səviyyədə səsimizi də verəcəyik.
Hörmətli cənab İlham Əliyev!
Mən uzun illərin sahibkarı kimi sahibkarlar haqqında söylədiklərinizin əksinə gedib, bizi, o cümlədən məni pis günə salan icra başçısından şikayətlənmək istəyirəm.
Vaxtilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı olan, hazırda sərəncamınızla Yardımlıda icra başçısı işləyən Ayaz Əsgərovun mənə düz 50 000 AZN borcu var. Belə ki, Ayaz Əsgərov 2012-ci ildə Sizin Qazaxa gəlişinizlə əlaqədar yanvar ayının 12-dən aprel ayının 18-ə kimi mənim rəhbərlik etdiyim ASC-dən 50 000 AZN dəyərində üzlük daşları apardaraq Qazaxın “Bayraq Meydanı”ndan üzü yuxar Bakı istiqamətində “Dəmir yolu vağzalı”na kimi yol ətrafını üzlətmişdir. Yəni, məndən üzlük daşlar “Tezliklə icra hakimiyyətinin hesabına ödəniləcəkdir” adı altında nisyə daşınmışdır. Daşların seximdən aparılmasında icra başçısı Ayaz Əsgərovun göstərişi ilə, icra hakimiyyəti başçısının müavini Fərman Nağdalıyev (hazırda işdən kənarlaşdırılıb) və icranın sosila-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Tahir Musayevin birbaşa əli ilə olub.
Hələ, Ayaz Əsgərov Qazaxda icra başçısı işləyərkən mən dəfələrlə icraya gedib malımın pulunu tələb etmişəm. Tələsmə, verəcəyik deyə-deyə başımı qatıblar. Sonra Ayaz Əsgərov Yardımlı rayonuna icra başçısı getdi. Mən də qaldım get-gəldə. Hələ də 50 000 manat pulumu ala bilməmişəm. Xeyli ziyan içərisindəyəm. Həmin ziyanlığın nəticəsidir ki, rəhbərlikj etdiyim ASC son illər ziyanlıqla işləyir.
Cənab Prezidentimiz İlham Əliyev!
Olduqca Sizdən xahiş edirəm ki, mənə halalıqla çatacaq 50 000 manat AZN-nin verilməsində yardımçı olasınız. Yəqin ki, bu məsələdə günahkarlar da cəzalandırılsa Allaha da xoş gedər.
Diqqətinizə görə sağ olun.

İmza: (imza var) /Sahibkar Qalib Məmmədov/

19 fevral 2018-ci il
Teref.info olaraq adı çəkilən şəxsin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.info

1519034976_1

Yol polisi DTX-nın anti-terror əməliyyatına mane oldu, işdən qovuldu

Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşı Anar Mansurov daxili işlər orqanlarından xaric edilib

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Sfera.az-a DİN-dən verilən məlumata görə, buna səbəb Anar Mansurovun xidmətdə yol verdiyi ciddi qüsur olub. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Qazax rayonunda terrorçuluğa qarşı mübarizə tədbiri çərçivəsində əməliyyat keçirən zaman Anar Mansurov xidmətə yaraşmayan hərəkətlərlə əməliyyata maneçilik törədib.

Əməliyyatdan sonra onunla bağlı DİN rəhbərliyinə müraciət edilib. Müraciət araşdırıldıqdan sonra DYP zabiti işdən qovulub.

15156047322389747884_1000x669

Prezident başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev, dövlət rəsmiləri və elm nümayəndələri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Abbas oğlu Ələsgərovun vəfatı ilə əlaqədar nekroloq yayıblar.

Dövrünnəbzi.az xəbər verir ki, nekroloqda qeyd olunur:

Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Əməkdar memar Abbas Abbas oğlu Ələsgərov 2018-ci il fevralın 18-də ömrünün 81-ci ilində vəfat edib.

Tanınmış memar və inşaatçı Abbas Ələsgərov həyatını quruculuq işlərinə sərf edib və Azərbaycanda tikinti-memarlıq kompleksinin inkişafına töhfələr verib. O, ölkə miqyasında bir sıra obyektlərin layihələndirilməsi və inşasının təşkili işlərinə rəhbərlik edib, yüksək peşəkarlığı, təşəbbüskarlığı və əməksevərliyi sayəsində mühüm əhəmiyyətə malik bu layihələrin uğurla həyata keçirilməsində təqdirəlayiq fəaliyyət göstərib. Bakı şəhərinin bugünkü simasını müəyyən edən bir çox binaların, yaşayış massivləri və komplekslərinin tikinti layihələrinin, eləcə də Milli Parkın baş planının hazırlanmasında onun özünəməxsus xidmətləri var.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri kimi Abbas Ələsgərov tarixi abidələrin qorunması, şəhərsalmada tarixiliklə müasirliyin vəhdətinin təmin olunması və tikinti işlərinin planlı qaydada aparılması üçün bütün qüvvə və imkanları səfərbər etməklə üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmış və göstərilən etimadı daim doğruldub.

Abbas Ələsgərovun respublikada memarlığın inkişafında xidmətləri və şəhərsalma sahəsində uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilib. O, “Əməkdar mühəndis” və “Əməkdar memar” fəxri adlarına layiq görülüb, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Abid Şərifov

Hacıbala Abutalıbov

Əbülfəs Qarayev

Ömər Eldarov

Elbay Qasımzadə

Rasim Əliyev

Dövlətxan Dövlətxanov

Gülçöhrə Məmmədova

Ərtegin Salamzadə

1492259676-0566

“Müharibə hər an başlaya bilər” – Zakir Həsənov

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhə xəttindəki hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə Z. Həsənov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını bir daha xatırladıb.

Müdafiə naziri cəbhə xəttində iki silahlanmış ordunun daim üz-üzə dayandığını qeyd edərək müharibənin hər an başlaya biləcəyini istisna etməyib. Nazir qeyd edib ki, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının araşdırılması ilə deyil, onu yaradan səbəblərin köklü surətdə aradan qaldırılması ilə məşğul olmalı və münaqişənin bütövlükdə həllinə səy göstərməlidirlər.

T. Klaar isə öz növbəsində Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd edərək Avropa İttifaqının bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

arif

Dövlət başçısı Arif Babayevlə bağlı sərəncam verdi

Prezident İlham Əliyev Arif İmran oğlu Babayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Məlumata görə, Arif Babayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə mükafatlandırılıb.

mikayil

Vergilər Nazirliyindən sahibkarlara son xəbərdarlıq

Vergilər Nazirliyi şəffaflıq və qarşılıqlı etimad təklif ilə sahibkarlara müraciət edib.

“Qafqazinfo”nun məlumatına görə, müraciətdə bildirilir ki, vergi sistemində həyata keçirilməsinə başlanılmış şəffaflığın təmin edilməsi və vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi prinsipləri vergi ödəyicilərinin də öz öhdəliklərinə qanunauyğun yanaşmasını tələb edir. Şəffaflıq yalnız vergi orqanlarının fəaliyyətini deyil, eyni zamanda vergi ödəyicilərinin də öz öhdəliklərinə düzgün yanaşmasını əhatə etməlidir. Vergilərini tam həcmdə və vaxtında ödəyən hər bir intizamlı ödəyici vergi orqanlarının etibarlı tərəfdaşı olacaq və belə ödəyicilər daim dəstəklənəcək.

“Vergi hesabatına bilərəkdən saxta məlumatları daxil edənlər və vergidən yayınmağa cəhd göstərənlər isə qanun qarşısında cavab verəcək, onlarla sərt, lakin qanunun müəyyən etdiyi çərçivədə davranılacaq. Kiçik və ya böyüklüyündən asılı olmayaraq, hər bir vergi ödəyicisi öz vergi öhdəliyinə əməl etməli, ikili mühasibatlığın aparılması, vergiyə cəlb olunan dövriyyələrin gizlədilməsi, vergidən yayınma halları aradan qaldırılmalıdır.

Sahibkarların öz vergi öhdəliklərini rahat şəkildə yerinə yetirməsi üçün mövcud sistem, vergi ödəyicilərinə göstərilən xidmətlər ödəyicilərin gözləntilərinə və tələblərinə uyğun şəkildə təkmilləşdiriləcək.

Vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçü götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı tədbirlərə də başlanılmışdır.

Vergilər Nazirliyi ödəyicilərə keyfiyyətli xidmətlər, qarşılıqlı etimad təklif edir, onları eşitməyə, qanuni tələblərinin həllinə kömək göstərməyə hazırdır. Vergi ödəyicilərindən isə intizamlı olmaq və vergi qanunvericiliyinin tələblərinə tam əməl etmək tələb olunur”.

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Dovrunnabzi.az İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev