resizer_1519043147

Prezidentliyə daha bir namizədin adı açıqlandı

Mərkəzi Seçki Komissiyası (MSK) daha bir nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.
Məlumata görə, bu barədə komissiyanın bu gün keçirilən iclasında qərar qəbul olunub.

Bildirilib ki, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən şəxs Ramazan Ələkbər oğlu Bəkirovdur. Bununla prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı 13-ə çatıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçirləcək.

01

Yük maşınından narkotika çıxdı

Dövlət Gömrük Komitəsinin Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi əməliyyat keçirib.

Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat tədbiri nəticəsində İdarənin “Xocasən” gömrük postunda İran vətəndaşı Bavafa Maghsoud Farhadın idarə etdiyi “HOWO” markalı yük avtomobilinə baxış keçirilib.

Baxış zamanı avtomobilin dartıcısının konstruksiyasına aid olan ramasının arxa hissəsində yerləşən hava balonunun sağ kənarı ilə metal korpusu arasındakı boşluqdan sellofana bükülü bir ədəd bağlamada narkotik vasitə aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən aşkar olunan bağlamadakı narkotik vasitə təmiz çəkisi 439,1 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəkdir.

Asylbek-uulu-Damirbek

Qazaxıstan qırğız deputatı həbs etdi – Nota göndərildi

Qazaxıstanda genişmiqyaslı xüsusi əməliyyat zamanı aralarında gömrük işçiləri, brokerlər, kriminal aləmin üzvləri və hüquq mühafizə orqanları əməkdaşları olmaqla 29 nəfər saxlanılıb.

Dövrünnəbzi.az qırğız KİV-nə istinadən xəbər verir ki, saxlanılanlar arasında Qırğızıstan parlamentinin deputatı Asılbek uulu Damirbek də olub.

Xüsusi əməliyyat fevralın 15-16-da keçirilib. Məqsəd sərhəd ərazilərdə qaçaqmalla məşğul olan mütəşəkkil cinayətkar qrupun fəaliyyətinə son qoymaq olub. Alma-Ata məhkəməsi bütün saxlanılanlar haqda həbs qərarı çıxarıb.

Faktla bağlı Qırğızıstan XİN-i Qazaxıstana nota göndərib.

Deputatın hansı səbəblə saxlanıldığı açıqlanmır. Hazırda Qırğızıstan tərəfi baş vermiş hadisənin təfərrüatlarını araşdırır.

1519016679_1

Abşeronda çörək sexində partlayış olub, 3 nəfər ağır yaralanıb – FOTO

Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşa məxsus çörək sexində güclü partlayış baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 3 nəfər ağır xəsarəti alıb.

Hadisə nəticəsində sexdə olan 3 nəfər – 1972-ci təvəllüdlü Natiq Əmrah oğlu Əmrahov, 1967-ci il təvəllüdlü Qızılgül Əzim qızı Əmrahova və 1984-cü il təvəllüdlü Elmira Qardaşxan qızı Əmrahova ağır yanıq xəsarətləri alıb. Onlar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıblar. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

1518980038_1

BREJNEVİN TƏRCÜMƏÇİSİ:”Qorbaçovun bütün danışıqlarına qulaq asırdılar, bütün sirlərimizi bilirdilər” – MÜSAHİBƏ

1970-ci illərdə Leonid Brejnevin ərəb dilindən tərcüməçisi, SSRİ-nin Parisdəki səfirliyində Qorbaçov yenidənqurmasının aktivisti olmuş diplomat Vladimir Fedorovski, Boris Yeltsin və Vladimir Putinlə də görüşüb. Qısa desək, o, Rusiya siyasətinin pərdəarxasını gözəl bilən bir şəxsdir.

Dovrunnabz.az “AzPolitika.info”ya istinadla Fedorovskinin Fransanın “Opinion” nəşrinə maraqlı müsahibəsinin tərcüməsini təqdim edir:

– Siz öz kitabınızda yazırsınız ki, ABŞ-dakı prezident seçkilərinə Rusiyanın güman edilən müdaxiləsi, Klinton administrasiyasının 1996-cı ildə Boris Yeltsinin ikinci dəfə prezident seçilməsinə göstərdiyi töhfədən çox az fərqlənər. Nəyə görə?

– Demək lazımdır ki, Rusiya siyasətinin veteranı və ABŞ-ın yaxşı bilicisi kimi, Amerikanın ittihamları məndə gülüşdən başqa heç bir hiss doğurmur. Baş verən indiki ikiüzlülük ikrah yaradır. Əvvəllər mən bunun barəsində danışmamışam, amma Bill Klintonun Boris Yeltsinin yanındakı vasitəçilərinin əslində hansı rolu oynadıqları mənə həmişə bəlli olub. Mən, Yeltsinin 1996-cı ildə Rusiya prezidenti seçilməsində böyük rol oynamış bütöv komandanı nəzərdə tuturam. Onun komandasını maliyyələşdirən oliqarx Boris Berezovski mənə hər şeyi danışıb. Mən, hətta Mixail Qorbaçovun SSRİ-yə rəhbərlik etdiyi dövrdən (1985-1991) danışmıram: onun bütün danışıqlarına qulaq asılırdı və bizim hər bir sirrimiz amerikalılara məlum idi! Hətta Kremlin mətbuat xidmətinin başçısı Mərkəzi Kəşfiyat İdarəsi (CİA) tərəfindən ələ alınmışdı.

Mən amerikan sənədləri ilə yaxşı tanış olmuşam və onlar məni çaşdırır. Hillari Klintonun elektron məktubları, sözsüz ki, sındırılıb, bəlkə də hətta rusiyalı hakerlər tərəfindən. Məgər həqiqətən də, bu, 2016-cı ilin noyabrındakı prezident seçkilərinin nəticələrinə təsir göstərə bilər? Düşünürəm ki, yox. Siz bunu Amerika mətbuatına deyin və sizi dərhal Vladimir Putinin tərəfdarı elan edəcəklər. Onunla mənim münasibətim heç də yaxşı deyil. Mənim ölkəmdə məni qatı qərbçi sayırlar, bəzi dostlarımı isə hətta Mərkəzi Kəşfiyyat İdarəsinin fəxri casusları adlandırırlar. Bu gün hamıya bəlldir ki, hamı hamını dinləyir. Burada günahkar yoxdur. Artıq saxta məsumluğun kənara atılmasının vaxtıdır!

– Belə görünür ki, siz Vladimir Putin və Donald Tramp arasındakı hər hansı əlaqənin mövcudluğuna inanmırsınız.

– Vaşinqtondakı Rusiya səfirinin casusluqda ittiham edilməsi məni hiddətləndirir. Mən, haradasa, 20 il diplomat işləmişəm və amerikalılar yaxşı bilirlər ki, bu cür tapşırıqlar DTK casuslarının üzərinə düşür. Əminəm ki, Tramp Putinin casusu deyil. Bu barədə Amerika mətbuatının yazdıqları inandırıcı görünmür. Putindən əsl supermen düzəldirlər, ancaq o elə deyil.

– Gərginlik nə qədər uzağa gedə bilər?

– Qərb və Rusiyanın münasibətlərinin yaxşı olması mühümdür. Amma vəziyyət bu cür təhlükəli olmayıb. İndi vəziyyət soyuq müharibədə olduğundan da pisdir. Onda hər iki tərəfdən manipulyasiya və dezinformasiya vardı, lakin bütün bunlara baxmayaraq, müəyyən qaydalar mövcud idi. İnsanlar özlərinin uydurduqları yalana inanmırdılar və həm də real siyasətin fərqli cəhətlərini görürdülər.

İndi məndə belə təəssürat var ki, hazırda yalan danışırlar və öz yalanlarına da inanırlar. Deyirlər ki, siyasətdəki nanəciblik və axmaqlıq rolunu dəyərləndirmək olmaz, amma Obama administrasiyasının nə üçün Rusiyadan Qərbin düşməni düzəltməsini mən anlamıram. Bu, çox böyük səhv idi. Bu, həm rusiyalılar və həm də Qərb üçün əlverişli deyil. İş ondadır ki, bütün bunlar çox təhlükəli nəticələr verir: Rusiyanı Çinin ağuşuna itələyirlər. Artıq onlar arasında hərbi-iqtisadi ittifaq formalaşır, lakin bu, Rusiyanın mövqeyinə ziddir. Əgər, kimsə Krımın ilhaqından sonrakı sanksiyaların rusiyalıları Vladimir Putindən uzaqlaşdıracağını düşünübsə, onda o, xəyal dünyasında yaşayır. Rusiyalılar sıx birləşdilər, Putinin reytinqi isə heç zaman olmadığı kimi yüksəldi. Bunu oliqarxların öz pul kisəsinə vurulan zərbədən sonra, onların Putinə nifrət bəsləyəcəkləri və onu siyasətini dəyişməyə məcbur edəcəkləri yanaşmasına da aid etmək olar. Onların prezidentə heç bir təsiri yoxdur, xalq isə onlara nifrət edir və oliqarxların cəzalandırılmasına sevinirlər.

– Siz hesab edirsiniz ki, Qərb düşməni səhv salıb?

– Qərb üçün prioritet məsələ islam radikalizminə qarşı mübarizə olmalıdır. Ərəb dünyasının mütəxəssisi kimi, mən hesab edirəm ki, əgər Rusiya Suriyaya müdaxilə etməsəydi, onda İŞİD Dəməşqi tutmuşdu. Belə olan halda İŞİD Qafqazın 600 kilometrliyində olardı ki, bu da domino effektinə görə, Rusiya üçün qətiyyən qəbul edilməzdir. Hilları Klintonun yanaşmasına və müəyyənləşdirməsinə görə, Vladimir Putin şeytanlaşdırılır və o sanki ”müasir dövrün Hitleridir” və digər diktatora kömək məqsədi ilə məsələyə müdaxilə edib. Qərbdə analizlə bağlı böyük problemlər mövcuddur.

– Siz şeytanlaşdırmadan danışdınız, axı, Vladimir Putin hər halda Krımı ilhaq edib və Ukraynanın şərqində gərginlik davam edir…

– Mən özüm Ukraynadanam və bu ölkə mənim üçün çox vacibdir. Problemin kökləri ilə SSRİ-nin parçalanmasına qədər gedib çıxır. Bu parçalanma qan tökülmədən getdi, çünki Qorbaçov totalitarizm və terrordan qurtarmağı qərara almışdı. Bu, qətiyyən Qərbin qələbəsi yox, tamamilə gözlənilməz oldu. Papa II İohan Pavelin dediyi kimi, göydən gəlmiş ”möcüzə” idi. Amma buna baxmayaraq, həmin tarixi şans əldən verildi. Belə nəticə çıxarıldı ki, SSRİ soyuq müharibəni uduzub və bunun nəticəsi ilə razılaşmalıdır, ona görə də Rusiya ikinci dərəcəli böyük dövlət oldu. Almaniyanın birləşməsi dövründə əldə edilmiş razılaşmalar pozulub. Burada söhbət əsasən NATO-nun yaranmış vəziyyətdən istifadə edərək genişlənməyəcəyindən gedir. Sonra biz Yuqoslaviyanın parçalanmasını, Rakət Əleyhinə Müdafiə Sistemlərini, Liviya böhranını gördük. Bu hadisələr zamanı heç kim Rusiya ilə hesablaşmayıb.

– Ukraynaya Rusiya ilə qarşıdurma törədən amil kimi, yoxsa dünyada tarazlılıq yartmaq baxımından birləşdirici həlqə kimi baxılmalıdır?

– Mən bir ukraynalı kimi ikinci variantın tərəfdarıyam, çünki əks-təqdirdə bizi fayda gətirməyən iqtisadiyyat və humanitar fəlakət gözləyir. Əgər avropalılar işi polyak və pribaltlara tapşırmazlarsa və Moskva ilə danışıqlara razılıq verərlərsə, onda böhrandan qaçmaq olar. Bu gün güc vasitəsilə dalana dirənmiş vəziyyətdən çıxmaq olarmı? Ukrayna və onun xalqının gələcəyi üçün münaqişənin saxlanılması əlverişlidirmi? Bu ölkə ciddi gərginlik ocağına dönüb və görünür ki, belə vəziyyət çox qalacaq. Mənim heç bir ümidim yoxdur. Hər şey qarşdurmaya doğru gedir. Rusiyada anti-Qərb əhvalı daima artır. Əgər Qərb Rusiyanı demokratiyaya doğru yönəltmək və orta sinfin gözləntilərini yerinə yetirmək istəyirsə, onda əlaqələr bərpa olunmalı və sanksiyalardan imtina edilməlidir. Qarşıdurma çıxış yolu deyil.

– Vladimir Putin tərəfindən Rusiyada formalaşdırılmış rejimi siz necə xarakterizə edərsiniz?

– Əlbəttə, sözsüz ki, bu avtoritar rejimdir. Mətbuat kolpak altındadır, lakin insanların söz azadlığı var. Onlar səyahət edirlər və bunu keçmişin totalitar rejimi ilə müqayisə etmək olmaz. Rusiyada həqiqi müxalifət yoxdur, çünki ölkənin əsl müzakirəyə və ideya mübahisəsinə ehtiyacı var. Sual meydana gəlir: prezidentliyə digər namizədlər sadəcə olaraq qurulmuş tamaşada rolmu ifa edirlər. Bax, hər şey belə görünür. İstənilən halda Vladimir Putini lazımı səviyyədə dəyərləndirməyiblər. Onu oliqarxların əlində marionetka hesab ediblər, amma halbuki, kuklaları onun özü oynadır. O, zamanın ruhunu tuta bilib. Ölkə yaralanmışdı və özünü təhqir olunmuş kimi hiss edirdi. Putin isə vətənpərvərlik hissləri və ya millətçilik telləri üzərində oynamağı bacardı. O, separatizm ocaqlarının olmasına baxmayaraq, Rusiyanın bütövlüyünü saxladı. O, Yaxın Şərqdə bacarıqla manevr edərək, oyunun yekununda əsas yeri tuta bilib.

Ancaq Putin iki problemi həll etməyib. İlk öncə o, iqtisadiyyatın kifayət qədər şaxələnməsi üçün neft sıyığından istifadə edə bilməyib və bu, onun axsayan tərəfidir. Rusiya irəlidə də təkcə neft və qaz qiymətlərindən asılı qala bilməz. O, neftdən gələn pullardan əhaliyə cüzi pay verib və bunun yerinə ordunun yenilənməsi ilə məşğul olub. Digər tərəfdən hamı yalnız ona ümid bəsləyir. Bu, onun demək olar ki, monarx sisteminin böyük zəifliyidir. İndi onun 40 yaşı olmayan şəxsləri qubernator vəzifəsinə təyin etməsinə və bu istiqamətdə yenilənmə aparmasına baxmayaraq, onun xələfi üçün hədsiz çətin olacaq.

Tərcümə AzPolitika.info-nundur

25359860_980124282127876_589561375_n_1516465380_1519017534

Azərbaycanda iki gündə 183 cinayət törədilib

Daxili işlər orqanlarının son iki gündə qeydə aldığı cinayətlərin və hadisələrin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iki gün ərzində 183 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

1490852088-4733

Cəbhə bölgəsindən son xəbər

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 136 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

rian-2210138.hr.ru-pic685-685x390-24988

Rusiyada ev yanıb, 3 uşaq yanaraq ölüb

Rusiyanın Sverdlovsk vilayətində fərdi evdə yanğın baş verib.

“Gazeta.ru”ya istinadən verilən xəbərə görə, hadisə Yekaterinburq şəhərində qeydə alınıb.

Yanğın söndürüldükdən sonra hadisə yerində 4 və 5 yaşlı oğlan, həmçinin 2 yaşlı qızın yanmış meyiti aşkarlanıb. Məlumata əsasən, xilasedicilər iki nəfərin həyatını xilas edə biliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1b006b68e0798fc3af106d4bbfe18e62-1

Qəbələdə ev, Qazaxda isə iaşə obyekti yanıb

Qəbələdə və Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qəbələ rayonunda ümumi sahəsi 121 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağının çardağının yanar konstruksiyaları 20 m2 sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Qazax rayonunda isə ümumi sahəsi 90 m2 olan ictimai iaşə obyektinin yanar konstruksiyaları və əşyalar yanıb. Yaxınlıqdakı sex yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1518976076_1

Mixeil Saakaşvilinin tərəfdarları yürüş keçirib

Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları fevralın 18-də Ukrayna paytaxtı Kiyevdə yürüş keçiriblər.

Onlar prezident Petro Poroşenkonun istefasını tələb edib.

Özü bu yaxınlarda Ukraynadan zorla çıxarılan və hazırda Hollandiyada olan Saakaşvili Poroşenkonun impiçmentinə çağırır.

Polisin məlumatına görə, yürüşdə bir neçə min insan iştirak edib. Saakaşvilinin tərəfdarları isə yürüşün daha izdihamlı olduğunu deyirlər.

Aksiya 50 dəqiqə gec başlayıb. Yürüş təşkilatçılarının sözlərinə görə, səbəb bazar günü nəqliyyatın ləng işləməsidir, insanlar aksiya yerinə gəlməkdə çətinliklərlə üzləşiblər.

Aksiyanın önündə Saakaşvilinin “Yeni qüvvələr hərəkatı”nın fəalları David Sakvarelidze və Ali Radanın deputatı Yeqor Sobolev addımlayıblar.

Aksiya iştirakçıları Ukrayna bayraqları və “Əlinizi Mişadan çəkin” şüarları qaldırıblar.

Tələblərdən biri də növbədənkənar parlament seçkilərinin keçrilməsi, hökumətin yenilənməsidir.

Saakaşvili bildirir ki, Ukraynanın indiki hakimiyyəti korrupsiyaya bulaşıb və oliqarxların əlində oyuncağa çevrilib.

Poroşenko bu ittihamları rədd edir.

1519015006_1

Yuyucu vasitələrin təhlükələrindən xəbəriniz var?

Yuyucu vasitələrdən müntəzəm istifadə etmək qadınlarda ağciyərlərin fəaliyyətində qüsurların yaranma riskini artırır.

Trend-in məlumatına görə, bu qənaətə Bergen Universitetinin (Norveç) bir qrup mütəxəssisi gəlib.

Bununla bağlı təcrübə və müşahidələr 6.200-dən çox könüllü üzərində 20 il müddətində keçirilib.

Məlum olub ki, yuyucu vasitələrlə müntəzəm işləyən evdar qadınlarda və peşəkar təmizlik işçilərində ağciyərlərin hava tutumunda azalma müşahidə olunub.

Bu qadınlarda ağciyərlərin vəziyyəti 20 il siqaret çəkən şəxslərin ağciyərlərinin göstəricilərinə bərabər olub. Ağciyərlərin fəaliyyətinin pisləşməsi təmizlik zamanı nəfəs yolu ilə daxil olan maddələrin ağciyərlərə yayılması ilə izah olunur. Nəticədə bunun astma və digər xəstəliklərə yol aça biləcəyi müəyyən olunub.

1519015719_1

İranın yeni planı: Tehrandan-Tartusa qədər…

İranla nüvə razılaşmasını ləğv etmək lazımdır.
Bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı İsrail Baş naziri Beynamin Netanyahu söyləyib.

“İran aqressivdir və öz nüvə proqramını inkişaf etdirir. İran uranın zənginləşdirilməsi texnologiyaları əldə edə bilər. Bunu dayandırmaq lazımdır. Əgər bunu razılaşma vasitəsilə etmək mümkün olsa, çox yaxşıdır, amma mümkün deyilsə, o zaman razılaşmanı ləğv edin. İrana qarşı ən sərt sanksiyaları irəli sürmək lazımdır.

Biz bundan sonra da Suriyada İran bazalarının yaranmasına imkan verməyəcəyik. Onların məqsədi aydındır. İran Tehranla Tartusu birləşdirib, vahid dövlət yaratmaq istəyir. Mən bunu çoxdan bilirəm. İsrail bu planın qarşısını alacaq. Biz qırmızı xətlər müəyyənləşdirmişik, amma İran daima bunu keçməyə cəhd edir”, – deyə o bildirib.

dagistanda-polisler-terrorcu-arasinda-atisma-4125_1518967662

22 yaşlı Xəlil Dağıstanda 5 nəfəri öldürdü – Yenilənib

Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramı zamanı baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Şəhər administrasiyasının yaydığı məlumata əsasən, kilsədə insanlara atəş açan şəxs Dağıstanın Tarumosk rayonunun sakini 22 yaşlı Xəlil Xəlilovdur. O, cavab atəşi nəticəsində öldürülüb.

***
(19:25)

Dağıstanın Kizlər şəhərində naməlum şəxs insanlara atəş açıb.

Dövrünnəbzi.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, kilsədə baş verən insident nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Cinayətkar cavab atəşi ilə zərərsizləşdirilib.

qeza turkiye

Xaçmaz-Quba yolunda ağır qəza – 3 ölü, 2 yaralı

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza baş verib.

APA xəbər verir ki, xəsarət alan şəxslər Qubanın Nügədi kənd sakinləri 1995-ci il təvəllüdlü Cavid Zülfüqarov və 1966-cı il təvəllüdlü İftixar Hacıyevdir. “VAZ 2106”nın sürücüsü, 1973-cü il təvəllüdlü Elçin Əliyev isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Digər ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

pensiya

Azərbaycanda pensiyaların verilməsində gecikmə yaranıb? – Rəsmi açıqlama

“Hazırda fevral ayının əmək pensiyalarının yanvar və fevral aylarındakı artımlarla birgə ödənilməsi prosesi normal qaydada həyata keçirilir, bu sahədə heç bir problem, çətinlik də müşahidə olunmur”

Bunu açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev son günlər sosial şəbəkələrdə təqaüdlərin verilməməsi ilə bağlı yayılmış xəbərlərə münasibətində bildirib.

Şöbə müdiri qeyd edib ki, bununla belə, cılız siyasi ambisiyaları ilə ortalığı qarışdırmaq mərəzinə mübtəla olanlar indi də guya “bankomatlar qarşısında sıxlığın və pensiyaların verilməsində maliyyə probleminin olması” kimi heç bir əsası olmayan informasiyanı ortaya atıblar. Bunun kökündə isə son günlər pensiyaların artırılması kimi sosial müdafiə sahəsində həyata keçirilən növbəti mühüm tədbiri gözdən salmağa yönələn mənasız cəhdlər dayanır.

“Halbuki, Azərbaycan Prezidenti İlham Əliyevin 09 fevral 2018-ci il tarixli Sərəncamının icrası olaraq, əmək pensiyalarının ümumi məbləğinin ötən ilin orta aylıq əmək haqqının illik artım tempinə uyğun olaraq, cari il yanvarın 1-dən 5,7 faiz artırılması işləri qısa müddətdə başa çatdırılıb. Geniş bir əhali kateqoriyasının, yəni həm Sərəncamın şamil olunduğu 1 milyon 236 min nəfər pensiyaçının hər birinin pensiyası, həm də fərdi uçot sistemindəki 3 566 745 nəfər sığortaolunanın fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalı üzrə indeksləşdirilmə əsasında müvafiq artımın edilməsi üçün dəqiqləşdirmə və hesablamaların aparılması müəyyən vaxt tələb edirdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu avtomatlaşdırılmış sistemin köməyi ilə bu işləri cəmi iki günə yekunlaşdırdı. Beləliklə də pensiyaların ödənişində hansısa ciddi gecikmə halı özünü göstərmədi və əvvəlcədən də elan olunduğu kimi fevarlın 13-ü deyil, fevralın 15-dən ölkədə pensiyaların ödənişi həyata keçirilir. Artıq Bakı, Naxçıvan, Abşeron və Sumqaytda pensiyaların maliyyələşməsi tam yekunlaşıb” , deyə E.Babayev bildirib.

Qurum rəsmisi vurğulayıb ki, əvvəlki aylarda olduğu kimi hazırkı fevral ayında da respublikanın şəhər və rayonları üzrə mərhələli şəkildə pensiyaların ödənişi normal qaydada tam yerinə yetiriləcək və respublika üzrə fevral ayının pensiyalarının verilməsi elə fevral ayı ərzində tam başa çatdırılacaq:

“Bununla yanaşı, hazırda bankomatlar qarşısında hansısa sıxlıq, narahatedici hal da müşahidə olunmur. Pensiyaların verildiyi gün bu və ya digər məqamda hansısa bankomat qarşısında növbələşmə halı baş verirsə belə, bunu guya “pensiyaların verilməsində gecikmə”, “pensiya ödənişində maliyyə problemi” kimi təqdim etmək absurd yanaşmanın ifadəsidir. Çünki pensiyaların ödənişi pensiya vəsaitlərinin pensiyaçıların kart hesablarına köçürülməsi prosesi ilə tamamlanır. Həmin vəsaitləri pensiyaçıların hansı vaxtda və hansı bankomatdan nağd formada çıxaracaqları onların öz istəyinə bağlıdır”.

E.Babayev digər tərəfdən, bu gün bankomatlar vasitəsilə təkcə pensiyaların deyil, əmək haqlarının, müxtəlif kompensasiyaların və s. ödənişlərinin də həyata keçirildiyini bildirib: “Ona görə də hansısa bankomat qarşısında qısa müddətli növbəlilik müşahidə olunmasından dərhal yalan və şaiyə əsaslı “pensiyaların verilməsində gecikmə” şousu düzəltmək sağlam təfəkkürə ziddir. Fevral ayının pensiyaları həmin ay içərisində maliyyələşib başa çatdırılırsa burda hansı maliyyə çatışmamazlığından söhbət gedə bilər? Ümumiyyətlə, Azərbaycanda hər hansı ayın pensiyasının maliyyələşməsinin növbəti aya keçməsi halı yoxdur”.

tecili yardim hindistan

Toy yasa döndü – 20 ölü

Hindistanın şimal-şərqində toy zamanı bədbəxt hadisə baş verib.

“Qafqazinfo” “İndia Toda”ya istinadən xəbər verir ki, toy mərasimi keçirilən yerin yaxınlığında qaz balonu partlayıb.

Məlumata əsasən, insident cümə günü axşam Radcasthan ştatının Beavar şəhərində qeydə alınıb. Partlayışın gücündən məclis keçirilən bina çöküb. Xilasedicilər dağıntıların altından 18 nəfərin cəsədini çıxarıblar. Daha 18 nəfər isə xəsarət alıb.

Bundan əlavə 2 nəfərin isə dağıntıların altında qaldığı güman edilir.

Axtarış xilasetmə işləri davam edir.

Hökumət ölənlərin ailəsinə 200 min rupi, yaralılara isə 50 min rupi yardım edəcək.

product_1508161823_1518966743 (1)

Azərbaycanın sabiq deputatı vəfat edib

Azərbaycan parlamentinin sabiq deputatı Rəfail Səmədov dünyasını dəyişib.

Dövrünnəbzi.az Report-a istinadən xəbər verir ki, R.Səmədov bu gün səhər saatlarında Sumqayıt şəhərində vəfat edib.

R.Səmədov 1985-1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin!

aasd

İsrail Qəzza zolağını bombaladı – Ölənlər var

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağına hava zərbələri endirib.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə fələstinli mənbələr məlumat yayıb.

Məlumata əsasən, qırıcılar qanadlı raketlərlə HƏMAS-a məxsus 6 obyekti vurub. Səhiyyə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, hücumlar nəticəsində 2 nəfər həlak olub.

İsaril ordusu Qəzza sektorundakı terrorçulara məxsus tuneli, silah anbarını və hərbi zavodu vurduğunu açıqlayıb.

polis ukrayna

Eyvandan insanları atəşə tutdu

Ukraynada sərxoş kişi yaşadığı evin eydanından insanları atəşə tutub.

Dövrünnəbzi.az xarici KİV-ə istinadən xəbər verir, bu barədə Lvov vilayətinin polisi məlumat yayıb.

Məlumata əsasən, bazar günü səhər qadın polisə zəng edərək qonşusunun eyvandan insanlara atəş açdığını söyləyib. Hadisə yerinə təhlükəsizlik xidmətinin əməkdaşları gəlib.

Polis 8-ci mərtəbədə yaşayan və insanlara atəş açan kişinin sərxoş olduğunu bildirib. Onun silah saxlamaq üçün müvafiq sənədlərinin olduğu vurğulanıb.

Hadisə nəticəsində yaralanan olmayıb. Odlu silah müsadirə olunub. Faktla bağlı cinayət işi açılıb.

ilham

Azərbaycan prezidenti Ruhaniyə başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev bu gün İranda baş verən təyyarə qəzası ilə bağlı iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib.

Məlumata görə, prezident İlham Əliyev İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən olduqca kədərləndiyini bildirib.

Dövlət başçısı baş vermiş bu faciə ilə əlaqədar İran prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, bu gün səhər saatlarında Tehrandan Yasuc şəhərinə uçan “Aseman Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 60 sərnişin və 6 heyət üzvü həlak olub.

olum

Bakıda qadını niyə tikə-tikə doğrayıb zibilliyə atdılar? – Səbəb məlum oldu

Bakıda qadının öldürülməsi və meyitinin doğranaraq zibil qutusuna atılması hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Dövrünnəbzi.az Lent.az-a istinadən xəbər verir ki, fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu Azadlıq prospekti 28 ünvanının qarşısındakı zibil qutusunda bədən hissələri tapılan 58 yaşlı Lyubov Rəhimova ilə hadisəni törədən İrina Qorlova rəfiqə olub.

Bildirilir ki, Suraxanı rayonu Bülbülə qəsəbəsində hadisənin baş verdiyi ev 50 yaşlı İrinaya məxsusdur və rəfiqəsi bir müddət imiş ki, onunla birgə yaşayırmış. Onlar vaxtaşırı içki məclisləri təşkil edirmiş və belə məclislərin birində rəfiqələr arasında dava düşüb. Lyubovun onu söyməsindən əsəbiləşən İrina qab ilə onun başına zərbə endirib. Rəfiqəsinin öldüyünü görən qadın onun meyitini balta ilə doğrayaraq torbaya yığıb və taksi çağırıb. O, taksi ilə öldürdüyü rəfiqəsinin meyitinin hissələrini Binəqədi rayonu Azadlıq prospektinə gətirərək buradakı zibil qutusuna atıb.

Polis tərəfindən saxlanılan İrina Qorlova meyitin hissələrini niyə Bülbülədən Azadlıq prospektinə gətirdiyini izah etməkdə çətinlik çəkib və paytaxtda tək bu ərazidəki zibilliyi tanıdığını deyib. Lakin sonradan məlum olub ki, Lyubov Rəhimova əvvəllər xeyli vaxt bu ərazidə yaşayıb və İrina izi itirmək üçün onun meyitini hissələri bölərək buraya gətirib.

Araşdırmalar davam etdirilir.

1474126941

Sarkisyan diplomatdan Azərbaycan dilində soruşub – “Haralısan?”

Münhen Təhlükəsizlik Konfransının panel sessiyasında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi, gənc diplomat Sədi Cəfərov Ermənistan prezidenti Serj Sarkisyana suallarla müraciət edib.

Virtualaz.org-a diplomatik mənbələrdən məlum olub ki, erməni prezidenti nitqini tamamladıqdan sonra diplomata yaxınlaşıb və onunla Azərbaycan dilində danışıb.

Azərbaycan diplomatı çıxış edən S.Sarkisyana müraciət edərək qeyd edib ki, öz işğal siyasətinə görə Ermənistan bu gün bütün regional iqtisadi və nəqliyyat layihələrindən kənarda qalıb.

Panelin moderatoru, sualların Ermənistanın çıxış edən prezidentini pis vəziyyətdə qoya biləcəyindən ehtiyat edərək, Azərbaycan diplomatının sözünü kəsməyə çalışıb. Ancaq Sədi Cəfərov öz nitqini davam etdirib və bildirib ki, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirib.

Diplomat qeyd edib ki, Qarabağ münaqişəsinin nizama salınması üçün Ermənistan işğal edilmiş əraziləri azad etməli, qaçqınlar öz evlərinə qayıtmalıdırlar və Ermənistan regional layihələrdə yalnız bundan sonra iştirak edə bilər.

Serj Sarkisyan birbaşa cavabdan yayınıb və Ermənistanın iqtisadi inkişafından danışmağa başlayıb, hansı ki, onun sözlərinə görə, adambaşına düşən gəlirə görə region ölkələrini qabaqlayır. Sarkisyanın məntiqinə görə, Ermənistan təcrid vəziyyətində olmasına baxmayaraq, inkişaf etməkdə davam edir.

Serj Sarkisyan öz çıxışını tamamladıqdan dərhal sonra Sədi Cəfərova yaxınlaşıb və Azərbaycan dilində soruşub: “Haralısan?”.

Gənc diplomat cavab verib ki, Qarabağ sakinidir. Bundan sonra Sarkisyan susub və tədbirin keçirildiyi yeri tərk edib.

ulviyya

Nərgiz Paşayevanın qızı Bakıdakı məşhur kinoteatrı – Tənqid etdi

“Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova İnstaqramda “Metropark” əyləncə mərkəzində yerləşən “Park Cinema”nı sərt şəkildə tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, Ülviyyə Mahmudova kinoteatrı onun itini məkana buraxmamaqda ittiham edib.

““Park Cinema”nın kinoteatrına gəldim. Mənim sevimli “Karabas”ımı zala buraxmadılar. Bu gündən etibarən “Park Cinema”ya yox, “Gənclik Mall”dakı “Cinema Plus”a gedəcəm. Ümid edirəm ki, heç olmasa onlar ev heyvanlarına yaxşı münasibət bəsləyəcəklər. İstərdim ki, kinoteatrlar pişik, it kimi təmiz, sevimli heyvanların bura qoyulmamağı ilə bağlı qaydalarını yenidən nəzərdən keçirsinlər”.

Qeyd edək ki, Ü. Mahmudova M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızıdır.

teyyare

Təyyarə evin üstünə düşdü – Sərnişin öldü, pilot yaralandı

Venesuelanın Syudad-Bolivar şəhərində “Cessna” şirkətinə məxsus yüngülmotorlu təyyarə birmərtəbəli evin üstünə düşüb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində təyyarənin göyərtəsində olan sərnişin ölüb, yaralı pilot xəstəxanaya yerləşdirilib.

Evdə olan sakinlər xəsarət almayıblar.

Qəzanın baş vermə səbəbi araşdırılır.

teyyare m

İranda sərnişin təyyarəsi qəzaya düşdü – 66 nəfər öldü+ Yenilənir

İranda Tehran-Yasuc reysini həyata keçirən təyyarə qəzaya düşüb.

Dövrünnəbzi.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 60 sərnişin olub.

“Aseman Airlines” şirkətinə məxsus təyyarə İsfahan əyalətində qəzaya düşüb.

***

“Press TV”nin məlumatına görə, sərnişinlərin və ekipaj üzvünün taleyindən xəbər yoxdur. Göyərtədə olan bir neçə şəxsin yaşama ehtimalı istisna olunmur.

***

“IRNA” agentliyinin məlumatına görə, “ATR 72-50” tipli təyyarə havaya qalxandan 50 dəqiqə sonra radarlardan itib.

***

“ISNA” agentliyinin məlumatına görə, təyyarədə olan 60 sərnişin və 6 ekipaj üzvü həlak olub.

***

“Tasnim” agentliyi xəbər verir ki, təyyarə Padema dağının yaxınlığında qəzaya düşüb. Təyyarənin 20 illik olduğu bildirilir.

228166_src

Salyanda dəhşətli yol qəzası – 2 ölü, 2 yaralı

Bu gün səhər saat 6 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Dövrünnəbzi.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, Masallı rayonunun Boradigah qəsəbə sakini, 57 yaşlı Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi 44 BM 994 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən 90 JP 203 dövlət nömrə nişanlı 57 yaşlı Bakı şəhər sakini Natiq İdayət oğlu Əliyevin idarə etdiyi “Nissan” markalı avtokranla toqquşub.

Qəza nəticəsində mikroavtobusun sərnişini – 17 yaşlı Masallı rayon Boradigah qəsəbə sakini Şəbnəm Seydulla qızı Musayeva və həmin qəsəbədən olan digər sərnişin – 18 yaşlı Asif Vaqif oğlu Qardaşov alıdqları ağır xəsarətlərdən hadisə yerində keçiniblər. Daha 2 sərnişin – Boradigah sakinləri 50 yaşlı Nurəliyeva Gülzar Firudin qızı və 30 yaşlı Ağarəhimov Amin Həbibulla oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasına terləşdiriliblər. Yuxarı sağ ətrafından ağır xəsarət alan Gülzar Nurəliyeva hazırda əməliyyata götürülüb.

Hadisənin avtokranın ötmə əməliyyatında olarkən onunla eyni istiqamətdə hərəkətdə olan mikroavtobusla toqquşması nəticəsində baş verdiyi deyilir.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.

tufeng-atesh

Gürcüstanda Azərbaycan vətəndaşı qətlə yetirildi

Gürcüstanın Qurcaani bələdiyyəsinin Cimiti kəndində yerləşən ferma ərazisində Azərbaycan vətəndaşı ov tüfəngi ilə qətlə yetirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, silahlı insidentə mübahisə səbəb olub. Qarın nahiyəsindən yaralanan Azərbaycan vətəndaşı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətmiş şəxsin Azərbaycan vətəndaşının qohumu olduğu bildirilir. O, hadisə yerindən qaçsa da, bir neçə saatdan sonra saxlanılıb. Onu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

erdogan

Ərdoğan onun nikah şahidi oldu – Foto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdirinin köməkçisi Mustafa Özbəyin toy şahidi olub.

Toy mərasimində gənclərin şahidi olan prezident nikah şəhadətnaməsini Mustafa Özbəyin həyat yoldaşı Özgə Ərdənə təqdim edərək, onlara xoşbəxtlik arzulayıb.

ingiltere

Böyük Britaniya silkələndi: dağıntılar…

Böyük Britaniyada 4,7 bal gücündə zəlzələ olub.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Uelsin paytaxtı Kardifdən 49 kilometr şimal-qərbdə qeydə alınan təkanların yerin 10 km dərinliyində olduğu bildirilir.

Zəlzələ nəticəsində dağıntıların olması barədə hələlik heç bir məlumat yoxdur.

Fransada zavodda partlayış baş verib

Fransanın Dyepe bölgəsində “Saipol” aqroşirkətinə məxsus zavodda baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayışdan sonra müəssisədə güclü yanğın olub. Hazırda yanğın söndürülüb.

Məlumata görə, qəza baş verən an hadisə yerində texniki işlər aparılıb. Hadisənin səbəbi açıqlanmır.1497248067

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Dovrunnabzi.az İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev