dtx-deleduzu-yaxaladi-fotosu-1

Özünü DTX rəsmisi kimi təqdim edən şəxs saxlanılıb

Özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Bakı şəhərinin rayonlarından biri üzrə idarəsinin rəisi kimi təqdim edərək vətəndaşlardan müxtəlif adlar altında dələduzluq yolu ilə pul alan Azərbaycan Respublikası vətəndaşı Alıyev Eldəniz Kamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətin tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.

APA-nın Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Eldəniz Alıyev cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda araşdırmalar davam edir.

1518895228_1

MSK daha 7 nəfərin prezidentliyə iddiasını təsdiq etdi

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında daha yeddi nəfərin Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxıb.
Iclasda prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Məmmədovun, prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin, prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülmüş Razi Nurullayevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Həsənovun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadənin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb.

İclasda qeyd olunub ki, yuxarıda adları qeyd olunan şəxslərin prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur. Daha sonra hər bir prezidentliyə namizədin namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsi ayrı-ayrılıqda səsə qoyulub və təsdiq edilib.

Daha sonra prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və qeydə alınıb.

Qeyd edək ki, MSK bundan əvvəl namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş prezident İlham Əliyevin, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin, namizədlikləri öz təşəbbüsü ilə irəli sürmüş Zahid Orucun, Tural Abbaslının və Anar Umudovun namizədliklərini təsdiqləmişdi.

ul0

Türkiyədə 3 milyonluq narkotik əməliyyatı: iki azərbaycanlı saxlanıldı

Türkiyənin Tokat şəhərində sərnişin avtobuslarından birində aparılan yoxlamalar zamanı 17 kiloqram 421 qram ağırlığında heroin ələ keçirilib

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə əlaqədar 2 şübhəli şəxs saxlanılıb.

Tokat Polis İdarəsinin verdiyi açıqlamaya görə, İğdırdan İstanbula doğru hərəkət edən avtobusda tapılan 17 paket narkotik maddənin Azərbaycan əsilli A.M. və T.N-ə məxsus olduğu ortaya çıxıb.

Avtobusun saxlanılmasını görən şəxslər öncədən çantalardan birini yol kənarına atıblar. Əməliyyat zamanı tapılan həmin çantada isə 8 kilo 700 qram heroin olduğu məlum olub.

Ələ keçirilən narkotik maddələrin ümumi dəyərinin 3 milyon lirə (təxminən 1,4 milyon manat) olduğu bildirilir.

Faktla bağlı istintaq davam etdirilir.

zk5

Meksika DİN rəhbərinin olduğu helikopter qəzaya uğrayıb, 13 nəfər ölüb

Meksikada ölkənin daxili işlər naziri və Oaxaka ştatının qubernatorunun olduğu helikopter qəzaya uğrayıb, nəticədə 13 nəfər ölüb, 15 nəfər xəsarət alıb

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, helikopterdə olan DİN rəhbəri və qubernator sağ qalıb.

Məlumata görə, helikopter 30 metr hündürlükdə idarəetməni itirib və yerə düşərək avtomobillərə çırpılıb

nj79

Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb

Gürcüstanın Kaxeti bölgəsində Telavi-Qombori magistral yolunda SOCAR şirkətinə məxsus benzin daşıyan maşın qəzaya uğrayıb

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, maşın yol kənarına çıxıb və daha sonra güclü partlayış baş verib. Sürücü avtomobili vaxtında tərk edə bilib. İnsident zamanı xəsarət alan olmayıb.

Qəza nəticəsində maşında olan 23 tona yaxın benzin ətrafa dağılıb.

Ətraf mühitə nəzarət departamenti dəymiş ziyanın həcmini müəyyən edəcək.

386598 (1)

Türkiyə 2 şəhid verdi

Bu gün Türkiyə ordusu 2 şəhid verib.

Dövrünnəbzi.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şəhidlərdən biri “Zeytun budağı” əməliyyatı çərçivəsində gedən atışmalarda olub.

Türkiyə Hakkari rayonunun Şəmdinli qəsəbəsinə hücumu zamanı isə daha bir əsgər şəhid olub, biri isə yaralanıb.

Qeyd edək ki, 20 yanvardan etibarən keçirilən əməliyyatlarda 1595 terrorçu məhv edilib.

ik10

MSK sədri: “İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb”

“Azərbaycanda prezidentliyə namizədliklərin irəli sürülməsi prosesi davam edir”

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

MSK sədri bildirib ki, indiyədək 13 nəfər namizədliyini irəli sürüb və onlardan 7-sinin namizədliyi siyasi partiyalardan, birinin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Daha 4 nəfər namizədliyi fərdi qaydada irəli sürüb.

M. Pənahov qeyd edib ki, 12 nəfərin namizədliyinin irəli sürülməsi MSK tərəfindən təsdiq olunub, bir nəfərin namizədliyinin təsdiq olunması məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq.

Əsəd ordusu Afrinə girdi

Əsəd rejiminə aid qüvvələr Afrinin PYD-YPG nəzarətində olan hissəsinə daxil olub

Axar.az xəbər verir ki, bu barədə Livanın “Əl Mayadeen” televiziyası informasiya yayıb.

Məlumata görə, Əsəd qüvvələri Afrinə müşahidə aparmaq üçün daxil olub. Televiziya yayımladığı xəbərdə Suriya ordusunun tezliklə bölgəyə hərbi qüvvə göndərəcəyini də açıqlayıb.ek5

fft99_mf10764302

Türkiyə-Hollandiya gərginliyi artır – XİN-ə çağırıldı

Ötən ildən etibarən siyasi gərginlik yaşayan Hollandiya və Türkiyə arasında böhran daha da dərinləşir.

Bir neçə gün öncə Hollandiya parlamentinin 1905-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımaq üçün hazırlıqlara başlamasından sonra Türkiyə tərəfi hərəkətə keçib.

Belə ki, Hollandiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və hesabat tələb edilib.

Qeyd edək ki, 1905-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımaq təklifi koalisiya hökumətinin ortağı olan Xristian Birliyi Partiyası (CU) tərəfindən verilib. Bu təklif digər 3 hökumət partiyası tərəfindən də dəstəklənib. Parlament hökumətə aprelin 24-də İrəvanda keçiriləcək “soyqırımı anma mərasimi”nə ilk dəfə nazir səviyyəsində təmsilçi göndərməyi də təklif edəcək. Hələlik hökumət təklifə münasibət bildirməyib.

Xatırladaq ki, Türkiyədə 2017-ci il aprelin 16-da keçirilən Konstitusiya referendumu ərəfəsində Hollandiya ilə münasibətlərdə gərginlik yaranıb. Hollandiya hökuməti türkiyəli nazirlərin ölkəyə gələrək yerli türklər arasında təbliğat aparmasına icazə verməyib. Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Almaniyadan Hollandiyaya keçərək Türkiyə səfirliyinə tərəf hərəkət edərkən polis tərəfindən qarşısı alınıb və o, ölkədən çıxarılıb. Bundan sonra Türkiyə hökuməti Hollandiya səfirinin ölkəyə daxil olmasına icazə verməyib. Fevralın 5-də isə Hollandiya Türkiyədəki səfiri Kornelis Van Riyi geri çağırmışdı.

zehraa

Üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı

Rusiya İstintaq Komitəsi Yeni Moskvada üç yaşlı azərbaycanlı Zəhra Rzayevanın ölümünün səbəbini açıqlayıb.

Dövrünnəbzi.az Oxu.Az-a istinadən xəbər verir ki, ilkin araşdırmalara əsasən, azyaşlı ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib.

Bildirilir ki, KİV-də uşağın uzun müddət şaxtalı havada nəzarətsiz qalması ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb.

Ekspertiza göstərib ki, Zəhra Rzayeva donma nəticəsində vəfat etməyib, həmçinin onun bədənində xəsarət izləri aşkarlanmayıb.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, gəzinti zamanı azyaşlının ürəyi dayanıb. Təcili tibbi yardım çağırsalar da, tibb işçiləri uşağın həyatını xilas edə bilməyib.

Qazaxda Novruz yarmarkasının keçirilməsinə başlanılıb

Novruz bayramı get-gedə yaxınlaşır. Bununla əlaqədar bu gün Qazax şəhərindəki Təzə Bazarda “Novruz” yarmarkasının keçirilməsinə başlanılıb. Bayram ərəfəsində rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə təşkil edilmiş yarmarkaya müxtəlif çeşiddə məhsullar çıxarılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram yarmarkasına gəlib. Rayon rəhbərliyi burada satışa çıxarılmış məhsulların çeşidləri və qiymətləri ilə tanış olub. Yarmarkadan bazarlıq edən rayon sakinləri ilə söhbət edib, fikirlərini öyrənib. Sakinlər yarmarkanın təşkilindən və qiymətlərdən razı qaldıqlarını söyləyərək Ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bayram yarmarkası hər həftənin şənbə və bazar günləri keçiriləcəkdir. Rayon əhalisi, şəhərimizin qonaqları və bütün arzu edənlər yarmarkanın imkanlarından faydalana bilərlər. Satışa çıxarılan məhsulların keyfiyyətinə və çeşidlərinə diqqət yetirilir. Bazarla müqayisədə yarmarkada qiymətlər daha əlverişlidir.1518851120_img_7360

azeriqaz_esas_55544_1518767493

Biləsuvarda abonentlərə edilən qaz fırıldağı – Əsassız cərimələr necə yazılır?

Biləsuvar rayonu, Mübariz İbrahimov küçəsi ev 276 ünvanında yaşayan vətəndaş Nəzərli Araz tərəfindən Femida.az -a müraciət daxil olub. Vətəndaşın bildirdiyinə görə, təxminən 3 ay əvvəl güclü külək olub və qaz sayğacının üzərindən ekçən elektrik xəttləri qırılıb düşüb. Nəticədə qaz sayğacının işləməsində problem yaranıb. Biləsuvar Qaz İstismar İdarəsinin nəzarətçisi sayğacda problem yarandığını bildikdən sonra abonentin iştirakı ilə sayğacın blombu çıxarılıb və 1 həftədən sonra yeni sayğac quraşdırılıb.

“ Yeni sayğac quraşdırıldıqdan sonra normal qaydada ödənişimizi etdik. Heç bir problem də yox idi. Fevral ayının 15-də bizə qaz idarəsindən bildiriş gəldi ki, 402 manat borcunuz var. İdarədən maraqlandıqda bizə bildirdilər ki, sayğaca müdaxilə olduğu üçün cərimə olunmuşuq. Biz sayğaca necə müdaxilə edə bilərik? Sayğacın blombu nəzarətçinin və bizim iştirakımız ilə açılıb.”

Abonentin bildirdiyinə görə sayğacda nasazlıq yaranandan sonra qaz idarəsinin sayğac şöbəsinin müdiri Rafiq Rzayev bildirdi ki, sayğacı siz xarab edibsiz:

“Halbuki sayğacın blomu üstəndəydi. Daha sonra bizə 91 manat ödətdirdilər və yenisi quraşdırıldı. Heç sayğacı da quraşdıranda evin sakinlərindən heç kim olmayıb. Bibim evdəydi, sayğacı ona qol çəkdirib guya təhvil veriblər”.

Bütün bunlara rəğmən abonent qanunsuz olaraq cərimə olunub.

Araz Nəzərli məsələni aydınlaşdırmaq üçün Biləsuvar Qaz İstismar İdarəsinə getdiyini və idarənin rəsi İlqar Əliyevin onunla kobud rəftar etdiyini iddia edib:

“İdarə rəsiniə sual verdim ki, bu borc necə yazılıb? Onlardan borcun yazılma səbəbi haqqında sənəd tələb etdim. O isə cavabında bildirdi ki, biz sənə nə sənəd veririk, nə arayış, get hara istəsən şikayət elə, bizdə belədir. Pulu ödəməsən, sabah sizin qazı da kəsdirəcəm”.
Biləsuvar rayonuna gəlib baxın, görün hansı sayğacın üzərində qoruyucu qutu var? Qoruyucu qutu olmadığına görə də sayğaca yoldan keçən istənilən adam müdaxilə edə bilər. Yaxud təbbi hadisələr nəticəsində zədə ala bilər. Necə olur ki, ötən ay 58 manat olan qalıq borc 1 ayda 400 manat olur?!”

Vətəndaş məsələnin araşdırılması üçün məhkəməyə müraciət edəcəyini bildirib.

Femida.az məsələ ilə bağlı hüquq müdafiəçisi Ələddin Qarayevlə əlaqə saxlayıb. Onun sözlərinə görə, belə hallarla tez-tez onlara müraciət daxil olur.

“Qаzdаn istifadə qaydalarında qeyd olunur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Abonentin iddiasına görə, onların qaz sayğacına belə bir örtük quraşdırılmayıb.Əslində bu qaz paylayıcısı tərəfindən edilməli idi. Bu məsələdə abonentin heç bir günahı yoxdur.

Qaydalarda qeyd olunur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyır. Bu müstəvidə yenə də abonent haqlıdır. Çünki vətəndaş fiziki şəxsdir.”

Hüquq müdafiəçisi sayğacın dəyişdirilməsi qaydasına da aydınlıq gətirib. Onun sözlərinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısı tərəfindən həyata keçirilir.

(Abonentin son ay üzrə göstəricisi)

“ Zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mövcud duruma uyğun deyə bilərəm ki, bu məsələdə abonent tam haqlıdır. Ona yazılan cərimə isə tam qanunsuzdur. Yazılan cərimədən narazı qalan vətəndaş məhkəməyə müraciət edə və hüquqların bərpasını tələb edə bilər.”, deyə Ələddin Qarayev bildirib.

Hüquq müdafiəçisi həmçinin bildirib ki, sayğacın işləməməsinə görə istehlakçıya bu miqdarda borcun hesablanması və ya sayğacın yenilənməsi üçün pulun tələb edilməsi qanunsuz və əsassızdır.
Femida.az məsələ ilə bağlı Biləsuvar rayon Qaz istismar İdarəsi ilə əlaqə saxlayıb. İdarədən verilən məlumata görə,cəriməni onlar yazmır.

“Bəli, bir neçə ay öncə belə hadisə olub. Vətəndaş müraciət edib və yeni sayğacın ödənişini (91 manat) etdikdən sonra sayğac dəyişilib. Orada hadisə baş verəndə nə FHN, nə də işıq idarəsindən bizə məlumat verilməli idi. “Smart” tipli sayğaclardan başqa heç bir sayğacda qoruyucu qutu yoxdur. Bu da sayğaclara təbii şəkildə ziyan dəyməsinə şərait yaradır. Cəriməni regional idarənin rəyinə əsasən, yazmışıq”.

(Abonentin 1 ay öncəki göstəricisi)

(elektrik xəttlərinin altında yerləşən sayğac )

oh81

“Suriyada terrorçular Rusiya və ABŞ istehsalı olan silahlardan istifadə edirlər“

“Ankara Suriyada müharibə aparmır, söhbət terrorçuluqla mübarizədən gedir”

APA-nın məlumatına görə, bunu Münhen Təhlükəsizlik Konfransında çıxış edən Türkiyə baş naziri Binəli Yıldırım bəyan edib.

“Suriyada müharibə yoxdur. Bu, terrorçuluqla mübarizədir. Bu mübarizədə Türkiyə ilə yanaşı koalisiya tərkibində 62 ölkə, habelə Rusiya və İran iştirak edir”, – deyə o vurğulayıb.

B. Yıldırım onu da qeyd edib ki, Suriya və İraqda bir terror təşkilatı zərərsizləşdirilsə də, hazırda terrorçular yeni ad altında birləşiblər. Onun sözlərinə görə, terrorçular qanunsuz yolla, o cümlədən internet vasitəsi ilə əldə etdikləri Rusiya və ABŞ istehsalı olan silahlardan istifadə edirlər.

uh9

Ukrayna tezliklə dağıla bilər -Saakaşvilidən qorxunc proqnoz

“Ukrayna tezliklə dağıla bilər. Bunun da əsas səbəbi dövlətin bütün resurslarının oliqarxların əlində cəmlənməsi və bölgələrdəki separat əhval-ruhiyyədir”

Musavat.com xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Avstriyanın “Die Presse” qəzetinə verdiyi müsahibədə bəyan edib.

“Ukrayna getdikcə oliqarxların iqtisadi maraqları ucbatından böyük mafioz dövlətə çevrilir. Hazırda ölkədəki kapitalın 70 faizi prezident Petro Poroşenkoya və ona yaxın 7 oliqarxa aiddir. Poroşenko və Rinat Əhmədov isə ölkə sərvətlərinin yarısına sahibdirlər”, – Saakaşvili bildirib.

Odessanın keçmiş qubernatoru bir çox varlı oliqarxın silahlı birləşmələr yaratdığını qeyd edərək, bunun cəmiyyətdə ciddi fəsadlar törətdiyini söyləyib. “Bu cür silahlı qruplaşmalar indiki daxili işlər nazirinin (Arsen Avakovun) və Rinat Əhmədovun tabeçiliyindədir.

Mühacir siyasətçinin fikrincə, ölkənin şərqi və cənubu iqtisadi məhvə doğru gedir. “Bukovina və Zakarpatyedə bir çox milli azlığa mənsub insanlar yaşayır. Həmin bölgələrdə separat əhva-ruhiyyə gündən-günə güclənir. Ukraynalılar isə kütləvi surətdə ölkədən miqrasiya edir. Bütün bunlar dövlətin dağılmasına və kriminallşmasına gətirib çıxarır”, – Saakaşvili bədbin proqnozunu verib.

Qeyd edək ki, Mixeil Saakaşvili zorla Ukraynadan çıxarıldıqdan sonra Avropada fəaliyyətini davam etdirir. Həyat yoldaşının Hollandiya vətəndaşı olması səbəbilə keçmiş prezidnet Avropa Birliyi ərazisində sərbəst hərəkət etmək hüququna malikdir.

Saakaşvilinin sözlərinə dolayı yolla dəstək Ukraynanın millətçi “Sağ sektor” təşkilatının rəhbəri Dmitri Yaroşdan gəlib. O, Minsk anlaşmalarının hakimiyyət tərəfindən qəbul olunmasının ölkəni parçalamağa doğru aparacağını söyləyib.

Bir yandan isə Macarıstan Ukraynanın Zakarpatye bölgəsində yaşayan macarların hüquqlarının bərpasını tələb edir. Rəsmi Budapeşt xarici işlər naziri Peter Siyartonun dili ilə Ukraynaya təzyiq etmək üçün NATO-dakı veto hüququndan istifadə edəcəyini bəyan edib.

afrbb9

Türkiyə Ordusu Afrində 1595 terrorçunu məhv edib

Türkiyə Ordusu “Zeytun budağı” əməliyyatı başlanan gündən bəri Suriyanın şimal-qərbində 1595 terrorçunu zərərsizləşdirib

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, son bir gün ərzində Suriyanın şimal-qərbində 44 yaraqlı məhv edilib.

Xatırladaq ki, Zeytun budağı”əməliyyatı yanvarın 20-də başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyi təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.
(Virtualaz.org)

ombidss

Ombudsmanla bağlı qanun dəyişdirilir

Milli Məclis “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik edəcək

Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik edilməsi məsələsinə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fevralın 20-də keçiriləcək iclasında baxılacaq.

Dəyişikliyə görə, qanun layihəsinin 16.7-ci maddəsi (Müvəkkilin sosial, maliyyə və digər təminatları) aşağıdakı redaksiyada veriləcək:
16.7. Müvəkkilin, sabiq müvəkkilin və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir.

Hazırda isə 16.7. maddəsi belədir: Vaxtından asılı olmayaraq Müvəkkil vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda, hazırkı dövrdə Müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının 80 faizi məbləğində pensiya alır.

Xatırladaq ki, indi Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovadır. Lakin onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni Ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini davam etdirir.

Elmira Süleymanova iki dəfə – 2002 və 2010-cu illərdə Ombudsman seçilib. Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.(Modern.az)

228049_src

Zəhra ilə bağlı açılan cinayət işinə daha bir maddə artırıldı

Ötən gün Moskvada uşaq bağçasında 3 yaşlı azərbaycanlı qızın müəmmalı şəraitdə ölməsi ilə bağlı açılan cinayət işinə daha bir maddə əlavə edilib.

Dövrünnəbzi.az Rusiya KİV-nə istinadən xəbər verir ki, İstintaq Komitəsinin rəsmi nümayəndəsi bildirib ki, “ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsinə “səhlənkarlıq” da əlavə edilib.

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin hər iki işin istintaqını şəxsi nəzarətinə götürüb.

Qeyd edək ki, 3 yaşlı Zəhra Rzayevanın donvurmadan ölməsi barədə ilkin ehtimal təsdiqini tapmır. Çünki uşağın bədənində onun soyuqdan donduğunu göstərən əlamətlər olmayıb. Habelə zorakılıq əlamətlərinə də rast gəlinməyib.

Qızın atası da bildirib ki, uşağın səhhəti il bağlı problemi olmayıb: “O, uşaq bağçasına həmin il ilk dəfə idi gedirdi. Əvvəlcə normal gedirdi. Daha sonra isə deyirdi ki, bağçaya getmək istəmir, orada uşaqları incidirlər”.

nig

Nigeriyada terrorçuların bazara hücumu nəticəsində 15 nəfər ölüb

Nigeriyada terrorçular bazara silahlı hücum edib

APA-nın “PM News” saytına istinadən verdiyi məlumata görə, nəticədə 15 nəfər ölüb, 18 nəfər yaralanıb.

Yaralanan şəxslər xəstəxanalara yerləşdirilib.

Bildirilir ki, hücumda üç nəfər iştirak edib.

tecili

Qoyun sürüsü üstündə atışma – 36 ölü

Nigeriyada qoyun sürüsü səbəbindən silahlı insident baş verib.

Dövrünnəbzi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “News Agency of Nigeria” məlumat yayıb.

Məlumata əsasən, fevralın 13-də yerli ovçular oğurluq qoyun sürüsü otaran çoban görüblər. Ovçuları görən çoban sürünü qoyub qaçmağa məcbur olub.

Bundan sonra, çoban kömək üçün qonşu rayondan olan cinayətkar dəstə ilə razılığa gəlib. Onlar ovçulara pusqu qurublar. Tərəflər arasında atışma olub. Hadisə yerinə gələn polis 18 nəfərin cəsədini aşkar edib. Ancaq təhlükəsizlik xidmətinin əməkdaşları quldurlarlar daha 18 nəfərin cəsədini özləri ilə apardığını güman edirlər.

1498827246-7769

Baş nazir təqaüdlərlə bağlı qaydaları dəyişdi

Baş nazir Artur Rasizadə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”da dəyişiklik edib.

Qaydalara aşağıdakı dəyişikliklər edilib:

1. Adına və 1-ci hissəsinə “sənədlərin” sözündən sonra “və məlumatların” sözləri əlavə edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” üzrə:

2.1. adına, 1.1-ci və 4.8-ci bəndlərinə “sənədlərin” sözündən sonra “və məlumatların” sözləri əlavə edilsin;

2.2. Qaydalara 1-7 nömrəli əlavələrin yuxarı sağ küncünə “sənədlərin” sözündən sonra “və məlumatların” sözləri əlavə edilsin;

2.3. Qaydalara 1 nömrəli əlavəyə “sənədləri” sözündən sonra “və məlumatları (ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, doğum haqqında akt qeydinin nömrəsi, tarixi və qeydiyyata alındığı orqanın adı)” sözləri əlavə edilsin;

2.4. Qaydalara 7 nömrəli əlavə – “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı” üzrə:

2.4.1. 1-ci hissəyə “sənədlər” sözündən sonra “və məlumatlar” sözləri əlavə edilsin;

2.4.2. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin: “1.1. müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);

2.4.3. 1.2-ci, 1.3-cü, 2.4-cü, 2.6-cı, 2.9-cu, 2.10-cu, 2.13-cü, 2.15-ci, 2.26-cı və 2.31-ci bəndlər ləğv edilsin;

2.4.4. aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:

“1.5. Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan sənəd və məlumatların Azərbaycan Respublikası- nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.13-cü maddəsinə əsasən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur:

1.5.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 1.5.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi; 1.5.3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi; 1.5.4. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti.”; 2.4.5. 2-ci hissədə “sənədlər də” sözləri “sənədlər və məlumatlar da” sözləri ilə əvəz edilsin;

Qaydalarda bir sıra yarımbəndlər ləğv edilib.

usaaa

Superdövləti məhv edən təhlükə: Ruhi xəstəliklər…

Ruhi xəstəlik kimi problemlərin həllini tapmağa çalışacağıq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Floridada məktəblərin birində baş vermiş qanlı hücumla bağlı çıxışında deyib.

“Ameriklı dostlarım bu gün çox kədərlə danışıram. Administrasiya yerli orqanlarla daim əlaqədədir və olayın tam araşdırılmasına çalışır. Ruhi xəstəliklərin həlli üçün lazımi orqanlarla birgə çalışmalıyıq. Heç bir şagird özünü təhlükədə hiss etməməlidir”, – Ağ Ev rəhbəri bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Florida ştatında məktəbdə baş verən qanlı hücumda 17 nəfər qətlə yetirilmişdi.

zehraa

Moskvada uşaq bağçasında 3 yaşlı azərbaycanlı qızın meyiti tapılıb

Əslən İmişli rayonundan olan Zəhra Quliyevanın şaxtadan donduğu bildirilir
Rusiya paytaxtında yerləşən uşaq bağçasında 3 yaşlı azərbaycanlı qız uşağının meyiti tapılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Məlumata əsasən, hadisə Yeni Moskva adlanan ərazidə yerləşən 2120 saylı uşaq bağçasında baş verib. Baxça tərbiyəçiləri azyaşlıları səhər gəzintisinə çıxardıblar. Daha sonra körpələr səhər yeməyi üçün bağçaya gətirilib. Bir müddət sonra isə tərbiyəçilər qrupda qız uşaqlarından bir nəfərin, azərbaycanlı, 2015-ci il təvəllüdlü Zəhra Rzayevanın olmadığını müəyyən ediblər. Onu əvvəlcə bağçanın binasında axtarmağa başlayıblar. Daha sonra isə tərbiyəçilər onu bağçanın həyətində qarın üzərində huşsuz vəziyyətdə aşkar ediblər.

Bir versiyaya görə, 4 yaşlı Zəhra gəzinti zamanı qarda yıxılıb və ayağa dura bilməyib. Digər versiyaya görə isə Zəhranın vəziyyəti pisləşib və o yıxılıb, onun yıxıldığını isə heç kəs hiss etməyib.

Faktla bağlı Rusiya İstintaq Komitəsində Cinayət Məcəlləsinin 109-cu maddəsi “Şəxsin peşə öhdəliklərini səhlənkar yerinə yetirməsi nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma” ilə cinayət işi açılıb, araşdırma aparılır.

Uşaq bağçasının rəhbərliyi və tərbiyəçilər Zəhranın ölüm səbəbinin “bioloji” olduğunu bildirirlər. Tərbiyəçinin səhlənkarlıq etməsini inkar edirlər.

Məlum hadisə bütün Rusiya mətbuatının diqqətində olub. KİV-lərdə qeyd olunan fərziyyəyə görə, Zəhra tərbiyəçilərin səhlənkarlığı ucbatından çöldə qalaraq donub və həyatını itirib. Tərbiyəçilər onun yoxluğunu çox gec hiss ediblər. Zəhra tapılan zaman isə artıq gec olub. Onun üçün təcili tibbi yardım çağırılsa da, körpə artıq keçinib.

Zəhranın ölüm səbəbinin “bioloji” olduğunu isə valideynləri qətiyyətlə rədd edirlər. Atası Niyaz Rzayev üç övladının olduğunu, Zəhranın isə ən kiçik övladı olduğunu bildirib: “Zəhra sağlam uşaq idi. Təzəlikcə onu həkim müayinəsindən də keçirmişdik. Heç bir problem aşkarlanmamışdır. Bu gün səhər həmişəki kimi anası onu bağçaya aparmışdı. Günorta mənə zəng edib bu xəbər verdilər”.

Rzayevlər ailəsinin yaxınlarının APA-nın Moskva müxbirin verdiyi məlumata görə, Zəhra Rzayeva Rusiya vətəndaşı olub. Rzayevlər ailəsi əslən Azərbaycanın İmişli rayonundandırlar.

whatsapp-1-milliard-utilisateurs-par-jourjpg

Biz sildiyimizi zənn edirdik – “WhatsApp”da bu funksiya yeni üzə çıxdı

“WhatsApp” messencerində mesajları yadda saxlamaq üsulu tapılıb: sitatlardan istifadə etməklə yazışmanı yadda saxlamaq mümkündür.

Dövrünnəbzi.az ICTnews-a istinadən xəbər verir ki, sözügedən messencer bir neçə ay bundan əvvəl istifadəçilərə mesajları silmək imkanı təqdim edib.

Lakin mesajı yadda saxlamaq üçün sitat gətirmək və ya mesaja birbaşa cavab vermək lazımdır.

“WhatsApp” administrasiyası təlimatda qeyd edir ki, mesajlar göndərildikdən sonra onları yalnız 7 dəqiqə ərzində silmək olar. Ancaq dırnaq işarəsindən istifadə və ya cavab funksiyasının köməyi ilə mesajın yadda saxlanılması müddətini uzatmaq xüsusiyyəti haqda məlumat verilməyib.

Həm qrup, həm də şəxsi çatlarda sitat gətirilən mesajlar silindikdən sonra belə görsənməyə davam edir.

ganca2

Gəncədə İlham Əliyev üçün imzatoplama kampaniyasına başlanılıb

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsi prezident seçkiləri ilə əlaqədar hazırlıq işlərinə start verib.

“Qafqazinfo” xəbər verir ki, seçki prosesi ilə əlaqədar olaraq YAP Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsində 25 nəfər tərkibdə Seçki Qərargahı yaradılıb.

Fevralın 16-dan etibarən, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevin seçkilərdə namizədliyinin qeydə alınması üçün imzatoplama kampaniyasına başlanılıb.

YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib ki, öncə imzatoplayan fəallara treninq keçirilib, imza toplamanın qaydaları bir daha izah edilib, müvafiq təlimat və tapşırıqlar verilib. YAP Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsində bu gündən start verilən imzatoplama kompaniyası uğurla həyata keçirilir və seçicilər böyük aktivlik nümayiş etdirirlər.

Qeyd edək ki, Gəncə şəhəri üzrə 4 Seçki Dairəsi fəaliyyət göstərir. 37 saylı Nizami rayon Birinci Seçki Dairəsi üzrə seçicilərin sayı 32 874, məntəqələrin sayı 24, 38 saylı Nizami rayon İkinci Seçki Dairəsi üzrə seçicilərin sayı 33 721 nəfər, məntəqələrin sayı 24, 39 saylı Kəpəz rayon Birinci Seçki Dairəsi üzrə seçicilərin sayı 338 842 , məntəqələrin sayı isə 29, 40 saylı Kəpəz rayon İkinci Seçki Dairəsi üzrə seçicilərin sayı 42 070 nəfər, məntəqələrin sayı isə 30-dur.

Dairələr üzrə 37 saylı Nizami rayon Birinci Seçki Dairəsi üzrə 350 imza, 38 saylı Nizami rayon İkinci Seçki Dairəsi üzrə 450 imza, 39 saylı Kəpəz rayon Birinci Seçki Dairəsi üzrə 550 imza, 40 saylı Kəpəz rayon İkinci Seçki Dairəsi üzrə isə 400 imza toplanacaq.

5a7e83bab564458f267eb5be417f8948

Məhkəmədən “Facebook”a qadağa

Belçika məhkəməsi “Facebook” şirkətinə sosial şəbəkə istifadəçilərinin razılığı olmadan internetdə fəliyyətlərini izləməyi qadağan edib.

“Trend”in məlumatına görə, bu barədə Belçika məhkəməsi qərar çıxarıb.

Qərara görə, şirkət Belçika qanunlarına uyğun olmadığı təqdirə şəxslərin internetdən istifadə məlumatlarını izləməyi və qeydə almağı dayandırmalıdır.

Qərarda qeyd olunur ki, “Facebook” bunu pozduğu halda 100 milyon avro məbləğində cərimə ödəməli olacaq.

ramil

Ramil Usubovdan yeni rəis – Təyinatları

Bakıda iki polis bölməsinin rəisi dəyişdirilib.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi Lətif Cahangirov tutduğu vəzifədən azad edilərək Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin rəisi, 37-ci Polis Bölməsinin rəisi Bayram İslamov tutduğu vəzifədən azad edilərək Nəsimi rayon Polis İdarəsinin 21-ci Polisi Bölməsinin rəisi təyin olunublar.

nazirlik

Ramin Quluzadə iki şöbəni birləşdirdi – Yeni təyinat

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) daha bir yeni təyinat olub.

Dövrünnəbzi.az-ın Xeberler.az-a istinadən verdiyi məlumata görə, nazirliyin iki şöbəsi birləşdirilib.

Belə ki, NRYTN-in Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı və Elektron idarəçiliyin inkişafı şöbəsi bir yerdə fəaliyyət göstərəcək. Bu şöbəyə isə Rəşad Əzizov müdir təyin olunub.

Qeyd edək ki, Rəşad Əzizov əvvəllər Milli Məclis aparatında çalışıb. O, həmçinin İKT sahəsində elmi araşdırmalarla da məşğul olub, hüquq elmləri doktorudur.

İndiyə qədər Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri vəzifəsini icra edən İsfəndiyar Əliyev isə yeni şöbəyə müdir müavini təyin edilib.

Xatırladaq ki, bir müddət öncə Elektron idarəçiliyin inkişafı şöbəsinin müdiri Elnur Aslanov vəzifəsindən azad edilib.

ilham

İcbari tibbi sığorta layihəsinə 18 milyon manat ayrıldı

Prezident İlham Əliyev icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi və “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Məlumata görə, fərmanda qeyd olunur ki, ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, habelə tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək istiqamətində həyata keçirilən işləri davam etdirmək, icbari tibbi sığorta sisteminin davamlılığını təmin etmək və tətbiqini daha da genişləndirmək məqsədilə icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində həyata keçirilsin, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində davam etdirilsin.

Fərmanla “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planı” təsdiq edilir.

Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar pilot layihənin həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli fərmanının 1.5.5.10-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 1 560 000,0 manat, 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 16 760 000,0 manat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılsın.

Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanının 2-ci hissəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş qurumların balansında olan əmlakın pilot layihə başa çatanadək həmin Agentliyin istifadəsinə verilməsi prosesini davam etdirmək və görülmüş işlər barədə bir ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılır:

- bu fərman qüvvəyə mindiyi gündən Ağdaş rayonunun inzibati ərazisində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar pilot layihənin həyata keçirilməsini təmin etsin, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində həmin pilot layihənin həyata keçirilməsini davam etdirsin;

- “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanının 2-ci hissəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş qurumların publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması, strukturlarının optimallaşdırılması, fəaliyyətlərinin və idarəetmə prinsiplərinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması ilə bağlı tədbirlər görsün;

- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Maliyyə Nazirliyi bu fərmanda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin edəcək, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

“Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanının 6.1-ci bəndi aşağıdakı redaksiyada verilir:

“6.1. Pilot layihənin Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, Ağdaş rayonunun inzibati ərazisinə münasibətdə isə bu Fərman qüvvəyə mindiyi gündən həyata keçirilməsini təmin etsin.”

1518770494_1

“Əfv sərəncamı martda deyil, mayda verilə bilər” – Gözlənti

1518770494_1“Ola bilsin ki, əfv sərəncamı may ayında imzalansın”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Əfv Komissiyasının üzvü Rəşad Məcid deyib. O bildirib ki, hazırda mütəmadi olaraq Komissiyanın iclasları keçirilir:

“Müraciətlər çoxdur və hələ də gəlməkdə davam edir. Bu səbəbdən də, əfvin Novruz bayramına çatıb-çatmayacağı bilinmir. Ola bilsin ki, prezident İlham Əliyev sərəncamı mayda imzalasın. Çünki işlər həddindən artıq çoxdur. Komissiyanın müzakirəsi bir az uzun çəkir. Mart ayına çatmasa da, may ayında əfv gözlənilir”.

R. Məcid bu il amnistiyanın olacağı ilə bağlı məlumatlara da münasibət bildirib:

“Amnistiyanın olub-olmaması artıq parlamentin məsələsidir, bu barədə bir söz deyə bilmərəm”.

almad

Türkiyədə həbsdə olan alman jurnalist azadlığa çıxdı

Türkiyədə bir ildən çox həbsdə olan Almaniyanın “Die Welt” qəzetinin müxbiri Deniz Yücel sərbəst buraxılıb

Bu barədə jurnalistin vəkilinə istinadən “Die Welt” məlumat yayıb.

Almaniya XİN də informasiyanı təsdiq edib.

Türkiyə və Almaniya vətəndaşlığı olan Yücel 14 fevral 2017-ci ildə İstanbulda dindirilmə (sorğu-sual) məqsədilə saxlanılıb, daha sonra polis nəzarətinə götürülüb.

İki həftə sonra məhkəmə terror təbliğatı və milli zəmində ədavət salma ittihamı ilə ona qarşı həbs-qətimkan tədbiri seçib.

Jurnalist ötən ilin fevralın 27-dən Silivri həbsxanasında saxlanılırdı.

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Dovrunnabzi.az İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev