SYRIA-CONFLICT

Türkiyə xəbərdarlıq etdi: ABŞ YPG-ni Menbiçdən çıxarır

“Keçmişdə də belə kritik mərhələlər olub. Amma hər zaman bu müttəfiqliyi ön planda tutaraq kritik mərhələləri birlikdə keçdik. İndi də kritik mərhələdiyik. Ötən gün ölkə başçısı ilə birlikdə keçirdiyimiz üçtərəfli görüşdə tərəflər düşüncələrini, narahatlıqlarını söylədilər. Bundan sonra əlaqələrimiz ya yaxşılaşmağa, ya da daha da pisləşməyə doğru gedəcək”.
AzVision.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Reks Tillersonla Ankarada keçirdiyi mətbuat konfransında deyib.

“Bizim narahatlığımız birbaşa bizə qarşı olan təhdidlərlə, YPG hücumları ilə bağlıdır. İnsanlarımız ölür. 2016-cı ildə ABŞ-ın Türkiyəyə verdiyi sözlərin heç birinə əməl olunmadı. İndi YPG-nin Fəratın şərqinə çəkilməsi əmin olmalıyıq. İlk olaraq YPG-nin Menbiçdən çıxması lazımdır”, – Çavuşoğlu bildirib.

Tillerson isə deyib ki, ABŞ və Türkiyə arasındakı əlaqələr dərindir: “Türkiyə və ABŞ bir çox yerdə birlikdə hərəkət edib. Artıq iki müttəfiq ölkə ayrılıqda hərəkət etməyəcək. Biz birlikdə Suriyadakı bütün problemləri dəyərləndirəcəyik. Birlikdə hərəkət edəcəyik. İŞİD-lə mübarizə aparacağıq. Ərazilərin təhlükəsizliyini təmin edəcəyik. Görüləcək çox iş var. Sürətlə başlamalıyıq. Bu istiqamətdə iş aparacaq ilk qrup martın ortasında toplanacaq. Lakin vacib məqam olduqda biz gözləməyəcəyik, hərəkət edəcəyik”.

Tillerson daha sonra bildirib ki, ABŞ Türkiyənin terrorizmlə bağlı qarşılaşdığı problemlərdən xəbərdardır: “Amma, müstəqil və birləşmiş Suriyanın qurulmasında birlikdə hərəkət etməliyik. ABŞ Suriyada bölünmə olmadan, həllə nail olmaq istəyir. Dərhal Menbiç məsələsi ilə məşğul olacağıq. Şimali Suriya ilə bağlı fəaliyyətimiz isə davam edir”.

ilham

“Prezidentin fikirlərinə bu cür münasibəti düzgün saymırıq” – Rusiya XİN-nə cavab

“Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Vl Qurultayında səsləndirdiyi fikirlərlə bağlı açıqlaması tərəfimizdən anlaşılmazlıqla qarşılandı”.

Bu sözləri XİN sözçüsü Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərini və yüksək səviyyəli dialoqu nəzərə alaraq, dövlət başçısının fikirlərinə bu səpkidə münasibət bildirilməsini düzgün hesab etmirik:

“Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət regional sülh və təhlükəsizliyin təmin olunmasına, regional əməkdaşlığın güclənməsinə və potensial regional risklərin aradan qaldırılmasına xidmət edir.

Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının Vl Qurultayında Azərbaycanın tarixi torpaqlarının qaytarılması deyil, azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması məsələsi barədə danışıb. Dövlət başçısının çıxışı müxtəlif dillərində, o cümlədən rus dilində tam tərcüməsi ilə kütləvi informasiya vasitələrində yayılıb.

Tarixin müxtəlif mərhələlərində, o cümlədən də keçən əsrin 80-ci illərinin sonlarında azərbaycanlıların kütləvi şəkildə Ermənistandan zorakılıqla qovulması, Ermənistan ərazisində köklü Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan və məhv edilməsi tarixi faktlardır və sənədlərlə təsbit olunub.

Ümumiyyətlə, Azərbaycan xalqının sülh şəraitində öz tarixi torpaqlarına qayıtması nəyə görə kimisə də narahat etməlidir? BMT başda olmaqla, müvafiq beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in müxtəlif münaqişələrin tənzimlənməsi ilə bağlı bütün sənədlərində insanların öz doğma torpaqlarına, daimi yaşadığı yerlərə qayıtmasının təmin olunması fundamental hüquqlardan biri kimi təsbit olunub. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin vacib tərkib elementlərdən biri də qanlı etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlının öz tarixi torpaqlarına qayıtmasının təmin olunmasıdır.

Ermənistanın hərbi güc tətbiq edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun işğalını davam etdirməsi, Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddiaları regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir və vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq qəsdən Suriyadan olan etnik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir. Ermənistanın siyasi rəhbərliyi ictimai çıxışlarında Naxçıvana və digər Azərbaycan ərazilərinə iddialar irəli sürür, erməni gəncləri qarşısında çıxış edərək “böyük Ermənistan” xülyası naminə onların yeni torpaqlar əldə etmək üçün gələcək müharibələrdə iştirak etməli olduğunu deyir. Ermənistanın konstitusiyasında digər qonşu dövlətə qarşı açıq ərazi iddiaları öz əksini tapıb. Bununla bərabər, ziddiyyətli “Armenian Highland” (Армя́нское наго́рье) mifik ideologiyası əsasında Ermənistanın bütün qonşularına qarşı ərazi iddiaları vardır.

Hesab edirik ki, məsələlərə münasibət bildirərkən onun mahiyyəti dəqiq bilinməli, konteksdən çıxarılmamalı və Ermənistan kütləvi informasiya vasitələri və siyasətçilərinin məqsədyönlü təhrifləri və dezinformasiyasına deyil, bilavasitə ilkin autentik mənbəyə istinad edilməlidir”.

intihar-bina

SOCAR əməkdaşı iş yerinin 8-ci mərtəbəsindən özünü atıb

Bu gün saat 11 radələrində “Neftqazelmitədqiqatlayihə” institutunda intihar hadisəsi baş verib.

Dövrünnəbzi.az SOCAR-a istinadən xəbər verir ki, institutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib. 1969-cu il təvəllüdlü Əli Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra İnstitutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzfəsində işləyib.

İş yoldaşlarının dediyinə görə, anası rəhmətə getdikdən sonra Əli Süleymanov depresiyadan əziyyət çəkib və müalicə olunurdu.

Hadisə ilə bağlı araşdırma aparılır.

d

Azərbaycanda 26 əcnəbi saxlanıldı – Əməliyyat keçirildi

Dövlət Miqrasiya Xidmətinin (DMX) Dövlət Təhlükəsizlik Xidməti (DTX) ilə birgə fevralın 12 və 14-də qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 24 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə 26 əcnəbi saxlanılıb.

DMX-dan verilən məlumata görə, araşdırma zamanı 17 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşının ölkə ərazisində olma və yaşama qaydalarını pozduğu, 7 nəfər Hindistan vətəndaşının ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə əməl etmədiyi məlum olub.

Eyni zamanda Hindistanın Qucarat əyalətində fəaliyyət göstərən Mehbub adlı şəxsin Azərbaycandakı əlaqələndiricisi Nirav Dineshkumar Patel vasitəsilə Hindistan vətəndaşlarının ölkəyə göndərilməsini və burada yerləşdirilməsini təşkil etdiyi müəyyən edilib.

Qeyd olunan şəxslər Hindistan vətəndaşlarını aldadaraq yüksək aylıq əmək haqqı olan iş yeri vəd etməklə, Azərbaycan Respublikasında leqallaşacaqlarına inandırıb və dələduzluq yolu ilə müəyyən məbləğdə pul vəsaitlərini mənimsəyiblər.

N.D.Patel aldadılaraq ölkə ərazisinə gətirilən Hindistan vətəndaşlarını Bakı şəhərinin Yasamal və Nəsimi rayonları ərazisindəki müxtəlif ünvanlarda yerləşdirib, özü isə məqsədli şəkildə Gürcüstan istiqamətində Azərbaycan Resublikasını tərk edib.

Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində qeyd olunan şəxslər tərəfindən Hindistan vətəndaşlarının Azərbaycan Respublikasına gətirilərək qanunsuz miqrantlara çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

thumbs_b_c_cb11ac477c1a367379ef1ebd48d6a942_1518759017

Afrində 6 kənd terrorçulardan azad edildi – 7 yaralı

Suriyanın Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” əməliyyatında Türkiyənin 7 əsgəri yaralanıb.
Dövrünnəbzi.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Afrinin Cinderes kəndində şiddətli döyüşlər baş verib, nəticədə 7 türk əsgəri yaralanıb.

Bundan əlavə Türkiyə ordusu fevralın 15-də Afrində 6 kəndi PYD terrorçularından azad edib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

rektor

Dərsə gecikən tələbələrə hədiyyə verdi – Rektordan maraqlı addım

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbələri müxtəlif nominasiyalar üzrə qiymətləndirərkən qeyri-adi addım atıb.

“Qafqazinfo” xəbər verir ki, rektor 2 tələbəni – Famil Babayev və Abusupyan Adıyevə xüsusi mükafat verəcəyini deyərək onlara zəngli saat hədiyyə edib. Həmin tələbələr BANM-in dərslərə ən çox gecikən tələbələridir.

Rektor zəngli saatlarla tələbələrin bir də heç vaxt dərsə gecikməyəcəyinə inandığını bildirib.

polis

30 yaşlı oğlan Polis Şöbəsində özünü asdı

Astarada polis tərəfindən tutulan şəxs intihar edib. Dövrünəbzi.az APA-ya istinadən xəbər verir ki, hadisə Astara rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb.

Orada saxlanılan, 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb.

Faktla bağlı Astara rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, B. İmamverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulubmuş.

1518719348_32 (1)

Nağdəliyevin seçki mesajı: xəta edən başçının başı kötükə gedəcək – Adlar

Prezident seçkilərində xətaya yol verən icra başçısı vəzifəsindən azad olunacaq

Bu barədə FİA.Az-ın verdiyi məlumata görə, prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyevin çıxışı buna bir mesajdır.

Onun sözlərinə görə, seçkilərin demokratik və şəffaf keçirilməsi sahəsində Azərbaycan prezidenti müvafiq tələblər, vəzifələr qoyub:

“Əvvəllər bizdə hər seçkidən sonra DSK-ların, məntəqə seçki komissiyalarının ləğv olunması, icra hakimiyyəti başçılarının işdən azad olunması baş verirdi. Artıq bu kimi hallar keçmişdə qalıb“.

Nağdəliyevin çıxışındakı tezis ondan ibarətdir ki, icra hakimləri rayonlarda seçki günü diqqətli olmalı, yanlışa yol verməməlidirlər. Əks halda onların səhvi bağışlanmayacaq.

Aprel seçkisinə icra başçılarının sınağı da söyləmək olar. Bu dəfə hansı icra başçısının başı kötükdə olacaq, artıq apreldən sonra bilinəcək.

Qeyd edək ki, 11 aprel prezident seçkisindən sonra ölkədə kadr dəyişiklikləri və islahatların yeni mərhələsinin həyata keçirilməsinə başlanacağı barədə məlumatlar bu yaxınlarda yayılmışdı.

Prezident Administrasiyası rəsmisinin rayonlardan müraciət və şikayətlərlə bağlı verdiyi açıqlamalar, açıqladığı siyahı hansı rayonların icra başçılarının dəyişdiriləcəyi barədə ilkin proqnoz vermək üçün əsas sayıla bilər.

Prezident İlham Əliyevin regionların inkişafına xüsusi diqqət ayırdığını da nəzərə alsaq, istisna deyil ki, seçkidən sonra rayon icra başçılarının işinə qiymət veriləcək.

Qiymətləndirilmədə il ərazində hansı rayonlardan daha çox şikayət və müraciətlərin olması faktının da əsas götürüləcəyi ehtimalı böyükdür.

Bu isə o deməkdir ki, Süleyman İsmayılovun açıqladığı siyahıda şikayət və müraciətlərin sayının çoxaldığı rayonların icra başçıları seçkidən sonrakı kadr dəyişiklikləri zamanı vəzifələrindən götürülə bilərlər.

FİA.Az xəbər verir ki, Lənkəranın icra başçısı Taleh Qaraşov, Ağstafa icra başçısı Məhərrəm Quliyev, Sabirabad icra hakimi Nazim İsmayılov və Saatlı meri Siraqəddin Cabbarov diqqət mərkəzindədirlər.

Habelə, Beyləqan icra başçısı Vaqif Abdullayev, Binəqədi, Nəsimi, Nizami rayon icra hakimlərinin fəaliyyətinə qiymət veriləcək.

İki il əvvəl Azərbaycan iqtisadiyyatının neft gəlirlərdən asılılığını aradan qaldırmaq üçün qeyri-neft sektorunun inkişafına dair tədbirlər planı hazırlandı və xüsusilə də aqrar rayonların icra başçıları qarşısına bununla bağlı xüsusi tapşırıqlar qoyuldu.

Xüsusilə büdcəni rayonlara ayrılan dotasıyadan və “yeyintilərindən” azad etmək üçün kənardan investisiya cəlb edilməsinə xüsusi diqqət ayrıldı.

Ötən müddətdə pambıqçılığın, üzümçülüyün, fındıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişafına dair xeyli işlər görülsə də, bu sahədə problemlər qalmaqdadır.

Prezident çıxışında demişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar.

Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var.

Dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəsiz xərclənməsi, mənimsənilməsi faktları da var ki, bu məlumatlar PA-da toplanaraq təftiş edilir.

Məlumatlarda o da deyilir ki, Hesablama Palatası da büdcə vəsaitlərinin aidiyyəti üzrə xərclənməsi üçün apardığı yoxlamalarda 14 rayonun icra hakimiyyətində külli miqdarda yeyinti faktları aşkar edib ki, bunlar da ilin son ayında icra başçıları üçün həlledici olacaq.

İddia olunur ki, həm prezidentin qətiyyətli tapşırığı, həm yaxınlaşmaqda olan seçki ili bu dəfə kimsəyə bağışlanılmaq şansı verməyəcək. O cümlədən oliqarxlar da özlərinə yaxın icra başçılarına “qoruna bilməyəcəyəkləri” barədə xəbərdarlıq edib.1518719348_32 (1)

1496691871-5876

Kimlərin maaşının artacağı bilindi

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əməkhaqqı artırılacaq professor və dosentlərin sayı dəqiqləşdirilib.

Dövrünnəbzi.az Trend-ə istinadən xəbər verir ki, çalışan və elmi adı olan 1.400 alimin – 1.060 dosent, 340 professorun əməkhaqqına artım əlavə ediləcək. Bu artım dosent və professorların vəzifə maaşlarına elmi adlara görə əlavələrin verilməsi ilə baş verəcək. Artım yanvarın 1-dən hesablanacaq. Alimlərə artımların fevral ayının maaşını alarkən ödənilməsi nəzərdə tutulur.

Dosent və professorların vəzifə maaşlarına elmi adlara görə ödənilən əlavələrin məbləği “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında nəzərdə tutulmuş həcmdə müəyyənləşdiriləcək. Elmi ada görə əlavələr müəyyənləşdirilərkən işçinin elmi stajı nəzərə alınacaq.

Bu qərara əsasən, dosent elmi adına görə əməkhaqqına iş stajı 5 ildən 10 ilə qədər olduqda 25 manat, 10 ildən 15 ilə qədər olduqda 50 manat, 15 ildən 20 ilə qədər olduqda 75 manat, 20 ildən artıq olduqda 100 manat əlavə ediləcək. Professor elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 30 manat, 10 ildən 15 ilə qədər olduqda 60 manat, 15 ildən 20 ilə qədər olduqda 90 manat, 20 ildən artıq olduqda 120 manat əlavə ediləcək. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödəniləcək.

Qeyd edək ki, indiyədək yalnız ali məktəblərdə çalışan dosent və professorların əməkhaqlarına elmi ada görə əlavələr edilirdi. “Elm haqqında” qanunun tətbiqi ilə əlaqədar isə bu ildən həmin əlavələr AMEA sistemindəki elmi müəssisələrdə çalışan alimlərə də şamil edilib.

1491739295-4087

Azərbaycanda seçki hazırlığı – Qərargahların rəhbərləri kimlər olacaq?

Aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisində namizəd qismində çıxış edəcək şəxslər böyük ölçüdə məlumdur. Artıq onlar bir-birilərinin ardınca Mərkəzi Seçki Komissiyasına müraciət edirlər. Bir çoxlarının namizədlikləri də artıq təsdiq olunub.

Şübhəsiz ki, prezident seçkisində namizədlərlə yanaşı seçkidə əsas aparıcı şəxslər qismində iştirak edənlər də var ki, bunlar iddiaçıların seçki qərargahlarının rəhbərləridir.

Hakim Yeni Azərbaycan Partiyasının seçki qərargahının rəhbəri hələ məlum olmasa da, səlahiyyətli nümayəndələri məlum olub.

Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov və partiyanın icra katibinin müavini Mübariz Qurbanlı prezident seçkilərində partiyanın səlahiyyətli nümayəndələri olacaq. Bu barədə MSK-nın fevralın 14-də keçirilən iclasında qərar verilib.

YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi YAP icra katibinin müavini Siyavuş Novruzov təsdiqlənib.

“Musavat.com”un verdiyi məlumata görə, AĞ Partiya başqanı Tural Abbaslı partiyanın birinci müavini Əhəd Məmmədlinin seçki qərargahının rəhbəri olacağını söyləyib: “Bizim seçki qərargahının rəhbəri Əhəd Məmmədli olacaq. Əhəd bəy bu sahədə uzun illərə söykənən təcrübəsi və bilikləri var. Həm də mən düşünürəm ki, seçki qərargahı rəhbəri olacaq şəxs namizədlik irəli sürülən partiyada da nüfuzu olmalıdır. Əhəd bəy özündə bu keyfiyyətləri birləşdirən dəyərli siyasətçilərimizdəndir”.

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirib ki, seçki qərargahının üzvləri və rəhbəri yaxın günlərdə müəyyənləşəcək: “Fevralın 18-də BAXCP Ali Məclisinin toplantısı keçiriləcək. Çox güman ki, həm seçki qərargahının tərkibinin müəyyənləşdirilməsinə, həm də seçki ilə bağlı bütün digər məsələlərə Ali Məclisin toplantısında aydınlıq gətiriləcək. Partiyanın seçki strategiyasına gəldikdə isə, şübhəsiz ki, bununla bağlı müvafiq müzakirələr aparılıb və istiqamətlər müəyyənləşib. Amma qanunvericiliyə uyğun olaraq, bu istiqamətləri partiyanın prezidentliyə namizədi qeydə alındıqdan və təbliğat kampaniyasına start verildikdən sonra açıqlayacağıq. Seçki Məcəlləsinin tələbləri hazırda bu suallarla bağlı ətraflı danışmağa imkan vermir”.

Yeni AXCP-nin sədri Razi Nurullayev tam təsdiq olunmasa da, seçki qərargahının rəhbərini müəyyən etdiklərini qeyd edib: “Seçki qərargahımızın rəhbəri Rafiq Daşdəmirli olacaq. Onun kifayət qədər seçki təcrübəsi var. İndiyə qədər keçirilən seçkilərin demək olar hamısında iştirak edib və aparıcı şəxslərdən biri olub. Kifayət qədər təcrübəsi, biliyi və savadı var”.

ALDP rəhbəri Fuad Əliyevin seçki qərargahının rəhbəri məlumdur. O bu barədə bunları deyib: “Təcrübəli və bacarıqlı olduğuna görə Cavid Şahverdiyev qərargahın rəhbəri olacaq. Bizdə seçki qərargahı daim fəaliyyət göstərir. 2015-ci ildən Cavid bəy qərargahın rəhbəridir, ondan qabaq da sədr müavini idi”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin seçki qərargahının rəhbəri iki şəxs olacaq. Bu barədə onun özü məlumat verib: “Qərargahın rəhbərləri Sevda Əliyeva və Rauf Babayev olacaq. Onları təcrübələrinə və bacarıqlarına görə müəyyən etmişik”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də qərargah rəhbərini müəyyən edib. O, bu barədə bunları söyləyib: “Hüquq məsələləri üzrə müavinim İbrahim Həsənov seçki qərargahımızın rəhbəri olacaq. Çox təcrübəli yoldaşdır. Onun təcrübəsini, respublikada olan nüfuzunu, ictimaiyyətlə olan əlaqələrini nəzərə aldıq”.

IB_Exam_1518719762

Tələbə olmaq istəyənlər üçün əla fürsət

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər.

Belə ki, kimsə yaz imtahanında I ixtisas qrupu üzrə imtahan veribsə, yay imtahanında II qrupda özünü sınaya bilər. Və ya abituriyent istəməsə, yay imtahanında eyni ixtisas üzrə imtahan verə bilər. Bundan başqa I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə imtahana qatılmaq şansı əldə edəcək.

Təhsil üzrə ekspert Kamran Əsədov AzVision.az-a bildirib ki, abituriyentin yaz imtahanında bir ixtisas qrupundan, yay imtahanında isə digər ixtisas qrupundan imtahan verməsi onlara əlavə imkanlar yaratmaq üçün yaxşı fürsətdir.

Ekspert hesab edir ki, dəyişikliyə əsasən, uzun müddət ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər yaz imtahan nəticələri açıqladıqdan sonra kütləvi şəkildə digər ixtisas qrupuna keçid etməyəcəklər.

“Ali məktəblərə sənəd təqdim edən abituriyentlər uzun müddət bir ixtisas qrupu üzrə hazırlaşırlar. Ona görə də, yaz imtahan nəticələri açıqlandıqdan sonra abituriyenlər kütləvi şəkildə digər ixtisas qrupuna keçid etməyəcəklər.

Qeyd etmək istəyirəm ki, bir sıra fənlər bütün ixtisas qruplarında var. Məsələn, Azərbaycan dili, riyaziyyat və xarici dil. Əgər hansısa abituriyent I ixtisas qrupunda keçid balını toplaya bilməsə, o, III qrupda minimum bunu edə bilər. Belə ki, I ixtisas qrupuna daxil olan riyaziyyat fənninin ağırlıq dərəcəsi III ixtisas qrupu ilə müqayisədə daha çoxdur. Onsuz da abituriyent Azərbaycan dili və xarici dildən minimum tələbləri ödəyə bilər. Bu səbəbdən I ixtisas qrupunun abituriyenti yaz imtahanından sonra III qrup üzrə imtahan versə, minimum riyaziyyat fənnindən 20 suala cavab verməklə keçid balının yarısını toplamış olur.

Bu, eyni zamanda III ixtisas qrupuna da aiddir. Qrup üzrə abituriyent tarix, Azərbaycan dili fənnindən yüksək səviyyədə hazırlaşır. Əgər o, III ixtisas qrupu üzrə keçid balını toplaya bilməsə, II qrupda Azərbaycan dili və Azərbaycan tarixi fənindən keçid balının demək olar ki, 80 faizini əldə edə bilər”.

K.Əsədov bildirib ki, qəbul qaydalarına əsasən, abituriyentlər ixtisas qrupuna daxil olan fənlərin hamısından minimum keçid balını toplamalıdır, amma ixtisas qrupu dəyişikliyi etmiş şəxslər bunu yerinə yetirə bilməyəcəklər.

“Bu kimi məsələlər gələcəkdə tələbənin ali məktəblərə qəbul olduqdan sonra köçürülməsi ilə bağlı problemlər yarada bilər. Abituriyent I ixtisas qrupuna hazırlaşıb, lakin III ixtisas qrupundan ali təhsil müəssisəsinə qəbul olub. Artıq köçürülmə zamanı o, öz qəbul olduğu ixtisas üzrə seçim edəcək. Bu dəyişikliklərin yaradacağı problem ixtisas qrupu üzrə formalaşmış statistik göstəricilərlə bağlı olacaq. Belə ki, yaz imtahanında iştirak edib minimum bal toplayan abituriyent yay imtahanında digər ixtisas qrupunda iştirak edib, bal toplamış olsa, o zaman statistik göstəricilərdə bunlar fərqli şəxslər kimi qəbul ediləcək və ixtisas seçimi zamanı ortaya müəyyən problemlər yaranacaq”.

5a85326d97c98

Türkiyə ordusu terrorçulara “divan tutmağa” davam edir – 1500-ü keçdi

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 1528-ə çatıb.

Dövrünnebzi.az TRT-yə istinadən xəbər verir ki, bu gün qurudan və havadan həyata keçirilən əməliyyatlar nəticəsində 42 terrorçu məhv edilib.

Bununla da əməliyyatın başladığı 20 yanvar tarixindən etibarən 14-ü strateji yüksəklik olmaqla, ümumilikdə 58 məntəqə terrorçulardan təmizlənib.

1477473183_fff

Çox işlər görülüb, görüləsi işlər də çoxdur

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən mütəmadi olaraq kəndlərdə olur, sakinlərin müraciətlərini dinləyir, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. Rayon rəhbərinin istər şəhər, istərsə də kənd sakinləri ilə görüşü artıq bir ənənə şəkilini alıb. Həmin ənənə bu il də davam etdirilir. Əhalisinin sayına görə rayonun ən böyük kəndi olan Daş Salahlı kəndində keçirilən növbəti belə görüş bu deyilənlərin ən bariz nümunəsidir.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bildirib ki, bugünkü görüşümüzün əsas məqsədi sizi narahat edən məsələləri öyrənmək və həlli istiqamətində tədbir görməkdir.

Sonra 2017-ci ildə rayonumuzda görülmüş işlərə, qazanılan uğur və nailiyyətlərə nəzər salan İcra Başçısı Rəcəb Babaşov qeyd edib ki, ötən il rayonumuz üçün uğurlu bir il oldu. Şəhər mərkəzi ilə yanaşı, rayonun bütün kəndlərində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirildi. Daş Salahlı kəndində də abadlıq-quruculuq işləri aparıldı. Əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilən kənddəki 2 saylı uşaq bağçası və 3 saylı körpələr evi-uşaq bağçası, 1941-1945-ci il Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə inşa edilmiş Abidə Kompleksinin əsaslı təmir olunması və ətrafında parkın salınması, Fidat Məmmədov adına mərkəzi küçənin 1,2 km–lik hissəsinə yeni asfalt örtüyün çəkilməsi, eləcə də onlarla bu cür işlərin görülməsi Prezident İlham Əliyevin qəbul etdiyi Dövlət Proqramının Qazaxda uğurla icra edilməsinə əyani sübutdur.
Çox işlər görülüb, görüləsi işlər də çoxdur
Sonra İcra Başçısı tədbir iştirakçılarına müraciət edərək onları narahat edən məsələlər barədə çıxış etmələrini bildirib.

Kənd sakinlərindən Aslan Binnətov, Afət Nəbiyeva, müharibə veteranı Yusif Hüseynov işlə təmin olunmaları barədə rayon rəhbərliyinə müraciət ediblər. İcra Başçısı vətəndaşların müraciətlərini nəzərə alaraq işlə təmin edilmələri üçün müvafiq tapşırıqlar verib.

Kənd sakinlərindən Südabə Aqqrayeva, Qətibə Kazımova, Əfqan Məmmədov, Nazim Dəlləkov, Nizami Məmmədov, Zal Əsgərov, Cəfər Göyüşov, Gülnarə Əmilova, Kübra Bayramova, ağsaqqallardan Bərşad Məmmədov çıxış edərək müxtəlif məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.

Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova söz alaraq Qazax rayonunda, eləcə də Daş Salahlı kəndində görülən bütün işlərə görə kənd sakinləri adından Ölkə Başçısı İlham Əliyevə öz dərin minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıb.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq qeyd edib ki, 2018-ci ildə qarşıda daha mühüm vəzifələr durur. Rayon rəhbərliyi dövlətimizin çiçəklənməsi naminə bu mühüm vəzifələrin həyata keçirilməsi istiqamətində kənd sakinlərinə səmərəli fəaliyyət və uğurlar arzulayıb.

mj13

“Əməkdaşlıq yalnız o zaman mümkündür ki, bütün tərəflər ondan faydalansın” –Tam mətn

“Bu gün biz ötən il ərzində görülən işləri nəzərdən keçirəcəyik və əlbəttə ki, gələcək planlarımız barədə danışacağıq. Şadam ki, qonaqlarımız arasında köhnə və yeni dostlarımız var. Mən, xüsusilə, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər bir toplantısında iştirak edən Avropa Komissiyasının vitse-prezidenti cənab Şefçoviçi salamlamaq istərdim. Avropa Komissiyasının bu layihənin həyata keçirilməsinə dəstəyi çox mühümdür”

Bunu Prezident İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında çıxışı zamanı deyib.

Prezident daha sonra deyib:

“Bu gün mən, həmçinin yüksək səviyyəli nümayəndələri – burada bizimlə birlikdə olan ABŞ və Birləşmiş Krallıq hökumətlərinə təkcə “Cənub Qaz Dəhlizi” layihəsinə deyil, 1990-cı illərdə Azərbaycanın təşəbbüskarı olduğu enerji təhlükəsizliyi ilə bağlı digər layihələrə verdiyi davamlı dəstəyə görə minnətdarlığımı ifadə etmək istərdim. Xüsusilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri ABŞ və Birləşmiş Krallıq hökumətləri tərəfindən güclü şəkildə dəstəklənib. Bu dəstək davam edir və onu göstərir ki, bu ölkələrlə yaxın tərəfdaşlığımız, əlaqələrimiz bizim hamımıza öz məqsədlərimizə çatmağa kömək edir. Əlbəttə ki, mən Cənub Qaz Dəhlizinə üzv olan ölkələrdən – Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliyadan olan tərəfdaşlarımızı, yüksək səviyyəli hökumət rəsmilərini, həmçinin tərəfdaşlarımızı, böyük komandanın gələcək üzvlərini salamlamaq istərdim. Mən artıq onları böyük komandanın üzvləri hesab edə bilərəm, çünki biz artıq Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə anlaşma memorandumları imzalamışıq. Şadam ki, bugünkü toplantıda ilk dəfə olaraq bizə dost ölkələr olan Rumıniya və Türkmənistandan nümayəndələr iştirak edirlər. Onların bu toplantıda iştirakı, həmçinin bizim layihəmizə böyük əhəmiyyət verdiklərini nümayiş etdirir.

Sözsüz ki, “Şahdəniz”, TANAP və TAP-a üzv olan şirkətlərin və maliyyə institutlarının güclü əzmi olmadan layihənin icrası mümkün olmazdı. Mən verdikləri töhfələrə, əzm və maliyyə dəstəyinə görə şirkətlərin və dünyanın aparıcı maliyyə institutlarının nümayəndələrini alqışlayıram. Əslində, sizin Şuranın toplantısında iştirakınız onu göstərir ki, biz hamımız üçün mühüm əhəmiyyət kəsb edən qlobal layihələr, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi layihələri və regionumuzda beynəlxalq əməkdaşlığı gücləndirəcək layihələr həyata keçirən çox güclü və səmərəli komanda yaratmağa müvəffəq olmuşuq.

2015-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdi, çünki biz səylərimizi əlaqələndirməyə böyük ehtiyacın olduğunu aydın başa düşürdük. Əvvəlki illərdə Azərbaycan qonşu ölkələr olan Gürcüstan və Türkiyə ilə birlikdə mühüm enerji layihələri həyata keçirib. Lakin bu dəfə daha çox ölkə və şirkət cəlb olunmuşdu, ona görə də bizim əlaqələndirməyə, maksimum səmərəliliyə ehtiyacımız var idi. Mən çox şadam ki, Avropa Komissiyası bu təşəbbüsü dərhal dəstəklədi və dördüncü toplantı Avropa Komissiyası və Azərbaycan tərəfindən təşkil olunub. Mən layihənin həyata keçirilməsinə verdiyi böyük töhfəyə görə bir daha cənab Şefçoviçə xüsusi minnətdarlığımı bildirmək istərdim.

Biz artıq dördüncü dəfədir görüşürük. Bu əməkdaşlıq formatı artıq səmərəli olduğunu və çox yaxşı nəticələrə yol açacağını sübut edib. “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir. Biz enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırmışıq, bununla da iqtisadiyyatımızın uzunmüddətli davamlı inkişafını təmin etmişik. Sözsüz ki, bizim əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb. Bizim enerji strategiyamız müstəqilliyimizin bərpasından bir qədər sonra başlanıb və artıq 3 il sonra – 1994-cü ildə Azərbaycan BP-nin rəhbərliyi ilə dünyanın aparıcı neft şirkətləri konsorsiumu ilə müqavilə imzaladı və layihənin və investisiyaların həcmini nəzərə alaraq bu müqavilə dərhal “Əsrin müqaviləsi” adını aldı. Ötən ilin fevralında Bakıda sonuncu görüşümüzdən sonra keçən dövr ərzində biz eyni yataqla bağlı “Əsrin müqaviləsi”nin uzadılmasına dair yeni müqavilə imzaladıq. Hazırda layihənin müddəti 2050-ci ilədək uzadılıb. Qarşıdakı onilliklər ərzində biz dünyanın ən böyük neft yataqlarından biri olan “Azəri-Çiraq-Günəşli”də sabit və davamlı inkişafdan faydalanacağıq.

1994-cü il faktiki olaraq bizim tariximizdə, Azərbaycanda və dünyada neftin inkişafı tarixində dönüş nöqtəsi oldu. Bu, həmçinin Azərbaycanı dünya ictimaiyyətinə təqdim etdi, iqtisadiyyatımıza, xüsusilə də ilkin mərhələdə neft və qaz sektoruna nəhəng investisiyaların qoyulması üçün qapı açdı və Azərbaycanın etibarlı tərəfdaş olduğunu və investorlar üçün maksimum dərəcədə əlverişli investisiya mühiti yaratmaq iqtidarında olduğunu nümayiş etdirdi. Mən sadəcə olaraq xatırlatmaq istərdim ki, bizim bütün əsas neft və qaz müqavilələrimiz parlamentimiz tərəfindən ratifikasiya olunur və qanun kimi imzalanır. Bu da investorların investisiyalarına maksimum təminat verir. İki il keçəndən sonra – 1996-cı ildə “Şahdəniz” qaz kondensatı layihəsi üzrə müqavilə imzalandı və hazırda “Şahdəniz” hələ ki, Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyidir. Bu da bizim tariximizdə mühüm hadisə oldu, çünki bu, bizə yenidən milyardlarla investisiya cəlb etməyə kömək etdi və Azərbaycan neft istehsal və ixrac edən ölkədən qaz istehsal və ixrac edən ölkəyə də çevrildi. Bu gün bu iki əsas enerji layihəsi regional əməkdaşlıqla bağlı məsələlərdə mühüm rol oynayır. Bu, regionları və qitələri birləşdirən əsas kəmər infrastrukturunun tikintisini stimullaşdırdı.

Bu gün bu iki meqalayihə regionda və Avropada enerji təchizatını şaxələndirməyə kömək edir. Sonra dənizə çıxışı olmayan ölkə kimi beynəlxalq bazarlara çıxışımız olmadığından, biz kəmərlər tikməli olduq və bunun üçün bizim artıq regional əməkdaşlığa ehtiyacımız yarandı. Düşünürəm ki, bu da planlarımızı yaxşı nümayiş etdirdi. Beləliklə, Bakı ilə Gürcüstanın Supsa dəniz limanını birləşdirən ilk kəmər 1990-cı illərin sonunda açılaraq xam neft nəql edən kəmərlə Xəzər dənizi ilə Qara dəniz arasında ilk bağlantı yaratdı. Lakin bu, yetərli deyildi, çünki bizim neft ehtiyatlarımızın tam şəkildə işlənməsi üçün bu kəmərin tutumu kifayət etmirdi. Bu səbəbdən də əsas neft kəmərinin tikintisi planlaşdırıldı və 2006-cı ildə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğurla açılışı oldu. Hazırda Bakı-Tbilisi-Ceyhan neft kəməri təkcə Azərbaycandan deyil, Xəzər dənizinin o biri tərəfində olan – Xəzərin şərq sahillərindəki yataqlardan neft nəql etməklə artıq Azərbaycanı tranzit ölkəyə, tranzitdə etibarlı tərəfdaşa çevirir.

2007-ci il də bizim tariximizdə mühüm il olub. Çünki Azərbaycan ilk dəfə qaz ixracatçısı oldu. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışından sonra bizim qazımız Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, eyni zamanda, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi” layihəsi üçün bünövrə yaratdı. Biz “Şahdəniz” yatağının işlənilməsinin yeni mərhələsi üçün yeni imkanların yaradılması yollarını müzakirə edirik. Əlbəttə ki, bizim qazımızı Türkiyə və Avropaya ixrac etmək üçün diametri daha böyük olan kəmərə ehtiyacımız var idi və 2012-ci ildə İstanbulda Azərbaycan və Türkiyə Trans-Anadolu – TANAP kəmərinin tikintisi üzrə tarixi sənəd imzaladı. Düşünürəm ki, bu tarix regional inkişaf, əməkdaşlıq bizim ölkələrimiz üçün iqtisadi faydalara güclü təsir göstərəcək. Çünki bu da müasir tarixdə dönüş nöqtəsi oldu. TANAP Cənub Qaz Dəhlizinin fundamental elementlərindən biridir və 2012-ci il faktiki olaraq, “Şahdəniz-2”yə əsas investisiyalara qapı açdı. Çünki bundan sonra – 2013-cü ildə “Şahdəniz-2”yə investisiya yatırmaqla bağlı qərar qəbul olundu. TANAP olmadan bu mümkün olmazdı. 2013-cü il Trans-Adriatik kəmərinin TANAP layihəsinin davamı kimi seçildiyi il oldu. Beləliklə, bu, görülən işlərin qısa tarixçəsidir. Əlbəttə, bu tarixçə onu göstərir ki, biz 20 ildən çoxdur Cənub Qaz Dəhlizinin həyata keçirilməsi istiqamətində irəliləyirik. Bu 20 il uğur, nailiyyətlər, inkişaf, transformasiya və regional əməkdaşlıq illəri olub.

Bu gün bizim artıq təkcə Azərbaycan, Gürcüstan, Türkiyə kimi üç ənənəvi müttəfiqi deyil, daha çox ölkəni əhatə edən güclü regional əməkdaşlıq formatımız var. Ötən görüşümüzdən sonra keçən dövr ərzində Cənub Qaz Dəhlizinin həyata keçirilməsində əhəmiyyətli irəliləyiş əldə olunub. Mən sizin və Azərbaycan xalqının diqqətinə bəzi rəqəmləri çatdıracağam. Çünki bu masa arxasında əyləşənlər bizim hansı mərhələdə olduğumuzu yaxşı bilirlər. Lakin mən demək istərdim ki, son bir ildə layihənin icrası çox uğurlu olub. Biz Cənub Qaz Dəhlizinin 4 elementinin hamısı ilə bağlı yaxşı irəliləyişə nail olmuşuq. “Şahdəniz-2” yatağı üzrə işlərin 99 faizdən çoxunu tamamlamışıq. Müqayisə üçün, bir il əvvəl bu rəqəm 90 faiz olub. Cənubi Qafqaz Boru Kəməri ilə bağlı işlərin təxminən 95 faizi tamamlanıb, bir il əvvəl bu rəqəm 90 faiz olub. TANAP-ın icrası 95 faizə yaxınlaşır, bir il əvvəl bu, 70 faizə yaxın olub. TAP-ın icrası bir il əvvəlki 34 faizlə müqayisədə 70 faizə yaxın, ola bilsin ki, 66-67 faiz tamamlanıb. Beləliklə, bu, həqiqətən də çox mühüm inkişafdır. Bu, onu göstərir ki, 2017-ci il bəlkə də layihənin icrasında həlledici il olub və hazırda biz yekunlaşmağa çox yaxınıq.

Mən, həmçinin bildirmək istərdim ki, 20 il bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyə arasında yaradılmış regional əməkdaşlıq həqiqətən də regionumuzda və Avropada enerji sahəsində inkişafda mühüm rol oynayıb. Çünki bu regional əməkdaşlıq təkcə nəhəng, genişmiqyaslı enerji layihələrinin həyata keçirilməsinə yol açmayıb, həm də regionumuzda sabitlik, proqnozlaşdırılma imkanı və çox səmimi əməkdaşlıq yaradıb. Eyni zamanda, bu, bizə diqqəti digər nəqliyyat layihələrinə cəmləşdirməyə imkan verib. 2017-ci ilin fevralında sonuncu görüşümüzdən sonra keçən dövrdə regionda başqa mühüm bir hadisə baş verdi. Ötən il oktyabrın sonunda Bakıda biz təkcə üç ölkə arasında deyil, həm də Asiya və Avropa arasında yeni dəmir yolu əlaqəsi olan yeni layihənin – Bakı-Tbilisi-Qarsın açılışını etdik. Bu, artıq Asiyadan Avropaya ən qısa yoldur, yüklərin daşınmasına sərf olunan zamanı iki dəfədən çox azaldır və artıq şirkətlərə xidmətlər göstərir. Əminəm ki, onlar bu layihəni ciddi şəkildə əsas prioritetlərindən biri hesab edəcəklər. Bu gün artıq yüklərin artması onu göstərir ki, Bakı-Tbilisi-Qars yeni İpək Yolu layihəsinin çox mühüm elementi olacaq.

Sözsüz ki, burada, Qafqazda, Gürcüstan, Türkiyə və Azərbaycan arasında güclü regional əməkdaşlıq olmasaydı, neft-qaz layihələri həyata keçirilməsəydi, Bakı-Tbilisi-Qars bəlkə də reallıq üçün deyil, sadəcə tarix üçün bir layihə olacaqdı. Bu, bizim əldə etdiyimiz real nəticədir. Bu gün biz artıq geniş komanda ilə bu masa arxasında əyləşərkən görürük ki, Cənub Qaz Dəhlizinin üzvü olan ölkələr arasında eyni əməkdaşlığı yarada bilərik. Bu, artıq baş verir və tərəfdaş ölkələrdən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı həqiqətən də bunu nümayiş etdirir. Hələ ki, “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyidir. Lakin düşünürəm və əminəm ki, gələcəkdə biz Azərbaycanda əlavə həcmdə resurslara malik olacağıq. Çünki bu gün biz beynəlxalq tərəfdaşlarımızla fəal şəkildə yeni layihələr, Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində işləyirik. Xüsusilə tezliklə, ola bilsin ki, bir neçə ilə, bəlkə də bundan az müddətdə hasilata başlanacaq “Abşeron” yatağı, çox böyük qaz ehtiyatı olan “Ümid” və “Babək” yataqları ilə bağlı Azərbaycan xarici şirkətlərlə fəal danışıqlar aparır.

Tezliklə beynəlxalq əməkdaşlığa cəlb olunacağına ümid bəslədiyimiz başqa bir yataq “Qarabağ” adlanır. Həmçinin böyük qaz potensialı olan iki yataq – “Dan ulduzu” və “Əşrəfi”. Beləliklə, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları “Şahdəniz” yatağından iki dəfədən artıq çoxdur – 2,6 trilyon kubmetr qaza bərabərdir və əminəm ki, daha çox olacaq. Çünki bizim təcrübəmiz onu göstərir ki, ilkin olaraq gözlənilən ehtiyatlar əvvəlkindən xeyli çox olur. Məsələn, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda “Azəri-Çıraq-Günəşli” yataqlarının ehtiyatları 500 milyon tondan bir qədər çox qiymətləndirilirdi. Təvazökarlıqla desək, hazırda bu rəqəm iki dəfə çox – 1 milyard tona yaxındır. Düşünürəm və ümid edirəm ki, qaz yataqlarında da eyni mənzərənin şahidi olacağıq. Ona görə də Azərbaycan qarşıdakı onilliklərdə dünya bazarlarına enerji ehtiyatlarının etibarlı, uzunmüddətli təchizatçısı olacaq. Bu gün Azərbaycan nefti bəzi Avropa ölkələrinin neft istehlakının üçdəbiri və ya daha çox, hətta 40 faizini təşkil edir. Azərbaycan öz qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa hazırdır.

Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz milli təhlükəsizlikdən danışarkən əlbəttə ki, hazırda enerji təhlükəsizliyi ən vacib elementlərdən biridir. Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir, bizdə bu, marşrutların və mənbələrin şaxələndirilməsidir. Bu, əsl şaxələndirmədir. Çünki təkcə marşrutların şaxələndirilməsi bizimkindən bir qədər fərqlidir. Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq layihəsidir və əməkdaşlığın necə olmalı olduğunu göstərir. Əməkdaşlıq yalnız o zaman mümkündür ki, bütün tərəflər ondan faydalansın. Bu səbəbdən, başlanğıcda bizim əsas məqsədimiz istehsalçılar, tranzit ölkə və istehlakçılar arasında yaxşı balansın tapılmasıdır. Yalnız bu halda biz uğur qazana bilərik və layihənin uğurlu icrası bizim doğru yolda olduğumuzu göstərir. İstehsalçıların və ya istehsalçının, – hələ ki, cəmi bir istehsalçı var – Azərbaycan, – tranzit ölkələrin və istehlakçıların maraqları tam şəkildə nəzərə alınır və Cənub Qaz Dəhlizi cəlb olunmuş bütün ölkələrdə bir neçə milyardlıq investisiyalara yol açır. Bu, minlərlə yeni iş yeri deməkdir. Bu, təkcə enerji deyil, həm də nəqliyyat infrastrukturu, nəqliyyat infrastrukturuna investisiya yatırılması deməkdir. Cənub Qaz Dəhlizi marşrut boyunca yerləşən və Cənub Qaz Dəhlizinin üzvü olan ölkələrin bir çox hissələrinin qazlaşdırılmasına gətirib çıxaracaq. Bütün bunlar inkişaf, sabitlik, proqnozlaşdırılma imkanı deməkdir və əməkdaşlığa yol açır. Çünki bu gün Cənub Qaz Dəhlizinin üzvü olan ölkələr Azərbaycanın çox yaxın tərəfdaşlarıdır. Azərbaycan artıq bu ölkələrin böyük əksəriyyəti ilə strateji tərəfdaşlığa dair bəyannamələr imzalayıb. Hazırda biz Avropa İttifaqı ilə danışıqlar aparırıq və yeni tərəfdaşlıq sazişi də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq üçün yeni format yaradacaq.

Əlbəttə ki, əvvəlki layihələrlə yanaşı, “Cənub Qaz Dəhlizi” layihəsi ölkəmizə yeni faydalar verir. Azərbaycan iqtisadiyyatı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq, iqtisadiyyatı tamamilə dəyişmək üçün öz enerji ehtiyatlarından səmərəli şəkildə istifadə edib. Hazırda ümumi daxili məhsulun mütləq əksəriyyəti özəl sektorun payına düşür. Son 15 ildə iqtisadiyyatımız 3 dəfədən çox, ümumi daxili məhsul 3,2 dəfə artıb. Biz işsizlik və yoxsulluğu azaltmaq üçün enerji ehtiyatlarından düzgün şəkildə istifadə etməyə müvəffəq olmuşuq. Son 15 ildə əhalimizin 1,5 milyon nəfər artmasına baxmayaraq, işsizlik səviyyəsi çox aşağı – 5 faizdir. Yoxsulluq səviyyəsi 5,4 faizdir, savadlılıq səviyyəsi 100 faizə yaxındır.

Biz iqtisadiyyatı şaxələndirmək üçün insan kapitalına investisiya yatırmışıq, iş yerləri açmışıq, müasir infrastruktur layihələri yaratmışıq. 2018-ci il yanvar ayının nəticələri göstərir ki, iqtisadiyyatımız əsasən qeyri-enerji sektorunda inkişaf edir. Burada iqtisadi artım 4 faizə yaxın olub. Yanvarda sənayemizin qeyri-enerji sektorunda iqtisadi artım 8,7 faiz olub. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir.

Düşünürəm ki, iqtisadiyyatın şaxələndirilməsinin ən yaxşı göstəricisi Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsidir. Son qiymətləndirmə göstərir ki, Azərbaycan rəqabət qabiliyyətinə görə dünyada 35-ci yerdədir. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan 3-cü yerdədir. Bizdən əvvəl yalnız 30 inkişaf etmiş ölkə və 2 inkişaf etməkdə olan ölkə var. Bu, o deməkdir ki, biz rəqabətlilik və inkişafa görə 33-cü və 35-ci yerdəyik. Bu, bizim enerji amili ilə dəstəklənən siyasətimizin göstəricisi və siyasətimizin nəticəsidir. Sözsüz ki, biz Azərbaycanda yeni enerji inkişafı ilə bağlı tərəfdaşlarımızla fəal şəkildə işləməyə davam edəcəyik. Lakin, eyni zamanda, qonaqlarımıza məlumat vermək istərdim ki, əlbəttə, bizim üçün ən vacibi qeyri-enerji sektorudur. Bütün bunlar qısaca olaraq ölkəmiz və tərəfdaşlarımız üçün layihənin faydaları haqqında məlumat idi və onu göstərir ki, Avropanın uzunmüddətli enerji layihəsi olan “Cənub Qaz Dəhlizi” layihəsi ölkələrimizə müsbət nəticələr verəcək. Bir daha bizimlə birlikdə olduğunuza görə təşəkkür etmək istərdim.

Fürsətdən istifadə edərək sizi gələn il Məşvərət Şurasının beşinci toplantısına dəvət etmək istərdim. Düşünürəm ki, həmin vaxta qədər Cənub Qaz Dəhlizinin 3 mühüm seqmenti artıq işə salınmış olacaq və bizim qazımız öz bazarlarına çıxış əldə edəcək”.

19648

Mikayıl Cabbarov iki nəfəri işdən qovdu: Rüşvət alarkən tutulublar

Vergilər naziri Mikayıl Cabbarov daha 2 nəfər vergi orqanı əməkdaşını işdən azad edib

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları – Nurlan Verdiyev və Cavid (soyadı bizə məlum deyil – müəllif) Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən rüşvət alarkən saxlanılıblar.

Sözügedən şəxslər Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən ifşa olunublar.
Hazırda saxlanılan şəxslər barəsində müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, rüşvət alarkən saxlanılan Nurlan Verdiyevin atası Mübariz Verdiyev isə bu ilin yanvar ayında Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin şöbə rəhbəri vəzifəsindən azad olunub.

google_chrome-56a4010f5f9b58b7d0d4e6d9

Bezidirici reklamlardan canımız qurtulur

15 fevralda “Google” şirkəti “Chrome” brauzerində zəhlətökən reklam elanlarını bloklamağa başlayıb.

Dövrünnebzi.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ICTnews-a istinadən xəbər verir ki, brauzerə qurulmuş reklamları bloklayan mexanizm koalisiya tərəfindən hazırlanmış standartları pozan bəzi növ reklam elanlarının aşkar edilməsi üçün nəzərdə tutulub.

Qəbuledilməz elanlar kateqoriyasına üzə çıxan pəncərələr, avtomatik işə düşən səsli videolar, saytın yüklənməsindən öncə ekranda görsənən taymerdən istifadə edən reklam və başqa elan növləri daxildirlər.

Zəhlətökən reklamla mübarizə prosesi üç mərhələdən ibarətdir. İlk öncə “Google” şirkəti saytları koalisiyanın standartları baxımından qiymətləndirir. Bu və ya digər sayt yoxlanmadan keçmədiyi halda onun sahibi müvafiq xəbərdarlıq alır və 30 gün ərzində çatışmazlıqları aradan qaldırmaq imkanına malikdir. Xəbərdarlığa əhəmiyyət verilmədiyi halda “Google Chrome” brauzeri həmin saytdakı bütün reklam elanlarını bloklayacaq. “Google Chrome” brauzerinin masaüstü və mobil versiyasının istifadəçiləri lazım olduqda bu və ya digər səhifədə reklamın bloklanmasını deaktiv edə biləcəklər.

1490361272-9616_1518714307

7 ildə 100 minə yaxın ailə boşanıb

Dövlət Statistika Komitəsinin bu gün yaydığı məlumata görə, 2017-ci ildə ölkəmizdə 14 514 boşanma faktı qeydə alınıb. Devrinnebzi.az rəsmi məlumatlar əsasında Azərbaycanda son 7 il ərzində baş verən boşanma hallarının statistikasını araşdırıb. Məlum olub ki, 2010-cu ildən 2017-ci ilə qədər boşanmaların sayında artım müşahidə olunur.
Belə ki, 2010-cu ildə boşanma hallarının sayı 8,9 min, 2011-ci ildə 10,7 min, 2012-ci ildə 11 min, 2013 ildə 11,7 min, 2014-cü ildə 12,1 min, 2015-ci ildə 12,8 min, 2016-ci ildə 13,1min, 2017-ci ildə isə 14,5 min olub. Ümumilikdə isə 7 ildə 94 min 850 ailə boşanıb.

Boşanmalara əsas səbəb kimi xəyanət, ailədaxili münaqişələr, xarakteri uyğun olmayan insanların kənar şəxslərin təzyiqi ilə izdivac qurması göstərilir.

58db44877152d83cb4ece587

Tillerson Türkiyədədir – Foto

ABŞ dövlət katibi Reks Tillersonun Türkiyəyə işgüzar səfəri başlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, dövlət katibini gətirən təyyarə az öncə “Esenboğa” hava limanına enib.

Tillersonun axşam saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olacaq. Sabah isə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə müzakirələr aparacaq.

Hər iki görüşdə ABŞ-ın PKK/PYD/YPG/İŞİD terror qruplaşmalarına verdiyi dəstək əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, R.Tillerson 11 fevralda başlayan Yaxın Şərq səfəri çərçivəsində Misir, Küveyt, İordaniya və Livanı ziyarət edib.

8afc00b333127f744629bd93e9c2ef70

Naxçıvan Ali Məhkəməsinə sədr təyin edildi

Qasım Vəli oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.

Bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamda bildirilir.

Qeyd olunur ki, sərəncam imzalandığı gündən qüvvəyə minir.

prezident2_1518704590

Prezident litvalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev litvalı həmkarı Dalya Qribauskayteyə təbrik məktubu göndərib.
Məktubda deyilir: “Hörmətli xanım Prezident. Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Litva arasındakı dostluq əlaqələrinin möhkəmlənməsi, ikitərəfli səviyyədə və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız bundan sonra da ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

1493923414-3235

Rəsmi Moskvadan Qarabağla bağlı növbəti – Açıqlama

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında razılaşmaların həyata keçirilməsində aktiv iştirak edir”.

Dövrünnebzi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın bu il keçiriləcək prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri ilə görəcəyi işlərlə bağlı suala cavabında bildirib.

“Ümid var ki, bu münaqişə həllini tapacaq. Hamı bilir ki, biz bu məsələyə diqqət ayırırıq. Xüsusilə tərəflərin planlaşdırdığı bütün işlərin həyata keçirilməsində fəal iştirak edirik”, – deyə M. Zaxarova vurğulayıb.

bitcoin

Yanvarda Azərbaycanda iqtisadi artım 2% təşkil edib

2018-ci ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 6 mlrd. 49,5 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2% çox ümumi daxili məhsul istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,9% artıb, neft sektorunda isə 0,5% azalıb.
Əlavə dəyərin 48,4%-i sənayedə, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,5%-i nəqliyyat və anbar təsərrüfatı, 6,0%-i tikinti, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə, 15,8%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7%-ini təşkil edib.

yuiy

“Bu yol vaxtı iki dəfə azaldır” – İlham Əliyev

“Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi Azərbaycanın strateji məqsədlərindən biridir.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri prezident İlham Əliyev bu gün Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasında çıxışı zamanı deyib:

“Layihənin icrası enerji ehtiyatlarının istifadəsinə, insan kapitalına və infrastrukturun yaradılmasına uzunmüddətli töhfə verəcək.

“Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlər artıq həlledici mərhələyə daxil olub. 2017-ci il layihənin həyata keçirilməsində mühüm il olub. Bu layihə iqtisadi inkişafa, regional əməkdaşlığa töhfə verib. Enerji ehtiyatlarının daşınması ilə bağlı layihələrə də güclü dəstək verir.

Bu baxımdan ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars yeni dəmiryolu xətti əhəmiyyətlidir. Bu xətt Avropa və Asiya arasında ən qısa marşrutdur, yüklərin daşınması üçün sərf edilən vaxtı iki dəfə azaldır”.

ramiz-rzayev

Prezidentdən Ramiz Rzayevlə bağlı – Sərəncam

Ramiz Yaqub oğlu Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.

Bu barədə bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncam 2018-ci il fevralın 25-dən qüvvəyə minir.

logo

Salam əziz oxucularımız.

logo

Salam əziz oxucularımız. Saytımızda yaranmış uzunmüddətli problemədən çəkdiyiniz böyük narahatçılığınıza və hətta, müvafiq orqanlara bir oxucularımız kimi şikayətlərinizə görə Sizə redaksiya olaraq dərin minnətdarlığımızıı bildiririk. Var olun ki, bizə dayaq oldunuz. O cümlədən, Azərbaycan Respublikası Mətbuat Şurasına da dərin minnətdarlığımızı bildiririk. Onların da saytmızda yaranan
problemlərlə bağl lazımi distansiyalara müraciəti bizlərə mənəvi dayaq verdi. Bir daha sağ olun, saytımız, hər bir azaərbaycanlının saytıdır. Minnətdarıq!

519804788

2018-ci ilin yanvar ayında Azərbaycan və Ermənistan XİN başçıları səviyyəsində növbəti görüş keçiriləcək

Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv görüşlər keçirilib. Daha ətraflı oxu »

IMG_5125

Amerikadakı Azərbaycanlıların təşkil etdiyi Nə? Harda? Nə zaman? oyunu çox maraqlı alınıb.

Amerikanın Çikaqo şəhərində yaşayan azərbaycanlılar Nə? Harda? Nə zaman? oyunu təşkil edib”. Daha ətraflı oxu »

Untitled-1

“Forbes” juranalına əsasən ilin ən çox qazanan müğənnisi açıqlanıb.

“Forbes” jurnalı 2017-cı ildə ən çox gəlir əldə edən müğənnilərin adlarını açıqlayıb. Daha ətraflı oxu »

dcb17bad2f82b2320052ade1243d87c0

Amerikada jurnalistikanın əsasını qoyan və dünyda ilk dəfə jurnalistlərə söz azadlığı tələb edən şəxsiyyət: Uilliam Bradford

Amerikada jurnalistikanın əsasını qoyan və dünyda ilk dəfə jurnalistlərə söz azadlığı tələb edən şəxsiyyət: Uilliam Bradford

20171012_104654

Uilliam Bradford (20 may 1663 – 23 may 1752) Amerikanın ilk İngilis yazıçısı kimi tanınır və 17 ci əsrdə Amerikada  Orta koloniya bölgəsində 140 illik jurnalistlik edəcək ailənin başçısıdır. Daha ətraflı oxu »

abd-de-buyuk-orman-yangini-binlerce-kisi-10313486_58_m

Kalifroniyada meşə yanğınları böyüməkdə davam edir. Minlrələ insan evakuasiya edildi!

Kaliforniyada böyük meşə yanğını Daha ətraflı oxu »

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Dovrunnabzi.az İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev