MTU5ZWIwY2ZkZDc4M2Q_1

Leyla Əliyevanın məşhur ulduzla möhtəşəm rəqsi (VİDEO)

Bildiyimiz kimi, oktyabr ayının 15-də Rusiyanın “Qızıl səsi” və Xalq artisti Nikolay Baskov öz ad gününü Bakıda konsertlə qeyd edib.

“Baku Crystall Hall”da baş tutan “İqra” adlı yubiley şousu çox fərqli məqamlarla yadda qalıb. Biletlərin fantastik qiymətinə baxmayaraq, konsetdəki tamaşaçı izdihamı Baskova olan sevginin əsl nümunəsi olub.

Yenicag.az xəbər verir ki, sosial şəbəkədə konsertdən sonra Baskovun şərəfinə təşkil olunan gecədən xüsusi görüntülər yayılıb. Bu görüntülərdə Rusiyanın “Qızıl səsi” ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “çastuşka” oynaması əks olunur.

Həmin videonu təqdim edirik. Daha ətraflı oxu »

MTU5ZWIzMmI4MzI5MDU_1

Azərbaycan pomidorlarının Rusiyaya buraxılmamasının səbəbləri

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) oktyabrın 16-da Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Dağıstanda Azərbaycandan ixrac edilən 33 ton pomidorun tərtib edilmiş fitosanitar sertifikatında məlumatlar tam əks olunmadığına görə ölkəyə idxal edilməsinə icazə verilməməsi barədə məlumatla bağlı açıqlama yayıb.

Xidmətdən verilən məlumata görə, Rusiya Baytarlıq Xidməti DFNX-yə rəsmi məktub ünvanlayaraq, Azərbaycandan Rusiyaya ixrac edilən pomidor məhsulunun qablaşdırma materiallarında və bu məhsulun müşaiyətedici sənədi olan fitosanitar sertifikatının əlavə bəyannamə bölməsində məhsul istehsalçısının adı və ünvanının qeyd edilməsi tələbini qoyub.

“Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin bu müraciəti Dövlət Xidmətinə 2017-ci il oktyabrın 17-də daxil olub. Sözü gedən pomidor məhsulu isə oktyabrın 16-da ölkədən ixrac edildiyi üçün qarşı tərəfin tələblərinə uyğun olaraq qablaşdırma materialının üzərində məhsul istehsalçısı barədə məlumatın qeyd edilməməsi ilə əlaqədar sərhəddə saxlanılıb. Məsələ Dövlət Xidməti tərəfindən dərhal nəzarətə götürülüb, məhsulun qablaşdırma materialı qarşı tərəfin tələblərinə uyğun qaydada hazırlanıb və oktyabrın 20-də həmin məhsul Rusiyaya ixrac edilib”, – deyə DFNX-dən bildirilib.

“Gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədi ilə Rusiyaya ixrac edilən pomidor məhsulunun qablaşdırma materialının qarşı tərəfin tələblərinə uyğun olmasına ciddi nəzarət edilməsi barədə Dövlət Xidməti tərəfindən bitkilərin karantini məntəqələrinə müvafiq göstəriş verilib, ixrac edilən pomidor məhsulunun qablaşdırma materiallarında istehsalçı barədə məlumatların qeyd edilməsinin vacibliyi istehsalçıların diqqətinə çatdırılıb”,- deyə Xidmətin məlumatında qeyd edilib.

mevlut

Qalmaqallı yazının müəllifi Azərbaycandan üzr istədi

Xəbər verdiyimiz kimi, Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel “Qarabağ”-“Atletiko” oyununa həsr etdiyi “Ezik kareoqrafi” adlı köşəsində  azarkeşlərin hazırladığı plakatı təhqir edib.

O, tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli  görüntü adlandırıb. Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olub. Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aparılıb. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib.

“Qafqazinfo” xəbər verir ki, qalmaqallı yazının müəllifi M.Tezel sosial şəbəkədə Azərbaycan xalqından üzr istəyib:

“Diqqətli oxusanız, yazımın bu xoreoqrafiya haqqında əyləncəli bir şərh olduğunun şahidi olarsınız. Azərbaycan və Qarabağ xalqını incitdimsə, üzr istəyirəm”.

 

Daha ətraflı oxu »

upload-05-pic685-685x390-69079 (1)

Rusiyada bomba həyəcanı – İcra Hakimiyyətinin binası boşaldıldı

Rusiyanın Yekaterinburq şəhərində İcra Hakimiyyətinin binasındakı insanlar evakuasiya olunublar.

“İnterfaks”ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə rəsmi nümayəndəsi Valeriy Qorelıh bildirib.

“Bu gün Sverdlovski vilayətində hüquq-mühafizə orqanlarına Yekaterinburqda yerləşən müxtəlif müəssisələrə bomba qoyulması ilə bağlı bir neçə anonim zəng daxil olub”, – deyə Valeriy Qorelıh qeyd edib.

Onun sözlərinə görə, hazırda bütün zənglər araşdırılır.

 

 

000000

Direktor toya nəmər kimi diplom salıb – Azərbaycanda

Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Ramiz Məmmədov barəsində cinayət işi açılsa da, onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Musavat.com xəbər verir ki, Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edir. Hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. Prokuror R.Məmmədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı R.Məmmədov barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilərək məhkəmə zalından həbs edilməsin istəyib.

Bu iş üzrə R.Məmmədov bütün zərərçəkmişlərlə razılığa gəlsə də, iki zərərçəkmişlə barışıq əldə edə bilmir. Buna səbəb isə R.Məmmədovun dəymiş zərəri ödəməməsidir.

Hər iki zərərçəkmiş övladlarının instituta qəbul edilməsi üçün R.Məmmədova külli miqdarda pul verdiklərini, lakin sabiq direktorun nə vədinə əməl etdiyini, nə də pullarını geri qaytardığını deyirlər.

Həmin zərərçəkmişlərdən İdris Əliyev övladını instituta qəbul etdirməsi üçün R.Məmmədova 16 min manat, digər zərərçəkmiş Mahir Həsənov isə 7 min 250 manat verdiyini bildirir.

Qeyd edək ki, Gəncə filialı bağlanarkən Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı idi. İnstitutun Gəncə filialında aşkarlanan saxta diplomların hər birində Aqiyə Naxçıvanlının imzası olub.

Sabiq rektor isə bu məsələ ilə bağlı danışarkən etiraf edib ki, uzun illərdir, institutun filiallarında bu tipli saxtakarlıqlara yol verilməsindən xəbərdar olub və buna görə də dəfələrlə daxili yoxlamalar aparıb. Məhz bu saxtakarlığın qarşısını almaq üçün özü Təhsil Nazirliyinə də özü müraciət edib.

Ramiz Məmmədov 2000-ci ildən Gəncə filialının rektoru olub və yalnız 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdu.

Ramiz Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir.

Bu işlə bağlı saytın əldə etdiyi digər yenilik isə R.Məmmədovun director işlədiyi müddətdə satdığı diplomların sayı ilə bağlıdır. Məlum olub ki, təkcə Təhsil Nazirliyi tərəfindən başladılan yoxlama zamanı 7 minə yaxın saxta diplom müəyyən edilib. Hələ bu rəqəm R.Məmmədovun 2014-cü ildəki fəaliyyəti dövrünə təsadüf edir. Uzun illər director vəzifəsini tutan R.Məmmədovun əvvəlki fəaliyyətində də minlərlə saxta diploma imza qoyduğu məlum olub.

R.Məmmədovun əməlləri ilə bağlı daha bir ilginc məqam da üzə çıxıb. Əldə etdiyimiz məlumata görə R.Məmmədov direktor olduğu müddətdəki əməlləri ilə insanları təəccübləndirə bilirmiş. O, vəzifəsini, saxta diplom düzəltmək “bacarığını” açıq-aşkar şəkildə reklam etməkdən, bu əməlini ətrafdakılara nümayişkaranə şəkildə göstərməkdən də çəkinmirmiş. Məlumata görə, R.Məmmədov iştirak etdiyi toy məclislərindən birində nəmər əvəzinə direktoru olduğu institutun diplomunu göndərib. O, toy məclsinin sahibinə həmin diploma övladının ad və soyadını yazmasını, ixtisas seçməsini istəyib…

 

 

000121

“Maşın şou”da saxtakarlıq olub? – Video

“ATV” telekanalında yayımlanan “Maşın şou”da daha bir saxtakarlıq üzə çıxıb.

Bu haqda məlumatı və videogörüntünü Yenicag.az  yayıb. Xəbərdə bildirilir ki, bu ötən gecə Elşad Xosenin Vüsalə Kərimova tərəfindən şoudan kənarlaşdırıldığı an baş verib.

Belə ki, Vüsalə Kərimova Elşad Xoseni yarışdan uzaqlaşdırdığını bəyan etdikdən sonra maşının ətrafına qayıdır və dərhal əlini avtomobildən çəkir.

Bu isə birbaşa qaydalara ziddir. Belə olan halda Vüsalənin özü də yarışı tərk etməli idi.  Daha ətraflı oxu »

ramil-usubov

Daxili işlər naziri Gəncədə növbəti qəbul keçirib

Daxili işlər naziriGəncə Şəhər Baş Polis İdarəsində növbəti qəbul keçirib.

 

Nazirliyin mətbuat xidmətindənverilən məlumata görə, Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinləri, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu ilə görüşən nazir vətəndaşları narahat edən problemləri şəxsən dinləyib, onların qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün aidiyyatı Baş İdarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib.

 

Polisin fəaliyyəti ilə bağlı olmayan müraciətlərin müvafiq dövlət qurumlarına göndəriləcəyi diqqətə çatdırılıb. R. Usubov tərəfindən ümumilikdə 69 vətəndaş qəbul edilib.

fa07f2

Kamran Əliyev sükan arxasında söhbət məsələsinə son qoydu – Heç bir göstəriş verilməyib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sürücülərin nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıracaq hərəkətləri etməsinə görə cərimələnəcəyi ilə bağlı sosial şəbəkələrdə gedən müzakirələrə münasibət bildirib. Avtosfer.az-ın məlumatlna görə, K.Əliyev “Report”a açıqlamasında bildirib ki, sürücülərin avtomobil idarə edən zaman yanında əyləşən digər şəxslə söhbət etməsi qanunla qadağandır: “Ümumiyyətlə, sürücü özü də başa düşməlidir ki, diqqət yayındıra biləcək söhbətdə iştirak edə-edə avtomobil idarə etməli deyil. İnsanın diqqəti yayınanda yoldakı nə nişanı, nə işıqforu görə bilir, nə də ətrafında cərəyan edən hər hansı bir hadisəyə diqqət edə bilir və son nəticədə də qəza hadisəsi baş verir. Avtomobildə söhbət edən zaman qarşıda gedən maşının dönmə işığının yanıb-yanmadığını görmür. Belə hallar sözsüz ki, sürücünün diqqətini yayınması səbəbindən olur. Ona görə də qeyd etmişik ki, sürücülər diqqəti yayındıra biləcək söhbətdə iştirak etməsin”. Daha ətraflı oxu »

hkh

Türkiyənin məşhur qəzetində “Qarabağ”ı təhqir etdilər

Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakatı təhqir edib. “Qafqazinfo” xəbər verir ki,  bununla bağlı o  “Ezik kareoqrafi”  adlı köşəsində  tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli  görüntü adlandırıb. 

Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olub.  Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aparılıb. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib. 

Məsələ ilə bağlı qəzetin redaktoru Azxeber.com saytına açıqlama verib. Baş redaktor İsa Tatlıcan  qeyd edib ki, yazı saytdan silinib: “Bu yazı köşə yazarının şəxsi fikirləri idi və tənqidlərdən sonra saytımızdan silinib”.

O, müəllifin bu barədə geniş açıqlama verəcəyini qeyd edib: “Biz köşələrə qarışmırıq. Mevlut Tezel özü geniş açıqlama verəcək. Onun yerinə danışmağım düzgün olmaz”.

Qeyd edək ki,  tvitterdə yazarın adına həştəq açılıb və orada çoxsaylı türklər tərəfindən də yazar ciddi tənqid olunub. Eyni zamanda “Sabah” qəzeti də belə bir yazıya icazə verməsi müsbət qarşılanmayıb.

  Daha ətraflı oxu »

1508567866_1

SSRİ rəssamlarının sərgisində Xruşovun partlatdığı “bomba” -“Sən homoseksualsan, sənin ananı….”

Sovetlər birliyinə rəhbərlik etdiyi dövrdə bir çox qalmaqallı hadisələrlə yadda qalan Nikita Xruşovun istənilən bir məsələ, hadisə ilə bağlı öz şəxsi mülahizələri olub. Təbii ki, dövlət başçısı üçün bu normal haldır. Ancaq elə məsələlər var ki, onlar haqqında fikir irəli sürəndə əvvəcədən müəyyən bir təhlil aparmaq, məsələnin mahiyyətini bir az dərindən öyrənmək və bilmək lazım gəlir. Elə Nikita Sergeyeviçlə bağlı qalmaqallı hadisələr də məhz onun məsələnin mahiyyətinin fərqinə varmadan, qarşı tərəfin fikirlərini nəzərə almadan öz dediyini yeritməsi olub.
Modern.az saytı Nikita Xruşovla bağlı qalmaqallı hadisələrin biri haqqında yazını təqdim edir.

Xruşovla bağlı səsli-küylü hadisələrdən biri də 1962-ci ilin dekabr ayında baş verib…

Xruşov Eliy Belyutinin studiyasında SSRİ Rəssamlar İttifaqının Moskva şöbəsinin rəssamlarının “Yeni reallıq” adlı sərgisinə dəvət olunur. Sərgidə abstrakt rəsm əsərləri yer alır. Ölkə başçısını böyük ehtiramla qarşılanır. Xruşov birinci zalda nümayiş olunan əsərlərə baxır. Bir neşə dəqiqədən sonra o iti addımlarla bir şəkilin qarşısından o biri şəkilin qarşısına keçir. Bu yerdəyişmələr zamanı Hikita Segeyeviçin üz cizgilərində qəzəb görünür. Daha ətraflı oxu »

1508567467_1

İlyas Səfərovdan Meşə-Meliorasiya İdarəsində yeni tender “əməliyyatı”

Şirvan Meşə-Meliorasiya İdarəsi müdiri İlyas Səfərov tenderlərin pul silir

Bu haqda Palitika.Az-ın əldə etdiyi məlumatda İ.Səfərovun özünə yaxın təşkilatlar tapdığı qeyd olunur.

İdarə müdiri həmin firmaları tenderdə qalib elan edərək dövlət büdcəsini yarıbayarı bölüşdürür. Bu maxinasiyalar ona düşərli olub və İ.Səfərovu daha da varlandırıb.

Yuxarı Qarabağ Kanalı İdarəsinin müdiri işləyəndə maddi resurslarını artıran İ.Səfərova yeni işi daha da çox pul qazandırır.

Onun “gözdən uzaq, könüldən iraq” fəaliyyəti diqqət mərkəzindən kənarda qalıb deyə yeyinti və korrupsiyanı arxayın şəkildə reallaşdırır.

Meşə Melorasiya idarələrinin əsas funksiyaları meliorasiya olunmuş suvarılan sahələrdən duzlu qrunt sularının ikinci və birinci dərəcəli kollektora axıdılmasını, eləcə də meliorasiya və irriqasiya obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını həyata keçirtməkdir. Daha ətraflı oxu »

horoscope_385766 (1)

Günün qoroskopu: şirnikləndirici təkliflərə inanmayın

Qoç - Enerjili, iradəli, qətiyyətli olun. Məqsədyönlü hərəkət və fəaliyyət üçün uğurlu zamandır. İmkanlarınızı və potensialınızı obyektiv dəyərləndirin.
Vədlərə aldanmayın, şirnikləndirici təkliflərə inanmayın.
Günün ikinci yarısında yaranacaq problemlərin optimal həll yollarını arayın. Bütün maneələri və sədləri dəf edə biləcəksiniz. Əvvəlcədən planlaşdırdığınızdan da artıq işlər görə bilərsiniz. Fiziki işdə xeyir var. İdmanla məşğul olun.
Münasibətlərinizdə spontanlığa ehtiyac duyulur.

Buğa - Hissiyyatınıza inanın. İntuisiyanız əsasında hərəkət edə bilərsiniz.  Kənardan məsləhətlərə çox qulaq asmayın. Onların əksəriyyətinin reallıqla heç bir əlaqəsi yoxdur. Məntiqli və soyuqqanlı olun.
Günün ikinci yarısında ideyalarınızdan birini reallaşdırmağa başlayın. Vaxtınızı fövtə verməyin, mənasız işlərlə məşğul olmayın.
Yeni əməkdaşlığa başlamaq üçün əlverişli zamandır. Tərəfdaşlarla münasibətlərdə müəyyən nüansları konkretləşdirmək zamanıdır.
Axşam saatlarında bütün işləri unudaraq istirahət edin.

Əkizlər - Qarışıq, mürəkkəb gündür. Həllini tələb edən məsələlərin, problemlərin sayı sürətlə artacaq. Uzun müddətdən bəri çözülməmiş qalmış mübahisəli məsələnin nizamlanması ilə məşğul olun. Amma bununla belə, problemlərin miqyasını süni şəkildə böyütməyin.
Günün ikinci yarısında maneələrin aradan qaldırılmasında astagəllik etməyin. Dövlət qurumlarına baş çəkməyi təxirə salmayın. Başladığınız işləri yarımçıq qoymayın.
Dəyər verdiyiniz insanla münasibətləriniz sınağa çəkiləcək.
Axşam saatlarında gəzintiyə çıxın.

Xərçəng - Tərəfdaş və şəriklərlə münasibətləri təftiş etməyin zamanıdır. Yalnız özünü düşünən insanlardan uzaq durun. Mənafelərinizi başqalarının maraqlarına qurban verməyin.
Zərurət yaranarsa, sərt davranın.
Günün ikinci yarısında yeni əlaqələr yaradın. Mövcud təmaslar arasında qeyri-effektiv olanları dayandırın. Ballastdan, irəliyə doğru hərəkətinizi əngəlləyən yükdən qurtulun.
Ünvanınıza sərt iradların və tənqidlərin səslənəcəyinə hazır olun. 
Axşam saatları romantik anlar vəd etmir. Hisslərin etirafına tələsməyin. 

Şir - Sayıq və ehtiyatlı olun. Yaranan çətinlikləri araşdırmamış həllə başlamayın. Yaşananların aydın mənzərəsinə nail olmaq üçün biliklərinizdən faydalanın. Obyektiv olun, hisslərə qapılmayın.
Günün ikinci yarısında hadisələrin mahiyyətini anlayın. Yeni tərəfdaş və ya dost qazana bilərsiniz. 
Dəyər verdiyiniz insanlarla təmaslarda eqoistlik etməyin. Səmimiyyət bir çox problemləri aradan qaldıra bilər.
Axşam saatlarında ailəvi istirahəti seçin. Daha ətraflı oxu »

bicaqdadaa-300x187

Şəmkirdə bacısını başqa oğlanla görən şəxs kişini küçədə qətlə yetirib

Şəmkirdə qısqanclıq zəminində qətl hadisəsi törədilib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şəmkir rayonunun Zəyəm kəndi ərazisində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Həsrət Azər oğlu Xəlilov bacısını 1989-cu il təvəllüdlü həmkəndlisi Tural Ramiz oğlu Məmmədovla görüb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə H.Xəlilov T.Məmmədovu döş qəfəsindən bıçaqlayaraq onu ağır yaralayıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

H.Xəlilov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

son-dakika-turkmen-kasabasi-altunkopru-de-catisma-kerkuk-te-firtina-dinmiyor-10090239

Ərbil yaxınlığında döyüş – İraq ordusu qəsəbəni azad etdi

Kərkükdə nəzarəti ələ alan İraq ordusu Ərbilə doğru irəliləyir.

Devrinnebzi.com xarici KİV-ə istinadən xəbər verir ki, Kərkük və Ərbil arasındakı türkmən qəsəbəsi Altunkörpüdə tərəflər arasında qızğın döyüş gedib.

Məlumata görə, atışma nəticəsində İraq ordusu qəsəbəni peşmərgədən azad edib. Kürd qüvvələri böyük itki verərək geri çəkilmək məcburiyyətində qalıb. Daha ətraflı oxu »

MTU5ZTlkZTU0MWI1Yjc_1

Azərbaycanlı milyarderin oğlunun maşını satılır: 2 milyon… (FOTO)

“Mardan Palace” otelinin bir tur şirkətinə borcu səbəbindən müsadirə edilənn azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərxan İsmayılova məxsus avtomobil 15 günlük möhlət müddətində borc ödənilmədiyi satılacaq. “Qaynarinfo” xəbər verir ki, avtomobilin qiyməti 2 milyon lirədir (bugünki məzənnə ilə 928 min 800 AZN).

Antalyada 2009-cu ildə Telman İsmayılov tərəfindən 1,4 milyard dollara inşa edilən və2010-cu ildə “Dünyanən ən lüks oteli” seçilən “Mardan Palace”nin suyu təxminən 2 milyon lirə borc səbəbdən 15 gün əvvəl kəsilmişdi. Daha ətraflı oxu »

MTU5ZWEyNWFiNTFmMTU_1

Ərdoğan: “Türkiyə və Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasında olmasın?”

“Niyə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olmasın, niyə Türkiyə olmasın?..” Bu sözləri Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan D-8 təşkilatının İstanbulda keçirilən IX zirvə toplantısından sonra mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə,“zirvə toplantısındakı çıxışlarınızda verdiyiniz mesajlar “dünya 5-dən böyükdür” konsepsiyanızın tərkibi və davamı idi. Beynəlxalq təşkilatların güc və potensialını bu fəlsəfəyə yönləndirmə istiqamətində hansı fikir və düşüncələriniz var” sualına Türkiyə prezidenti belə cavab verib: “Dünənki toplantımızı izlədinizsə, orada deyilənləri və bu gün dediklərimizi dalğa-dalğa böyütməyi artıraraq davam etdirəcəyik. Bütün məsələ özümüzə ortaq tapmağımızdır. İkitərəfli görüşlərimizdə dünyadakı ölkələr “gözəldir, olmalıdır” deyirlər, ancaq “bu  işləri birgə  görək” deyəndə hamısında qorxaqlıq olduğunu görürsünüz. Nədən qorxursunuz? Mənafe münasibətləri bir çox ölkənin bu məsələdə mövqe müəyyənləşdirməsinə mane olur. Halbuki 5 ölkə dünyanı hal-hazırda sanki idarə edir. Onlar bizim haqlarımızı bizə vermə məsələsində qərarlı ola bilərmi? Xeyr. Onların işinə necə gəlirsə, o cür hərəkət edirlər. Yanılmıramsa, hal-hazırda BMT-nin üzvü olan 196 ölkə var, onların taleyi 5 ölkənin əlindədir. Hətta 5 deyil, bəzən 1 ölkənin əlindədir. O ölkə “yox” deyəndə qərar qəbul edilməz. Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasının üzvü olmasın? Türkiyə niyə BMT Təhlükəsizlik Şurasında olmasın? Diqqət yetirin, hal-hazırda BMT Təhlükəsizlik Şurasında əhalisi müsəlman olan bir ölkə belə yoxdur. Bu cür ədalət olarmı? Və bunun qitələr arasındakı bölgüsünü də ədalətli yapmaq lazımdır. 20 ölkə olacaqsa, 20 olsun, 30 olacaqsa, 30 ölkə olsun. O 30 ölkə növbəli şəkildə BMT Təhlükəsizlik Şurasına üzv olan ölkələrin haqlarına bərabər şəkildə malik  olaraq dünyanı idarə etsinlər. Müvəqqəti üzv olmasın, hamısı daimi üzv olsun. Məsələn, 2 il olsunlar. İki il 15 üzv olsa, növbəylə idarə edəcəklər. Birinci dönəmdə yaddaş kimi qalacaq, ikinci dönəmdə isə daha güclü çalışacaq. Proses bu şəkildə olsa, onda dünyada ədalətə nail olmaq asanlaşacaq. Heç bir ölkə “Mən BMT TŞ-yə girə bilmədim” deməyəcək, çünki biləcək ki, 5-6 ildən sonra ona da növbə gələcək. Amma hal-hazırda belə bir şey yoxdur, indi nəinki daimi üzvlük, müvəqqəti üzv olmaq üçün belə yapılan lobbiçilik işlərinin sayı-hesabı yoxdur. Halbuki müvəqqəti üzvlüyün heç bir dəyəri yoxdur. Ona görə də, mən ədalət axtarıram”.

1494158687-3108 (1)

Qəbul imtahanlarında daha bir – Yenilik

Bu tədris ilində ali məktəblərə qəbul qaydalarında dəyişiklərin edilməsi nəzərdə tutulur.

APA-nn xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı Şəmkirdə valideynlər və şagirdlərlə keçirilən görüşdə bildirib ki, cari tədris ilində XI sinfi bitirənlərə iki dəfə qəbul imtahanlarında iştirak etmək imkanı veriləcək.

O qeyd edib ki, keçən il bu yenilik yalnız bir qrup çərçivəsində tətbiq edilib: “Yəni, abituriyent qəbul imtahanının birinci mərhələsində hansı qrup üzrə iştirak etmişdisə, iyulda keçirilən ikinci imtahanda da eyni qrupun imtahanında iştirak etməli idi.

Gələn il isə hər abituriyentə iki fərqli qrup üzrə də imtahan vermək şansı tanınacaq. Onlar istəsə, qəbul imtahanlarının hər ikisində eyni və ya fərqli qrupda imtahan verərək ali məktəblərə qəbul müsabiqəsində iştirak edə biləcəklər”.

 

 

15085108111741826077_1000x669_1508512607

Ermənistanda hərbi hissədə partlayış – Ölən və yaralananlar var

Sosial şəbəkə istifadəçiləri Azərbaycanın işğal edilmiş Hadrut yaşayış məntəqəsində dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birində baş vermiş partlayış nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu barədə məlumat yayıblar.

AzVision.az xəbər verir ki, məlumatda hadisədən dərhal sonra partlayışın baş verdiyi əraziyə çoxlu sayda təcili yardım maşınlarının və digər xüsusi texnikanın cəlb edildiyi bildirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Partlayış baş verən ərazidə müxtəlif qurumların vəzifəli şəxslərindən ibarət komissiya işləyir.

 

 

1493925101-9842

Azərbaycanda abortların sayı artır – Millət vəkili

“İİV-ə yoluxdurmaya görə cəzanın yüngülləşdirilməsinə tələsməməliyik. Kim insanları bilə-bilə ağır xəstəliyə yoluxdurursa, azadlığını məhdudlaşdırıması cəzasını alternativ kimi təklif etmək doğru deyil”.

Bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisdə Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı  deyib. Deputat bildirib ki, vəzifəsini lazımı şəkildə yerinə yetirmədiyinə görə, bir şəxsi İİV-ə yoluxdurmaya görə, 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması doğru yanaşma deyil: “Çünki bilə-bilə yoluxdurana 1 il həbs cəzası verib, vəzifəsini düzgün yerinə yetimədiyinə görə yoluxdurana 3 il cəza məqamları arasında uyğunsuzluq var”.

Millət vəkili həmçinin qanunsuz abort etmə ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasını verməkdə tələskənliyə yol verməməyə çağırıb: “Təəssüflə qeyd edirəm ki, illərdir aparılan tədbirlərə baxmayaraq Azərbaycanda selektiv abortların sayı artır. Abort həm də uşağın qətl edilməsi deməkdir. Bu cəzanı yüngülləşdirməklə həmin cinayətləri daha da artıracağıq. Narkomaniya ilə bağlı cəzanın yüngülləşdirilməsinin təşviqi, başqa cinayət törətməyənlərin məcnburi müalicə müəssisələrinə yerləşdirilməsi humanist qərar kimi görünür. Amma əslində belə deyil. Çünki təcrübə göstərir ki, məcburi müalicə müəssisələrində bir nəfər də olsun müalicə edilib, cəmiyyətə qayıtmır. Bunun əvəzedici terapiyanın tətbiq edilməsinə çalışmalıyıq”.

O həmçinin cəzaçəkmə müəssisələrində iş yerlərinin açılmasının vacibliyinə də toxunub: “Məhbusların işlə təminatını da düşünməliyik. Cəzaçəkmə müəssisələrində iş yerlərinin açılması ciddi problemə çevrilib. Onlar sağlam insanlardır, cinayət törədiblər, nə üçün başqa insanların vergisi hesabına yaşamalıdır? Bu insanların islah işlərinə qoşulmasının tərəfdarıyam”.

11 (2)

Azərbaycanlı idmançı dünya çempionu oldu – Foto

Azərbaycanlı idmançı dünya çempionatından qızıl medalla qayıdıb.

Ceyhun Əliyev Gürcüstanda keçirilən Hap Ki Do üzrə dünya çempionatında qızıl medal qazanıb.

O, bütün rəqiblərini üstələməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

  Daha ətraflı oxu »

D-8 ZİRVESİNE KATILAN DEVLET VE HÜKÜMET BAŞKANLARI AİLE FOTOĞRAFI ÇEKTİRDİ

İlham Əliyevlə Ərdoğanın səmimi görüşü – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev İstanbula səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

AzVision.az xəbər verir ki, görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. Görüş zamanı tərəflər səmimi söhbət ediblər.

Qeyd edək ki, bu gün İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

14812716876527315588_554x360_1508494042

Pensiya və maaşların artacağı rəsmən təsdiqləndi

2018-ci ilin büdcə xərclərində sosial yönümlü xərclərin (əməyin ödənişi, pensiya və müavinətlər, dərman və sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) xüsusi çəkisi 33,5 faiz faiz olmaqla, 7 milyard 4,8 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2017-ci illə müqayisədə 147,9 manat və ya 2,2 faiz çoxdur.

Məlumata görə, 2018-ci ilin dövlət büdcəsi layihəsində qeyd olunub ki, bu sosial xərclərlə yanaşı, əhaliyə bilavasitə yardım göstərən bir sıra dövlət müəssisələrinə və tədbirlərə dövlət büdcəsindən maliyyə yardımı edilir.

Başqa sözlə, əhalinin mənzilə olan tələbatın ödənilməsi, vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri və sosial ipoteka üzrə 250 milyon manat, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər (20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyalarının verilməsi ilə bağlı xərclər) üzrə 30 milyon manat, kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyaları üzrə 19,8 milyon manat, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti üzrə 89 milyon manat və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə 10 milyon manat ayrılacaq.

Həmin xərclər də nəzərə alınmaqla, dövlət büdcəsindən sosial yönümlü xərclərə 7 milyard 656,3 milyon manat vəsait yönəldiləcək ki, bu da dövlət büdcəsinin xərclərinin 36,6 faizinə, cari xərclərin isə 71,1 faizinə bərabər olacaq.

Gələn il sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1,3 mlrd. manatı (əvvəlki illə müqayisədə 30 mln. manat və ya 2,4% çox) Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə, 627,2 mln. manat Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və onun müvafiq orqanları vasitəsi ilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin, 20,1 mln. manatı (əvvəlki illə müqayisədə 15 mln. manat və ya 4 dəfə çox) sosial müdafiə, pensiya və digər sosial təminat xərclərinə yönəldiləcək.

0003

“Tikinti sahəsində özbaşınalıq hökm sürür” – Son xəbərdarlıq

Bakıda tarixi şəhər adına heç nə qalmayıb. Bunu Modern.az-a əməkdar memar, “Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi”nin məsləhətçisi Feyzulla Quliyev bildirib. Əməkdar memar deyib ki, yeni tikililər şəhərin mühiti ilə vəhdət təşkil etmir:

“Mövcud şəhərlər, müasir şəhərlər və tarixi şəhərlər var. Məsələn, Bakı haqqqında tarixi şəhər dedikdə, onun mərkəzi hissəsi nəzərdə tutulur. Məsələn, biri “8-ci kilometr”də yaşayır. Soruşanda hara gedirsən? Deyir “şəhərə”. Şəhər dedikdə, mərkəzi hissəni nəzərdə tutur. Az-çox mərkəzdə şəhər mühiti var. Amma “8-ci kilometr”də şəhər mühiti yoxdur. Ona görə də ilk növbədə şəhər mühitini qoruyub saxlamalıyıq. Adət-ənənələrimiz kimi, tarixi-memarlıq abidələrimizi qorumalıyıq. Biz memarlar da şəhərin mərkəzi hissəsində hündür binaların ucaldılmasından narahatıq. Onların heç biri tarixlə vəhdət təşkil etmir. Tarixi binanın yanında hündür bina ucaldırlar. Nəyə əsasən? Axı o binalar bir-birini tamamlamalıdır. Bunlar müasirlik yaratmaq adına şəhəri eybəcər hala salıblar. O binanı tikən memar hara baxır bəs? Bir sözlə, proses qanedici getmir”.
Daha ətraflı oxu »

0005

Gömrükdə külli miqdarda qızıl tutuldu – Fotolar

Gömrükdə 2 kiloqram 106 qram qaçaqmal qızıl zinət əşyaları aşkarlanıb.

Gömrük Komitəsindən daxil olan xəbərdə bildirilir ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan ərazisindən tranzit keçməklə Türkiyədən Azərbaycana gələn Türkiyə Respublikası vətəndaşının idarə etdiyi “İveco 440 S” markalı, 34 KL 4479 nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Stasionar rentgen qurğusuyla (HCVG6032 markalı) aparılan yoxlama zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb. Həmin təsvir nəqliyyat vasitəsinin salonunda, sürücünün əyləşdiyi yerin üst hissəsində olan boşluqda müşahidə edilib. Həmin yerdə aparılan ayrıca yoxlama nəticəsində isə 7 ədəd sellofan bükülü aşkar edilib.

Aşkar olunan sellofan bükülülərə baxış zamanı isə hər birinin içərisində müxtəlif sayda və növdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 2 kiloqram 106 qram olan qızıl-zinət əşyaları aşkarlanıb.

Daha ətraflı oxu »

imtahan

Qəbul imtahanlarında maksimum bal 400 olacaq

2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq.

Devrinnebzi.com APA-ya istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanında iştirak edənlər üçün maksimum bal 300-dür.

M. Abbaszadə qeyd edib ki, abituriyentlər qəbul imtahanında 3 fəndən maksimum 400 bal toplaya biləcək, yekunda ən yuxarı bal 700 olacaq.

O bildirib ki, yeni modelə əsasən buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi, bir dəfə aparılacaq. Qəbul imtahanlarında isə abituriyentlərə bir neçə dəfə iştirak etmək imkanı veriləcək.

 

 

MTU5ZTk5OWZjN2Q1ZTA_1

Obamanın sevgi məktubları üzə çıxdı (FOTOLAR)

ABŞ-ın sabiq prezidenti Barak Obamanın universitet illərində sevgilisinə yazdığı məktublar üzə çıxıb.

Devrinnebzi.com xarici mediaya istinadən xəbər verir ki, 1980-ci illərdə Aleksandra Makniəyə yazılmış 30 səhifəlik 9 məktub 2014-cü ildən bəri Atlantada yerləşən Emori Universitetinin arxivlərində saxlanılır. Məzmunu ictimaiyyətə yeni təqdim edilən məktublar 1982-1984-cü illərdə Kolumbiya Universitetindən məzum olandan dərhal sonra yazılıb. Obamanın Makniəyə yazdığı məktubunda bu cümlələr yer alıb: 

“Səni tez-tez düşünürəm, hisslərimlə bağlı bəzi məsələlərdə əmin olmasam da. Görünür sahib olmayacağımız şeyi həmişə istəyəcəyik, bizi bağlayan və bizi ayıran da budur.”

1982-ci il sentyabr: “Yalnızlıq hisslərimin öhdəsindən gəlməyim üçün tək yoldur, bütün adətləri, mərtəbələri aradan qaldırmaq, mənimkiləri onlarınkı, onlarınkını mənimki etməkdir. Tək başına olanda bunları qəbul etmək mümkün deyil.” Daha ətraflı oxu »

MTU5ZTljMTE5Y2NlY2M_1

Bakıda narkotiklə tutulan vəzifəli şəxsin kimliyi bilindi (TƏFƏRRÜAT)

Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edilib.

“Report”un yaydığı məlumatda Suraxanı rayon Hövsan qəsəbə Bələdiyyəsinin əməkdaşının üzərində qanunsuz olaraq narkotik vasitələr saxladığı üçün Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı qeyd olunur.

Araşdırma zamanı onun narkotik vasitə aludəçisi olduğu məlum olub. Saxlanılan şəxs inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Hadisənin təfərrüatı ilə bağlı ölkə.az məlumat əldə edib. Belə ki, saxlanılan 1979-cu il təvəllüdlü Quliyev Rövşən Məhsur oğludur. O, Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbə nümayəndəliyinin sədri Ağasəlim Əliyevin qızının həyat yoldaşıdır.

MTU5ZTljODg4YTA5YzQ_1

Nazirdən yeni təyinat

Azərbaycan Vergilər Nazirliyində yeni təyinat olub.

“Report” xəbər verir ki, nazirliyin Daxili Təhlükəsizlik Departamentinə yeni baş direktor təyin edilib.

Məlumata görə, nazir Fazil Məmmədovun əmri ilə bu vəzifəyə baş vergi xidməti müşaviri Cavanşir Eldar oğlu Nuriyev təsdiq olunub.

Qeyd edək ki, o, bundan əvvəl nazirliyin Hüquq Departamentinin baş direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Departamentin baş direktoru Vüqar İsmət oğlu İsmayılov olub.

ty5t5

Güllələnən azərbaycanlıların yaxınları danışdı – “Pulemyotla atəş açılıb”

Gürcüstanın Marneuli rayonunda güllələnən  azərbaycanlıların yaxınları danışıb.

Devrinnebzi.com gürcü KİV-nə istinadən xəbər verir ki, yaralıların yaxınları bildiriblər ki, atəş açan şəxs pulemyotla silahlanıb:

“Yaralılardan ikisinin vəziyyəti ağırdır. Hadisə baş verən yerdə videokamera olub. Gecə saat 11-də heç kim həmin şəxsləri görməyib. Biri maşından düşüb, pulemyotla atəş açıb. Heç bir insident olmayıb. Deyilənə görə atəş açan bir nəfər olub. Səbəbini heç kim bilmir”.

Qeyd edək ki, güllələnlərdən biri “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə namizədliyi majoritar qaydada irəli sürülən Ceyhun Çovdarovdur

Hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib.

 

1491631859-698

Konstitusiyaya dəyişiklik – 30 yaş limiti ləğv edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər müzakirəyə çıxarılıb.

“Qafqazinfo”  xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Belə ki, layihəyə əsasən, Naxçıvan MR Konstitusiyasının 8-ci (Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ) maddəsinin üçüncü hissəsində hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin “seçkilərdə iştirak etmək” hüququ, “seçilmək” hüququ ilə əvəzlənir.

MR Konstitusiyasının 15-ci (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığına namizədlərə aid tələblər) maddəsinə edilən dəyişikliyə əsasən isə Muxtar Respublikanın Ali Məclisinə seçilən deputata aid tələblərdə minimum 25 yaş məhdudiyyəti ləğv edilir. Bildirilir ki, seçkilərdə iştirak etmək hüququna malik hər bir Azərbaycan vətəndaşı məclisə deputat seçilə bilər.

Konstitusiyanın 19-cu (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından məhrum etmə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinə edilən əlavə bəndlərə görə isə deputatın mandatdan məhrum etmə tələbi 5-dən 7-ə qaldırılır. Daha ətraflı oxu »

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2017 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev