03

İlham Əliyev zirvə görüşündə

Oktyabrın 20-də İstanbulda inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü işə başlayıb.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edir.

Əvvəlcə birgə foto çəkdirildi.

Zirvə görüşü müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb. Daha ətraflı oxu »

perviz

Yeni nazirdən ilk açıqlama – “İslahatlara ehtiyac var”

“Dəyişiklərə və islahatlara hər zaman ehtiyac var”.

Devrinnebzi.com “APA-Economics”ə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib. “Azərbaycan Respublikasında uzun illərdir ki, islahatlar aparılır. Bu islahatların nəticələri bir çox mötəbər təşkilatların hesabatlarında öz əksini tapıb. Sözsüz ki, bütün bu islahatlara ölkə başçısı İlham Əliyev rəhbərlik edir. Bu gün dünyada bir çox sahələrdə, o cümlədən energetika sahəsində də çağırışlar var. Bu çağırışların öhdəsindən gəlmək üçün və dinamik dəyişən dünya ilə ayaqlaşmaqdan ötrü hər zaman dəyişikliklərə və islahatlara ehtiyac var. Bizim də qarşımızda konkret hədəflər durub. Bu yolda dəyişikliklərə, islahatlara ehtiyac olduqda, sözsüz ki, onlar həyata keçiriləcək”, – deyə nazir vurğulayıb.

 

 

atabank

“AtaBank” zamin qadını həbs etdirib

Sabunçu rayon Məhkəməsinin qərarı ilə “AtaBank”dan kredit götürən şəxsə zamin duran qadın həbs edilib.

Bu barədə vəkil Əkrəm Həsənov məlumat verib.

O bildirib ki, hakim Süleyman Ağayev “AtaBank”dan götürülən kreditə zamin duran Lalə Bunyatovanı 10 gün müddətinə inzibati qaydada həbs edib.

Buna səbəb isə onun zamin durduğu şəxsin banka 8701 manat borcu qalmasıdır.

L.Bunyatova “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşıdır.

Ə.Həsənov qeyd edib ki, lakin icra məmuru bunu müəyyən etməyib və əmək haqqına tutma yönəltmək əvəzinə xanımın həbsi barədə məhkəməyə təqdimat verib. Əsas həm də odur ki, xanım borc üzrə haqqında məhkəmə qərarının olmasını yalnız oktyabrın 4-də, həbsindən 13 gün əvvəl bilib. Buna qədər ona heç bir sənəd göndərilməyib.

Vəkil bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, bank kredit borcu olan şəxsin özünü tapa bilməyib. Daha ətraflı oxu »

1508471776_1

Milli Məclis bu gün toplaşır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasın gündəliyinə Cinayət Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, Ticarət Gəmiçiliyi Məcəlləsinə, o cümlədən “Banklar haqqında”, “Poçt haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Mədəniyyət haqqında” və digər bir sıra qanunlara dəyişikliklər olmaqla 20 məsələ daxildir.

İclasda həmçinin “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsi müzakirə ediləcək.

1507191595

Kiyevdə prezident administrasiyası binasının qarşısında piket keçirilir

Ukrayna Ali Radasının qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları  prezident administrasiyasıbinasının qarşısında piket keçirir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etirazçıları təmsil edən bir neçə nümayəndə prezident administrasiyasına yollanaraq Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında bir qrup deputatın hazırladığı qanun layihəsini prezident Pyotr Poroşenkoya təqdim etmək niyyətindədir. Onlar, qanunvericiliyə uyğun olaraq, prezidentin adından qeyd olunan qanun layihəsini Radaya təqdim etməsini tələb edəcəklər.

 

Prezident administrasiyasının qarşısına polis qüvvələri cəlb edilib. Etirazçılarla polis arasında qarşıdurmanın olmadığı bildirir.   Daha ətraflı oxu »

f2

Marneulidə güllələnən 4 şəxsdən birinin vəziyyəti ağırdır

Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində gecə saatlarında güllələnən şəxslərdən birinin vəziyyəti ağırdır.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, həmin şəxsin reanimobillə Tbilisi xəstəxanalarından birinə çatdırılacağı gözlənilir.

 

Hazırda Marneuli xəstəxanasının qarşısında çoxlu insan toplaşıb.

Gürcüstanda naməlum şəxslər odlu silahdan atəş açaraq hakim “Gürcü Arzusu” Partiyasının Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndi üzrə majoritar namizəd Ceyhun Çovdarovu yaralayıblar, faktla bağlı cinayət işi başlayıb.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, “Gürcü Arzusu” partiyasının kənddəki qərargahı yaxınlığında silahlı hücuma məruz qalmış C.Çovdarov və onu müşayiət edən üç nəfər yerli xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunublar. Onlardan ikisinin yüngül yara aldığı bildirilir.

 

Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili hadisə ilə bağlı Marneuliyə səfər edib. O, Qızılhacılı kəndində hadisə yerinə baş çəkib. Nazir hadisə ilə bağlı xüsusi bəyanatla çıxış edəcək.

jirinovski_38747567

Jirinovskidən Azərbaycan və Qarabağla bağlı sensasiyalı AÇIQLAMALAR

Azərbaycanın uzun müddət Qarabağ problemi olacaq.

Bunu Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski deyib.

“Dəyişən dünyada inteqrasiya prosesləri” mövzusunda aparılan panel diskussiyada çıxış edən Jirinovski Azərbaycan və prezident İlham Əliyevlə bağlı maraqlı açıqlamalar verib.

Qeyd edək ki, sözügedən müzakirələr Soçidə keçirilən XIX Ümumdünya gənclər və tələbələr festivalı çərçivəsində aparılıb.

RLDP lideri qeyd edib ki, Qarabağ kifayət qədər aktual problemdir və həll olunmayandır:

“Biz Azərbaycan və Ermənistan barədə danışanda başa düşməliyik ki, onların həlli mümkün olmayan ərazi problemləri var. Bu problemin həlli yoxdur”. Daha ətraflı oxu »

qoroskop_045 (3)

Günün qoroskopu: hisslərin torundan qurtulun

Qoç - təşəbbüskar olun. İntensiv fəaliyyət ritminə alışın. Süst və ətalətli davransanız, ciddi problemlərlə üzləşə bilərsiniz. Darıxmayın. Bəzi işlər sizdə sönük və boz təsir yaratsa da, onları qulaqardına vurmayın.
Günün ikinci yarısında işlər istədiyiniz sürətdə olmayacaq. Cari layihələrdə və sifarişlərdə müəyyən gecikmələr, ləngimələr ola bilər. Hadisələrin axarı maraqlı deyil.
Şəxsi münasibətləri ön plana çıxarmayın. Hisslərin torundan qurtulun.

Buğa - tələsik, düşünülməmiş qərarlar qəbul etməyin. Günün ilk yarısında hadisələr sürətlə inkişaf edəcək. Fikirləşmək, düşünüb-daşınmaq üçün vaxt azdır. Lakin saatlar keçdikcə belə taktikadan imtina edin, çünki mütləq şəkildə səhvlərə və yanlışlıqlara yol verəcəksiniz.
Günün ikinci yarısını nisbətən sakit keçirin, usandırıcı və yorucu olmayan işlərlə məşğul olun. Qüvvələrinizi bərpa etmək gərəkdir. Xoşagəlməz insanlarla görüşləri ertələyin. Bu gün hisslərinizi gizlətmək asan deyil. Daha ətraflı oxu »

_98378739_hi042432339

Öldürülən jurnalistin övladları 1 milyon avrodan imtina etdilər

Sürdüyü avtomobilin bomba ilə partladılması nəticəsində həlak olan maltalı araşdırmaçı jurnalist Dafne Karuana Qaliziyanın oğulları, təklif edilən bir milyon avroluq mükafatdan imtina ediblər.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, onlar Maltanın Baş naziri Josef Muskatın istefasını tələb ediblər.

53 yaşlı Dafnenin oğlu Metyu Karuananın feysbukda paylaşdığı və qardaşları Endryu və Polun imzaladığı bəyanatda “Malta liderləri tərəfindən fasiləsiz təyziq altındayıq” yazıblar. Daha ətraflı oxu »

213368_res_01

Tibb bacısı işdə 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı – Salyandakı faciənin təfərrüatı

Xəbər verdiyimiz kimi ötən gün Salyanda dövlət nömrə nişanı məlum olmayan VAZ 2107 markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən 7 yaşlı uşağı vurub.

Virtualaz.org xəbər verir ki, Ayxan adlı azyaşlı aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda ölüb, onun qatili isə avtomobillə sürətlə hadisə yerindən uzaqlaşıb. Bu hadisə Azərbaycan yollarında qeyri-peşəkar, yaxud azğın sürücülər üzündən hər gün ölümlə nəticələnən  qətliam kimi qəzaların baş verdiyi bir vaxtda heç kimin diqqətini xüsusi cəlb etməyə bilərdi. Amma nə vaxta qədər? Günahsız insanlar, azyaşlılar nə vaxta qədər bu yol terrorunun qurbanı olacaqlar?

Salyanda baş vermiş bu faciənin dramatik, tükürpədici  tərəfi həm də bundadır ki, avtomobillə vurulan azyaşlının anası Aytəkin Təxirəsalınmaz Tibbi Yardımın Salyan Regional Mərkəzinin tibb bacısıdır. O, həmin gün iki azyaşlı uşağını evdə nənəsinin yanında qoyub növbəyə gedibmiş. Və uşaqlar Bakıdan qonaq getmiş qohumları ilə yaxınlıqdakı ərzaq mağazasına gediblər, bu vaxt sürətlə hərəkət edən avtomobil uşaqlardan birini vurub. Sürücü qaçıb, yaxınlıqdakılar uşağı təcili yardıma çatdırıblar və artıq keçinmiş Ayxanın cansız bədənini baş verənlərdən xəbərsiz olan anası qarşılayıb… Daha ətraflı oxu »

808108

Türkiyədəki partlayışla bağlı 11 nəfər saxlanıldı

17 oktyabrda Türkiyənin Mersin şəhərində polislərin avtobusuna edilən bombalı hücumla bağlı 11 nəfər şübhəli qismində saxlanılıb.

Türkiyə mətbuatı xəbər verir ki, hadisə zamanı yaralanan 12 polisdən 6-sı evə buraxılıb.

Hazırda 6 polisin müalicəsi davam etdirilir.

Teraktla bağlı istintaq aparılır. Hadisənin PKK terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir.

 

 

ermenijpg

Dağlıq Qarabağda erməni əsgər öldü

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində erməni əsgər həlak olub.

“Qafqazinfo”nun “News.am” saytına istinadən verdiyi xəbərə görə, bu gün saat 15:50-də şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birində 1998-ci il təvəllüdlü hərbçi Tiqran Armenoviç aldığı güllə yarasından ölüb.

sob1

Putindən Sobçaka yaşıl işıq – “Yeni prezident qadın ola bilər”

Xəbər verdiyimiz kimi, müxalifətyönlü teleaparıcı Kseniya Sobçak 2018-ci ilin martında Rusiyada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək. Bu barədə o, “Vedomosti” qəzetinə göndərdiyi videobəyanatda bildirib.

35 yaşlı aparıcının bu bəyanatına Rusiya prezidenti Vladimir Putinin cavabı gecikməyib.

“Gazeta.ru”nun verdiyi məlumata görə, Vladimir Putin bu gün “Valday” beynəlxalq müzakirə klubunun plenar iclasında çıxışı zamanı ölkənin yeni prezidentinin qadın ola biləcəyini vurğulayıb.

“Bizdə hər şey mümkündür”, – deyə V. Putin söyləyib.

 

 

bitki

İtaliyadan gətirilən dekorativ bitkilərdə zərərvericilər aşkarlandı – Foto

İtaliyadan Azərbaycan Respublikasına idxal edilən dekorativ bitkilərə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri tərəfindən fitosanitar nəzarəti həyata keçirilərkən zərərli orqanizm aşkar olunub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, götürülmüş nümunələrin Respublika Karantin Ekspertiza Mərkəzində ekspertizası zamanı Pittosporum tobira Ball. bitkiləri üzərində karantin tətbiq edilən zərərli orqanizm olan Avstraliya şırımlı yastıcasının (Icerya purchasi Maskel, 1878) mövcudluğu təsdiqlənib.

Karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq Dövlət Xidməti tərəfindən sirayətlənmiş bitkilərin məhv edilməsinə qərar verilib və bitkilər karantin tədbirləri sisteminə riayət edilməklə Sumqayıt şəhərinin “Təmizlik Departamenti” MMC-nin poliqonunda məhv edilib.

Avstraliya şırımlı yastıcası bəzək və dekorativ bitkilərlə yanaşı, sitrus bitkilərinə, çəyirdəkli və tumlu meyvə ağaclarından isə şaftalı, gavalı, armudun təhlükəli zərərvericisi hesab edilir. Zərərverici, Avropa, Afrika, Şimali, Cənubi və Mərkəzi Amerika, Avstraliya və Okeaniyada yayılmışdır. Yastıcanın zədələdiyi kol və ağacların yarpaqları mövsümündən əvvəl tökülür, fotosintez prosesi zəifləyir, məhsuldarlığı aşağı düşür və ağacların qısa müddət ərzində quruyub sıradan çıxmasına səbəb olurlar.

Aşkar olunmuş uyğunsuzluq barədə İtaliya Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına və Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatına notifaksiya göndərilib.  Daha ətraflı oxu »

cumhurbaskani_erdogan_nin_ekonomi_danismani_saban_disli_oldu_h703_626a9

Ərdoğanın baş müşaviri istefa verdi

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasında (AKP) baş müşavir Şaban Dişli vəzifəsindən istefa verib.

 Türkiyə mətbuatı xəbər verir ki, 30 avqustda Ərdoğanın partiyada özün müşavir təyin etdiyi Ş.Dişli vəzifəsini uzun müddət icra edə bilməyib.

Məlumat üçün bildirək ki, Ş.Dişlinin qardaşı, Silahlı Qüvvələrin Baş Qərargahının Strateji Planlaşdırma İdarəsinin rəisi olmuş general Mehmet Dişli 2016-cı ildə hərbi çevrilişə cəhd zamanı əsas simalardan biri olub. M.Dişli hazırda həbsdədir.

Buna baxmayaraq gözlənilmədən baş müşavir təyin edilən Ş.Dişli, partiya daxilində və mətbuatda müzakirə mövzusuna çevrilmişdi.

Məhz buna görə narahatlığını dilə gətirən Ş.Dişli, təyinatına görə həm prezidentin, həm də AKP-nin təzyiq altında qalmaması üçün vəzifədən ayrıldığını açıqlayıb.

 

 

2015-10-26-19-54-38yoxlama

Yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılır – Parlamentdən qərar

Bu gün Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Komitə sədri Ziyad Səmədzadənin sözlərinə görə, iclasda 13 qanuna dəyişiklik layihəsi müzakirə edilir.
Z.Səmədzadə bildirib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik təklif edilir. Onun sözlərinə görə, dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.
Komitə sədri əlavə edib ki, qanuna yeni maddə də əlavə edilib: ”Elə sahələr var ki, bu sahələr iqtisadi, dövlət, qida təhlükəsizliyi ilə bağlıdır. Ona görə, qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarına təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Bu, çox vacib məsələdir”.
Millət vəkili isə Vahid Əhmədov bildirib ki, bu vaxtadək dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi, o cümlədən qida məhsullarına təhlükəsizliyinə nəzarət məqsədi ilə yoxlamalar həyata keçirilmirdi: ”Burada yalnız qida məhsullarının keyfiyyətindən söhbət gedir. Başqa yoxlamalardan söhbət getmir. Mən bunu dəyişdirərdim, necə ki, dərman vasitələrinin keyfiyyəti yazılıb, burada o cümlədən qida məhsullarının keyfiyyətinə nəzarət yazılmalıdır”.
Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin noyabrın 1-də bitir.
2016-11-17-10-43-58iltimas-nazir_muavini

Nazir müavini İltimas Məmmədov nazirlə quda oldu – Toy Bakıda baş tutub

Azərbaycanda daha iki məmur qohum olub.
 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədovun oğluİdrak Məmmədov Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Rövşən Məmmədovun qızıilə ailə həyatı qurub.
Toy Bakıda şadlıq saraylarının birində baş tutub.
00001

İTV-də maliyyə pozuntuları aşkarlanıb – Rəsmi

İctimai Televiziya və Radio Yayımları Şirkətinə 2015-2016-cı illərdə dövlət büdcəsindən ayrılmış subsidiyanın proqnozlaşdırılmayan istiqamətlərdə xərcləndiyi üzə çıxıb.

Devrinnebzi.com APA-ya istinadən xəbər verir ki, bu, Hesablama Palatasının Hesablama Palatasının “Dövlət auditi” bülleteninin ikinci nömrəsində dərc olunmuş İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinin auditi üzrə hesabatın xülasəsində əksini tapıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinə 2015 və 2016-cı illərdə dövlət büdcəsindən 16 milyon  552 min 800 manat (“məhsula görə ödənişlər” maddəsi üzrə 165 milyon manat, “bank xərcləri” maddəsi üzrə 52 min 800 manat) ayrılıb. Bu illər üzrə aparılan təhlil göstərib ki, bəzi xərc istiqamətləri üzrə icra tam aparılmayıb, bir sıra xərc istiqamətləri üzrə nəzərdə tutulduğundan çox icra edilib, bəzi hallarda isə nəzərdə tutulmuş subsidiya proqnozlaşdırılmayan istiqamətlərə yönəldilib. Subsidiyalar əsasən alışlar və xidmətlər, nəqliyyat vasitələri və digər maşın və avadanlıqların alışı və sair xərclərin tənzimlənməsi üçün nəzərdə tutulduğu halda, faktiki olaraq 2015-ci il üzrə icrada cari və əsaslı təmir xərcləri, 2016-cı ildə isə inventar və avadanlığın alışı və təmiri, həmçinin əsaslı təmir xərcləri üstünük təşkil edib, proqnoz məbləğindən artıq vəsait sərf edilib. Daha ətraflı oxu »

Fun Road Trip

Polis maşında söhbət etdiyinizi belə görəcək – 40 AZN cəriməsi var

Dünəndən sosial şəbəkələrdə sükan arxasında diqqəti yayındıracaq söhbət və hərəkətlərə görə sürücülərin 40 manat cərimələnəyi ilə bağlı məlumat müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri bildiriblər ki, bütün sürücülər sükan arxasında söhbət edir, onda gərək hər kəs cərimələnsin.

Bu məqamda belə bir sual yaranır ki, hansı söhbətin diqqət yayındırdığı polis tərəfindən necə müəyyən olunacaq?

“Qafqazinfo” suala cavab tapmaq üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayıb. O bildirib ki, hər hansı bir yolda xidmət aparan polis inspektoru bunu vizual baxışla asanlıqla müəyyən edə bilər:

“Polis qarşı tərəfə-avtomobil gələn istiqamətə baxır. Bu zaman alın şüşəsində sürücünün hərəkətlərini, yanındakı sərnişinlə danışdığı aydın görünür. Belə olduğu halda isə təhlükəsizlik baxımından ona saxlama işarəsi verilir. Telefonla danışmağın özü inzibati xəta tərkibidir. Polis telefonla danışan şəxsi necə görür bəs? Deməli vizual baxış deməyə imkan yaradır ki, sürücü sükan arxasında mobil telefonla danışır. Diqqəti yayındıracaq söhbətlərin müəyyən edilməsi də eynidir.

O ki qaldı, mövzunuun sosial şəbəkələrdə müzakirə olunmasına, sərnişinlər özləri də diqqət etməlidir. Sükan arxasında oturan şəxs onların suallarını cavablandırırsa, deməli diqqətsiz sürücüdür və bu hərəkətinə görə haçansa qəza törədə bilər. Ən azından sürücü özü deməlidir ki, fikrini yayındırmasınlar. Qəza ani baş verir, ona görə də sükan arxasında olan sürücü diqqətli olmalı, bütün fikrini yola cəmləşdirməlidir”.

Qeyd edək ki, yol hərəkəti haqqında qanunun 37-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək qadağandır və 40 manat cəriməsi var.

9

Prezident Türkiyəyə getdi – Fotolar

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula səfər edib.

Məlumata görə, İstanbulun Atatürk Beynəlxalq Hava Limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi İlham Əliyevə raport verib.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Azərbaycan prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar. Daha ətraflı oxu »

ilham

İlham Əliyev energetikləri təltif etdi – Siyahı

Prezident İlham Əliyev Azərbaycanın bir qrup energetikinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Məlumata görə, Azərbaycanda energetika sahəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

 

“Əməkdar elm xadimi”

Rəhmanov Nəriman Rəhmanoviç

 

“Əməkdar mühəndis”

Əhmədov Canəhməd Səbzulla oğlu

Qafarlı Etibar Məmməd oğlu Daha ətraflı oxu »

1493214559-6163

Şagirdin ölümünə səbəb olan müəllim 500 AZN cərimə edilib

Sumqayıtda şagirdin ölümünə səbəb olan müəllim cəzalandırılıb.

Məlumata görə, 17 saylı məktəbin müəllimi, Zəngilan rayon sakini 1967-ci il təvəllüdlü Qəfər Hacıyev dərsə gecikən şagirdləri cəzalandırmaq üçün stadion ətrafında qaçmağa məcbur edib. Bir neçə dövrə vurduqdan sonra şagirdlərdən biri, Azad İlyasov təngnəfəs olaraq yerə yıxılıb və ürək çatışmazlığından vəfat edib.

Müəllim Qəfər Hacıyevə qarşı Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılsa da, Sumqayıt Şəhər Məhkəməsi onun bu işdə günahı olmadığı qənaətinə gəlib və Q.Hacıyev barəsində bəraət hökmü çıxarılıb.

Prokurorluğun protestini apellyasiya məhkəməsi təmin etməsə də, Ali Məhkəmə qərarı ləğv edərək işi geri qaytarıb. Bakı Apellyasiya Məhkəməsində təkrar işə baxılan zaman aşağı instansiya məhkəməsinin qərarı ləğv edilib. Q.Hacıyev təqsirli bilinərək 1 il müddətinə vəzifə tutmaqdan məhrum edilməklə 500 manat cərimələnib.

fethullah-gulen-i-cia-himaye-ediyor-1468554624-300x165

Gülənin Bakıdakı əsas adamı həbs edildi – Təcili

Ötən il iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd edən FETÖ-nun Azərbaycanda təşkilatlanmasında mühüm rol oynayan Faruq Yıldız həbs edilib.Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Yıldız Türkiyəyə girərkən hava limanında saxlanılıb.
İfadə verdikdən sonra Ankara Ədliyyəsinə gətirilib və məhkəmədən sonra hakim onun həbs edilməsinə qərar verib.

“Milliyyət” qəzeti onun FETÖ-nun Azərbaycandakı əsas adamı olduğunu yazıb.

5c1983d206baf0cdce0217ce4599df45-300x200

Bakıda universitetdə tələbələr arasında kütləvi dava – VİDEO

Bu gün Azərbaycan Kooperasiya Universitetində tələbələr arasında kütləvi dava düşüb.
İki qrup arasında yaranmış mübahisə sonradan yaxınlıqdakı binaların arasında əlbəyaxa davaya çevrilib.
Musavat.com ölkə.az-a istinadən həmin görüntüləri təqdim edir. Daha ətraflı oxu »

thumbmaker_1508409759

Sarkisyana rüşvət verən əsgər anası həbs edilir

Bu gün İrəvanın Arabkir və Kanaker-Zeytun inzibati rayon məhkəməsində erməni əsgərin hərbi xidmətdən azad edilməsi üçün verilən rüşvət faktı üzrə işə baxılıb.

Devrinnebzi.com erməni KİV-lərinə istinadən xəbər verir ki, istintaq prosesində Xaçik Xaçatryanın oğlunu hərbi xidmətdən azad etmək müqabilində Satenik Sarkisyana 1100 dollar məbləğində rüşvət verdiyi bildirilib. 

Verilən məbləğ Yervand Karapetyan adlı şəxsin vasitəçiliyi ilə mərkəzi hərbi hospitalın həkimi Aşot Simonyana çatdırılıb. İş üzrə çıxış edən hərbi hospitalın həkimi Aşot Simonyanın vəkili Arman Arzumanyan müdafiə etdiyi şəxsin günahsız olduğunu və ona qarşı verilən izahatların ilkin istintaq orqanında saxtakarlıqla tərtib edildiyini deyib. Rüşvətin çatdırılmasında adı hallanan Yervand Karapetyan həbsdən xilas olmaq üçün müdafiə etdiyi şəxsə böhtan atıldığını iddia edib.

İş üzrə ifadə verən və pulu alan Satenik Sarkisyan isə 1100 dolları Karapetyana versə də, pulun həkim A. Sarkisyana çatdırılmadığını bildirib. Cinayət işi üzrə 5 şübhəli şəxsdən yalnız Satenik Sarkisyan həbs edilib. Digərləri şərti azadlığa buraxılıb. 

Erməni əsgərin anası Karine Xaçatryanın vəkili Anjela Hobosyan ona şərti azadlıq cəzasının tətbiq edilməsini tələb edib. Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi əsgər anası Anjela Xaçatryan rüşvət verməyib, bunu sadəcə oğlunun müalicəsini yaxşılaşdırmaq üçün edib. Anjela Xaçatryanın əri Arqam Simonyan isə həyat yoldaşının cinayət törətdiyini bilməklə yanaşı, onu gizlətdiyinə görə ittiham edilir.  Daha ətraflı oxu »

MTU5ZTg1YTlmZGU2MTU_1 (1)

“WhatsApp”dan yeni özəllik: yalanlara son

“WhatsApp” yeni funksiyasını istifadəçilərinə təqdim edib.

“Qaynarinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, tətbiq olunan yeni funksiyaya ilə istifadəçilər harada olmaları barəsində məlumatı öz dostları ilə paylaşa biləcəklər. Beləliklə bu özəllik sayəsində dostluğunuzda olan istifadəçilərin hazırda harada olduğunu görə biləcəksiniz və yazışdığınız şəxslər sizə harada olmaları barədə yanlış məlumat verə bilməyəcəklər. Bu səbəbdən də “WhatsApp”ın yeni funksiyası “Ağ yalanlara son” adı ilə gündəm olub.

Həmçinin “WhatsApp”ın yaxın zamanlarda qrup söhbətlərinə də səsli və görüntülü danışıq funksiyasını da əlavə edəcəyi bildirilir.

MTU5ZTg0MWIwMGI3NGM_1

Azərbaycanda məmur 3 min manat cərimə edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Qaradağ rayonunun Xəzər dənizi sahil zolağında ekoloji qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı aparılan monitorinqlərin nəticələrini Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları yerində araşdırıb.

Devrinnebzi.com qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırma zamanı Qaradağ rayonunun Lökbatan, Sahil, Ümid, Qobustan və Səngəçal qəsəbələrində formalaşan məişət-çirkab tullantı sularının  Qırmızı gölə və Xəzər dənizinə axıdılması faktı aşkar olunub. Faktla bağlı “Qaradağ Su-kanal” idarəsinin rəisi Əhliman Mansurov barəsində qanunvericiliyə uyğun qaydada protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilib.

Yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi üçün müəssisə rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

MTU5ZTg2MmY1MDM2YmE_1

Elm dünyası şokda: Buddanın heykəlinin içindən görün nə çıxdı (VİDEO)

Buddanın heykəli kompüter diaqnostikasına məruz qalmayan ən qədim tarixi əsərlərdən biridir.

Ölkə.Az xəbər verir ki, Niderland alimləri bu işi görmək qərarına gəliblər. Nəticələr hamını şoka salıb. Heykəlin içində insan bədəni var idi!

Heykəlin içində lotos (bardaş qurub oturmaq) pozasında rahib mumiyası tapılıb. Buddizm mədəniyyəti və sənətinin tədqiqatçısı, dünya şöhrətli alim Erik Breyn bildirib ki, meyit Çinin Lyu Tsyuanyu meditasiya məktəbinin nümayəndəsinə məxsusdur. Tədqiqat qrupunda iştirak edən qastroenteroloq həkim mumiyanın daxili orqanlarını aşkar edib. Bundan başqa meyitin üzərindən qədim Çin heroqlifləri ilə yazılan kağız parçası da tapılıb. Alimlər hazırda bu məktubu oxumağa çalışırlar.

Mumyalama üsulu da çox unikaldır. Rahib 1000 gün ərzində xüsusi pəhrizlə qidalanıb. Onun qidasını düyü və qoz təşkil edib. Bu isə orqanizmi yağlardan təmizləyir. Növbəti 1000 gün rahib ağac kökü və qabıqlarla qidalanıb. Sonra isə rahib yapon ağacının şirəsindən hazırlanan xüsusi çay içib. Rahibin bədəni bakteriya və həşəratlar üçün zəhərli bədənə çevrilib. Orqanizmin su ehtiyyatı demək olar ki, minimuma yaxınlaşıb. Daha ətraflı oxu »

MTU5ZTg2NDFmNWIxZmQ_1

Melaniya Trampla bağlı inanılmaz iddia (FOTO)

ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Trampın daim günəş eynəklərindən istifadə etməsi və normal görüntüsündən fərqli görünməsi müxtəlif iddiaların ortaya atılmasına səbəb olub.

Prezidentin qasırğa fəlakətinin yaşandığı Porto Rikoya səfəri zamanı yanında olan xanımının Melaniya Trapma bənzəmədiyi və onun dublyoru olduğu iddia edilib. Daha ətraflı oxu »

MTU5ZTg3MTY4YTUyYTg_1

Sabahın hava proqnozu açıqlandı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Lakin gün ərzində yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Cənub küləyi 4-8 m/s, arabir 11 m/s olacaq. Havanın temperaturunun gecə 10-13° isti, gündüz 18-21° isti, Bakıda gecə 11-13°, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2017 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev