yre

Kiyevdə etirazlar davam edir, bu gün həlledici ola bilər

Ukraynanın paytaxtı Kiyevdə Ali Rada qarşısında etiraz aksiyaları 3-cü gündür ki, davam edir.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verirki, etirazçılar bu günün həlledici olacağına, deputatların onların tələblərinə baxacaqlarına ümid edirlər.

Etirazçıların əsas tələbləri isə antikorrupsiya məhkəməsinin yaradılması, deputat toxunulmazlığının ləğvi və yeni seçki qanununun qəbuludur.

Aksiyanın təşkilatçıları arasında Odessanın eks-qubernatoru Mixail Saakaşvili də var.

Qeyd edək ki, prezident Petro Poroşenko ötən gün mitinqin təşkilatçıları olan deputatlarla görüşməkdən imtina edib. Hüquq-mühafizə orqanları isə qarşıdurma nəticəsində 11 nəfəri saxlayıblar.

 

 

MTU5ZTg1NzEyOTExZDY_1

Hərbi bazaya hücum: 41 ölü, 24 yaralı

Əfqanıstanın Beynəlxalq hərbi bazasına terror hücumu olub.

Devrinnebzi.com xarici KİV-ə istinadən xəbər verir ki, bomba yüklü iki cipin bazaya hücumu zamanı 40 hərbçi ölüb, 24-ü isə yaralanıb.

Taliban təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

1498720309-4132

Müsavatın mitinqinə icazə verilmədi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşə icazə verməyib.

Bu barədə partiya üzvləri sosial şəbəkədə məlumat paylaşıb. BŞİH  partiyaya “Məhsul” stadionunda mitinq keçirməyi təklif edib.

Qurum qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb.

Qeyd edək ki,  Partiya 21 oktyabr 2017-ci il tarixdə saat 15:00-dan 17:00-dək aşağıdakı marşrutlardan birində kütləvi tədbirin keçiriləcəyini bildirib:

1) Bakı şəhəri, Binəqədi rayonunun ərazisindəki metronun “Azadlıq prospekti” stansiyasının çıxışından başlayaraq, Süleyman Sani Axundov küçəsindən keçməklə, metronun “Dərnəgül” stansiyasının qarşısındakı meydana qədər hərəkət etməklə və meydanda yürüşün qətnaməsinin oxunması;

2) Bakı şəhəri, Yasamal rayonunun ərazisindəki 20 saylı məktəbin yaxınlığındakı meydandan (keçmiş Əzizbəyov heykəlinin qarşısındakı meydan) başlayaraq, Hüseyn Cavid prospektindən keçməklə, Hüseyn Cavidin heykəli yerləşən bağdakı meydana qədər hərəkət etməklə və meydanda Qətnamənin oxunması.

6666

İki məşhur veriliş cəzalandırıldı

Türkiyə Radio və Televiziya Şurası (RTÜK) iki məşhur verilişi cəzalandırıb.  “Seda və Uğurla artıq susma” və “Bir Hülya Avşar söhbəti” proqramlarına pul cəzası verilib.

RTÜK-ün yaydığı məlumatda şouların cəzalandırılma səbəbi də açıqlanıb:

“Seda Sayanın aparıcılıq etdiyi verilişdə “Özəl həyatın gizliliyi” ciddi şəkildə pozulub.  Efirdə aktrisa Hale Soygazın adı çəkilib.  Bildirilib ki, Murat Şar adlı şəxsin övladlıq verildiyi məlum olub.  Onun həqiqi anasının aktrisa olduğu ortaya çıxıb.  Efirdə “övladını necə tərk etmisən? Vicdansız” kimi ifadələr işlədilib.

İkinci proqrama isə milli-mənəvi dəyərlərin, əxlaq və ailənin qorunmasını diqqətə alaraq cəza verilib.  Belə ki, Hülya Avşar “Kişilər xanımlarını gizli aldatmaq məcburiyyətində qalırlar” ifadəsini deyib. Bu sözləri efirdə bir neçə dəfə təkrar edib”.

 

fft256_mf25338014

Türkiyə sərhədində Naxçıvan pivəsi saxlanıldı

Türkiyədə ölkəyə qanunsuz içki və siqaret keçirməyə çalışan azərbaycanlı saxlanılıb.

Devrinnebzi.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, Tokat jandarmasının həyata keçirdiyi əməliyyat zamanı azərbaycanlı İ.M, iranlı Y.K və türk vətəndaşı C.T-nin çantalarına baxış keçirib.

Onlardan 2 min 310 paket siqaret, 10 şüşə araq və 24 şüşə qaçaqmal olan Naxçıvan pivəsi götürülüb.
Sadalananları ölkəyə qaçaq yolla gətirmək istəyən hər 3 şəxsə 32 min 340 lirə məbləğində cəza kəsilib

harshita-dahiya-1508255186

Tanınmış hind müğənnisi güllələndi

Hindistanın tanınmış müğənnisi Harshita Dahiya silahlı hücuma məruz qalıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı ifaçı Panipat ərazisində bir qrup şəxs tərəfindən güllələnib.

Baş və boynundan yeddi güllə yarası alan Dahiya dünyasını dəyişib.

Polis faktla bağlı araşdırma aparır.

 

 

dtx

“Yarım milyondan çox saxta aksiz markası saxlandı” – DTX-dən əməliyyat

Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat yolu ilə saxlanılıb.

Qurumun mətbuat xidmətindən daxil olan xəbərə görə, araşdırmalar zamanı saxta aksiz markalarının çatdırıldığı qanunsuz fəaliyyət göstərən xüsusi məkanlarda keyfiyyətsiz spirtin su ilə texniki qarışığından əldə edilməklə əhalinin fiziki sağlamlığına zərərli olan və kütləvi satışa çıxarılan saxta araqların istehsal olunduğu müəyyən edilib. Habelə, bu məqsədlə keyfiyyətsiz spirt saxlanılan çoxlu sayda çənlər aşkar olunub. 

Başlanılmış cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidməti və Vergilər Nazirliyi tərəfindən birgə araşdırmalar davam etdirilir. 

  Daha ətraflı oxu »

1488382549_5_1508352420

Əlillərlə olan qarışıq məsələyə Hadi Rəcəblidən reaksiya gəldi

Bu gün bəzi KİV-lərdə Milli Məclisə istinadən, əlilliyi olan şəxslərin sosial müavinətlərlə təminatı sistemində dəyişiklik olunacağı və sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə məlumatlar yayılıb.

  Milli Məclisin sosial-siyasət komissiyasının sədri Hadı Rəcəbliyə müraciət edilib. Millət vəkili KİV-də yayılan bu məlumatların heç bir əsasının olmadığını bildirib. “Bu barədə yazılanlar əsassızdır. Deyilən məsələ Milli Məclisin nə bu gün, nə də gələcəkdə müzakirəsində yoxdur”
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev öz facebook səhifəsində məsələyə münasibət bildirərək xəbərin yalan olduğunu qeyd etmişddi.

sevinc-memmedova

Azərbaycanda bu il doğuş zamanı qeydə alınan ana ölümlərinin sayı açıqlanıb

Bu ilin 9 ayı ərzində Azərbaycanda ümumilikdə 17 ana ölümü faktı qeydə alınıb.

 

Bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

 

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ana ölümlərinin sayında artım müşahidə olunmayıb: “Ölüm hadisələrinin sayı həmin müddətlə müqayisədə eyni qalıb. Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq”.

elaine-duke

ABŞ rəsmisi: “İŞİD yeni “11 sentyabr” hazırlayır”

İŞİD terror qruplaşmasının silahlıları 2001-ci il, 11 sentyabr hadisələrinə oxşar terror aktları planlaşdırırlar.

Bunu ABŞ Milli Təhlükəsizlik naziri vəzifəsini icra edən Eleyn Dyuk Londonda çıxış edərkən bəyan edib.

 

“Terrorçular təyyarələrdən istifadə edərək irimiqyaslı terror aktları hazırlayır. Kəşfiyyat bundan əmindir”, deyə ABŞ rəsmisi qeyd edib. Onun sözlərinə görə, hazırda terrorçular maliyyə axınlarını qoruyub saxlamaq üçün soyuq silah və avtomobillərdən istifadə edərək nisbətən xırda terror aktlarına əl atırlar.

 

Bununla belə, E. Dyuk ABŞ xüsusi xidmət orqanlarının təhdidləri aradan qaldırmaq üçün istifadə edəcək üsulları açıqlamayıb.

3b768ce27f92f82f3b97f3057c1e3b65

Rusiyada 5,0 bal gücündə zəlzələ baş verib

Rusiyanın Buryatiya Muxtar Respublikası ərazisində 5,0 bal gücündə zəlzələ baş verib.

 

Yaşayış məntəqələrində yeraltı təkanların gücü 4,0 baladək olub.

 

Zəlzələ həmçinin İrkutsk vilayətində də  hiss olunub.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

591551_02

Xarkovda avtomobil kütləyə çırpılıb: 6 ölü – YENİLƏNİB – FOTO

Xarkovda avtomobilin kütləyə çırpılması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bundan əvvəl 5 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilirdi.

Xarkov polisinin məlumatına əsasən, qəzanı törədən sürücü saxlanılıb.

“Lexus” markalı avtomobilin qadın sürücüsü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır”, məlumat deyilir.

qoroskop_045 (1)

Günün qoroskopu: yaxınlarınızla aranızdakı fikir ayrılıqlarını aradan qaldırın

Qoç - günün ilk yarısı emosional zamandır. Hisslərinizin əsiri olmayın, məntiqi unutmayın. Cari məsələlərin həllində təxəyyülü işə salın. Yarımçıq işləri başa vurun.
Günün ikinci yarısında qrup və ya kollektiv şəkildə çalışmaq olar. Ümumi məqsəd, eyni hədəf uğuru sürətləndirə bilər. Yaxın ətrafınızdakı insanlara sayğı bəsləyin. 
Axşam saatları romantik anlar vəd edəcək.

Buğa - özünüzdən bədgüman olmayın. Qüvvənizə, iradənizə inansanız, daha yaxşı nəticələrə nail ola bilərsiniz, Biznesi inkişaf etdirmək, daha yaxşı nəticələr əldə etmək üçün yaxşı zamandır.
İntizamlı olun. Öhdəlikləri və vədləri unutmayın.
Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərə xüsusi diqqət yetirin. Dəyər verdiyiniz insanlarla əlaqələrinizi yeniləyin. Mövqelərinizi gücləndirə bilərsiniz.
İşlərin daha yaxşı olması üçün məsləhətlərə qulaq asın.
Axşam saatlarnı şəxsi münasibətlərə ayırın. Daha ətraflı oxu »

MTU5ZTdhNThhYzRhNzQ_1

Qurban Qurbanov: “Həkimlər heç də xoş sözlər demədi”

“İlk xalımızı qazandıq. Bütün futbolçuları təbrik edirəm. Çox əziyyət çəkdilər. Ağır oyun oldu, amma sona qədər mübarizə apardılar”. Bu sözləri “Atletiko” ilə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Atletiko” oyunu 0:0 hesabı ilə başa çatıb. Qurban Qurbanov qarşılaşmadan sonra mətbuat konfransı keçirib. Baş məşqçi qırmızı vərəqə alan Dino Ndlovu ilə söhbət etmədiyini bildirib: “Onunla danışmamışam. Qırmızı vərəqə aldığı epizod sadə epizod idi. Fikrimcə, hakim düzgün qərar qəbul etmədi. Ndlovu çox məyus idi. Hakim ikinci sarı vərəqəni göstərməməli idi”.

Qurbanov Bədavi Hüseynovun zədəsi ilə bağlı da danışıb: “Çempionlar Liqasında gərginlik digər turnirlərdən çox olur. Belə qarşılaşmalardan sonra futbolçularımızda kiçik problemlər yaranır və bərpası üçün vaxt lazım olur. Bu gün Maksim Medvedev və Bədavi Hüseynovda bunu müşahidə etdik. Oyunçularımızın çoxu buna dözdü və bu məni sevindirir. Həkimlər Bədavi Hüseynovla bağlı heç də xoş sözlər demədi. Dizində ağrılar var. Sabah müayinədən keçəcək və vəziyyətinə aydınlıq gətirəcək”.

1459783662_erdogan-4-aprel1479534460_1508352756

“Kürd qardaşlarımızla düşmənçiliyimiz yoxdur” – Ərdoğan

“Bizim İraqdakı, Suriyadakı kürd qardaşlarımızla düşmənçiliyimiz yoxdur. İraq və Suriyadakı ərəblərə, türkmənlərə necə baxırıqsa, kürdlərə də eyni cür baxırıq. Bizim sadəcə və sadəcə terror təşkilatları ilə problemimiz var”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada 40-cı muxtarlar toplantısında çıxışında deyib. Ərdoğan bildirib ki, Türkiyə terror təşkilatları ilə mübarizə apararkən onların dininə, dilinə, kimliyinə baxmır:

“PYD və YPG çox təəssüf ki, kürdlərdən istifadə edən terror təşkilatlarıdır, PKK-nın qollarıdır. Kürd qardaşlarım, qüsura baxmayın, əgər bu terrorçuları müdafiə edirsinizsə, burada yollarımız ayrılır. Səmimi olmalıyıq. Mənim üçün türk, kürd, laz, çərkəz, abxaz ayrı-seçkiliyi yoxdur. Kürdəm demək ən təbii haqqınızdır, amma kürdçülük haqqınız deyil. Türkəm demək ən təbii haqqınızdır, amma türkçülük haqqınız deyil. Çünki bunlar bölücülükdür”.

kseniya-sobchak-160413-300x170

Kseniya Sobçak seçkilərdə Putinə rəqib oldu

Məşhur jurnalist, müxalif fikirləri ilə tez-tez gündəmə gələn Kseniya Sobçak 2018-ci ildə prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, bu barədə Kseniya Sobçakın özü deyib.

Rusiyada növbəti prezident seçkiləri 2018-ci ildə baş tutmalıdır.

ilham

“Əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər…” – İlham Əliyev+ Yenilənib

Azərbaycan prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək 78-ci iclasının iştirakçılarını qəbul edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

***

“Biz MDB məkanında bir çox mühüm işlərdə fəal iştirak edirik. Əlbəttə, təhlükəsizliyin, sərhədlərin qorunmasının möhkəmləndirilməsi bizim bütün ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizin və xalqlarımızın təhlükəsizliyinin əsasıdır”.

Bunu oktyabrın 18-də Azərbaycan prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək 78-ci iclasının iştirakçıları ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda sərhəd xidmətinin infrastrukturunun, bütövlükdə sərhəd xidmətinin inkişafına çox böyük diqqət yetirilir: “Son illərdə sərhədlərin möhkəmləndirilməsi, müasir avadanlıqla təchizatı sahəsində çox iş görülüb. Hesab edirəm ki, bu sahə təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm sahələrdən biridir. Təəssüf ki, bizim ölkələrimizin yerləşdiyi regionlarda, bütövlükdə dünyada risklər artır. Buna görə, əlbəttə ki, səylərin əlaqələndirilməsi, informasiya mübadiləsi və təhlükəli hallara qarşı birgə mübarizə bizim təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda vəziyyət sabitdir, ölkə uğurla inkişaf edir, daxili risklər və potensial təhlükələr yoxdur. Buna görə, əlbəttə, biz əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər bizim sərhədlərdən keçməsin. Biz bunu, əlbəttə, öz qonşularımızla, MDB ölkələri ilə əlaqələndirilmiş şəkildə təmin edirik”. Daha ətraflı oxu »

WhatsApp-video-calling-feature

“WhatsApp”da dostların yerini izləmək mümkün olacaq

“WhatsApp” istifadəçiləri kontaktlar siyahısındakı dostları ilə olduqları yeri real vaxt rejimində paylaşmaq imkanı əldə edəcəklər.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “Live Location” adlanan funksiya servisin hazırkı sahibi – “Facebook” şirkətindən götürülüb.

Yeni funksiyadan yaxın vaxtlarda həm “iOS”, həm də “Android” qurğu istifadəçiləri yararlana biləcək. Şirkət bu ilin mayında oxşar funksiyanı “Messenger”də funksionallığın genişləndirilməsi üzrə uzunmüddətli eksperiment çərçivəsində sınaqdan keçirib.

Məlumata görə, “Live Location” funksiyasından yararlanmaq üçün əvvəlcə istifadəçi və ya bütöv qrupla söhbətə (çat) başlamaq tələb olunur. Açılan çat pəncərəsində “+”, daha sonra “Location” düyməsini basdıqdan sonra yeni “Live Location paylaşma” funksiyası görünməyə başlayacaq. Bundan başqa, olduğu yerin göstərilmə vaxtını seçdikdən sonra “Göndərmək” düyməsi basılır. Funksiya bir neçə istifadəçi ondan birlikdə qrup şəklində olan ünsiyyətdə istifadə edəndə də işləyir. Bu halda bütün iştirakçıların yerlərinin dəyişməsi real vaxt rejimində bir xəritədə göstəriləcək.

“WhatsApp” nümayəndələrinin sözlərinə görə, digər funksiyalar kimi, “Live Location” də “End-to-End Encryption (E2EE)” şifrləməsi ilə mühafizə olunacaq. Təhlükəsizlik üçün əlavə zəmanəti vaxtölçən təmin edəcək. İstifadəçilər olduqları yerin göstərilməsi funksiyasından istifadəni hər an söndürə və ya bunu vaxtölçənin edəcəyini gözləyə biləcəklər.

 

 

02e5a765dc1d833b3e5729ce4bb48834

Dünyanın 10 lənətlənmiş adamı – SİYAHI

 

Qabil

 

Adəm peyğəmbərin oğlu. Rəvayətə görə qardaşı Habili öldürərək ilk insan qatili kimi tarixə düşüb. Daha ətraflı oxu »

59e77e8329320_eesm-nazirlik_1

Əlillərə müavinətlər verilməyəcək? – Nazirlikdən AÇIQLAMA

“Bəzi KİV-lərdə Milli Məclisə istinadən, guya əlilliyi olan şəxslərin sosial müavinətlərlə təminatı sistemində dəyişiklik olunacağı və sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə yayılan məlumatların heç bir əsası yoxdur”.
 
 Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
 
Onun sözlərinə görə, hazırda hökumətdə qeyd edilən məsələ ilə əlaqədar heç bir layihə müzakirə olunmur.
 
Qurum rəsmisi bildirib ki, nazirlik olaraq Azərbaycan Respublikası Milli Məclisinin Əmək və Sosial Siyasət Komitəsi ilə də əlaqə saxlanılıb:
 
“Komitədən sosial vəziyyəti yaxşı olan və əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə hər hansı məsələnin müzakirə olunmadığı bildirilib. Odur ki, sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə qeyd edilənlər ictimai rəyi çaşdrımağa yönəlib”, – deyə E. Babayev vurğulayıb.
30230543

Alimlərdən yeni kəşf — Ölüm yoxdur, insan paralel dünyaya keçir

Alimlər nəhayət ki, dinin min illər boyu dediyini etiraf ediblər.

 

Elm adamları ölümün olmadığını kəşf ediblər.

Şimali Karolina Universitetinin tibb fakultəsinin professoru bəyan edib ki, biosentrizm teoriyasına əsasən, ölüm sadəcə illüziyadır. Robert Lants əmin edir ki, insan ölümdən sonra paralel dünyaya keçir.

Tədqiqatçı deyir ki, insan həyatı kainatda çiçək açmaq üçün yenidən qayıdan uzunömürlü bitkiyə oxşayır. Bizim gördüyümüz hər şey təxəyyülümüzün məhsuludur.

Robert Lants qeyd edib ki, insanlar ona görə ölümə inanırlar ki, bunu onlara öyrədiblər. Həyat beynimizdə daxili orqanların fəaliyyəti ilə assosasiya olunur.

Professor bildirir ki, ölüm həyatın sonu deyil, paralel dünyaya keçiddir.

q

2-ci sinif şagirdi əməliyyatda öldü

Bakıda 8 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb.

“Report” xəbər verir ki, hadisə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaq əməliyyat masasında dünyasını dəyişib.

Yaxınları iddia edir ki, narkoz çox verildiyi üçün uşaq ölüb.

Qeyd edək ki, 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıqdır böyrək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırmalara başlanılıb.

MarylandBusinessParkShooting2_1508336559216_69099178_ver1.0_640_480

ABŞ-da silahlı hücum, 5 nəfər öldü

ABŞ-ın Merilend ştatında silahlı şəxs parkda insanlara hücum edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Emmorton parkında baş verən hadisə zamanı 5 nəfər vurulub.

Hücum edən şəxs ərazidən uzaqlaşıb.

Hazırda bölgədə əməliyyat keçirilir.

 

 

DSC_7794 (1)

Azərbaycanda yeni körpünün təməli qoyuldu – Fotolar

Bu gün Rusiya-Azərbaycan sərhədindən keçən Samur çayının üzərindəki avtomobil körpüsünün tikintisinə start verilib.

Təməlqoyma mərasimi Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqəsinin ərazisində baş tutub.

Tədbirdə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Rusiyanın nəqliyyat naziri Maksim Sokolov, Dağıstanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev və Azərbaycan rəsmiləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkədə bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda davamlı inkişaf müşahidə olunur.

“Bu gün Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrin, məsələn, Bakı-Tbilisi-Qars dəmir yolunun, “Şimal-Cənub” nəqliyyat dəhlizinin və s. həyata keçirilməsində fəal iştirak edir. Həmçinin, Ələt qəsəbəsində yeni beynəlxalq dəniz limanının inşasını qeyd etmək lazımdır. Rusiya tərəfi ilə birgə həyata keçirilən Samur çayı üzərində körpünün qurulması da Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələrinin tərkib hissəsidir”- deyə nazir qeyd edib.

R.Quluzadə vurğulayıb ki, bugünkü hadisə xüsusi əhəmiyyəti ilə seçilir və birgə həyata keçirilən işlərin məntiqi yekunudur.

Nazir Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2013-cü ildə Azərbaycana rəsmi səfəri zamanı digər sənədlərlə yanaşı, sərhədyanı Samur çayı üzərində yeni körpünün tikintisi üzrə hökumətlərarası sazişin imzalandığını xatırladaraq, bunu dövlətlərimizin başçıları tərəfindən iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığına göstərilən yüksək diqqətin bariz nümunəsi kimi xarakterizə edib.

“Əminəm ki, Samur çayı üzərindən körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərindən tez buraxılmasını təmin edəcək ki, bu da gələcəkdə iki ölkə arasında daşımaların həcminin artmasına xidmət edəcək. Bundan başqa, çayın hər iki tərəfində qohumluq əlaqələri olan insanlar yaşayır. Buna görə  körpü həm də böyük sosial əhəmiyyətə malik olacaq”- deyə R.Quluzadə bildirib. Daha ətraflı oxu »

Без названия (4)

“Bu, artıq sosial siyasət yox, sosial fəlakət siyasətidir” – Həyəcan təbili çalınır

Azərbaycanda əlillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər ediləcək. Hazırlanacaq yeni layihəyə əsasən isə fiziki qüsurlu əlillərə sosial durumlarına görə müavinət veriləcək.
Sosial durumu yaxşı olmayan əlillərə daha çox müavinət ödəniləcək. Sosial durumu yaxşı olan fiziki qüsurlu əlillərə isə müavinət verilməyəcək. Milli Məclisdən bildiriblər ki, müavinətlərin kimlərə şamil olunacağı qaydaları da hazırlanacaq.
 ”Güzəran” İctimai Birliyinin sədri, iqtisadçı ekspert Qadir İbrahimli hesab edir ki, bu qaydaların necə olmasından asılı olmayaraq, Azərbaycan praktikasına istinadən əminliklə demək olar ki, fiziki qüsurlu əlillər pensiyaları ilə vidalaşmalı olacaq:
“Ünvanlı sosial yardımların verilməsi meyarlarını yada salın. Sərəncamında hətta paltaryuyan maşın olan ailələrə belə yardım ayrılmır. Dövlətin sosial siyasətini həyata keçirən məmurlar belə hesab edir ki, ailənin paltar yuyan maşını varsa, o yoxsul sayıla bilməz. Daha ətraflı oxu »
149984203039703454871000x669jpg

“Polis haqqında” qanunda dəyişiklik edildi – Sərəncam

Prezident İlham Əliyev “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 789-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Məlumata görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 789-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

 

hebsjpg

Erməni sürücü Rusiyada müştərilərini zəhərləyərək öldürüb – 100 qurban

Rusiyada müştərilərini zəhərləməkdə ittiham edilən erməni taksi sürücüsü saxlanılıb.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, 29 yaşlı Vaaqn Karapetyan Simferopol yaxınlığında tutulub. O, 100 nəfərin ölümündə günahkar ola bilər.

Belə ki,Karapetyan müştərilərinə içərisinə klofelin adlanan psixotrop maddə qatdığı su təklif edib, onlar huşunu itirəndən sonra isə əşyalarını oğurlayıb. Məlumata görə, sürücünün evində axtarış aparılıb və oradan 20 mobil telefon, 190 güclü təsirli psixotrop həb və 98 qol saatı götürülüb. Artıq Vaaqan Karapetyan barəsində qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan adam öldürmə maddələri ilə irəli sürülüb.

op

Suriyanın məşhur generalı öldü

Suriya ordusunun ən məşhur generallarından hesab edilən İssam Zahreddin mina partlaması nəticəsində ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, general Deyr-Əz-Zora şəhərinin müdafiəsindən məsul idi. Son 3,5 il idi ki, o, mühasirəyə alınmış şəhərin müdafiəsinə cavadeh olub.

 

 

klub

“CBC Sport” Türkiyə Superliqasını yayımlamayacaq

Bir müddət öncə Türkiyə Super Liqasını yayımlayacağına dair müjdə verən, lakin sonradan buna əməl edə bilməyən “CBC Sport” telekanalı yaranmış vəziyyətlə bağlı rəsmi açıqlama yayıb.

Həmin açıqlama ilə təqdim edirik:

“Çox hörmətli tamaşaçılarımız, futbol ictimaiyyəti!

Təəssüf hissi ilə bildirmək istəyirik ki, Türkiyə Super Liqasının oyunlarının rəsmi yayım hüququna malik “DigiTürk” şirkətinin birtərəfli istəyinə əsasən, “CBC Sport” ilə bu qurum arasında müqaviləyə xitam verilib. Belə olan halda biz heç cür vədimizə əməl edə bilmirik və Türkiyə Super Liqasının oyunları bizim kanalda yayımlanmayacaq.

“DigiTürk”dən olan tərəfdaşlarımızın müqavilə bağlayıb, sonra isə onu birtərəfli qaydada ləğv etməsi həm bizə, həm müqavilənin bağlanmasında vasitəçi “Saran Holding” şirkəti əməkdaşlarına müəmma olaraq qalır.

Məsələni araşdırmağa çalışdıq və gəldiyimiz qənaəti sizinlə də bölüşürük. Lakin xatırlatmaq istəyirik ki, bu, bizim təxmin və ehtimallardır.

Rəsmi müqavilə bağlanandan sonra efirmizdə, kanala aid bütün sosial şəbəkələrdəki səhifələrmizdə, həmçinin Azərbaycandakı jurnalist dostlarmızla bu xoş xəbəri bölüşdük. Çünki bu müqavilənin bağlanması naminə olmazın əziyyət çəkmiş, çoxlu enerji sərf etmişdik. Super Liqa oyunlarının ilk dəfə ölkə xaricində açıq yayımda olan telekanal tərəfindən göstəriləcəyi xəbəri ertəsi gün qardaş və dost Türkiyədə, onun mediasında geniş müzakirələrə səbəb oldu. Əldə etdiyimiz məlumata əsasən, ilk 24 saat ərzində “CBC Sport” telekanalını Türkiyə ərazisində izləmək üçün lazım olan peyk avadanlıqları, hətta illərlə anbarlarda yığılıb qalan texniki mallar belə, sürətlə alınıb. Amma tələb o dərəcədə böyük olub ki, hətta bütün bunlar da Türkiyədə texniki vasitələrə yaranan tələbatı tam ödəməyib. Daha ətraflı oxu »

1491546438-6108

Bakı polisindən mitinq xəbərdarlığı – “Qarşısı alınacaq!”

Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının oktyabrın 21-ə təyin etdiyi yürüşlə bağlı xəbərdarlıq edib.

Bu barədə APA-ya açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, paytaxtda razılaşdırılmamış yürüş-mitinqin keçirilməsinə imkan verilməyəcək:

“Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsi yolverilməzdir. Əgər kimlərsə paytaxtda qanunun tələbini və ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya və ya yürüş keçirməyə cəhd edərlərsə, bunun qarşısı tərəfimizdən qətiyyətlə alınacaq.
 
Qəti şəkildə bildirirəm ki, belə bir cəhdə təşəbbüs göstərənlər və razılaşdırılmamış yürüşdə iştirak edənlər məsuliyyətə cəlb olunacaqlar”.
 
Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 21-də Bakıda yürüş keçirməklə bağlı qərar qəbul edib, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2017 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev