Amnesty İnternational Leyla və Arif Yunusun səhhətindən narahatdır

BE8412BD-0F84-4DC3-94CE-9DA5DFB55412_w640_r1_s_cx0_cy21_cw0

Amnesty İnternational təşkilatı Leyla və Arif Yunusların səhhətindən narahatdır.

Təşkilatın bəyanatında deyilir ki, Azərbaycan hakimiyyəti şəkər xəstəliyi və böyrək çatışmazlığından əziyyət çəkən Leyla Yunusa tibbi yardım göstərməkdən və ya dərman verməkdən imtina edir.

“Leyla Yunus ağrılardan və zəiflikdən şikayətlənir, ancaq Kürdəxanı təcridxanasının rəhbərliyi onu xəstəxanaya köçürmür. Leyla Yunus tibbi yardım göstərilməsini tələb edir”, bəyanatda deyilir.

Amnesty İnternational Azərbaycan hakimiyyətini Leyla və Arif Yunusun dərhal və şərtsiz həbsdən azad olunmasına, Leyla Yunusu təcili tibbi müayinə, dərman və xəstəxana ilə təmin etməyə çağırır.

Bundan əlavə təşkilat Azərbaycan hakimiyyətini israrla  ifadə azadlığına hörmət etməyə çağırır.

Leyla Yunusa qarşı dövlətə xəyanət (274-cü maddə), vergi ödənişindən yayınma (213-cü maddə), qanunsuz sahibkarlıq (192-ci maddə), sənədlərin saxtalaşdırılması (320-ci maddə), böyük ölçüdə fırıldaqçılıq (178.3.2) ittihamlar irəli sürülüb.

Nəsimi rayon məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Arif Yunusa qarşı isə 274 və 178.3.2-ci maddələrlə ittiham irəli sürülüb. Əvvəcə məhkəmə onun barəsində polis nəzarətinə götürülməsi barədə qərar çıxarsa da, sonradan avqustun 5-də barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Yunuslar ittihamları rədd edir.

Amnesty İnternational Leyla Yunusu artıq “vicdan məhbusu” elan edib.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev