Azərbaycanlı deputat erməni həmkarlarını Bakıya çağırdı

gulchohre_yeni_12_0-1

“Ermənistan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək növbəti sessiyasına qatılmaqdan ehtiyatlandığını bildirib, lakin biz bütün qonaqları qəbul etməyə hazırıq”. Bu barədə ATƏT PA-nın Vyanada keçirilən qış sessiyası çərçivəsində çıxışında Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova deyib

ATƏT PA-nın İnsan haqları, demokratiya və humanitar məsələlər üzrə ümumi komitəsinin iclasında Ermənistan tərəfi assambleyanın sessiyasının Bakıda keçirilməsi ilə bağlı iradını bildirib. R. Aslanova isə bu iradın əsassız olduğunu söyləyib: “Mənim həmkarlarım bir neçə aydan sonra Bakıya gəlib əmin olacaqlar ki, bizim ölkədə tolerantlıq hökm sürür və insanlar sülh, əmin-amanlıq şəraitində yaşayır. Siz buna özünüz şahid olacaqsınız. Bakı sizləri qəbul etməyə hazırdır. Siz görəcəksiniz ki, Azərbaycan Qərbə istiqamətlənmiş demokratik ölkədir”.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev