İŞİD lideri İraqdan qaçdı

1407770881

IŞİD lideri Əbubəkr əl-Bağdadi İraqdan qaçıb.

Trrorçu qruplaşmanın lideri 250 zirehli avtomobil karvanı ilə Mosuldan Suriyaya yola çıxıb.

Qeyd edək ki, bu ilin iyun ayında Mosul başda olmaqla İraqın bir neçə şəhərini ələ keçirən və son bir ayda kürdlərə qarşı hücumlara başlayan İŞİD beynəlxalq ictimaiyyətin hədəfinə çevrilib. 

 

ABŞ aviasiyası İŞİD-in mövqelərinə bir neçə dəfə zərbələr endirib. Terrorçu qruplamaya qarşı İraqda quru əməliyyatlarının başlaması istisna olunmur. Bu baxımdan İŞİD liderinin İraqı tərk etməsi gözləniən idi. Çünki Suriya ərazisində İŞİD lideri özünü təhlükəsizlikdə hiss edə bilər.

 

Belə ki, ABŞ və müttəfiqləri Suriyada Bəşər Əsəd rejiminə qarşı açıq-aşkar düşmən mövqeyindədir. Hətta, Qərb ölkələrinin Bəşər Əsədə qarşı vuruşan terrorçu qruplaşmalara yardım etdiyi bildirilir.

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev