Putin Sərkisyanı məzuniyyətə göndərdi

1407746303

Ermənistan prezidenti Serj Sərkisyan bu gün qısamüddətli məzuniyyətə gedib.

 

Devrinnebzi.com tert.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat katibinin yaydığı məlumatda məzuniyyətin ölkə xaricində keçiriləcəyi qeyd olunur.

 

Xatırladaq ki, Ermənistan prezidenti Soçi görüşünə qədər Azərbaycanın təmas xəttində aktivləşdiyini bəyan edərək, birmənalı şəkildə Qarabağ problemnin sülhlə həll edilə biləcəyini dilə gətirirdi. Prezidentlərin atəşkəsə əməl edəcəkləri ilə bağlı Soçi razılaşmasından sonra İrəvana qayıdan Sərkisyan 300 km-lik hədəfi vurmaq imkanına malik raketlərə sahib olduqlarını və bu silah vasitəsilə Azərbaycanın istənilən şəhərini Ağdam kimi xarabazara çevirə biləcəklərini açıqladı.

 

Görünür, Putin atəşkəsə riayət ediləcəyi ilə bağlı Sərkisyanı o qədər əmin edib ki, Ermənistan prezidenti qəflətən danışıq ritorikasını dəyişdi, hətta təmas xəttindəki gərginliyin hələ aradan qalxmadığı bir məqamda ölkə xaricinə istirahətə yollandı.

 

Qeyd edək ki, iyulun 31-dən avqustun 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi və 9 Azərbaycan əsgərinin şəhid olduğu diversiya əməliyyatı zamanı Müdafiə naziri Zakir Həsənov ölkə xaricində qısamüddətli məzuniyyətdə idi.

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev