Şok: Rusiyanın 45 min əsgəri və 160 tankı Ukrayna sərhədində

1402605796

Rusiya Federasiyası hərbi gücünü Ukrayna sərhəddinə cəmləşdriməkdədir.

Devrinnebzi.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Xəbərdə deyilir ki, Rusiyanın 45 min əsgəri, 160 tankı və 150 “Qrad”I Ukrayna sərhədə toplanıb. Bundan əlavə, Kreml Ukraynanı həmçinin 192 döyüş təyyarəsi və 137 helikopterlə hədəfə alıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin informasiya şöbəsinin rəhbəri Andrey Lısenko bildirib ki, bu gün Rusiyanın Pskov vilayətində xüsusi təyinatlıların geniş təlimləri keçirilib.

Hazırda Ukrayna ətrafında cərəyan edən hadisələr sürətlə dəyişməkdədir. ABŞ, NATO və digər ölkələr Rusiyanın Ukraynaya qoşun yeridəcəyi ilə bağlı bəyanat yayıblar.

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev