Əhməd Əhmədzadənin Tovuzdakı kadrlarından xəbəri varmı?

img1207738

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Çeyrançöl Qış Otlaqlarının Su Təminatı Sistemləri İdarəsində baş verən korrupsiyadan çoxları məlumatlıdır. 2011-ci ildə isə Çeyrançöl ərazisinin suvarılması üçün sovet dönəmində, yəni 1959-cu ildə  çəkilmiş, 377-620 mm-lik 50 km-ə yaxın dəmir boruların Gürcüstana satılması ölkədə böyük rezonans doğurdu. Lakin, bu işə yardımçı olan “köklü” dövlət məmurları öz paylarının xətrinə hər şeyi ört-basdır etdilər. Buna baxmayaraq, hələ də yara qaysağın altındadır. Sadəcə, həbslərin başlanmamasının səbəbi, dövlət əmlakını dağıdanların havadarlarının  vəzifədən düşməməsidir. Unutmayaq ki, belə bir prosesin fəal iştirakçısı, saxta müqavilələr ustası, Tovuzdakı sözügedən idarənin baş mühəndisi Aydın Kəmərovdur.   Nizami Vəliyev isə 2003-cü ildən bu idarəyə rəhbərlik edir. “Boru əməliyyatında” Nizami Vəliyevdən müsahibə alarkən belə cavab vemişdi: “Biz də  50 km-ə yaxın borunu söküb satanları və saxta müqaviləyə imza atanları axtarırıq”. Qəribə məntiqdir. Rəis qarşısında oturan Aydın Kəmərovu görmürmü?

Bildiyimiz kimi dövlət büdcəsindən ən yüksək faiz Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılır. Həmin vəsaitin də 30-40%-i aidiyyəti üzrə xərclənə, ya xərclənməyə. Qalanı saxta sənədlərlə silinib dağıdılır. Mötəbər mənbədən əldə etdiyimiz rəqəmlər bunarı deməyə əsas verir.

Illər keçdikcə Ceyrançöl Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsində korrupsiya hallarının artması diqqəti daha çox çəkir. Dövlətin hər il artırılan büdcəsinin ən çox faizindən istifadə edən Melorasiya və Su Təsərrüfatı ASC yerdəki idarələrinin  də büdcəsiniçoxaldır. Sonda az iş görülüb yeyintinin miqdarı artırılır. Məsələn, idarənin  elektrik mühərriklərinin əsaslı təmir işləri üçün 10 000,  boru kəmərlərinin əsaslı təmir işləri üçün İNPEKS “N” MMc-yə 234 955, inşaat materiallarının satın alınması üçün İNPEKS “N” MMC –yə 62 250, yenə boru kəmərlərinin cari təmir işləri  üçün İNPEKS “N” MMC-yə 237 736,  yenə İNPEKS “N”-ə nəqliyyat vasitələrinin mexanizmnin ehtiyat hissələrinin avadanlıqlar alınması üçün 53 313 manat pul köçürülmüşdür. Bunun müqabilində gorülən işin dəyər əmsalı sıfra bərabərdir. İdarənin rəisi Nizami Vəliyev baş mühəndıs Aydın Kəmərovun yalnız saxta, görülməyən işlərinə imza atır. Onu da bildirirlər ki, nə qədər Nizami Vəliyev idarə rəisidir, Aydın Kəmərov da baş mühəndis olacaq. Hər iki məsul şəxsin talançılığı bərabər olduğu üçün,  heç biri  cəzaçəkmə müəssisəsinin qapısını 1-ci  açmaz…

Rəqəmlərdən göründüyü kimi, nəinki tənqid atəşinə tutuduğumuz idarə, hətta digər küllü miqdarda yeyintiləti olan idarələr MMC – lərlə işlərini görürlər. Burada pulun nəğdləşdirilib “həzm” edilməsi elə də çətin deyil. Fikir verin ki, idarə işi  İNPEKS “N” adlı MMC ilə görülür. Araşdırılsa, bəlkə də həmin MMC  “ölü” bir qurumdur.

Ceyrançöl Qış Otlaqlarının Su Təminatı Sistemləri İdarəsi yanacaq silgisində də çox böyük talançılığa yol verir. Rəisin əyintilərindən xəbəri olanlar aidiyyətli və aidiyyətsiz orqanlar bu idarəyə “neftbaza” kimi baxırlar. Yük isə idarəni rəisi Nizami Vəliyevin və baş mühəndis Aydın Kəmərovun üzərinə düşür.

Yəqin ki, günü bu gün Əhmədzadəni işdən kənarlaşdırsalar, hər iki məsul şəxs olan Nizami Vəliyev və Aydın Kəmərovun çiyinlərinə düşən “tonlarla” ağırlıgn zərbəsi həmin dəqiqə hiss olunacaqdır. (Yenikirpi.com)

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev