Ağstafa təhsili uğurları ilə yadda qaldı

загруженное (20)

     Ağstafa rayonunun təhsil sistemində olan uğurlar günbəgün artmaqdadır. Hələ ötən 2013-cü tədris ilində bu rayon yetişdirdiyi gənclərin bilik və bacarığına görə, respublikada öz sözünü demişdir. Bu ilin tədris ili də ötən ildəkinə nisbətən xeyli müvəffəqiyyətli olmuşdur. Bunların hamısı rayon təhsil sistemində çalışan pedaqoji kollektivin bilik və bacarığı,  hərtərəfli dünya görüşü, elmi savad dərəcəsi, həm də  yüksək kollektivçiliyin iradəsindən əmələ gəlir.  Ağstafa Rayon Təhsil Şöbəsinə rəhbərlik edən, yüksək və inteellektual səviyyəyə malik Fərhad Vəliyevin səriştəli təcrübəsi onunla izah edilir ki, rayon təhsili bir neçə ildir ki, tələbə qəbulunda layiqli nəticə göstərir

   Devrinnebzi.com-un verdiyi məlumta görə, 2014-cü  tədris ilində təhsillərini davam etdirmək üçün 786 məzundan 427 nəfəri sənəd vermiş, ondan 243 nəfəri tələbə adını qazanmışdır. 16 nəfər məzun 600 -dən yuxarı bal toplamışdır. Bu da 786 məzuna görə, qəbulun 57 %-i deməkdir. O da bildirilir ki, bu ilki tədris ilində 1 nəfər məzun, rayonun Zəlimxan tam orta məktəbinin şagirdi Cəfərov Qismət Qalib oğlu “Qızıl medal”a layiq görülmüşdür. Həmin abituriyent test imtahanından 545 bal toplayaraq Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur.

  Bəli, tələbə qəbulunda qonşu Qazax və Tovuz təhsil sistemini geridə qoyan Agstafa Rayon Təhsilindəki  belə yüksək nəticə bir daha onu göstərir ki, təhsilə olan diqqət və qayğı rayon təhsil şöbəsinin müdiri Fərhad Vəliyev tərəfindən günün tələbləri səviyyəsində qurulmaqla, rayon rəhbərliyinin birbaşa diqqət mərkəzindədir. 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev