Elmira Şükürova Tərtər Regional Təhsil İdarəsinə müdir təyinatı almaq üçün 100 min manat axtarır?

PicMonkey-Collage1-300x228

Ağdam rayon Təhsil şöbəsinin müdiri Elmira Şükürova Tərtər Regional Təhsil İdarəsinin rəhbəri vəzifəsi uğurunda mübarizəyə başlayıb

 

 
«Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovun Elmira Şükürovaya Tərtər Regional Təhsil İdarəsinə müdir gətiriləcəyi ilə bağlı söz verdiyi idda olunur;

Ağdamın yeni icra başçısı Raqub Məmmədov Quzanlı qəsəbəsinin abadlaşdırılması üçün Elmira Şükürovadan 80 min manatdan artıq nəqd vəsait aldığına görə, şöbə müdiri Təhsil Nazirliyndən tələb olunan vəsaiti özü təmin edə bilmir…
Rayon təhsil şöbələrinin ləğv olunması və onların yerində regional idarələrin yaranması barədə prezidentin 24 iyul sərəncamından sonra vəzifə kürsülərini itirmək qorxusu yaşayan rayon təhsil şöbələrinin  rəisləri arasında böyük rəqabət başlayıb. Belə ki, Regional təhsil İdarələrinin müdiri vəzifələrini əldə etmək üçün bir çox təhsil şöbə müdirlərinin hərəkətə keçdiyi bildirilir.
Xatırladaq ki, Ağdam təhsil şöbəsi də Tərtər regional təhsil idarəsinin tabeçilyinə verilib. Adı çəkilən regional təhsil idarəsinin nəzdinə Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayonları daxildir.
PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Regional Təhsil idarələrinin yanvar ayında fəaliyyətə başlayacağı ehtimal olunur və ilin sonunda təhsil naziri Mikayıl Cabbarovun  Regional Təhsil idarələrinin müdirlərinin təyinatını reallaşdıracağı gözlənilir. Lakin indidən Təhsil Nazirliynin bəzi məsul şəxləri ilə rayon təhsil şöbə müdirləri arasında vəzifə alverinin başladığı bildirilir. Bəzi rayon şöbə müdirləri isə artıq direktorlardan pul toplamağa başlıdığı da gələn məlumatlar arasındadır.
Ağdamdan PİA.AZ daxil olan məlumata görə «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovun Elmira Şükürovaya Tərtər Regional Təhsil İdarəsinə müdir gətiriləcəyi ilə bağlı söz verdiyi idda olunur. Və rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova da artıq direktorlardan pul yığımına start verdiyi bildirilir.
Həmçinin Ağdamdan daxil olan məlumatda göbstərilir ki, Elmira Şükürova Bakıda və Bərdədə olan bir sıra obyektlərini satışa çıxarıb.
Məlumatlı mənbənin iddiasınak əsasən Elmira Şükürova Tərtər Regional Təhsil İdarəsinin müdiri təyin olunmaq üçün direktorlara 100 min manata ehtiaycı olduğnu bildirib. Qeyd olunur ki, Elmira Şükürova direktorlara bildirib ki, Ağdamın yeni icra başçısı Raqub Məmmədov Quzanlı qəsəbəsinin abadlaşdırılması üçün ondan 80 min manatdan artıq nəqd vəsait aldığı görə, şöbə müdiri Təhsil Nazirliyndən tələb olunan vəsaiti özü təmin edə bilmir. Ona görə də Elmira Şükürova hər bir direktordan ona 1000-1500 manat arası «köməklik göstərməyi» istəyib. Bundan başqa Elmira Şükürova  Təhsil naziri Mikayıl Cabbarovun ətrafı ilə sıx münasibətlər yaratmağa başladığı deyilir.
Qeyd edək bir neçə həftə öncə mətbuatda dərc olunan məlumatda bildirilirdi ki, Ağdam rayon icra başçısı Raqub Məmmədov Elmira Şükürovaya Əfətli kəndində tikilişi yarımçıq qalmış orta məktəb binasının təhvil verilməsi üçün 15 avqusta qədər vaxt verib. Həmin məktəb sənədlərdə qəbul olunsa da, hələ də istifadəyə yayrarsız olduğu üçün icra başçısının Elmira Şükürovadan məktəbi sentyabrın əvvəlinə qədər təhvil verməyəi bir mənalı olaraq tələb etdiyi bildirilirdi. Belə ki, Əfətli kənd orta məktəb binasına ayrılan 1,7 milyon manat vəsaitin yarsını keçmiş icra başçısı Nizami Sadıqov, təhsil şöbə müdiri Elmira Şükürova  və tenderin qalibi “Şəms-95” MMC şirkətinin rəhbəri Qasım Qasımovun mənimsədikləri qeyd olunurdu.
Ağdamdakı mənbənin verdiyi məlumata görə hazırda Əfətli kənd məktəb binasının yarımçıq qalan hissəsində təmir işləri başlayıb. Həyata keçirilən işlərə şəxsən şöbə müdiri Elmira Şükürova ilə “Şəms-95” MMC şirkətinin rəhbəri Qasım Qasımov nəzarət edir.
Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev