Firidun Cəlilov Türkiyədə müalicəsini bitirib Bakıya qayıdıb.

1405867588

Firidun Cəlilov Türkiyədə müalicəsini bitirib Bakıya qayıdıb. 

Devrinnebzi.com xəbər verir ki, bu barədə eks-nazirin özü Feysbuk səhifəsində məlumat paylaşıb.

O, əməliyyatdan sonra bərpa olunmaq üçün Xızıya aparılacağını bildirib:

 

“Dostlar, artıq Bakıya qayıtdım, evdəyəm, nəvələrim üçün çox darıxmışdım. Ankarada Bayındır hospitalı həkimləri (əllərinə sağlıq) 5-6 saatlıq ağır əməliyat ilə mənə ikinci həyat verdilər. Bərpa olunmaq üçün sabah məni Xızıya aparacaqlar, yəqin 10-15 gün orada olacam, inşallah qayıdandan sonra sizlərlə xəbərləşərik. Bu təşəkkür ismarışı ilə dostlara çatdırmaq istəyirəm ki, sağlamlığımla bağlı minlərlə insanın, dostun-tanışın şəfa diləyi, duası mənə mənəvi dayaq oldu, uca Tanrı hamınıza yar olsun. Xəstəliyim haqqında məlumatın ictimailəşməsini istəməsəm də, qarşısını yalnız bir müddət ala bildim, məndən xəbərsiz dostlar (özəlliklə, Tənzilə xanım), bir neçə millət vəkili, bir çox gənc dövlət başçısına müraciət etdi, bunu sosial şəbəkələrdə yaydı, jurnalistlər saytlarda-qəzetlərdə yazdılar… Dostlar, sizin müraciətlərə ilgi göstərən və bundan öncəki əməliyyata da qayğı ilə yanaşan dövlət başçısı cənab İlham Əliyevə, bu dəfəki əməliyatı gecikdirmədən nəzarətə götürüb məni Gömrükçü hospitalında müayinə etdirib, Türkiyəyə göndərən cənab Kəmaləddin Heydərova sizlərin və ailəm adından təşəkkür edirəm”.

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev