İnstitutun Qazax filialının direktorunun evi niyə yandırıldı?

Aqiye_Naxcivanli_deputat

   Bir neçə ildir ki, Azərbaycan Müəllimlər İnstitutunun filiallarında saxta diplomla əlaqədar söz-söhbətlər dolaşmaqdadır. Abuturiyentlərin valideyinlərindən ən azı 5 min manat alınaraq adları yalançı siyahılara yazılıb. Guya onların filiallarda oxumaqları bildirilib. Saxta tələbə həyatı  başa çatdıqdan sonra həmin valideynlər nə diplom, nə də pullarını geri ala bilməyiblər. Hətta, filial rəhbərləri qanuni oxuyan tələbəyə düşəcək ağ diplomun surətini çıxartdıraraq saxta diplomlar yazıblar. Belə filiallardan biri də Azərbaycan Müəllimlər İnstitutunun Qazax rayonunda yerləşən təhsil müəssisədir. Vaxtilə filialın direktoru işləyən dosent İsa Veysov aldığımız məlumata görə 500-dən yuxarı saxta diplom əməliyyatı ilə məşğul olub. Bu barədə dəfələrlə “Gündəm Xəbər” qəzeti ictimaiyyəti məlumatlandırsa da aidiyyəti orqanlar heç bir tədbir görməyiblər.

                                                                          İsa Veysov “oyunda” olub

  Aparılan araşdırmalar göstərir ki, dosent İsa Veysov saxta diplom əməliyyatında heç də özbaşına çıxış etməyib. Bu məsələdə şübhəsiz ki, təhsil nazirliyinin və Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyyə Naxçıvanlının da “az əməyi” olmayıb. Necə olurdu ki, istər təhsil nazirliyindən, istərsə də Azərbaycan Müəllimlər İnstitutundan gələn əsaslı yoxlamalar İsa Veysovun bu işindən xəbərsiz olublar? Qazax ictimaiyyəti İsa Veysovu xəlvəti iş görməyən insan kimi də tanıyırlar. Təxminən 2 ay bundan əvvəl saxta diplomlarla əlaqədar onunla söhbət zamanı bizim düşündüyümüzə etirafla yanaşdı. Sözündən belə çıxdı ki, həqiqətən də İsa Veysov aldanmış valideynlərdən əldə etdiyi külli miqdarda vəsaiti tək başına mənimsəməyib. Tək başına bu işləri görsəydi özünün qeyd etdiyi kimi institutda 6 ay da işləyə bilməzdi…

                                                             Sabiq direktorun evi niyə yandırıldı?

  İsa Veysovun ata yurdu Qazax rayonunun Daş Salahlı kəndində yerləşir. O, bu evdə böyüyüb-başa çatıb və alimlik dərəcəsinə kimi yüksəlib. Bunu deməkdə məqsədimiz odur ki, dosent İsa Veysovu qıraq yerdən çox kənd əhalisi yaxşı tanıyır. İsa Veysov saxta diplom əməliyyatı ilə əlaqədar işdən kənarlaşdırmağı da yaxşı məlumdur. Müəllimlər İnstitutunun Qazax filialında adına 05 ştat vahidi dərs yükü olsa da pulunu istəyən vətəndaşların əlindən Bakıya üz tutub. Pulunu ala bilməyənlər Veysovun özünü də tapa bilmirdilər. Gah instituta ayaq döyür, gah da Daş Salahlı kəndinə gedən “saxta” tələbələrin valideyinləri qonu-qonşu içərisində “əlac ona qalıb ki, İsa Veysovun evini yandıraq, bəlkə onda canımız dincələ” sözlərini işlədiblər. Bir dəfə də digər rayonlardan gələn bir neçə qadın əllərində neft şüşələri və kibrit olmaqla “müqəssirin” evinə hücuma keçiblər. Polislərin təkidi nəticəsində heç bir şeyə nail olmayıblar.

  20 fevral 2014-cü il tarixində səhər saat 09:00 radələrində rayona İsa Veysovun evinin yanması haqqınnda xəbər yayıldı. Qazax Rayon Polis Şöbəsinin əməkdaşları və yanğından mühafizə işçiləri hadisə yerinə yollandılar.

  Məsələyə tam aydınlıq gətirmək məqsədilə yanğından mühafizə idarəsinin rəisi Əziz Aşurovla əlaqə saxladıq. O, qeyd etdi ki, “bəli, həqiqətən də İsa Veysovun evi yanmaqdadır. 450 kvm-lik ev sahəsinin 200 kvm-i tamamimlə yanıb. Ən çox ziyan evin 2-ci mərtəbəsinə dəyib. Evindəki əşyalara gəldikdə isə əşyaların 60%-i yararsız hala düşüb. Lakin ilkin versiyaya görə evin qəsdən yandırılması bildirilir. Yəqin ki, son sözü hüquq-mühafizə orqanlarının təhqiqatından sonra demək mümkün olacaqdır.”

                                     Yanğın hadisəsi kimlərəsə dərs olacaqmı?

   Son zamanlar ölkədə bürokratik əngəllər ucbatından özünü yandıran, asan və binadan atanlara təsadüf olunur. Fərz edək ki, həmin insanlar ani bir vaxtda psixoloji gərginliklərlə yaşayırlar. Heç də bu səbəb deyil. Səbəb hadisənin törədilməsinə bais olan məmurlarda axtarılmalıdır. Dediklərimizə əsas olaraq bu gün “İsa Veysovun evi yandırılıb” kimi qiymətini alacaqsa onu bu işə vadar edənlər öz talelərini də dosentin taleyi kimi düşünməlidirlər. Onu bu işə təhrik edənlər İsa Veysovu kənarda qoymamalıydılar. Bu ifadələr Qazax rayon ictimaiyyətinin fikridir. Əsl sözü isə hüquq-mühafizə orqanları deyəcəkdir.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev