Masallıda icra hakimiyyətinin himayəsində olan şəxs həbs olundu

1405847908_masalli

Polisi təhqir edən şəxs icra Başçısı Rafil Hüseynov və onun müavini Nəsir Muxtarlıya güvənirmiş

 

lərBir neçə gün öncə Masallı rayonu Heydər Əliyev parkının yaxınlığında 20-25 yaşlarında gəncin polis serjantını nalayiq söyüş söyərək, bıçaqla qovladığı barədə məlumatlar yayılmışdı. Bununla bağlı cenubnews.com-un məlumatına görə, ötən gün günorta saatlarında Masallı rayonunda maskalılar əməliyyat keçirib.Əməliyyat zamanı bir nəfər gəncin başına torba keçirilərək aparılıb.Məlum olub ki,aparılan şəxs Masallı rayonunun Həsənli kənd sakini I qrup Qarabağ əlili Vüqar Eynullayevin oğlu İlqar Eynullayevdir.

Qarabağ əlilinin oğlu İlqar Eynullayev maskalıların Masallıda keçirdiyi əməliyyatdan sonra başına torpa keçirilərək naməlum istiqamətə aparılıb.Onun Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməliyyatçıları tərəfindən aparıldığı güman olunur.

Qeyd edək ki, iyul ayının 15-dən 16-a keçən gecə saat 00.30 radələrində, Masallı rayonu Heydər Əliyev parkının yaxınlığında “VAZ 21074″ markalı,10 LU 037 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən minik avtomobilinin ön tərəfində “şaravoy”u çıxıb və sürücü avtomobili yolun kənarında saxlayıb.

Bu zaman həmin ərazidə növbə çəkən Post Patrul Xidmətinin əməkdaşları rayon DYP-ə zəng edərək sürücünün qəza törətdiyini xəbər verib.Bir neçə dəqiqə keçməmiş Masallı Rayon Polis Şöbəsinin DYP-i bölməsinin əməkdaşları polis leytinantı Mirxas Təhməzov və polis serjantı Kənan Mövsümov həmən əraziyə gəlib.

Yol polisi sürücü ilə danışdığı zaman avtomobil yolundan keçən “Prirora” markalı minik avtomobilinin qarşısını Post Patrul Xidmətinin əməkdaşı polis serjantı Vüqar Həsənov kəsib.”Prirora” markalı minik avtomobilində olan Masallı rayonunun Həsənli kənd sakini I qrup Qarabağ əlili Vüqar Eynullayevin oğlu İlqar Eynullayev Post Patrul Xidmətinin əməkdaşını söyərək yoluna davam edib.Vəziyyətin qəlizləşdiyini, insanların onlara güldüyünü görən polis əməkdaşı xidməti avtomobilinə oturur.Çox keçmədən “Prirora” markalı avtomobil Heydər Əliyev parkının qarşısında peyda olur.Avtomobilin içində olan İlqar Eynullayev düşərək onun yolunu kəsən Post Patrul Xidmətinin əməkdaşı polis serjantı Vüqar Həsənovu axtarır.Birdən Qarabağ əlilinin oğlunun gözü Post Patrul Xidmətində oturan həmən polis serjantı Vüqar Həsənova sataşır. İlqar Eynullayev polis avtomobilinə yaxınlaşaraq “sən idin mənim yolumu kəsən ay səni filan filan olasan…..” Bu zaman polis serjantı Vüqar Həsənov əlindəki rezin dəyənəklə İlqar Eynullayevi iki dəfə vurur.İlqar Eynullayev yerə yıxılır.Polis serjantı yanındakı cəbhə yoldaşlarına “götürün bunu qandallayın basın maşına”, “mən deyirəm tutun bunun əl qolunu bağlayın atın maşına.” Amma polis serjantı ilə birlikdə növbə çəkən polis əməkdaşları nədənsə İlqar Eynullayevin əllərini qandallaya bilmirlər. İlqar Eynullayev yerdən qalxaraq “dayan indi səni belə edəcəm….” Qaçaraq avtomobilindəki bıçağı götürür.Daha sonra polis serjantı Vüqar Həsənovun üstünə hücum çəkərək “sən idin məni dubinka ilə vuran?” “Bura gəl səni gör nə hala qoyacam.” Polis serjantı Vüqar Həsənov əlindəki rezin dəyənəklə arxası ilədə İlqar Eynullayev əlində 15-20 sm bıçaqla polisi qovalamağa başlayır.Sonra polis serjantı Vüqar Həsənov əlindəki rezin dəyənəyi də yolun kənarında ataraq bir başa rayon polis şöbəsinə qaçır.Bir qədər keçməmiş qaçan polis serjantı Vüqar Həsənov və bir neçə polis zabitləri Masallı RPŞ-nin növbətçi hissə avtomobili ilə hadisə baş verən əraziyə yaxınlaşaraq həmən gəncin axtarışına başlayır.

Baş verən hadisə ilə bağlı azpolitika.info-ya verilən məlumatda bildirilir ki, həbs olunan şəxs Masallı Rayon İcra Başçısının müavini Nəsir Muxtarlının həmkəndlisidir. İcra Başçısı Rafil Hüseynov və onun müavini Nəsir Muxtarlı polisi təhqir edən şəxsi daim himayə ediblər. Ondan cənub bölgəsinə səfər edən müxalifət liderlərinə, eləcə də rayonda ictimai fəallara qarşı şərləmədə dəfələrlə istifadə ediblər. Rayon rəhbərliyi tərəfindən bu qədər sərbəstlik verilən şəxs artıq özündə polisləri də təhqir etmək cəsarəti tapıb. Nəticədə İcra Başçısının gözləmədiyi hadisə baş verir. Bakıdan gələn qara maskalı şəxslər rayonda əməliyyat keçirərək həmin şəxsin başına torba keçirərək naməlum istiqamətə aparıblar. Onun Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməliyyatçıları tərəfindən aparıldığı güman olunur. Həmin şəxslə birlikdə hadisənin iştirakçısı olmuş polis işçisi də Bakıya çağırılıb.  Hadisəyə icra başçısı müdaxilə etməyə cəhd etsə də nəticə verməyib. Əməliyyat aparılan günü başçının müavini Nəsir Muxtarlının rayonda gözə dəymədiyi bildirilir. Həbs olunan şəxsin atası Vüqar isə 65 000 manatlıq cipini əməliyyatçılardan gizlətməyə çalışıb.

Polisdəki mənbələrdən verilən məlumata görə, həbs qətimkan tədbiri seçilən İlqar adlı şəxsə qarşı artıq 221.2.2-ci maddə ilə ( ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) cinayət işi açılıb.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev