Səlim Müslümov faktlarla ifşa olundu

1405281560_selim-muslumov2

Əmək və Əhalinin Müdafiə Nazirliyindəki qanunsuzluqlar vətəndaşı son həddə çatdırıb

Vətəndaş Adil Əliosman oğlu Əliosmanov tərəfindən cumhuriyyet.az-a Əmək və Əhalinin Müdafiə Nazirliyində baş verən qanunsuzluğu ehtifa edən şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

Artıq səkkiz aydan çoxdur ki, əhali arasında çox narazılıq yaradan, rüşvətxorluq və korrupsiya ocağı kimi tanınan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə siz dövlət başçısının sərəncamı ilə nazir vəzifəsinə təyin olunmusunuz. O vaxtı, bu xəbər xalq arasında həm sevinc yaratdı, həm də öldürülmüş ümidlərini diriltdı. Bu qısa bir müddətdə, yerli kütləvi informasiya vasitələri və telekanalların təqdim etdiyi kimi, siz çox fəal işinizlə dövlətin köməyinə ehtiyac olanların hər birinin problemini dərindən araşdırıb, aradan qaldırmağınızla, rüşvətxor işçilərinizə qarşı sərt və barışmaz münasibətinizlə əhali arasında hörmət qazandınız və başqa nazirlərə yaxşı nümunə oldunuz. Mənim də, keçmiş nazirdən sizə miras qalmış əmək mühafizəsi ilə bağlı həll olunmayan problemim var idi. Mən də təyinatınıza o vaxtı sevinirdim və televiziyada ətraflı işıqlanan fəal işiniz mənə də ümid verirdi ki, Füzuli Ələkbərovun vaxtında bizə qarşı edilən cinayət tərkibli vicdansızlıq diqqətlə araşdırılacaq və haqq-ədalət bərpa olunacaq. Buna görə, siz nazir təyin olunandan, yeddi ay ərzində qəbulunuza düşmək çalışırdım. Min bir bəhanələrlə qəbula yazmırdılar, nazirliyin başqa səlahiyyətli şəxslərin yanına göndərirdilər, lakin həmin şəxslər problemi həll etmək əvəzinə boş vədlər verib, vaxtı uzadırdılar. Bunun da səbəbi odur ki, əhali arasında nifrət və qəzəb sahibi olan – əvvəlki nazir, nazirlikdən uzaqlaşdırılsa da, onun ruhu hələki nazirliyin divarlarında və otağlarında qalmağdadır. Nazirlik işçilərinin şuurlarına yeritdiyi iş üsulu – vətəndaşlara gəlir mənbəyi kimi baxmaq və onları bu yanaşma ilə qəbul etmək, hələki aktuallığını saxlayır.

Yerlərdə haqq-ədaləti tapmayan və Nazirliyin qəbul otağına axırıncı ümidlərlə qələn imkansız vətəndaşlar çox hörmət və nəzakətlə qarşılanır, burada onlara kömək barədə ümidverici vədlər verilir. Bu şirin vədlərin üstü örtülü mənasını başa düşməyənlər ya da qəbul etməyənlər üçün bu vədlər elə boş vədlər olaraq qalır və onlar aylarla nazirliyə nəticəsiz gəlib gedəndən və onlarla boş vədlər eşidəndən sonra, ümidsizlik və qəzəblə dolu qalırlar həll olunmamış və həyatlarını cəhənnəmə çəvirən probləmlərlə üz-üzə. Bu barədə sizə məlumat vermək istəklərinin də qarşısı çox nəzakətlə alınır: vətəndaşdan özü və qəbulun səbəbləri haqqında qısa məlumatlar soruşulur, və həmin vətəndaş nazirin qəbuluna düşmək istəyənlərin siyahısına, – adi bir vərəqə yazılır və yaxın zamanda qəbul barədə çox inandırıcı, lakin boş və yalan vəd verilir. Siyahıya on dəfələrlə yazılmaq olar, amma nazirin qəbuluna onsuz da düşməyəcəksən – qəbula yazılanların cuzi bir hissəsi qəbula düşür, o da nazirin yox, nazir muavinin qəbuluna.

Çoxsaylı, əsəb və əziyyətlə dolu, cəhdlərdən sonra, nəhayət, bu ilin may ayının 12-də mənə zəng olunub, və mən mayın 13-nə sizin qəbulunuza dəvət olunmuşam. Kaş gəlməyəydim. Çox təəssüflər olsun ki, telexəbərlərdə gördüyüm Səlim Müslümovu və ondan gözlədiyim, vətəndaşların probləmlərini diqqət və haqq-ədalətlə həll etməyini, bu gəbulda mən görmədim. Məni qəbul edən Səlim Müslümov, oğlumun işində ədalətsiz qərar verən “Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi” sektorunun müdiri İlqar Məmmədovun və bu işdə günahkar olan Əmək Müfəttişliyinin başqa işçilərinin günahını etiraf edərək, onların işdən azad edilməsi barədə tapşırıq verib. Lakin bu günahkar işçilərin verdiyi səhv qərarı ləqv edib, işimizə yenidən baxılması barədə, nədənsə tapşırıq vermədi (???). Qəbula gəlməyimin məqsədi heç də bu məmurların işdən azad edilməsi deyildi. İstədiyim o idi ki, oglumun başina gələn istehsalatda baş berən bədbəxt hadisənin təhqiqatı formal olaraq yox, – Qanunda nəzərdə tutulan qaydada aparılsın və onun bir il əvvəl iş yerində aldığı zədə rəsmilləşdirilib, qeydiyyata alınsın. Mənə bildirilib ki, hadisədən bir ilə yaxın keçdiyinə görə, səhv qərarı ləğv edib, yeni təhqiqatı aparmaq üçün məhkəmənin qərarı lazımdır(???). Cavab verdim ki, hər bir kiçik müəssisə rəhbərinin səlahiyyətindədir ki, hər hansı işçinin səhv qərarını, məhkəmənin qərarı olmadan ləğv ya da düzəliş etsin, – məgər cənab nazirin belə səlahiyyəti yoxdur? İkincisi də, bu işin müddətini bir ilə catdırmağının günahkarı mən deyiləm, indi işdən azad olunan nazirlik işçiləridir, – mən isə onların özbaşınalığının qurbanıyam. Mənə bildirilib ki qəbulun vaxtı bitdi və mənə rəsmi cavab veriləcək.“Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarındakorrupsiyaya bulaşmış şəxslərvəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işləri açılmalıdır.” ( Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş 09.01.2014-ci tarixli iclasında İlham Əliyevin yekun nitqindən).

Cənab nazir. Qəbuldan bip neçə gün sonra isə, məlum oldu ki, günahkar işçilərinizin işdən azad olunması barədə sözləriniz – heç də dediklərinə görə məsuliyyətini dərk edən, yüksəkvəzifəli dövlət xadiminin sözləri deyilmiş: “tapşırığınız” əsasında, güya, “işdən azad olunan” işçiləriniz,”tapşırığınızdan” əvvəl olduğu kimi, əvvəlki kabinetlərində, əvvəlki vəzifələrində, əvvəlki kimi işlərini rahatca davam edir və onlara heç kim güldən ağır söz də deməyib. Rəsmi cavabı da bir aya yaxın gözlədim – heçnə gəlmədi. Acı təcrübəmə əsaslanaraq bilirdim ki, nazirliyinizdə vətəndaşlara cavablar çox nadir hallarda göndərilir, – onların əksəriyyəti, güya göndərilmiş kimi nazirliyin dəftərxasında “Göndərilib” nişanı ilə saxlanılır. Nazirliyin ümumi şöbəsinin 012596 50 33 nömrəlirəsmi telefonuna zəng edib, rəsmi cavabınızın taleyini aydınlaşdırmaq cəhdlərim də heç bir nəticə vermədi. 10 gün ərzində saat 10-00-dan saat 18-00-a kimi hər yarım saatdan bir bu telefona nəticəsiz zəng etmişəm – heç kim dəstəyi qaldırmırdı ya da “məşquldur” siqnalları gəlirdi. Nəhayət,iyunun 4-dənazirliyə gedib, nazirin rəsmi cavabının kseroks surətini istədim. Məlum oldu ki, rəsmi cavabı nazirin tapşırığı ilə işimizi yubadmağda fəallığ göstərən, Əmək Müfəttişliyinin rəis müavini Anar Guliyev yazıb (???). Həmin gün Nazirliyin yox, Əmək Müfəttişliyinin (???) dəftərxanasından, mən, güya mayın 16-da mənə göndərilmiş nazir qəbulunun rəsmi cavabının kseroks surətini aldım. Cavabın əslini isə, qəbulunuzdan ay yarım keçməsinə baxmayaraq, bu günə kimi almamışam. Bu cavab əvvəlki aldığım, başdan sovma cavablardan fərqlənmirdi, çünki bu cavabı da Anar Quliyevə yazdıran adam, onun yaxın iş yoldaşı – həmin, güya sizin “sərt və barışmaz” tapşırığınız əsasında güya “işdən azad olunan” İlqar Məmmədov idi.

Yenə deyirəm, kaş qəbulunuza gəlməyəydim. Qəbulunuzda iştirak edən, çoxsaylı işçilərinizin – müavinlərinizin, xidmət rəislərinizin, şöbə müdirlərinizin qarşısında, xalq arasında hörməti olan cənab nazirin belə, açıq-aşkar – uşağ bağçası səviyyəsində yalan danışmağını heç ağlıma gətirə bilməzdim. Çox məyus oldum, – inandığın və etibar etdiyin adamdan arxadan gələn zərbə həmişə çox ağır və sarsıdıcı olur, çünki inanılmaz və gözlənilməzdir. Lakin pis nəticələrin də yaxşı amilləri olur: illüziyalar yox olur, əsl həqiqət üzə çıxır. Əsl həqiqət isə budur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir dəyişilsə də, heçnə dəyişilməyib. Çox təəssüflər olsun ki, yeni nazir də əvvəlki nazirlərin yolu ilə gedir – telekanallarda özünü reklam etməklə, əhalinin gözündən pərdə asmağla məşquldur və dediyi gözəl sözlər isə mahiyətcə, sən demə – boş və mənasız sözlərdir.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələrin və xəsarətlərin sayı ildən ilə, güya, azalması barədə nazirliyinizin hər ilki hesabatları yayımlanır. Açıq-aşkar görünür ki, bu azalma rəqəmləri arxasında baş vermiş hadisələrin qizlədilməsi və əsassız qeydiyata alınmaması dayanırvə yeni cənab nazir heç də, həqiqətdən uzaq olan, nazirliyinin qondarma “uğur” statistikasını pozmaq istəmir. Qəbuluna yazılıb, getmək isə – vaxtın və əsəblərin boş itkisidir, çünki cənab nazir problemləri həll eləmir və qəbula gələnləri, sadəçə, başından eləyir. Nazirliyin harınlaşmış işçiləri də heç də özbaşına deyillər və cənab nazirin himayəsindədirlər.

Cənab nazir. Qəbulunuzda işimiz barədə Sizə ətraflı məlumat verməyə imkanım olmadı və məndə belə bir təəssürat yarandı ki, siz yeni nazirliyinin işinə məxsus incəliklərinə, xüsusiyyətlərinə və spesifikasına hələki tam şəkildə yiyələnməmisiz və buna görə də köhnə işçilərinizin sözlərini həqiqət kimi qəbul etməyə məcburiyyətindəsiz. Bir az vaxt ayırıb, oğlumun işində olan sənədlərə baxsanız (əgər “işdən azad olunan” işçiləriniz o sənədləri ğırağa atmayıblarsa) və bu işi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli 27№-li Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarına uyğun nəzərdən keçirsəniz – işçilərinizin nə dərəcədə Azərbaycan Qanunveriliciyinə təhqiredici sayğısızlıq etdiklərinə, özünüz şahid olacaqsınız. Bu işin əsas məqamlarına diqqətinizi yönəltmək istərdim.

Oğlum 2013-ci ilin iyun ayının 5-dən 6-na keçən gecə, təsdiq olunmuş qrafika və öz iş növbəsinə uyğun olaraq saat 20-00-dan saat 08-00-ra kimi çalışdığı Biləcəri Lokomotiv Deposunda işdə olub. İş vaxtı fövqəladə vəziyyət yarandı: gündüz növbəsində elektrovozların təmiri sexində təmirdə dayanan və gecə reysə çıxmalı olan elektrovoz kəsirlərlə: təmiri tamamlamaq üçün, texnoloqiya ilə – nə təmir, nə də yükgaldırıcı kran nəzərdə tutulmayan, elektrovozların Texniki Baxış Məntəqəsinə (TBM) qoyulub. Oğluma, gündüz növbəsindən kiminsə səhlənkarığı üzündən, əmək mühafizəsi nöqteyi nəzərdən təhlükəli olan: bu elektrovozun seksiya arası – hündür,darısqal və əlçatmayan bir yerdə qalan, çəkisi 35 kq-a yaxın olan mexanizmi bu əlektrovoza quraşdırmaq tapşıpığı verilib. Bu sexin yükqaldırıcı kranın olmadığına görə, oğlum həmin yerə çıxıb həmin mexanizmi aşağıda dayanan iş yoldaşına əllə endirməyə məcbur olub. Həmin mexanizmi götürüb, aşağıda dayanan iş yoldaşına endirəndə belində ağrı hiss edib. Bu hadisədən sonra aparılan tibbi müayinələr oğlumun belində fəqərəarası diskin qabarmasını aşkar edib vəbuna görə oqlum iki aya yaxın ambulator və stasionar şəraitində müalicə olundu.Müalicədən sonra isə Həkim Məsləhət Komissiyası oğlumunyünqül işə müddətsiz keçirilməsi barədə rəy verdi. Müəssisə də bu hadisəni ilkin aktla təsdiqlədi.

Bu hadisənin təhqiqatını aparmaq xahiş ərizəsi ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin o vaxtki rəisi Məhərrəm Məhərova müraciət etdim. Ərizəm baxılması üçün aidiyatı üzrə “Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi” sektorunun müdiri İlqar Məmmədova verildi. Lakin İlqar Məmmədovun tapşırığı ilə əmək mufəttişləri Tahir Sədrəddinov – birinci təhqiqatda və Nəriman Ələkbərov, mənim rəsmi etirazımnan sonra – ikinci təhqiqatda müəssisədə baş vermiş hadisəni – onun səbəblərini, əmək şəraitini, əmək mühafizəsinin hansı şərtlərin və normativlərin pozulduğunu araşdırmaq əvəzinə, oğlumun aldığı zədənin peşə xəstəliyinə uyğun olub-olmadığını araşdırırdılar. Belə “təhqiqatların” nəticəsi – savadsız, qeyri peşəkar və bütünDövlət Əmək Müfəttişliyi Xidmətinin nüfuzuna böyük qara ləkə gətirən rəy olub:”Bu xəstəliyə İZ aktı düşmür!” (???). Yuxarıda qeyd olunan 27№-li Qərarın müddəalarını İlqar Məmədovun qabağına qoyaraq, məni eşitmək istəməyən bu məmura, bu – məntiqdən və Azərbaycanın Əmək Qanunvericiliyindən uzaq olan rəyin qərəzli olduğunu və İZ aktının xəstəliyinin diaqnozuna görə yox, bütün növ xəsarətlərin (zədələrin) ağırlıq dərəcəsindən asılı olmayaraq istehsalatda baş vermiş bütün bədbəxt hadisələrə görə, Əmək Müfəttişliyi Komissiyası təhgigat aktının əsasında verildiyini başa sala bilmədim.

İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərə vurulmuş xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır.” (28.02.2000-ci il tarixli 27№-li Qərar, maddə 1.3., 1-ci abzas). “İşəgötürən tərəfindən bu Qaydaların 1.7 bəndində nəzərdə tutulmuş orqanlara haqqında məlumat verilməmiş, həmçinin əmək qabiliyyətinin dərhal itirilməsi ilə nəticələnməmiş bədbəxt hadisə baş verdiyi vaxtdan sonra işçi əmək qabiliyyətini itirərsə (ölərsə), zərərçəkənin, yaxud onun mənafeyini təmsil edən şəxsin ərizəsi əsasında, ərizə verilən gündən bir ay müddətində həmin bədbəxt hadisə bu Qaydalara əsasən təhqiq edilir.” (28.02.2000-ci il tarixli 27№-li Qərar, maddə 2.3.)

“İşçininəmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir (əlavə 1) və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır (əlavə 2).” (28.02.2000-ci il tarixli 27№-li Qərar, maddə 2.6., 3-cü abzas).

“Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır.” (28.02.2000-ci il tarixli 27№-li Qərar, maddə 2.6., 1-ci abzas).

“Təhqiqat komissiyası İZ formalı aktın işəgötürən tərəfindən düzgün tərtib olunmadığını müəyyən edərsə, onun yenidən tərtib edilməsini tələb etmək hüququna malikdir.”(28.02.2000-ci il tarixli 27№-li Qərar, maddə 2.6., 4-cü abzas).

Təhqiqat aktının yazılmasına əsas verən və bu aktın əsasında müəssisənin İZ formalı aktının tərtib edilməsinə səbəb olan, aşağıda sadalanan təqdim etdiyim sənədləri:

1. O vaxtki Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Məhərrəm Məhərovun adına yazılmış,

həmin hadisənin təhqiqatının aparılması xahişi ilə 27.06.2013-ci il tarixli ərizəm.

2. Hadisəni təsdiq edən, müəssisənin tərtib etdiyi ilkin akt.

3. Oğlumun hadisə vaxtı endirdiyi yükün çəkisi həqiqətən də nəzərdə tutulmuş normadan artıq olduğunu təsdiq edən, müəssisədə tərtib olunmuş rəsmi akt.

4. Hadisə yerinin həqiqətən təhlükəsizlik normalarının tələblətinə cavab vermədiyini: hündür,

sıx, təhlükəli və əmək vəzifələrini yerinə yetirilməsi üçün şəraitsiz olduğunu təsdiq edən

fotoşəkillər.

5. Oğlumun anadan olandan tibbi qeydiyyatlarında olduğu və istehsalat fəaliyyəti ilə əlaqədar yeddi il ərzində hər ilki hərtərəfli tibbi müayyinələrindən “tamamilə sağlam” rəyləri ilə keçdiyi poliklinikanın arayışı ondan ötəri ki, oğlumun qeydiyyat kartında bu hadisəyə qədər onun bel xəstəlikləri barədə heç bir məlumat yoxdur.

6. Hadisə nəticəsində oğlumun iki aya yaxın sağlamlığının itirilməsini və müalicəsini təsdiq edən müalicə-tibb idarələrindən xəstəlik vərəqlərininsurəti.

7. Oğlumun yüngül işə müddətsiz keçirilməsi barədə Həkim Məsləhət Komissiyasının rəyi.

əhəmiyyətsiz sayıb, İlqar Məmmədov mənə bildirdi ki: “Bu kağızlar bizə lazım deyil. Onlar heç nəyi sübut etmir.” Belə olan təqdirdə, bu məmur təhqiqat Komissiyasını yaradıb, təhqiqat aktını tərtib etmək və muəssisəyə göndərmək üçün, məndən hansı “kağızları” gözləyirdi? Qözlədiyi “kağızları” almadığına görə, İlqar Məmmədov oğlumun onurğa sütununun zədələnməsi, güya, həmin hadisədən xeyli əvvəl baş verdiyini versiyasını irəli sürərək, yuxarıda qeyd olunan sənədləri rədd edib və bu xəsarətin istehsalatla əlaqəsi olmadığını (???) bəhanə gətirərək,o vaxtki Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Məhərrəm Məhərovun imzası ilə təsdiq olunmuş 24.07.13. tarixli 07/2-1-1089№-li rəsmi imtina qərarını verdi: “Sağlamlığınızın pozulması halı istehsalatla əlaqəli olub-olmaması müəyyən edilmədyindən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhgiq edilmir.”(??? – müəssisənin ilkin aktı və tibbi sənədlər ola-ola).

İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: - əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən;”(28.02.2000-ci il tarixli 27№-li Qərar, maddə 1.2., 1-ci və 2-ci abzas).

Təhqiqat aparmağdan imtina qərarının belə məntiqsiz və həyasız mətni – İlqar Məmmədovun öz işi haqqında ya məlumatsız olduğunun ya da öz cəzasızlığına arxayınlığının göstəricisidir. İstehsalatda bədbəxt hadisələrin rəsmilləşdirilməməsinə və uçota alınmamasına səbəb olan, Qanunvericikdə nəzərdə tututulmuş hallar bunlardır:

“İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır:

təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, dəniz istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü;

texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan alkoqol zəhərlənməsi və onunla bağlı ürək dayanması, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikrin dumanlanması səbəblərindən baş vermiş bədbəxt hadisələr.” (28.02.2000-ci il tarixli 27№-li Qərar, maddə 1.4.)

Göründüyü kimi, yuxarıda qeyd olunan, təhqiqatın aparılmamasına səbəb olan hallarından heç biri oğlumla baş verən hadisəylə müqayisəedilməzdir. Bu, açıq-aşkar ganunsuz qərarla mən, təbii ki, razılaşmadım və narazılığımı bildirdim: o vaxtki Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Məhərrəm Məhərova və ondan sonra o vaxtki nazir Füzuli Ələkbərova rəsmi, yazılı etiraz etdim. Etirazımda əmək müfəttişi Tahir Sədrəddinov tərəfindən aparılan formal “təhqiqatın” qeyri rəsmi, qeyri peşəkar səviyyədə olduğunu və çoxsaylı qanun pozuntuları ilə aparıldığını sübut edən faktları nəzərlərinə .çatdırdım. Heç bir cavab qəlmədi, heç bir nəticə olmadı. O vaxtki nazirin qəbuluna düşmək cəhdlərim də nəticəsiz qaldı, əlektron poçtuna göndərdiyim məktuba da cavab gəlmədi.

Ədalət axtarışında .Prezident Administrasiyasına da müraciət etdim: qəbula gedib Prezidentin iqtisadi siyasət məsələlər üzrə dövlət müşaviri Vahid Axundovun adına yazılmış ərizəni verdim, nəticədə – İlqar Məmmədovdan basdan sovma cavab gəldi. Getdim qəbuluna, dedi ki: “Hara yazırsan yaz, hara gedirsən get – cavabı məndən alacaqsan, eyni cavabı.”

“Vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır.” (“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 7, 7-ci abzas)

Allaha şükürlər olsun! Məzlumların duaları qəbul olundu və xalqına zülm verən nazir vəzifəsindən uzaqlaşdırıldı. Lakin, onun məktəbini əla qiymətlərlə bitirən və onun yoluna sadiq qalan məmurlar keçmiş nazirin qoyduğu köhnə qaydalarla işlərini hələki müvəffəqiyyətlə davam edirlər. Təəssüflər olsun ki, DSMF-dən özünüzlə gətirdiyiniz işçiləriniz də, bu xəstəliyə çox tez yoluxublar.

Cənab nazir! Nazirin dəyişilməsi mənə də ümid verirdi ki, oğlumun ağrılarına və ailəsinin əziyyətləriinə biganə qalan və şəxsi mənafelərini vəzifə borclarından üstün tutan İlqar Məmmədov və Məhərrəm Məhərov indi yaxşılığa doğru dəyişilib, haqq-ədaləti bərpa edəcəklər. Təəssüflər olsun ki, hər şey əksinə oldu: onların azğınlığı daha da artdı.

Siz nazir təyin olunandan bir ay sonra, qəbulunuza düşmək istədim və Nazirliyin qəbul otağına gəldim. “Vətəndaşların qəbulu” sektorunun müdiri Firudin Əliyev məni dinləyəndən sonra, məsləhət verdi ki, yeni təyin olunmuş Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi, sizinlə əvvəllər Dövlət Sosial Müdafiə Fondunda (DSMF) “Maliyyə-büdcə” şöbəsinin müdiri vəzifəsində çalıçan İdris İsayevlə görüşüm. Bir neçə cəhddən sonra İdris müəllimin qəbuluna düşə bildim. Qəbulda İdris müəllimin birinci müavini Məhərrəm Məhərov və “Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi” sektorunun müdiri İlqar Məmmədov iştirak etmişdilər. Həmin Məhərrəm Məhərov, həmin İlqar Məmmədov. İdris müəllim məni nəzakətlə qəbul edib, diqqətlə dinlədi. Sonra Məhərrəm Məhərovun və İlqar Məmmədovun oğlumun məsələsi barədə fikirlərini öyrəndi və bu hadisəni yenidən, qanunveriliciyə uyğun təhqiq etmək üçün yeni təhqiqat komissiyasının yaradılmasını, təhqiqatı mənim şəxsi iştirakımlə aparılmasını və Qanun imkan verirsə bu məsələni müsbət həll etməyini Məhərrəm Məhərova tapşırdı. İdris müəllimə təşəkkürümü bildirib, onlarla vidalaşdım. Sonradan məlum olub ki, İdris İsayevin nəzakətli qəbulu, onun verdiyi sərəncam, tapşırığlar və bizim məsələnin müsbət həlli barədə xahiş, sən demə – yalan və qeyri səmimiyyətlə dolu, yaxşı məşq olunmuş və məharətlə oynanılmış tamaşa idi.

“Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır.”(Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş 05.02.2014-ci konfransda İlham Əliyevin yekün nitqindən).

İdris İsayevlə söhbətimnən bir gündən sonra, əmək müfəttişi Nəriman Ələkbərov mənə zəng edib, dedi ki, o yeni təhqiqat komissiyasının sədri təyin olunub və mənim iştirakımla təhqiqat aparmaq üçün müəssisəyə gəlməyinin vaxtını dəqiqləşdirib. “Yeni təhqiqatı” başa vurandan, və İZ aktına əsas verən bütün sənədləri yığandan sonra, Nəriman Ələkbərov da, birinci təhqiqatda olduğu kimi, təhqiqat aktını tərtib etmədi və bildirdi ki, mərkəzi ofisin, yəni Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi tələb edir ki, oğlum Məhkəmə-Tibbi Ekspertizada müayinədən keçməlidir və oradan oqlumun xəsarəti barədə rəy alınmalıdır. Dediyinə təəcübləndim, çünki yığılmış sənədlər arasında, dövlət və özəl tibbi idarələrindən alınmış kifayət qədər xəsarəti təsdiq edən rəylər var idi. Onların arasında Məhkəmə-Tibbi Ekspertizasının rəyi də var idi və həmin rəydə İZ aktının hələ də tərtib olunmaması başa düşünülməyən bir hal olunduğu, ayrıca bənd klml qeyd olunmuşdu. Nəriman müəllim sözlərimi rəhbərliyinə çatdırandan sonra, onların fikirləri dəyişdi – Nəsimi bazarının yanındaki Travmatoloqiya Xəstəxanasından rəy istədilər. Maraqlandım ki, bu, tez-tez fikirini dəyişdirən məmur kimdir. Məlum oldu ki, işimizi nəyə görəsə, İdris İsayevin artıq başqa, – yeni təyin olunmuş, hüquq məsələlər üzrə müavininə – Sizinlə əvvəllər DSMF-də, Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin direktor müavini vəzifəsində çalışan Anar Quliyevə ötürülüb və müayinə üçün Travmatoloqiya Xəstəxanasına göndəriş ondadır. Anar müəllimin qəbulunda, oğlumun müayinəsi üçün göndəriş barədə soruşdum, – dedi ki, o məni çağırmayıb, onun bu işdən xəbəri yoxdur (???), bütün sənədlər İlqar Məmmədovdadır və bu işə o baxır (???). Getdim İlqar Məmmədovun otağına: o şikayətlərimə görə, mənə narazılığını bildirərək, dedi ki, göndəriş çap olunmayıb – hazır olanda, qəlib apararsan. Bu, korrupsiyaya bulaşmış məmura boş yerə izah vermək istəmədim ki, dövlət büdcəsindən müasir texniki avadanlığla çox yaxşı təchiz olunmuş nazirliyində, müayinə üçün göndərişi çap etdirmək – bir neçə dəqiqənin işidir. Yalnız xahiş etdim ki, göndərişi Nəriman Ələkbərova versin, – ondan alaram. Bir həftə keçdi – qöndəriş hazır olub, gəlib çatmadı. On gündən sonra Anar Guliyevə zəng vurdum, və o xəbər verdi ki, fikir yenə dəyişdi – oğlumun aldığı zədə barədə rəyi (hadisədən bir il sonra) Səhiyyə Nazirliyi verməlidir(???), buna görə göndərişi Səlim müəllim imzalamalıdır – yəni Siz (???), ya da Sizin müavininiz (???) və bu göndərişi mənə verməyəcəklər, çünki bu – dövlət sənədidir və onu adi poctla (???) göndərəcəklər. “Nə vaxt göndərəcəklər?” – sualıma, iri və əsl bürokratın cavabı gəldi, – “Nazir imzalayandan sonra. Biz nazirə göstəriş verə bilmərik ki” Bu sözləri dərrakəsiz uşağ desəydi – gülərdim. Çox təəssüflər olsun ki, bu – özünü hüqüqşunas adlandıran və qəbul etdiyi insafsız qərarlar canlı insanların taleyinə əhəmiyyətli dərəcədə təsiri olan, yüksək vəzifəli məmurun sözləridir. Nazirin səlahiyyətlərini bu cür aşağılayan “hüquqşunas” məqər bilmir ki, adi əmək müfəttişin işini görmək nə nazirin, nə də onun müavinlərinin səviyyəsi deyil? Onların adi tibbi göndərişi imzalamaqdan, daha mühüm, daha miqyaslı işləri var!

“İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərə vurulmuş xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-tibb idarəsinə və yaməhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər.” (02.28.2000-ci il tarixli 27№-li Qərar, maddə 1.3., 2-ci abzas).

“İki-dörd işçinin ölümü və əlahiddə ağır nəticəli (beş və daha artıq işçinin həlak olduğu) bədbəxt hadisələrin (qəzaların) təhqiqatı Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə yaradılan komissiya tərəfindən aparılır.”(28.02.2000-ci il tarixli 27№-li Qərar, maddə 2.1., 2-ci abzas).

Anar Quliyevin bu qeyri ciddi bəhanələri bütün çılpağlığıyla onu təsdiq etdi ki, oğlumun istehsalatda xəsarət almasına görə, hadisənin səbəblərini təhqiq etmək, hadisənin baş verdiyi müəssisəyə İZ aktını yazmaq üçün əsas verən təhqiqat aktını tərtib etmək, Dövlət Əmək Müfəttişliyi Xidmətinin fikiri yoxdur, və burada ”axmaq qızcığaz” bürokratik oyunuişə salaraq, uşağ bağçası səviyyəsində savadsız və yalan uydurmalarla məni sakitləşdirərək bu işin sonsuzluğa qədəruzadılmasına qərar verildi. Bir ildir ki, oğlumun xəsarəti ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə birinci dəfə müraciət etmişəm. Şübhəsiz ki, İlqar Məmmədovla Məhərrəm Məhərov məsuliyyətdən yaxa qurtarmaq və əvvəlki cinayət tərkibli əməllərini ört-basdır etmək üçün, Anar Quliyevin əvəzolunmaz köməyi ilə bu rəqəmi bir neçə ilə catdırmaq istərdilər. Və bunun üçün də müavininizi qabağa verib, arxasında gizlənməkdən başqa, yaxşı heç bir fikir ağıllarına qəlməyib. Buna nail olmaq üçün onlar bu, adi və sadə bir işi Əmək Müfəttişliyi səviyyəsindən Dövlət səviyyəsinə qaldırıb, müavininiz Natiq Məmmədovun nüfuzundan və etibarından istifadə edərək, onu nazir müavininin səviyyəsi üçün çox xırda səviyyəli, adi əməkmüfəttişininsəlahiyyətində olan işə, bu – “çox mürəkkəb və dolaşıq hadisənin” təhqiqatına cəlb edib, onu “dövlət əhəmiyyəyli sorğunu göndərmək və ona cavab almaq” səhnələşdirilmiş şousunun əsas iştirakçısına çevirmək qərarına qəliblər.

İdris İsayevin yeni təhqiqat aparılması barədə tapşırığından üş ay keçsə də (Qanunla – bir ay müddətində), “yeni təhqiqat” hələ də “davam edirdi” və vaxtı bir az da uzadmaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazir müavini Natiq Məmmədonun imzası ilə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Əlsevər Ağayeva sorğu göndərildi. İki Nazirliyin sorğu-cavab əməliyyatı da üç ay çəkdi və nəhayət bu ilin may ayının əvvəlində nazir müavini E. Ağayevdən nazir müavini Natiq Məmmədova “dövlət əhəmiyyətli” sorğusuna cavab gəldi və o cavab üç ay əvvəl göndərildiyi sorğunun mənasız və lazımsız olduğunu bir də təstiqlədi. Cavabda deyilmişdi ki, oğlumun təqdim etdiyi tibbi sənədlərə görə, onda bir il əvvəl bel zədəsi olub və o vaxtı aldığı müalicədən sonra oğlum sağalıb və hal hazırda sağlamdır. Bunların hamısı sorğudan əvvəl də məlum idi və bu lazımsız sorğu heç nəyi aşkar etmədi, yalnız vaxtın uzadılmasına xiidmət etdi.

Məqər Anar Quliyev, bu – hüquqi məsələlər barədə rəisinə məsləhətlər verən “hüquqşunas”, bilmir ki, tibbi rəy İZ formalı aktının verilib-verilməməsinə səbəb ola bilməz? Əksinə, İZ formalı akt xəsarətin diaqnozuna aydınlıq gətirir, xəsarət alanın müalicəsini daha düzgün aparılmasına və nəticə ətibarı ilə daha tez sağalmasına şərait yaradır. Oqlumun xəsarətini müayinə, müalicə və ekspertiza edən bütün həkimlər, İZ formalı aktın hələ də tərtib olunmamasından təəcüblənib, xəbərdarlıq və məsləhət verirdilər ki: “Pul verməsən, İZ aktını ala bilməyəcəksən.” Göründüyü kimi, Dövlət Əmək Müfəttişliyi Xidmətində İZ aktlarının alver predmetinə çevirilməsi hamının xəbəri varmış.İstehsalatda xəsarətin ağırlıq dərəcəsi – İZ aktı üçün əsas amil olduğunu deyən İlqar Məmmədov, nədənsə, xəsarətə səbəb olmuş amilləri nəzərə almır və qələcəkdə belə hadisələrin təkrarlama ehtimalı onu qətiyyən narahat etmir.

“Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır” (28.02.2000-ci il tarixli 27№-li Qərar, maddə 2.1., 1-ci abzas)

Niyə Anar müəllim, İlqar Məmmədovun Azərbaycan Respublikası “Cinayət Məcəlləsinin” 308.1. və 322.1. maddələrində nəzərdə tutulmuş hərəkətlərini ört-bastır etmək üçün, onu dəstəkləyib, müdafiə edir, öz hərəkət və sərsəm bəhanələrə görə heç bir vicdan əzabı çəkmir, heç bir məsuliyyət hiss etmir, düşünmür və qorxmur ki, iş yoldaşlarının əvvəllər törətdiyi cinayətin şəriki oldu? Şübhəsiz ki, kiməsə və nəyəsə arxayındır. Dövlət başçısının bütün məmurlara ünvanladığı tövsiyyələrinə və xəbərdarlığlarına baxmayaraq.

Bunu aydınlaşdırmaq üçün, məni 25.11.2013-ci il tarixdə hörmət və nəzakətlə qəbul edib, bu məsələnin qanunvericiliyə uyqun həll etməyini Məhərrəm Məhərova tapşırıq verən İdris İsayevə, verilən tapşırığının nəcə və nə səviyyədə icra olunduğu barədə məlumat vermək istədim. Lakin İdris müəllim mənimlə görüşmək üçün vaxt ayıra bilmədi və köməkçisinin vasitəsi ilə mənə çatdırdı ki, oğlumun işi hügugşunas Anar Quliyevə tapşırılıb və onun qəbuluna qetməyə məsləhət gördü. “Hüquqşunasın” peşəkar və mənəvi səviyyəsindən xəbərdar olduğuma görə, İdris İsayevin rəsmi qəbul gününü gözlədim. Cənab nazirin əmri ilə bütün Xidmət rəislərinin vətəndaşların rəsmi qəbul günləri təyin olunub və bu əmriniz cədvəl şəkilində Nazirliyin qəbul otağında divardan asılmışdı. Nazirliyin bütün Xidmət rəisləri, əmrinizi icra edərək, həftədə bir dəfə Nazirliyin qəbul otağına düşməli, iki saat ərzində vətəndaşları qəbul edib, probləmləri ilə marağlanmalıdırlar. Dövlət Əmək Müfəttişliyi Xidməti rəisinin qəbul vaxtı – hər həftənin dördüncü gününə, saat 16-00-dan saat 18-00-a kimi əmrinizlə təyin olunmuşdu. Lakin, İdris İsayev nə qəbul otağına gəlirdi, nə də öz kabinetində məni qəbul etmirdi. Bir aydan çox çalışdım ki İdris müəllimlə heç olmasa telefonla danışım, lakin İdris müəllim köməkçisinin vasitəsi ilə bunun da qarşısını aldı, çünki bilirdi ki, verdiyi yalan vədlərin üstü açıldı və o verdiyim suallar qarşısında aciz qalacaq.

Bir də xəbər tutdum ki, mənim məsələm barədə məlumatı olan və bu barədə işçilərinə tapşırıq verən İdris İsaev cənab nazirin 1-ci müavini vəzifəsinə təyin olunub. İdris müəllimin – indi artıq nazirin 1-ci müavininin, qəbuluna yazıldım. Onun qəbul günləri, ƏƏSMN-in internet saytının rəsmi məlumatına görə, hər həftənin 3-cü günü saat 11-00-də təyin olunub. Üç həftə dalbadal, hər üçüncü günü gəlirdim, lakin İdris İsayevin qəbulu olmurdu. Nəhayət, yuxarıda qeyd olunduğu kimi, mayın 13-də sizin qəbulunuza dəvət olundum.Güman edirdim ki, başqa müavinləriniz kimi, İdris müəllim də orada iştirak edəcək və mən ona çoxdan vermək istədiyim sualları sizin qarşısında verə bilərəm. Lakin, ancaq özünə məlum səbəblərə görə, İdris müəllim öz nazirinin gəbulunda iştirak etmədi. Buna baxmayaraq, gəbul onun istədiyi ssenariyi ilə keçdi.

Cənab nazir. Ümumiyyətlə, Rəhbərlik etdiyiniz Nazirliyin nəznində olan Dövlət Əmək Müfəttişliyi Xidmətinin iş üsulu – savadsızlıq, qeyri-peşəkarlıq, özbaşnalıq və dərəbəylik üsuludur. Yuxarıda qeyd olunan 27№-li Qərarına zidd olaraq, istehsalatda baş vermiş bədbəxt hadisəni təhqiqat Komissiyası yox, yalnız Əmək Müfəttişliyinin məmuru, tək başınatəhqiq edir. Oğlumun məsələsində olduğu kimi: iki dəfə “təhqiqat” aparıldı və heç birində, müəssisə ilə birgə tərkibli təhgigat komissiyası yaradılmadı; heç birində, təhqiqatın sonunda, bədbəxt hadisə olmamış kimi, təhqiqat aktı, tərtib olunub müəssisəyə verilmədi; qələcəkdə bələ hadisələrin təkrarlanmasına qarşı yönələn müəssisəyə məcburi tədbirlərin siyahısı da yazılmadı.

“Xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi:sədr — Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxslərindən, üzvlər— işəgötürənin vəmüəssisənin həmkarlar ittifaqı komitəsinin nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır.” (28.02.2000-ci il tarixli 27№-li Qərar, maddə 2.2., 1-ci abzas).

Cənab nazir. Yaşda mən sizdən böyüyəm. Təhsildə də sizdən qeridə deyiləm. Qanunvericiliyi də sizdən az bilmirəm. Əgər siz saçları ağarmış, ali savadlı, ziyalı insanları belə qəbul edib, məmurlarınız tərəfindən onlara yaradılmış problemlərini belə həll edirsinizsə, onda savadı az olan, hüquqlarını bilməyən və yaşca sizdən kiçik olan vətəndaşları necə qəbul edib, problemlərini necə həll etməyinizi təsəvvür etmək çətin deyil.

Əgər nazirliyinizə öz problemləri ilə hər gün yüzlərlə əlil, fəhlə, işsiz, yoxsul vətəndaşlar gəlib, narazı və məyus qayıdırlarsa və belə insanların sayı gündən günə artırsa, onda bu nazirlikdə hansı əmək və sosial müdafiəsindən söhbət gedə bilər? Əgər, dövlətin köməyinə və dəstəyinə ehtiyacı olan bu nazirliyə gələn vətəndaşların problemləri həll olunmursa, onda bu boyda nazirliyin bu qədər işçiləri nə iş görür: kimin problemlərini, necə və neçiyə həll edir? Ancaq şəxsi marağlarını güdür və müşavirələr, treninqlər, tədbirlər keçirir, xarici təcrübələri öyrənir, yeni müassir nəzarət sistemləri tətbiq edir? Əgər bu tədbirlərin əmək və sosial müdafiəsinin səviyyəsinə heç bir təsiri olmursa və köməyə ehtiyacı olanlar köməksiz qalırlarsa, onda bu tədbirlərə büdjədən ayrılan bu qədər vəsaitləri xərcləməyə dəyərmi?

Cox yaxşı başa düşürəm ki, nazirliyin rahatlığını pozan bu suallara cavablar verilməyəcək, və mən və mənim kimi haqqları taptalanmış, məmurlarınızın iş üsulundan əziyyat çəkən və ümidsizliyə qapılan minlərlə narazı qalan vətəndaşlar qalaqcaqlar başga bir ümid verən və təbii sualın qarşısında: “Əgər Azərbaycanda müraciət etmədiyim yer qalmadı və fəryadımı heç bir yerdə eşidən olmadı, bəlkə mən, Azərbaycan hakimiyyətinə lazım olmayan Azərbaycan vətəndaşı, haqq-ədaləti tapmaq üçün Rusiya hakimiyyətinə müraciət edim?”

Bir illik əsəb və əziyyətlə dolu, haqq-ədaləti bərpa etmək cəhdlərim nəticəsiz qaldı. Ona görə şəxsən mənim üçün, əgər bu müraciət də cavabsız və nəticəsiz qalsa bu sualın cavabı – müsbət, yeganə və birmənalıdır. Ünvanım və əlaqə telefonumun nömrəsi sizə və işçilərinizə məlumdur.

Harınlaşmış məmurlaranıza haqq sözünü eşitdirə bilməyən, Adil Əliosman oğlu Əliosmanov.

 

P.S. Əgər dövlət başçısı harınlaşmış məmurlarına sözünü eşitdirib, onları düz yola gətirə

bilmirsə, bu işi sadə vətəndaşmı bacarar?

 

“(Ya Peyğəmbər) Məgər sən karlara (sözmü) eşitdirə bilərsən? Yaxud körları və haqq yoldan

açıq-aşkar azanları doğru yolamı yönəldə bilərsən?”. [Qurani Kərim, 43-cü surə "əz-Zuxruf”

("Zinət”), 40-ci ayə]

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev