Səlim Müslümov rəisi işdən çıxardı

Binəqədi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi Yasin Rüstəmov tutduğu vəzifədən azad edilib.  Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsinin mətbuat katibi Elman Babayev də təsdiqləyib. Amma o, Y. Rüstəmova başqa vəzifə verildiyini bildirib. Belə ki, nazir Səlim Müslümovun müvafiq əmri ilə, Y. Rüstəmov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Şəmkir rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi təyin olunub.

Hazırda Binəqədi rayonu  Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi vəzifəsini müavin icra edir.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev