Şəmsəddin Xanbabayevin 3 milyonluq “yeyintisi“

semseddin_xanbabayev-icra (1)

Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin “Maddi Texniki Təchizat-3″ MMC ilə birlikdə 3 milyonluq maxinasiyası

Xaçmazda vəziyyət heç də yaxşı deyil. Rayonda baş qaldırmış sosial narazılıq ən pik həddədir.İnsanlar dolanışıq üçün üz tutduqları yerlərdə üzləşdikləri problemlərlə yanaşı, həm də məmur özbaşınalıqlarından ciddi əziyyət çəkirlər.

Rayondakı qaynaqlardan verilən məlumata görə, işdən çıxarılmasını gözləyən Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin başı pul toplamağa qarışıb. Rayonun yarısını özünküləşdirən və bir o qədərini də müavinləri arasında bölüşdürən icra başçısı bununla kifayətlənməyib, rayon büdcəsindən də kifayət qədər yeyintilərə yol verib.

Əldə etdiyimiz məlumatlara görə, təkcə ötən il Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılmış 3 milyon manatın nəyə sərf olunduğu bəlli deyil. Hərçənd kağız üzərində pulların hara xərcləndiyi qeyd olunub. Amma real həyatda bunların tərs mütənasibliyi yetərli qədər şübhələrə yol açır. Bəzi işlər var ki, onlar həqiqətən də həyata keçirilib. Məsələn, Şəmsəddin Xanbabayev “Auto Azərbaycan”dan özü üçün «Volsvagen» markalı maşın alıb və ona 18 000 manat xərcləyib. Amma tikinti işlərinin satın alınması üçün ayrılmış üst-üstğə 65 min manatın isə aqibətini onun özündən başqa kimsə bilmir.

Məlumatlarda bu silmə əməliyyatlarının sayının çox olduğu göstərilir. Onların sırasında avadanlıqların satın alınması adı altında 14 400 manat, digər maşın və avadanlıqların satın alınması adı altında 43 390 manat, inventarların satın alınması adı altında 38 400 manat, idarənin digər xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması adı altında 11 500 manat, digər maşın və avadanlıqların satın alınması adı altında 8 640 manatın yeyintiyə məruz qaldığını rayonda bilməyən yoxdur. Qeyd edək ki, bütün bunlar kiçik rəqəmlərdir. Əsas pullar isə 3 işdən əldə edilib.

Onlardan biri Xaçmaz rayon İcra Hakimiyyətinin sifarişi ilə mənzil fondunun əsaslı təmir işlərinin həyata keçirilməsindən ibarət olub. “Maddi Texniki Təchizat-3″ MMC tərəfindən həyata keçirilməli olan bu işlərə büdcədən 214 500 manat pul ayrılıb. Amma nə mənzil fondları əsaslı təmir olunub, nə də buna həvəsləri var. Heç ortada pul da yoxdur.

İkinci böyük iş isə yolların əsaslı təmir ilə bağlıdır. 1,1 milyon manatlıq işləri həyata keçirən zaman yolların vəziyyətinin nə halda olduğunu bilmək elə də çətin deyil. Bircə dəfə maşın sürdükdə durumun dəhşətli səviyyədə kritik olduğu diqqəti çəkir.

Rayonda həyata keçirilmiş abadlıq işlərinə də «söz ola bilməz». Çünki Şəmsəddin Xanbabayevin “Maddi Texniki Təchizat-3″ MMC ilə birlikdə 1 milyon manatlıq işləri bərbad haldadır. İddialara görə, icra başçısı bu pulların 50 faizini nağd şəkildə özünə götürüb.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev