Təhsil şöbəsindən ilginc tapşırıq – 100 manant verməyən müəllim gələn il işə gəlməsin – FÜZULİDƏ

as-300x208

Şöbə müdiri Almaz Həşimova müəllimlərdən aylıq yığılan pulun məbləğini artırdı-Bəzi məktəb derektorları rəhbərliyin qərarından artıq narazılıq edirlər. 

Füzuli rayon Təhsil şöbəsinin müdiri Almaz Həşimovanın qanunsuz əməlləri və özbaşnalıqları haqda  redaksiyaya daha bir neçə məlumat daxil olub.

Redaksiyanı məlumatlandıran mənbə deyir ki, Almaz Həşimova şöbə müdiri olan zamandan hər bir məktəb drektoruna ayıq “haqq” kəsib. Və drektorlar da bununla razılaşıblar. Amma indi yeni problemlər yaranıb. Belə ki, şöbə müdirinin ayıq istədiyi pulun məbləği artırılıb. Bəzi məktəb drektorları da bu məbləği ödəyə bilmədikləri üçün müəllimlərdən tələb edirlər. Bu dəfə tələb olunan pulun məbləği isə 100 mannatdır. Müəllimlər əvvəl narazılıq etsələr də artıq pulu məktəb drektorlarına ödəyənlər də var. Buna bağmayaraq drektorlar narahatlıq içərisindədir. Çünki, Almaz Həşimova bu məbləğin yenidən yığılmasını tələb edə bilər.

Onu da əlavə edək ki, Almaz Həşimovanın müəllimlərin maaşlarından aylıq yığması haqda zaman-zaman ölkə mətbuatında məqalələr dərc olunub.

Son zamanlar A.Həşimovanın pul tələbinin artdığını deyən mənbə bəzi drektorların narazılığının şöbə müdirinə problem yaradacağını iddi edir. Artıq bir neçə drektrorlar qərara gəliblər ki,  etibar etdikləri müəllimlərin əli ilə Prezident yanında Karrubsiya qarşı mübarizə idarəsinə müracət ünvanlansın. Bu yolla Füzuli rayon məktəblərinin drektorları Təhsil şöbəsinin müdirindən canlarını bir növ qutarmaq fikrindədilər.

Qeyd edək ki, Almaz Haşımova bundan əvvəl Füzuli rayonunda fəaliyyət göstərən internata rəhbərlik edib. O zaman əldə etdiyi çirkli pulları Təhsil şöbəsinin müdirinə deyil, birbaşa keçmiş icra Başçısı Nəbi Muxtarova ötürüb. Hazırda adıçəkilən rayonun icr abşçısı Alı Alıyevə də problemlər yaradan şöbə müdiri rayon təhsilini biyabırçı hala gətirib.

Füzuli rayon Təhsilində mənimsənilən pullarla bağlı araşdırmalarımız davam edir. Almaz Haşımovanın məktəblərin texniki təminatında mənimsədiyi pullar haqda da araşdırma aparırıq. Bu istiqamətdə də çox ilgin məlumatlar əldə etmişik…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırırq

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev