Vaqif Səmədoğludan yeni xəbər

55064

“Vaqif müəllimin vəziyyəti orta stabildir. Hazırda müalicəsi davam edir”.   Bu sözləri “Yeni Müsavat”a xalq şairi Vaqif Səmədoğlunun səhhəti barədə danışan xanımı Nüşabə Vəkilova bildirib.

N.Vəkilovanın sözlərinə görə, şair hazırda onkoloji klinikadadır: “Həftədə iki dəfə onkologiyaya gedirik, müalicəsini alıb evə qayıdır. Özünü yaxşı hiss edir. Şükür ki, yemək yeyir, gəzir, arabir internetə girir, qəzetlərə baxır”.

Qey dək ki, Vaqif Səmədoğlu ölkə başçısının maddi dəstəyi ilə İsraildə müalicə olunub. O, bədxassəli şişdən əziyyət çəkir. O, 1939-cu il iyunun 5-də Bakıda, şair Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Əsərlərinə filmlər, teletamaşalar çəkilib.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev