ZAKİR QARALOVDAN AĞZINI TİKMİŞ İŞ ADAMINA ŞOK CAVAB

1408219908_1377072599_elsad-memmedov-2

15 avqust 2014-cü il tarixdə  baş prokuror Zakir Qaralov Qazax rayon prokurorluğunda Qərb bölgəsinin əhalisinin şikayətlərini dinləyib. O cümlədən illərdir ki, 355 manatlıq 2 evinin məhşur Hacı İbrahimlə davasını aparan iş adamı Elşad Məmmədov da yaxın qohumu, şəhid anası Ülkər Nəsibova ilə birlikdə qəbulda olub. Onu da bildirək ki, bu Elşad Məmmədovun Zakir Qaralovla ikinci görüşü idi. Birinci görüş isə 2013- cü ilin 05 aprel tarixində Ağstafa prokurorluğunda baş tutmuşdu. Birinci görüşün isə, heç bir nəticəsi olmamışdı. Elşad Məmmədov bu müddətdə öz işini Ali Məhkəmənin plenumuna qədər aparmışdı. Bundan Zakir Qaralovun da xəbəri varmış. Xəbəri olmaq bir yana, hətta Elşad Məmmədovu Ali Məhkəməyə “tapşırıbmış” da. Qısası, bu gün qəbulda olan Elşad Məmmədovu dinləyən baş prokuror qeyd etmişdi ki, bu işdən məlumatlıdır və hətta Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətli generalı Kamran Əliyevə də Elşad Məmmədovun xeyrinə tapşırıqlarını vermişdi. Bundan da ürəyi soyumayan baş prokuror sonra Ali Məhkəməyə də Elşad Məmmədovu tapşırıbmış. Yəni Zakir Qaralov dolayısı ilə acız olduğunu bildirib və son sözü də belə olub: – Mən məhkəmənin işinə qarışa bilmərəm. Elşad Məmmədovun vaxtilə 8 gün aclıq edərək ağzını tikməsini, özünü yandırmaq istəməsini isə, Allah qarşısında və qanun qarşıısndaböyük günah adlandırıb. Sahibkar bildirir: -Mən ona dedik ki, bəs Allah qarşısında və qanun qarşısında Hacı İbrahim Nehrəmlinin heç bir cavabdehliyi yoxdurmu? Necə olur ki, mənim əlimdə qanuni sənədlərim ola- ola üç ildir üç körpəmlə kirayələrdə qalıram, məhkəmələr isə Hacı İbrahimin tərəfini tutur. Baş prokuror bu sualların cavabında yenə bildirib ki, mən məhkəmə qərarlarına qarışa bilmərəm, biz araşdırma edib işi göndərmiş və səni ora tapşırmışıq. Elşad Məmmədov şəxsən baş prokurora və onun yanındakı Qazax rayon prokuroru Əlirza müəllimə və onun köməkçisinə bildirib ki, artıq yaşamağa yerim yoxdur, cana doymuşam, ağzımı tikdim, faydası olmadı, prezident aparatının qarşısında üç övladımla ölkə başçısına şikayətə getdim, polislər məni üç övladımım gözü qarşısında zorla əl- qolumu bağlayaraq polis maşınına basıb Səbail rayon 9- cu polis bölməsinə apardılar. Orda məni 4 saat qanunsuz saxlayaraq nə ərizəmi aldılar, nə də qeydiyyata saldılar. Elşad Məmmədov daha sonra qeyd etdi ki, bütün bunları bir daha baş prokurorun nəzərinə çatdırıb daha sonra əlavə etdim: – Bu dəfə PA –nın qarşısına tək gedəcəm və orada özümü yandıracam. Bu işdən şəxsən siz Zakir Qaralovun xəbərdar olmasını bütün mətbuat vasitəsi ilə hamıya bildirəcəm. Sonda onu da qeyd edək ki, E. Məmmədovun yaxın qohumu, şəhid anası Ülkər Nəsibova ölkə rəhbərliyinə müraciət edərək, barı onun evinin birinin özünə qaytarılmasına və kirayələrdən özünün və 3 körpəsinin canının qurtarmasına yardım etmələrini xahiş etdi.

 

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev