ABŞ Konqresi prezidentlərin maaşını azaldır

amerika

ABŞ Konqresində ölkənin keçmiş prezidentlərinə ayrılan təqaüdlərin məbləğinin ildə 200 min dollar həddinə qədər azaldılması təklif edilib.

Qanun layihəsinin təşəbbüskarı respublikaçı Codi Hays həmçinin keçmiş prezidentlərin hər birinə ofis icarə haqqı və əməkdaşların maaşları üçün ayrılmış büdcənin də tədricən azaldılmasını təklif edib.

Təşəbbüsün tərəfdarlarının fikrincə, eks-prezidentlər ictimai çıxışlardan və memuarlarını satmaqdan kifayət qədər gəlir əldə edir. Buna görə də ABŞ-ın dövlət borcunun 20 trilyon dolları keçdiyi bir dövrdə onlara büdcədən əlavə vəsaitin ayrılmasına ehtiyac yoxdur.

Qeyd edək ki, ötən il ABŞ-ın keçmiş prezidenləri Cimmi Karterin 230 min, Bill Klintonun 700 min, oğul Corc Buşun isə 800 min dollardan çox əlavə təqaüd aldığı bildirilib.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2017 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev