Ağstafa Mərkəzi Xəstəxanasında inanılmaz korrupsiya – təfsilat

1459487115_1

İlham Mustafayev dəftərxana ləvazimatlarına ərzaq mallarından daha çox pul xərcləyib 

Ağstafa rayon Mərkəzi Xəstəxanasında dövlət vəsaitlərinin talan edildiyi üzə çıxıb. Redaksiyamıza məlumat verən mənbə xəbər verir ki, korrupsiyanın dizə çıxmasının səbəbkarı olan İlham Mustafayev hər yerdə bildirir ki, bu pulları təkbaşına yeməyib və onu Səhiyyə Nazirliyi ilə Ağstafanın icra başçısı Məhərrəm Quliyev arasında bölüşdürüb.

Məlumatda vurğulanır ki, baş həkimin səriştəsizliyi və idarəçilik qabiliyyətinin aşağı həddə olması səbəbindən xəstələr də ciddi əziyyət çəkirlər. Onların cibinə girilməsi, müalicə üçün pulun alınması artıq adi hala çevrilib. Bundan əlavə, Ağstafada çalışan həkimlər isə İlham Mustafayevə aylıq haqq vermək məcburiyyətindədirlər. 

Məlumat verən mənbə bildirir ki, sözügedən tibb ocağında tender oyunları da həyata keçirilib. Məsələn, ötən il baş həkim avadanlıqların alınması adı altında 75300 manat vəsaiti öz şəxsi məqsədlərinə sərf edib. Ardından isə inventarların satın alınması üçün ayrılmış 76500 manatı da həkimlərin ayağına yazaraq, onlardan yığdığı pullarla prosesi reallaşdırıb. 

Qeyd edək ki, İlham Mustafayevin bir başqa əməliyyatı isə digər maşın və avadanlıqların satın alınması zamanı baş tutub. Belə ki, 52550 manat pulun nəyə xərcləndiyi bu günə kimi məlum deyil. Həmçinin yumuşaq inventarların alınması üçün ayrılmış 35200 manatın da aqibəti məlum deyil. Ona görə ki, bu pula yalnız baş həkim üçün mebel alınıb.

Bildirək ki, Ağstafa rayonu elə də böyük deyil. Ərazisi də çox sayılmaz. Orada fəaliyyət göstərən xəstəxananın imkanları da Qazax və Tovuzla müqayisə olunmayacaq dərəcədədir. Lakin İlham Mustafayev kiçik rayonun kiçik xəstəxanası üçün dəftərxana ləvazimatlarının alınmasna sənəd üzərində 40 min manat pul xərcləyib. Əcəba, bu qədər pula baş həkim nə qədər kağız, qələm alıb? Yəni, həmin məbləğə qeyd olunanlar alınarsa, o zaman iki yük maşını lazım gələr ki, bu da qətiyyən inandırıcı deyil. 

Maraqlı məqam odur ki, Ağstafa Mərkəzi Xəstəxanasında kağız ərzaqdan daha vacib və çox istifadə edilirmiş. Təsəvvür edin ki, Ağstafa Mərkəzi Xəstəxanasının ərzaqla təmin etmək üçün 54 min manat pul sərf olunub. Amma dəftərxana ləvazimatlarının alınmasına isə 40 min manat. Elə yeyintinin əsas görünən tərəfi də budur. Faktiki rəqəmlər, baş həkimin hansı işlərlə məşğul olduğunu üzə çıxarır. 

İlham Mustafayev təmir işlərindən də qazanclı çıxıb. Tibb bacılarından tutmuş, həkimlərin maaşlarını əlindən almaqla apardığı kosmetik təmir işlərinə görə, baş həkim düz iki dəfə pul silib. Bir dəfə cari təmir işləri adı altında 39400 manat, bir dəfə də cari təmir işləri adıyla 80907 manat. Buraya idarənin digər xərcləri üçün ayrılmış 19160 manatı da əlavə edərsək, qısa müddətdə baş həkimin 140 min manat mənimsədiyi üzə çıxmış olar
Teref.info olaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
Teref.info

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Dovrunnabzi.az İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev