Azərbaycan dünya şöhrətli sənətkarını itirdi – F O T O L A R

260px-Ədalət_Nəsibov(Aşıq_Ədalət)

Dünən Azərbaycan ictimaiyyətinə ağır itgi üz vermişdir. Əvəzsiz saz sənətkarı, aşıq sənətinin banilərindən olan Ədalət Nəsibov 78 yaşında dünyasını dəyişmişdir. Sağlığında heykəlləşən, yaşadıqca nə qədər qiymətini alırdısa, öləndən sonra da hər an qiymətləndiriləcək  Aşıq Ədalətin qəlbimizdə adı həmişə səslənəcək, səsləşəcək və tarixboyu gələcək nəsillərə nümunə olacaqdır. Saz üstündə həm bəstəkar, həm də yanıqlı aşıq olan Ədalət Nəsibov Azərbaycana, həm də doğulduğu Qazax torpağına çox böyük töhvələr vermiş, bəşəriyyət qarşısında həmişə üzü ağ, alını açıq olmuşdur.

Aşıq Ədalət 27 yanvar 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur.

Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır.[2]

Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur.

Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: “Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur”.

O, “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm” və başqa saz havalarının bənzərsiz ifaçısıdır.

14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir. 15 sentyabrda Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunmuşdur.

 Böyük sənətkarın vəsiyyətini yerdə qoymayan əzizləri və yaxınları onun Qazaxda dəfn olunmasını məsləhət biliblər. Elə bu gün saat 12:00-da Aşıq Ədalətin nəşi Qazax Mədəniyyət Mərkəzinə gətirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun elmə, mədəniyyətə və təhsilə verdiyi qiymətin bir daha bariz nümunəsi kimi Azərbaycanın bu böyük oğlu üçün də dərin narahatçılıq keçirmiş, vida mərasimini yüksək səviyyədə təşkil etmişdir.  Mərasim üçün Qazax Mədəniyyət Mərkəzinin qarşısında rayon ictimaiyyəti üçün 2 böyük yas mağarı qurulmuş, 1000  ədəddən çox tər çiçəklər alınmış, 1000 nəfərlik ehsan süfrəsi açılmışdır.

 Vida mərasimində çıxış edən ira başçısı Rəcəb Babaşov Aşıq Ədalətin Azərbaycan mədəniyyətinə verdiyi töhvələrdən, aşığın yaradıcılığından, bu böyük itginin hər vaxt qəlbləri göynətməsindən danışmış, mərhumun ailəsinə səbr diləmişdir.

 Bakıdan aşığın dəfni üçün təşrif buyuran Milli Məclisin deputatı  Kamran Nəbizadə, Qazax Xeyriyyə Cəmiyyətinin baş məsləhətçisi, professor İlham Pirməmmədov, şair Barat Vüsal, Aşıq Ədalətin şagirdi Məhəmmədəli Məşədiyev, Aşıq Camoy və şair Zaməddin Ziyadoğlu öz çıxışlarında Ədalət Nəsibovun keşməkeşli həyat yolundan danışaraq millətin ona vurğunluğundan söz açdılar.

 Vida mərasiminin sonunda sənətkarın oğlu Hekayət Nəsibov atasına olan bu qayğı üçün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova və rayon ictimaiyyətinə öz dərin minnətdarlığını bildirdi. Sonra unudulmaz sənətkar Qazax Rayonunun Ağköynək kənd qəbrstanlığında Aşıq Məhəmmədli Məşədiyevin “Yanıq Kərəmi” havası ilə torpağa tapşırıldı.

  Allah rəhmət eləsin böyük ustad!

 

 

 

Faqan Nagdaliyev adlı şəxsin şəkli.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev