Baş leytenant Anar Hüseynovun təhqiqatına “təhqiqat” gərəkdir

images (16)

Hüseynov Anar Mustafa oğlu Qazax RPŞ-nin TB-nin təhqiqatçısıdır. O, təhqir olunanı deyil, təhqir edəni uca tutduğuna görə, rayonda xeyli ”nüfuz” qazanıb.

Prezident cənab İlham Əliyev dəfələrlə göstəriş verib ki, süni qiymət qaldıranlara qarşı ciddi mübarizə aparılmalıdır. Yəqin ki, baş leytenantın bu məsələlərdən xəbəri yoxdur.

Adının çəkilməsini istəmədiyimiz şəxs çörək alarkən 450 qram 2-ci növ çörəyi 30 qəpiyə aldığı, qəbz tələb edərkən təhqir olunduğu, şəxsi avtomobilinin əzildiyi barədə DİN-nin “102” xidmətinə şikayət edib. Baş leytenant təhqiqat apararkən təhqir olunanı yaddan çıxararaq, az qala təhqir edəni mükafatlandırsın. Hətta, təhqir olunana sərxoş (içgi aludəçisi) damğası vurmağı da  unutmamışdı.

Baş leytenantın 20 mart 2016-cı il tarixli qərarını təkrar-təkrar oxuduq. Məlum oldu ki, təhqir edən izahatında çox məqamı təsdiqləyib. İzahatında bildirib ki, “adının çəkilməsini istəməyən şəxs qəbz tələb edirdi. Qəbz vermək istəyərkən çıxıb getdi”.

Baş Leytenant bilmir ki, qəbz zorla alınmamalıdır. Qəbz hər bir alıcıya istənilməmişdən əvvəl verilməlidir.

Belə isə baş leytenantdan soruşan gərəkdir: Süni qiymət artımı yaradanları, vergidən yayınmaq istəyənləri niyə müdafiə edirsən? Elə deyilsə çıxardığın qərar niyə qanunlara söykənməyib?

Yəqin ki, soruşanlar olacaq…

Qarşı tətəf də münasibət bildirə bilər

Vəkil Rüstəm

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Dovrunnabzi.az İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev