Gülağa Tənha baş redaktorlar tərəfindən ciddi ifşa olundu.

1504631305_gulaqa_tenha_azpressaz1504617791

Azərbaycanlı milyonçu, şair Gülağa Qəmbərov (Tənha) ölkənin bir neçə media qurumuna qarşı məhkəmə iddiası qaldırıb.

Belə ki, Gülağa Tənha onun adı keçən məqalələrə görə sayt baş redaktorlarının cəzalandırılmasını istəyib. O, iddia ərizəsində Bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlu, Qafqazinfo.az saytının baş redaktoru Elnur Məmmədli, Azpolitika.az saytının baş redaktoru Elnur Məhərrəmli, Veteninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı, Cebhe.info saytının redaktoru Elnarə Kərimova, Mediaxeberleri.az saytının baş redaktoru Ələddin Kəsəmənli və Milletinsesi.info MMC-ni cavabdeh şəxs qismində prosesə cəlb edib.

Modern.az saytı məsələ ilə əlaqədar adı çəkilən saytların baş redaktorlarından münasibət öyrənib.
Bakupost.az-ın baş redaktoru Elçin Zahiroğlu:
“Saytda yayımlanan yazılar Gülağm Tənha ilə məhəkəmə çəkişməsi olan şəxsin dilindən səslənən, məhkəmədə verdiyi ifadələrə əsasən yazılan materiallardır. Eyni zamanda, materialların bir qismi onun vəkilləri tərəfindən mətbuata müraciətlə bağlıdır. Bu səbəbdən hesab edirəm ki, bu iddiaların əsası yoxdur. Gülağa Tənha burada yaşamır. Yəqin ki, məsələnin detalları ilə tanış olandan sonra iddiasını geri götürər. Hər belə məsələyə görə məhkəmələr olsa, o zaman Azərbaycanda hansı mediadan söhbət gedə bilər? Məhkəmə iddiasını tam əsassız hesab edirəm. Düşünürəm ki, məhkəmə prosesi tez bir zamanda yekunlaşacaq”.

Qafqazinfo.az saytının baş redaktoru Elnur Məmmədli:

“Gülağa Tənhanın bizi niyə məhkəməyə verdiyi aydın deyil. İddia ərizəsində bunların heç biri göstərilməyib. Təssəvvür edin, adam məhkəməyə iddia ərizəsi verib və geri qaytarıblar ki, iddia real deyil. Daha sonra yenidən bir neçə sayta qarşı məhkəmə iddiası irəli sürərək təzminat tələb edib. Biz sadəcə məhkəmə haqqında informasiya xarakterli yazı dərc etmişik. Yazıda təhqir hardadır, bilmirəm”.

Milletinsesi.info MMC və saytının rəhbəri Tahir Abbaslı:
“Gülağa Tənhanın məhkəmə iddiasını reklam xarakterli hesab edirəm. Çünki şəxsin adı çəkilən materiallarda heç bir müəllif yazısından söhbət gedə bilməz. Mən hakimlə də bununla bağlı danışmışam. Əslində G. Tənhanın saytlarla əlaqəli qaldırdığı məsələ absurddur. Düşünürəm ki, məhkəmə ədalətli qərar çıxarar və məhkəməyə baxılmasına ehtiyac olmaz”.

Azpolitika.az saytının baş redaktoru Elnur Məhərrəmli:
“Saytda Gülağa Tənhanın narazılığına səbəb olan materiallar redaksiyanın mövqeyini ifadə etmir. Üstəlik həmin yazılar gedən müddətdə Gülağa Təhnanın özünə və onun nümayəndəsinə mövqeyini ifadə etmək üçün şərait yaradılıb. Bir neçə dəfə qarşı tərəfin mövqeyi kimi onların fikirləri qeyd edilib. Üstündən bu qədər müddət keçəndən sonra məhkəmə iddiası irəli sürməklə nəyə nail olmaq istəyir, bu qaranlıqdır. Düşünürəm ki, məhkəmənin heç bir perspektivi yoxdur”.

Mediaxeberleri.az saytının baş redaktoru Ələddin Kəsəmənli:
“Gülağa Tənhanın saytı məhkəməyə verməsi adi haldır. Onun adı keçən məqalə bir neçə saytda işıqlandırılıb. Biz həmin yazını istinadla vermişik. Həmçinin yazının sonunda qeyd etmişdik ki, qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq. Buna baxmayaraq o, bizi məhkəməyə verib. Məhkəmə çəkişmələri media orqanları üçün adi hala çevrilib. Biz də dəfələrlə məhkəməyə verilib özümüzü müdafiə etmişik. Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin qanunları var və biz buna riayət edirik. Bu baxımdan ümid edirik, haqq-ədalət öz yerini tapar”.
Qeyd edək ki, milyonçu şair adıçəkilən şəxslərdən yarım milyon manat təzminat tələb edib. Bununla yanaşı, özü haqda yazıların saytdan silinməsi, təkzib verilməsi və üzr istənilməsini cavabdehlərin üzərinə qoyub.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev