İki məmur barədə araşdırma başlanılıb?

1459969566_2

“Sahibkarlığa Kömək Milli Fondunun sədri Şirzad Abdullayev və “Aqrarkredit”in rəhbəri Məmməd Musayev barədə baş prokuror Zakir Qaralova müraciətim Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılır”.
İki məmur barədə araşdırma başlanılıb?
Bu sözləri “Azadlıq”a Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynov bildirib. Onun sözlərinə görə, müraciətinin araşdırılması barədə rəsmi məktub alıb: “Qeyd edim ki, əvvəlcə müraciətim Yasamal Rayon Prokurorluğunda araşdırılırdı. Sonradan bildirdilər ki, müraciət araşdırılması üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. Hətta bu qurumun müstəntiqi məni və oğlumu izahat vermək üçün çağırdı. Biz də 09.03.2016-cı il tarixdə izahat verdik. Amma bir müddət heç bir xəbər olmadı. Mən də bununla bağlı növbəti dəfə cənab Zakir Qaralova müraciət etdim. Artıq bizə məlum olub ki, məsələ ciddi şəkildə araşdırılır. Buna görə baş prokurora təşəkkür edirəm. Nəhayət ki, məmur özbaşınalığının qurbanı olmuş şəhid atasını dinləyən tapıldı. İnanıram ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məsələyə ədalətli yanaşaraq obyektiv qərar verəcək”.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Dovrunnabzi.az İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev