Mədət Quliyev: “Bu, yalnız idman yarışı deyil, həm də…”

medet-quliyev

Bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uğurlu siyasət yürüdülür. Bunun nəticəsidir ki, ölkəmiz son illərdə yüksək tərəqqiyə nail olub. Görülən işlər Azərbaycanı dünyada tanıdıb. Dövlət başçısı tərəfindən aparılan bu siyasət xalqımızı həmrəyliyə, insanları isə sağlam həyata çağırır.

Bu sözləri jurnalistlərə müsahibəsində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.

Mədət Quliyev əlavə edib ki, bu cür möhtəşəm tədbirdlərlərdən biri də “Gəncə Marafonu – 2O17”dir. İlk dəfə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən Bakı marafonu birinci gündən insanlar tərəfindən sevilib və böyük coşqu ilə qarşılanıb. Belə tədbirlər yalnız idman yarışı deyil, həm də böyük həmrəylik bayramıdır. Bakı şəhərindən sonra marafonun Gəncədə də böyük coşqu ilə keçirilməsi sübut edir ki, xalqımız həmişə olduğu kimi Prezident İlham Əliyevi dəstəkləyir və onunla həmrəy olduğunu bildirir.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev