Qazax Mərkəzi Xəstəxanasına minnətdarlıq var

images (21)

    Həmişə hər cür şəraitə, tibbi personalın bilik və bacarığına güvənən xəstəxana bu gün də işini uğurla davam etdirir. Nə qədər çətinliklər də olsa həkim və tibb bacıları şəfalı əlləri ilə xəstələrə keyfiyyətli xidmət göstərir, arzu və istəklərinə yardımçı olurlar. Bu barədə redaksiyamızın elektron poçtuna çosaylı minnətdarlıqlar da daxil olur.

 Bir neçə ildi ki, Qazax Rayon Səhiyyə Şöbəsinə müdir təyin edilən Arzu Novruzovun təşkilatçılığı və yüksək qabiliyyəti ilə rayon xəstəxanası işini günün tələbləri səviyyəsində qurub. Onu da bildiririk ki, Avropa standartlarına cavab verən yeni xəstəxana binasının tikintisi üçün istismar müddəti başa çatmış xəstəxana binası sökülüb. Lakin Arzu Novruzovun dolğun rəhbərliyi və düzgün istiqaməti nəticəsində köhnə xəstəxana binasının sökülməsi hiss olunmur. Yəni, xəstəxananın ayrı-ayrı şöbələrinə müraciət edən xəstələrin heç biri də həkim və tibb bacılarından narazı qayıtmırlar. Elə bu günlərdə xəstəxanada ona göstərilən yüksək xidmətdən razılıq edən əmək veteranı, ağsaqqal Sahib Ələsgərov onun adından həkim və tibb bacılarına rerdaksiyamız vasitəsilə minnətdarlığını çatdırmağı xahiş etmişdi.

 Qazax səhiyyəsinin müdiri Arzu Novruzov həmişə çalışır ki, xəstə üçün bütün tələblər yerinə yetirilsin. Ona görə də, xəstəxananın tibbi personalına və xəstələrə mənəvi dayaq olan bu insan sadəcə dövlətin tapşırıq və tövsiyyələrini yerinə yetirir.

 Bunun nəticəsidir ki, Qazax səhiyyəsi həmişə ön sırada addımlayır. Bundan əlavə, onu da qeyd etmək yerinə düşərdi ki, Arzu Novruzov rayonun ictimai və siyasi fəaliyyətində də fəal iştirak edir. Qarabağ əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğı qazaxlıların nəzərindən yayınmır.

Səhiyyənin təxirə salınmaz təcili yardım şöbəsindən də əhalinin heç bir narazılığı yoxdur. Burada çalışanların hamısı yüksək peşəkarlığa malik həkim bə tibb bacılarıdır. Hər an, hə dəqiqə xəstələrin xidmətindədirlər. Qazax şəhər poliklinikasında, qadın məsləhətxanasında, uşaq xəstəxanasında və uşaq poliklinkasında da iş ahəngi lazımi şəraitdədir.

 Ümumiyyətlə, Qazax səhiyyəsində  xidmət həmişə lazımi səviyyədə olub. Xüsusilə də, son illər əhaliyə göstərilən qayğı daha təqdirəlayiqdir. Bu da həkimlik peşəsində və ictimai fəallığıqda təcrübəli  olan Arzu Novruzovun qabiliyyəti ilə ölçülür.

Biz də redaksiya olaraq Arzu Novruzova yüksək xidmətinə görə can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

                                                                                                                                                                                                                                                Gülnar Süleymanlı

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Dovrunnabzi.az İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev