Qazaxın Millət Vəkili alimlik diplomunu aldı

dd5_71506000284

İqtisadçı və Qazax rayon millət vəkili Kamran Nabizadə “İqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcəsinin verilməsini təsdiq edən diplom təqdim olunub.

Millət vəkili özü də bu barədə özü məlumat verib:

“2010-cu ildən başladığım “Qloballaşma şəraitində istehsalın maliyyə tənzimlənməsinin makroiqtisadi problemləri” mövzusunda dissertasiya işimi 2016-ci ildə AMEA İqtisadiyyat İnstitutunda uğurla müdafiə etdim. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən mənə “İqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcəsinin verilməsini təsdiq edən diplom təqdim olundu. AMEA İqtisadiyyat İnstitutunun və Ali Attestasiya Komissiyasının əməkdaşlarına təşəkkürümü bildirirəm!”.

Qeyd edək ki, Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində tanınmış neftçi Telman Nəbiyevin ailəsində anadan olub.

Lomonosov adına Moskva Dövlət Universitenin iqtisadiyyat fakültəsinə daxil olub və 1992-ci ildə həmin universiteti “itqisadiyyatçı”, “maliyyə mütəxəssisi” ixtisası ilə bitirib. Daha sonra Türkiyənin “Garanti Bankasında” ezamiyyət keçib.
1993-cü ildən 1998-ci ilə gədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb.
2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının Xarici İqtisadi Əlaqələr fakultəsini “Dünya iqtisadiyyatı üzrə mütəxəssisi” ixtisası ilə bitirib.

2003-2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb.
2006-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

2015-ci ilin noyabr ayının 1-də Qazax rayonu 107 saylı seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Ailəlidir, 3 övladı var.

Millət vəkili diplomla təltif olundu - FOTOLAR
Millət vəkili diplomla təltif olundu - FOTOLAR
Millət vəkili diplomla təltif olundu - FOTOLAR

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev